• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL

Gündəm / Siyasət

Сегодня, 13:00

Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL

Azərbaycan bu gün möhtəşəm Zəfərin növbəti ildönümünü qeyd edir. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə yalnız 2020-ci ilin payızında həyata keçirilən uğurlu hərbi əməliyyatların nəticəsi deyildi. Bu Zəfərin arxasında təxminən üç onillik ərzində aparılan dövlət quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, ordunun modernləşdirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi və ardıcıl diplomatik fəaliyyət dayanırdı. Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanı 1990-cı illərin mürəkkəb siyasi və iqtisadi vəziyyətindən öz ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa edən, regionda yeni reallıqlar formalaşdıran və sülh gündəliyini müəyyənləşdirən dövlətə çevirdi.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə həlledici mərhələyə çatan, noyabrın 10-da Ermənistanın ağır hərbi məğlubiyyətini rəsmiləşdirən üçtərəfli Bəyanatla yekunlaşan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə ölkənin bütün ərazisində suverenliyimiz bərpa edildi.

2024-cü ildə Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması, keçmiş separatçı rejimin rəhbərlərinin həbs olunaraq, Azərbaycanın ədalət məhkəməsi qarşısına mühakimə edilməsi və 2025-ci ildə Ermənistanla sülh sazişinin paraflanması hərbi Qələbənin sonrakı siyasi, hüquqi və diplomatik nəticələrini ortaya qoydu.

Bu hadisələrin bütöv şəkildə təhlili göstərir ki, Azərbaycanın keçdiyi yol hərbi güc, iqtisadi potensial və diplomatik imkanların vahid dövlət strategiyası çərçivəsində birləşdirilməsinin nəticəsidir.

Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt: Dövlətin gücləndirilməsindən ərazi bütövlüyünün bərpasına

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət uğurla davam  etdirilir - AZƏRTAC

1990-cı illərin əvvəllərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətlə üzləşmişdi. Ermənistanla müharibə, torpaqların işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, siyasi qeyri-sabitlik, iqtisadi böhran və dövlət institutlarının zəifliyi müstəqilliyin qorunmasını belə ciddi çağırışa çevirmişdi.

1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət idarəçiliyində sabitliyin təmin edilməsi, mərkəzi hakimiyyət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün ilkin şərtlərin yaradılması prioritetə çevrildi.

1994-cü ildə əldə edilən atəşkəs Azərbaycana siyasi və iqtisadi potensialını gücləndirmək üçün vaxt qazandırdı. Bu müddətdə qarşıda duran əsas vəzifə işğal faktının beynəlxalq səviyyədə tanıdılması ilə yanaşı, gələcəkdə ərazi bütövlüyünün bərpasını təmin edə biləcək güclü dövlətin formalaşdırılması idi.

Həmin strategiyanın ən mühüm dayaqlarından biri iqtisadi müstəqilliyin təmin olunması oldu.

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi tarixində dönüş nöqtəsi yaratdı. Müqavilə ölkəyə böyük həcmdə xarici sərmayə cəlb edilməsinə, enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasına və gələcək iqtisadi inkişafın maliyyə əsaslarının formalaşdırılmasına imkan verdi.

Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin reallaşdırılması istiqamətində atılan addımlar, 1999-cu ildə Dövlət Neft Fondunun yaradılması və beynəlxalq enerji şirkətləri ilə uzunmüddətli əməkdaşlıq Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi.

Bu siyasətin strateji əhəmiyyəti təkcə iqtisadi göstəricilərlə məhdudlaşmırdı. Enerji layihələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisini artırır, aparıcı dövlətlərlə uzunmüddətli tərəfdaşlıqlar yaradır və ölkənin xarici siyasi manevr imkanlarını genişləndirirdi.

Beləliklə, Heydər Əliyev dövründə qoyulan əsas dövlətçilik prinsipi ondan ibarət idi ki, ərazi bütövlüyünün bərpası üçün, ilk növbədə, siyasi baxımdan sabit, iqtisadi cəhətdən müstəqil və hərbi potensialını inkişaf etdirmək imkanına malik Azərbaycan qurulmalıdır.

İlham Əliyev dövrü: İqtisadi qüdrətin hərbi və diplomatik üstünlüyə çevrilməsi

Prezident İlham Əliyev: Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir »  Lider-media.az

2003-cü ildə Prezident seçilən İlham Əliyevin qarşısında duran başlıca strateji vəzifələrdən biri formalaşmış iqtisadi imkanları dövlətin uzunmüddətli təhlükəsizlik və inkişaf məqsədlərinə yönəltmək idi.

Növbəti illərdə Azərbaycan iqtisadiyyatının genişlənməsi, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, enerji və nəqliyyat dəhlizlərinin inkişafı ölkənin regional və beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə şərait yaratdı.

Ölkənin geosiyasi əhəmiyyətinin artması onun beynəlxalq tərəfdaşlıq imkanlarına da təsir göstərdi. Azərbaycan ayrı-ayrı ölkələrlə strateji müttəfiqliyi dərinləşdirir, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan əlaqələr qururdu.

Bunla paralel olaraq, hərbi quruculuq dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

Müdafiə xərclərinin artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz olunması, hərbi təhsil sisteminin təkmilləşdirilməsi, xüsusi təyinatlı qüvvələrin hazırlığı, beynəlxalq hərbi təlimlərin keçirilməsi və ordunun peşəkarlığının artırılması uzunmüddətli strategiyanın tərkib hissələri idi.

Azərbaycan Ordusunun inkişafında mühüm məqamlardan biri təkcə silah arsenalının yenilənməsi deyil, müasir döyüş konsepsiyalarının mənimsənilməsi oldu. Kəşfiyyat, pilotsuz uçuş aparatları, artilleriya, xüsusi təyinatlı qüvvələr və müxtəlif qoşun növləri arasında koordinasiyanın gücləndirilməsi gələcək hərbi əməliyyatların uğurlu aparılması üçün zəmin yaratdı.

Burada diqqəti cəlb edən əsas məqam iqtisadi inkişafla hərbi güc arasında birbaşa əlaqənin qurulması idi. Azərbaycan enerji gəlirlərini yalnız cari sosial-iqtisadi ehtiyacların ödənilməsinə deyil, həm də dövlətin müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəldirdi.

Eyni zamanda, Bakı işğal altında olan ərazilərlə bağlı beynəlxalq hüquqi mövqeyini ardıcıl müdafiə edirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və digər diplomatik sənədlər ölkənin mövqeyinin hüquqi əsasları sırasında idi.

Bununla belə, uzun illər davam edən danışıqlar işğala son qoyulması ilə nəticələnmədi.

Məhz bu şəraitdə Azərbaycanın hərbi imkanlarının gücləndirilməsi diplomatik fəaliyyətin alternativi deyil, onun təsir gücünü artıran vasitəyə çevrilirdi.

44 günlük Vətən müharibəsi: Müasir hərb tarixində fərqli əməliyyat modeli

44 günlük Vətən Müharibəsi dünya tarixinə düşdü » XalqXeber.Az | Son  xeberler Azerbaycan xeberleri

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın uzun illər ərzində formalaşdırdığı hərbi potensialın real döyüş şəraitində tətbiqi oldu.

Müharibənin ilk günlərindən Azərbaycan Ordusu bir neçə istiqamətdə hücum əməliyyatları apararaq Ermənistan qüvvələrinin müdafiə sistemini zəiflətməyə nail oldu, strateji mövqeləri ələ keçirməyə başladı.

Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azad edilməsi döyüş əməliyyatlarının miqyasını genişləndirməklə yanaşı, qarşı tərəfin müdafiə xəttinin mərhələli şəkildə dağılması ilə nəticələndi.

Azərbaycanın hərbi uğurunun əsas amillərindən biri klassik quru qoşunları əməliyyatlarının müasir texnoloji imkanlarla uzlaşdırılması idi.

Pilotsuz uçuş aparatlarının geniş tətbiqi, dəqiq zərbələr, kəşfiyyat məlumatlarının operativ emalı, düşmənin hava hücumundan müdafiə sistemlərinin və hərbi texnikasının sıradan çıxarılması döyüş meydanında üstünlük yaratdı.

Bununla yanaşı, müharibənin yalnız texnoloji üstünlük hesabına qazanıldığını düşünmək düzgün olmazdı.

Azərbaycan Ordusunun uğur qazanmasında peşəkar komandanlıq, əməliyyatların planlaşdırılması, hərbi hissələr arasında koordinasiya, şəxsi heyətin hazırlığı və döyüş ruhu həlledici əhəmiyyət daşıyırdı.

Bu baxımdan Şuşanın işğaldan azad edilməsi əməliyyatı Vətən müharibəsində xüsusi səhifədir.

Dağlıq relyefi, mürəkkəb coğrafi mövqeyi və müdafiə imkanları ilə seçilən Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi Azərbaycan hərb tarixinin ən mühüm əməliyyatlarından biri kimi qiymətləndirilir.

Şəhərə yaxınlaşma və döyüşlərin aparılması zamanı xüsusi təyinatlı qüvvələrin fəaliyyəti, çətin relyef şəraitində manevr imkanlarından istifadə və şəxsi heyətin döyüş hazırlığı bu əməliyyatın fərqləndirici cəhətləri oldu.

Şuşanın azad edilməsi yalnız mühüm strateji yüksəkliklərin nəzarətə götürülməsi demək deyildi. Bu, eyni zamanda Ermənistan qüvvələrinin Qarabağdakı hərbi mövqelərinə ciddi təsir göstərən və müharibənin yekun nəticəsini müəyyənləşdirən hadisə idi.

Nəticədə Azərbaycan işğal altındakı ərazilərinin mühüm hissəsini bilavasitə döyüş meydanında azad etdi və qarşı tərəfi hərbi əməliyyatların dayandırılması üçün ağır şərtləri qəbul etməyə məcbur edən vəziyyət yaratdı.

44 günlük müharibənin əsas siyasi nəticəsi Azərbaycanın uzun illər ərzində diplomatik müstəvidə əldə edə bilmədiyi ərazi dəyişikliklərini hərbi üstünlük sayəsində reallaşdırması idi.

Bu, sonrakı diplomatik proseslərdə Azərbaycanın mövqeyini əsaslı şəkildə dəyişdirdi.

Ermənistanın kapitulyasiyası: Bir güllə atılmadan qaytarılan üç rayon

Bir güllə atılmadan qaytarılan Laçın: 28 illik hüzn və həsrətin sonu

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli Bəyanat qəbul olundu.

Noyabrın 10-dan qüvvəyə minən sənəd 44 günlük müharibəni dayandırdı və regionda yeni hərbi-siyasi vəziyyəti rəsmiləşdirdi.

Üçtərəfli Bəyanatın şərtləri Ermənistanın ağır hərbi məğlubiyyətinin və faktiki kapitulyasiya vəziyyətinin təsdiqi oldu.

Ən mühüm nəticələrdən biri isə Ermənistanın Azərbaycanın üç strateji rayonunu hərbi əməliyyatsız geri qaytarmaq öhdəliyi götürməsi idi.

Beləliklə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonunun Laçın dəhlizinə aid ərazilər istisna olmaqla qalan hissəsi isə dekabrın 1-də bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Laçın şəhəri üzərində faktiki nəzarət isə 2022-ci ilin avqustunda bərpa edildi.

Bu hadisələr hərbi qələbənin diplomatik nəticəyə çevrilməsinin bariz nümunəsi idi.

Azərbaycan yeni hərbi əməliyyatlara başlamadan, əlavə insan itkisi vermədən və genişmiqyaslı döyüşlər aparmadan mühüm ərazilərə nəzarəti bərpa etdi.

Burada əsas səbəb-nəticə əlaqəsi aydındır: Əgər Azərbaycan Ordusu döyüş meydanında həlledici üstünlük qazanmasaydı, Ermənistanın strateji əhəmiyyətli rayonları hərbi müqavimət göstərmədən qaytarması da mümkün olmazdı.

Başqa sözlə, Ağdamın, Kəlbəcərin və Laçının qaytarılmasını təmin edən əsas amil 44 gün ərzində qazanılmış hərbi üstünlük idi.

Lakin Bəyanat münaqişədən sonrakı bütün məsələləri həll etmirdi.

Qarabağın bir hissəsində Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, Ermənistan silahlı birləşmələrinin iş Qarabağda hələ də mövcudluğu və keçmiş separatçı qurumun fəaliyyətini davam etdirməsi Azərbaycanın bütün ərazisində suverenliyin tam həyata keçirilməsi məsələsini açıq saxlayırdı.

Bu səbəbdən Azərbaycanın qarşısında növbəti strateji mərhələ dayanırdı.

2023-cü ilin antiterror tədbirləri: Suverenliyin tam bərpası

Üç il əvvəl Qarabağda başlayan lokal xarakterli antiterror əməliyyatı: Nə  dəyişdi? - Foto - Oxu.az

2020-ci ildən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə Qarabağda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və dövlət hakimiyyətinin bütün ərazilərdə bərpa olunması idi.

Azərbaycan üçtərəfli Bəyanatın müvafiq müddəalarına uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazidən çıxarılmasının vacibliyini dəfələrlə gündəmə gətirmişdi.

Lakin 2023-cü ilin sentyabrına qədər bölgədə silahlı birləşmələrin mövcudluğunun davam etməsi vəziyyətin tam normallaşmasına mane olurdu. Ermənistanın, eləcə də qanunsuz erməni silahlı birləşmələrinin üçtərəfli Bəyanatın şərtlərinə əməl etməməsində Rusiya sülhməramlı qüvvələrinin də rolu var idi.

Belə olan halda 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi.

Cəmi 24 saat davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr darmadağın edildi, bu unikal əməliyyat Qarabağda qalmış separatçı tör-töküntülərinə öldürücü zərbə oldu. Keçmiş separatçı rejimin rəhbərləri həbs olunaraq Bakıya gətirildi, 30 ildən artıq müddətdə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərmiş xunta rejimi öz-özünü buraxdığını elan etdi.

Azərbaycanın dövlət hakimiyyəti Xankəndi və digər ərazilərdə bərpa edildi, bütün ölkə ərazisində suverenlik təmin edildi.

Bu hadisə 2020-ci il Qələbəsinin siyasi-hüquqi baxımdan tamamlanması idi.

Əgər 44 günlük müharibə işğal altındakı ərazilərin böyük hissəsinin azad edilməsini və Ermənistanın hərbi məğlubiyyətini təmin etmişdisə, 2023-cü ilin sentyabr tədbirləri Azərbaycan Konstitusiyasının və dövlət hakimiyyətinin bütün ölkə ərazisində tətbiqinə imkan yaratdı.

Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan həlledici nəticə 2023-cü ildə suverenliyin tam bərpası ilə yeni mərhələyə keçdi.

Bu, eyni zamanda bölgədə onilliklər ərzində mövcud olmuş separatçı idarəetmə sisteminin sonu demək idi.

Azərbaycan üçün yeni mərhələnin əsas vəzifəsi bölgədə təhlükəsizliyi təmin etməklə yanaşı, dövlət idarəçiliyinin, sosial xidmətlərin və iqtisadi həyatın tam bərpası idi.

Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması: Yeni geosiyasi mərhələ

Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunmuş  mərasim keçirilib - FOTO - VİDEO - YENİLƏNİB-1

2020-ci il Bəyanatına əsasən, Qarabağda yerləşdirilən Rusiya sülhməramlı kontingentinin ilkin fəaliyyət müddəti beş il müəyyənləşdirilmişdi.

Lakin 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyin bərpasından sonra sülhməramlıların bölgədə qalmasını şərtləndirən əvvəlki hərbi-siyasi vəziyyət əsaslı şəkildə dəyişdi.

2024-cü ilin aprelində Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasına başlanıldı.

Həmin il iyunun 12-də prosesin tam başa çatdığı rəsmən elan edildi.

Bu hadisənin əhəmiyyəti yalnız xarici hərbi kontingentin ölkə ərazisini tərk etməsi ilə məhdudlaşmırdı.

Rusiya hərbi qüvvələrinin 2025-ci ildə nəzərdə tutulan ilkin müddətin başa çatmasını gözləmədən çıxarılması Azərbaycanın münaqişədən sonrakı təhlükəsizlik arxitekturasında mövqeyinin möhkəmlənməsini nümayiş etdirdi.

Beləliklə, Azərbaycan öz ərazisində dövlət suverenliyinin tam həyata keçirilməsinə mane ola biləcək əvvəlki təhlükəsizlik mexanizmlərinin aradan qalxmasına nail oldu.

Prosesin Bakı və Moskva arasında razılaşdırılmış qaydada aparılması isə hərbi-siyasi məsələlərin diplomatik mexanizmlərlə həllinə imkan verdi.

2024-cü ildə Ermənistanla sərhədin delimitasiyası çərçivəsində Qazax rayonunun dörd qeyri-anklav kəndinin Azərbaycana qaytarılması da hərbi Qələbədən sonra formalaşan yeni siyasi vəziyyətin mühüm nəticələrindən biri oldu.

Bununla Azərbaycan ərazi məsələlərinin həllində həm hərbi üstünlükdən doğan siyasi imkanlardan, həm də danışıqlar mexanizmlərindən istifadə edə bildiyini göstərdi.

Keçmiş separatçı rejim rəhbərlərinin məhkəmə qarşısına çıxarılması: “Nürnberq” prosesinin analoqu

Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı... -  Baki-Xeber.com

Qarabağda dövlət hakimiyyətinin bərpasından sonra diqqət mərkəzinə gələn mühüm məsələlərdən biri keçmiş separatçı rejimin rəhbər şəxslərinin və ağır cinayətlərdə təqsirləndirilən digər şəxslərin məsuliyyətə cəlb edilməsi oldu.

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan və Bakıya gətirilən şəxslər arasında keçmiş separatçı qurumun rəhbərləri və yüksək vəzifə tutmuş şəxslər də var idi.

Onlara qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır əməllərlə bağlı ittihamlar irəli sürüldü.

Bu proseslər çərçivəsində Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə baxışları mühüm hüquqi nəticələrlə yekunlaşdı.

2026-cı il fevralın 5-də Arayik Arutyunyan da daxil olmaqla bir sıra keçmiş separatçı rəhbərlər barəsində müxtəlif müddətlərə, o cümlədən ömürlük azadlıqdan məhrumetmə hökmləri çıxarıldı. Fevralın 17-də isə Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edildi.

Alman faşizminin məğlubiyyətindən sonra keçirilmiş “Nürnberq prosesi”nin analoqu kimi qiymətləndirilən bu məhkəmə prosesləri Azərbaycan dövlətinin uzun illər ərzində Qarabağda baş vermiş cinayət əməllərinə görə hüquqi məsuliyyətin təmin edilməsi baxımından atdığı mühüm addım kimi tarixə yazıldı.

Məsələnin digər mühüm tərəfi odur ki, hərbi əməliyyatlar nəticəsində əldə edilən nəticələr sonradan dövlətin hüquq-mühafizə və məhkəmə institutlarının fəaliyyəti ilə müşayiət olundu.

Beləliklə, Qarabağ məsələsinin həlli hərbi, siyasi və inzibati mərhələlərlə yanaşı, hüquqi müstəvidə də davam etdirildi.

Qarabağ və Şərqi Zəngəzurun bərpası: Qələbənin iqtisadi və sosial nəticələri

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq  işləri dayanıqlı sosial-iqtisadi inkişafı təmin edir - ŞƏRH - AZƏRTAC

Müharibədən sonrakı dövrün əsas mərhələlərindən biri işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanması oldu.

Təxminən otuz il davam edən işğal dövründə yaşayış məntəqələrinin, yol-nəqliyyat infrastrukturunun, sosial obyektlərin və iqtisadi fəaliyyət sahələrinin böyük hissəsinin dağıdılması dövlətin qarşısında mürəkkəb vəzifələr yaratmışdı.

Azərbaycan bu prosesə ayrı-ayrı binaların bərpası deyil, bütöv regionların yenidən qurulması kimi yanaşdı.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının salınması, elektrik enerjisi və su təchizatı sistemlərinin yaradılması, şəhər və kəndlərin müasir planlaşdırma əsasında yenidən qurulması həmin strategiyanın əsas istiqamətləridir.

Burada strateji məqsəd təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatının fəal iştirakçısına çevrilməsidir.

2022-ci il noyabrın 16-da təsdiqlənən Böyük Qayıdışa dair I Dövlət Proqramı məskunlaşma prosesinin sistemli şəkildə həyata keçirilməsi üçün əsas çərçivəni müəyyənləşdirdi.

Zəngilanın Ağalı kəndindən başlayan qayıdış sonrakı illərdə Laçın, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdam və digər yaşayış məntəqələrini də əhatə etdi.

2026-cı ilin oktyabrında açıqlanan rəsmi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzurda yaşayan, işləyən və təhsil alan insanların sayı 96 minə çatıb. Həmin dövrədək bölgələrin inkişafına 28 milyard manat vəsait ayrılıb, keçmiş məcburi köçkünlər 48 yaşayış məntəqəsinə geri qayıdaraq, məskunlaşıb.

Bu göstəricilər müharibədən sonra bərpa prosesinin geniş miqyas aldığını göstərir.

Bununla yanaşı, Böyük Qayıdışın uğuru yalnız tikilən mənzillərin və salınan yolların sayı ilə ölçülmür. Əhalinin dayanıqlı məşğulluğu, təhsil və səhiyyə xidmətlərinə çıxışı, sahibkarlığın inkişafı, minalardan təmizlənmə və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması da prosesin əsas şərtləridir.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının bərpası Azərbaycanın ümumi inkişafına yeni imkanlar açır.

Ağdam Sənaye Parkı, Araz Vadisi İqtisadi Zonası, kənd təsərrüfatı, turizm, energetika və logistika layihələri bölgələrin iqtisadi xəritədə mövqeyini dəyişdirməyə istiqamətlənib.

Bütün bunlar göstərir ki, hərbi Qələbənin uzunmüddətli nəticəsi yalnız ərazi üzərində nəzarətin bərpası deyil, həmin ərazilərdə davamlı sosial-iqtisadi həyatın formalaşdırılmasıdır.

Vaşinqton razılaşmaları, sülh sazişinin paraflanması: Yeni diplomatik mərhələ

Tarixi əhəmiyyətli Vaşinqton görüşü: Azərbaycan və Ermənistan ekspertləri  bir il əvvəl əldə olunan razılaşmaları necə qiymətləndirir? - ŞƏRH

Azərbaycanın 2020-ci ildə qazandığı hərbi Qələbə və 2023-cü ildə suverenliyini tam bərpa etməsi Cənubi Qafqazda qüvvələr balansını və danışıqların siyasi məzmununu əhəmiyyətli dərəcədə dəyişdi.

Uzun illər beynəlxalq vasitəçilərin əsas diqqəti Qarabağ münaqişəsinin nizamlanmasına yönəldiyi halda, yeni mərhələdə gündəlikdə iki suveren dövlət arasında münasibətlərin normallaşdırılması, sərhədlərin müəyyənləşdirilməsi və regional kommunikasiyaların açılması dayanırdı.

Azərbaycan yeni mərhələdə də unikal yanaşması isə önə çıxdı. Döyüş meydanında Ermənistanı öldürücü məğlubiyyətə uğratmasına baxmayaq, Bakı özü sülh təşəbbüsü ilə çıxış etdi. Dünya tarixində çox az rast gəlinən bu addım Azərbaycanın, onun liderinin məqsədinin, həqiqətən də, bölgəyə sülh və sabitlik gətirmək olduğunu bir daha göstərdi.

Azərbaycan bu dövrdə Ermənistanla münasibətlərin qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması əsasında qurulmasının zəruriliyini ön plana çıxardı.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş bu baxımdan mühüm diplomatik hadisə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Birgə Bəyannamə imzaladılar.

Eyni zamanda, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar.

Saziş layihəsində tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını tanıması, qarşılıqlı ərazi iddialarından imtina etməsi və münasibətlərdə güc tətbiq etməməsi kimi prinsiplər öz əksini tapdı.

Bu, uzun illər hərbi-siyasi qarşıdurmanın əsasını təşkil etmiş problemlərin dövlətlərarası hüquqi münasibətlər çərçivəsində həlli istiqamətində mühüm addım idi.

Vaşinqton razılaşmalarından sonra ATƏT-in Minsk prosesi və onunla bağlı strukturlarının bağlanması da əvvəlki münaqişə mexanizmlərinin tarixə qovuşduğunu göstərdi. ATƏT müvafiq prosesin bağlanmasını 2025-ci il noyabrın 30-da tamamladı.

Bununla belə, sülh sazişinin paraflanması onun imzalanması və qüvvəyə minməsi demək deyil.

2026-cı ilin noyabrına olan vəziyyətə görə, sənədin yekun imzalanması hələ baş tutmayıb. Azərbaycan Ermənistan Konstitusiyasında ərazi iddiası kimi qiymətləndirdiyi müddəaların aradan qaldırılmasını vacib şərt hesab edir.

Tərəflərin sülh sazişinin mətnini razılaşdırması və paraflaması regionda münasibətlərin normallaşdırılması üçün yeni diplomatik imkanlar yaradıb.

Azərbaycanın əsas üstünlüyü ondadır ki, Bakı artıq danışıqlara əraziləri işğal altında olan dövlət kimi deyil, bütün ərazisində suverenliyini bərpa etmiş və regionda təhlükəsizlik gündəliyinin formalaşmasında aparıcı mövqe tutan tərəf kimi qatılır.

Yeni regional reallıq: Hərbi qələbədən sülh təşəbbüsünə

Azərbaycan–Ermənistan sülh prosesi regionda yeni reallıq yaradır”

2020-ci ildən sonra Cənubi Qafqazda baş verən dəyişikliklərin mahiyyəti yalnız Azərbaycan-Ermənistan münasibətlərində qüvvələr balansının yenilənməsi ilə məhdudlaşmır.

Regionun təhlükəsizlik, nəqliyyat, iqtisadi əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq imkanları yeni mərhələyə daxil olub.

Azərbaycanın təşəbbüsləri nəticəsində uzun müddət hərbi qarşıdurma ilə xarakterizə olunan gündəliyin yerini sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, regional ticarət və iqtisadi inteqrasiya məsələləri tutmağa başlayıb.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu, Orta Dəhlizin strateji əhəmiyyətinin artması və Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında yeni nəqliyyat bağlantılarının yaradılması perspektivi bu prosesin mühüm tərkib hissələridir.

Vaşinqton razılaşmalarında nəzərdə tutulan TRIPP layihəsi də regional bağlantılar məsələsini yeni beynəlxalq əməkdaşlıq müstəvisinə çıxarıb.

Azərbaycanın strateji marağı Cənubi Qafqazın davamlı qarşıdurma məkanından iqtisadi əməkdaşlıq, tranzit və ticarət regionuna çevrilməsidir.

Bu yanaşmanın əhəmiyyəti ondadır ki, Azərbaycan hərbi güc hesabına əldə etdiyi təhlükəsizlik üstünlüyünü iqtisadi və diplomatik imkanlarla möhkəmləndirməyə çalışır.

Lakin dayanıqlı sülhün təminatı yalnız bir tərəfin hərbi üstünlüyündən asılı deyil. Bunun üçün Azərbaycan və Ermənistan arasında imzalanmış və qüvvəyə minmiş sülh sazişinin mövcudluğu, sərhəd məsələlərinin həlli, öhdəliklərin qarşılıqlı yerinə yetirilməsi və uzunmüddətli etimad mühitinin formalaşdırılması zəruridir.

Bu baxımdan Azərbaycan üçün növbəti strateji məqsəd hərbi Qələbənin yaratdığı siyasi imkanları davamlı sülh və regional sabitlik mexanizmlərinə çevirməkdir.

Zəfərin tarixi və strateji mənası

Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycanın son otuz ildən artıq müddətdə keçdiyi yolun təhlili bir neçə mühüm nəticəni ortaya çıxarır.

Bu möhtəşəm Zəfərin formulu çox sadə, amma o qədər də anlamlıdır: Xalq, Ordu və Liderin sarsılmaz birliyi.

2020-ci il Qələbəsi ani hərbi uğurun deyil, uzunmüddətli dövlət strategiyasının nəticəsi idi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi və iqtisadi inkişaf xətti Azərbaycan dövlətinin möhkəmlənməsinə, Prezident İlham Əliyev dövründə həyata keçirilən siyasət isə həmin potensialın hərbi, diplomatik və geosiyasi üstünlüyə çevrilməsinə imkan yaratdı.

İkincisi, Azərbaycan Ordusunun 44 gün ərzində qazandığı uğurlar hərbi gücün düzgün strategiya, peşəkar idarəetmə və müasir texnologiyalarla birləşdirildikdə hansı nəticələrə gətirib çıxara biləcəyini nümayiş etdirdi.

Üçüncüsü, Qələbə yalnız döyüş meydanında əldə olunmadı, onun nəticələri diplomatik müstəvidə də möhkəmləndirildi. Ağdamın, Kəlbəcərin və Laçının hərbi əməliyyatlar aparılmadan qaytarılması bunun ən bariz nümunələrindən biri oldu.

Dördüncüsü, 2023-cü ildə suverenliyin tam bərpası və 2024-cü ildə Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması Azərbaycanın ərazi bütövlüyü və dövlət hakimiyyətinin həyata keçirilməsi baxımından yeni vəziyyət yaratdı.

Beşincisi, separatçı rejimin keçmiş rəhbərlərinin məhkəmə qarşısına çıxarılması, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması və Böyük Qayıdış proqramının həyata keçirilməsi hərbi Qələbənin hüquqi, sosial və iqtisadi nəticələrini formalaşdırdı.

Nəhayət, Ermənistanla sülh sazişinin paraflanması və regionda yeni nəqliyyat-iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsi Azərbaycanın postmünaqişə dövründə diplomatik təşəbbüslərini genişləndirdiyini göstərir.

Beləliklə, Azərbaycanın Zəfərə aparan yolu üç böyük tarixi mərhələni birləşdirir: Heydər Əliyev dövründə güclü dövlətin təməlinin qoyulması, İlham Əliyevin prezidentliyi dövründə həmin dövlətin iqtisadi və hərbi potensialının yüksəldilərək tarixi Qələbəyə nail olunması və Qələbədən sonra suverenliyin tam bərpası əsasında yeni regional reallığın formalaşdırılması.

Bu baxımdan 8 Noyabr Zəfər Günü təkcə 44 günlük müharibənin hərbi nəticələrinin deyil, Azərbaycanın müstəqil dövlət kimi keçdiyi uzunmüddətli inkişaf yolunun da rəmzidir.

Bu tarixin əsas strateji mənası ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün formalaşdırdığı imkanları nəticəyə çevirməyi bacardı və indi həmin nəticələri uzunmüddətli təhlükəsizlik, iqtisadi inkişaf və regional sülhün əsasına çevirmək mərhələsindədir.

Əgər 2020-ci ilin Zəfəri Azərbaycan dövlətinin hərbi gücünü, 2023-cü ilin sentyabrı suveren iradəsini nümayiş etdirdisə, qarşıdakı illərin əsas tarixi sınağı bu nailiyyətləri dönməz sülhə, dayanıqlı inkişafa və regionda uzunmüddətli sabitliyə çevirmək olacaq.

Qüdrətli Azərbaycanın bu məqsədinə də nazil olacağına isə heç bir şübhə yoxdur!

APA

Paylaş:
Digər xəbərlər

Siyasət

3-10-2026, 16:44

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

26-09-2026, 08:53

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

Gündəm / Siyasət

Сегодня, 12:26

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Gündəm / Cəmiyyət

27-09-2026, 01:20

Azərbaycanda Anım Günüdür

Araşdırma
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Hadisə
Вчера, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 20:39
ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
6-11-2026, 20:26
ŞOK! “OMİD” MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ HƏBS EDİLDİ!
6-11-2026, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:17
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
Son xəbərlər
  • Сегодня, 15:00
    Bakıda və Abşeron yarımadasında yağış yağacaq, şimşək çaxacaq
  • Сегодня, 14:30
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Сегодня, 14:00
    Rusiya Ukraynada elektrik yarımstansiyasını tamamilə məhv edib
  • Сегодня, 13:00
    Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL
  • Сегодня, 12:30
    Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndərin və şəhidlərin xatirəsini ehtiramla yad edib
  • Сегодня, 12:26
    Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib
  • Сегодня, 12:16
    "Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb
  • Сегодня, 11:10
    Mətbuat Şurası: Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar
  • Сегодня, 10:55
    Mehriban Əliyeva: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
  • Сегодня, 10:30
    8 Noyabr: İllərin intizarına son qoyan Möhtəşəm Zəfər Günü
  • Сегодня, 10:00
    Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
  • Сегодня, 08:25
    8 NOYABR – ZƏFƏR GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK
  • Сегодня, 00:35
    Bu gün Azərbaycanda Zəfər Günüdür
  • Сегодня, 00:07
    Şuşanın azad olunmasından 6 il ötür
  • Вчера, 20:27
    “Sizə xidmət edəcəyəm” Əvəz Zeynallı şəxsiyyətinin silinməz imzası, əlli altı illik ömrünün dəyişməz vədi...
  • Вчера, 18:30
    Konqoda silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
  • Вчера, 18:00
    "Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb
  • Вчера, 17:30
    İtaliya XİN başçısının şəxsi məlumatları sızdırılıb
  • Вчера, 17:00
    Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
  • Вчера, 16:30
    Bakıda bazar günü güclü külək əsəcək - Xəbərdarlıq
  • Вчера, 15:55
    SEPAH İranda raket istehsalı üçün “yeraltı şəhər” yaradıldığını açıqlayıb
  • Вчера, 15:06
    Hörmüz boğazında minaya düşdükdən sonra tankerdə yanğın baş verib
  • Вчера, 14:43
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Вчера, 14:27
    Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
  • Вчера, 13:17
    Zəfər üfüqləri: Qarabağdan başlayan yeni türk geosiyasəti
  • Вчера, 13:07
    8 NOYABR – ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!
  • Вчера, 12:44
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Вчера, 12:30
    Şuşa – Ruhumuzun azadlığı, mədəniyyətimizin əbədi paytaxtı
  • Вчера, 12:29
    Bakının bir sıra yollarında sürət həddi endirilib
  • Вчера, 12:11
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Вчера, 11:37
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Вчера, 10:33
    Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
  • Вчера, 10:02
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Вчера, 09:28
    Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək
  • Вчера, 08:57
    Donald Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə