Açıq mənbələrdə yayılan məlumata görə, tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov oktyabrın 19-da Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata əsasən, saxlanılma narkotik vasitələrdən istifadə şübhəsi ilə bağlı olub. Tibbi müayinə zamanı narkotik vasitələrdən istifadənin təsdiqləndiyi bildirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt Şəhər Məhkəməsinin 20 oktyabr tarixli qərarı ilə Rasim Yusifov 25 sutka inzibati qaydada həbs olunub. Həmçinin narkoloji dispanserdə qeydiyyata alınması və məcburi müalicəyə cəlb edilməsi barədə məlumat yayılıb.
Yusifov isə ifadəsində narkotik istifadəçisi olmadığını, Almaniyadan aldığı dərmanın tərkibindən şübhələndiyini bildirib.
Qeyd edək ki, onun saxlanılmasından 6 noyabr tarixinədək 18 gün keçib.
ifaçısı, xanəndədir.
Məqalə açıq mənbələr əsasında hazırlanıb.
Aynurə Ulduz Teymurova
AZAD -TVaz, ATA-TV az baş redaktoru birinci müavini