• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı

Cəmiyyət / Özəl

12-11-2026, 22:22

Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı

Payızın sərt nəfəsi dağlara dolanda, hər düşən yarpaq bir ömrün xəzanını xatırladanda, bəzi adlar əbədi olaraq zamanın üzərinə işıq kimi yazılır. Vüsal Vəliyev adı da məhz o işıqlı əbədiyyət ünvanlarından biridir. O, sadəcə bir zabit, bir hərbçi deyil; illərlə içində böyütdüyü Vətən sevgisini son nəfəsində Şuşanın azadlığına pay verən bir qəhrəmanlıq abidəsidir.

Şərurun Dizə kəndindən başlayan ömür yolu hərbi nizam-intizamla, Heydər Əliyev adına Hərbi Liseyin və Ali Hərbi Məktəbin sərt yollarından keçərək Murovun dumanlı zirvələrinə, Şuşanın sıldırımlı qayalarına uzandı. O, uşaqlığını mənfur düşmənin mərmi səsləri altında keçirmiş, içindəki yurd həsrətini illər sonra polad iradəyə çevirmişdi. Polad Həşimov kimi əfsanəvi sərkərdələrin ocağından bəslənən, "mən əsl generalın tələbəsiyəm",- deyən Vüsal üçün hərb sənəti peşə deyil, müqəddəs bir iman idi.

O, hər məzuniyyətə gələndə anasına verdiyi sözləri heç zaman unutmamışdı: "Torpaqlarımızı mütləq alacağıq, Ana! Səni Şuşaya, oradan Kəlbəcərə, İstisuya aparacağam. Oradakı bulaqlar min bir dərdin dərmanıdır...". Amma taleyin qisməti bu arzunu daha uca bir zirvəyə - əbədiyaşarlıq zirvəsinə daşıdı. O, təkcə Anasını deyil, bütün Azərbaycanı öz şücaəti ilə işıqlandırdı. Müharibənin ilk günündən ön cəbhədə – Murovda, Göygölün Toğanalı kəndi istiqamətindəki “Şimşək” mövqelərində ölümün gözünə dik baxdı. Yaralı ola-ola döyüş meydanını tərk etməyən, öz həyatını təhlükəyə ataraq döyüş yoldaşını yeddi kilometr çiynində daşıyaraq xilas edən bir igid idi o. Onun üçün "geri çəkilmək" sözü lüğətdən silinmişdi. Yoldaşları yaralı ola-ola döyüş meydanını tərk etmədiyini hər dəfə qürurla dilə gətirirlər. Şəhidin zabit yoldaşı Qəzənfər Dünyamalıyev "Bu gün həyatda olmağımı Vüsala borcluyam,- deyir,- yaralansa da, heç vaxt geri çəkilmədi, həmişə irəli, ardımca dedi".

Mayor Vüsal Vəliyev hərbi xidmət dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif edilib.

Ancaq bu qəhrəmanlığın arxasında insanı dərindən sarsıdan dözülməz bir nisgil, dastanlara sığmayacaq qədər ağır bir dram də yatırmış.

Vüsalın müharibədə itkin düşməsi xəbəri ocağa düşən ilk köz oldu. Atasının üç günlük körpə ikən İkinci Dünya müharibəsində itkin düşməsinin yarası hələ də qəlbində qaysaq bağlamamış İslam Ata bu xəbərdən qovruldu, ürəyinə qor doldu. Tarix təkrar olunurdu... Ata ömrü boyu yaşadığı o ağır itkinlik acısının bənzərini oğlunda ikinci dəfə yaşadı. Ürək bu dəhşətli yükə, bu sonsuz nigarançılığa tab gətirmədi – oğlunun xəbərini gözləyə-gözləyə, tikməyi arzuladığı evin dirrik yerində, həyatla vidalaşdı. Vüsalın şəhidliyindən xəbərsiz ürəyi sızıldayan Ata oğul həsrəti ilə evindən-ocağından köçüb getdi...

Və o gün gəldi çatdı... Noyabrın 9-u...

Ana ürəyi hər şeyi hiss etmişdi. Evə sanki od düşmüşdü. Qapıya qonan sinəsi yaralı ağ göyərçin, bəlkə də, Vüsalın sülhsevər ruhunun bu dünyaya son baxışı idi. İllərdir toyunu gözlədikləri nişanlı oğul ata ocağına bu dəfə bəy paltarında deyil, şəhidlik köynəyində qayıtdı. Atası artıq yox idi, amma Anası qəhrəman övladının tabutu önündə göz yaşı tökmək əvəzinə, evini toy evi kimi bəzədi, yoluna qırmızı xalça sərdi: "Vətənini yarından, anandan çox sevdin, Vüsalım!" – deyərək bağrına basdı oğlunu.

Vüsal Vəliyev sevib-seçdiyi, hər qarışını canından əziz bildiyi Şuşada – o uca zirvədə əbədiyyətə qovuşdu. Şəhidliyə yüksəldikdən sonra Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olundu. O, adını tarixə qızıl hərflərlə yazdı: Vətənin bütövlüyü uğrunda canından keçən, atalı-oğullu bir ömrü bu torpağa qurban verən əbədi bir qəhrəman kimi.

Şəhidlər ölməz, Vətən bölünməz! Ruhun şad olsun, Şuşa fatehi Mayor Vüsal Vəliyev! Sənin və sənin kimi igidlərin uyuduğu torpaq hər zaman azad, müqəddəs və uca olacaq!

Bu gün Sən sadəcə bir şəhid deyil; atalı-oğullu bir tarixin, torpağa bağlanmış sarsılmaz iradənin simvolusan. Sənin və sənin yolunla gedən qəhrəmanların xatirəsi hər zaman uca tutulacaq.

Yeganə Qəhrəmanova

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,

Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,

İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Gündəm / Siyasət

8-11-2026, 13:00

Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Siyasət

8-11-2026, 12:26

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Araşdırma
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Hadisə
Вчера, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
10-11-2026, 10:22
Qubada avtomobil aşıb, ölən və yaralılar var - Yenilənib
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 20:39
ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
Son xəbərlər
  • Вчера, 19:21
    DEPUTAT NAQİF HƏMZƏYEV JURNALİSTLƏRİN HAQQ SƏSİNƏ SƏS OLDU! PARLAMENT TRİBUNASINDAN SƏSLƏNƏN FİKİRLƏR MEDİADA REZONANS DOĞURDU!
  • Вчера, 19:00
    Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
  • Вчера, 18:30
    Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
  • Вчера, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • Вчера, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • Вчера, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • Вчера, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • Вчера, 15:46
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
  • Вчера, 15:24
    Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
  • Вчера, 14:47
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
  • Вчера, 13:18
    Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
  • Вчера, 12:44
    Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
  • Вчера, 11:57
    Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
  • Вчера, 11:00
    Pakistanda mikroavtobus çaya düşüb, 11 nəfər ölüb
  • Вчера, 10:08
    Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
  • Вчера, 09:40
    Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 12-11-2026, 22:22
    Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı
  • 12-11-2026, 20:10
    Hüququn aliliyi və suveren gələcək: Müstəqil Azərbaycan Konstitusiyası tarixi seçimin təntənəsi kimi
  • 12-11-2026, 19:03
    Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
  • 12-11-2026, 18:39
    Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
  • 12-11-2026, 18:00
    Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib
  • 12-11-2026, 17:24
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • 12-11-2026, 16:43
    Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb
  • 12-11-2026, 16:23
    İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • 12-11-2026, 16:08
    GÖY MƏSCİD – tarixə hörmətsizlik, yoxsa kimlik uğrunda növbəti siyasi oyun? — NƏBİ RAMAZANLI YAZIR
  • 12-11-2026, 15:00
    Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
  • 12-11-2026, 15:00
    Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
  • 12-11-2026, 14:30
    Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib
  • 12-11-2026, 14:30
    Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib
  • 12-11-2026, 13:17
    Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
  • 12-11-2026, 13:05
    NOVXANI–PİRŞAĞI VƏ BİLGƏH–PİRŞAĞI YOLLARI BAĞLANIB: SAKİNLƏR 7 AY NECƏ HƏRƏKƏT EDƏCƏK?
  • 12-11-2026, 12:38
    Sabah 20 dərəcə isti olacaq
  • 12-11-2026, 12:00
    Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat ayrılacaq
  • 12-11-2026, 11:22
    Bu ilin on ayında pensiya ödənişlərinə 6 milyard manatdan çox vəsait yönəldilib
  • 12-11-2026, 10:24
    Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə