88 MİN MANAT TƏLƏBİ, İŞÇİNİN DÖYÜLMƏSİ VƏ HƏDƏ-QORXU İDDİASI...
6 noyabr 2026-cı il tarixində yayılan məlumata görə, “Omid” mağazalar şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs ediliblər.
Məlumatlara əsasən, hadisə Gəncədə yerləşən “Omid Gəncə-3” mağazası ilə bağlıdır. Belə ki, şirkət rəhbərliyi mağaza müdirini satışdan əldə olunan vəsaitləri mənimsəməkdə ittiham edib.
İddialara görə, mağaza müdiri döyülüb və şirkətə vurulduğu bildirilən ziyana görə ondan 88 min manat tələb olunub.
Zərərçəkmiş şəxsin polisə müraciətindən sonra Rəhman Məmmədov və Tərlan Qasımzadə saxlanılıblar.
Məlumata görə, hər iki şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi — zor tətbiq etməklə hədə-qorxu yolu ilə tələb etmə ittihamı irəli sürülüb. Məhkəmənin qərarı ilə onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ittihamlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənənədək şəxslər təqsirsiz sayılırlar.
Hadisənin hüquqi nəticələri və istintaqın gedişi ilə bağlı əlavə məlumatlar maraqla gözlənilir.
Məqalə açıq mənbələrdən əldə edilən məlumatlar əsasında hazırlanıb.
AYNURƏ ULDUZ TEYMUROVA
ATA-TV az, AZAD-TVaz baş redaktoru birinci müavini