• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Beynəlxalq İtkin Düşmüşlər Günü: “4 010 itkin düşən Azərbaycan vətəndaşından 3228 -i hərbçidir”

Cəmiyyət

30-08-2026, 22:02

Beynəlxalq İtkin Düşmüşlər Günü: “4 010 itkin düşən Azərbaycan vətəndaşından 3228 -i hərbçidir”

Bu gün Beynəlxalq İtkin Düşmüşlər günüdür. Azərbaycan Respubliasının da itkin düşmüş vətəndaşları var. Bu itkinlər Qarabağ müharibəsinin itkinləridir.
30 ildən artıq zamandır ki, itkin düşmüş şəxslərin doğmaları, yaxınları onların yolunu gözləsə də ancaq ağırısı, yoxluğu həmişə sağalmaz dərdin simvoluna çevrilib. Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım edib.

“Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət daşıyan məsələ olaraq qalır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatda qalır. Məsələ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətindədir və daim nəzarətdə saxlanılır. Dövlət başçısının müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının yerinin müəyyənləşdirilməsi, qalıqlarının aşkar edilərək çıxarılması və identifikasiyası, habelə onilliklər ərzində qeyri-müəyyənlik içində yaşayan ailələrinə nəşlərinin qaytarılması istiqamətində sistemli fəaliyyətini davam etdirir.”-deyə həmin paylaşımda fikirlər yer alıb.

30 iyun 2026-cı il tarixə olan məlumata əsasən, Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb.
4 010 nəfərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 288 nəfəri qadın, 319 nəfəri qocadır.
Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb.
2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır.
30.06.2026-cı il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib. Toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.
Təəssüflər ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan suveren ərazilərinin 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılması itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşmasına imkan verməyib.
2021-ci ilin fevral ayından etibarən bu işlərə başlanılaraq həmin ərazilərdə intensiv şəkildə itkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesinə başlanılıb.
Hikmət Hacıyev bildirib ki, bu günədək 32 kütləvi məzarlıq aşkar edilib, 328 itkin şəxsin kimliyi DNT analizi vasitəsilə müəyyənləşdirilib. Prosesin sürətlənməsinə əngəl olan çətinliklərə də aydınlıq gətirilib.

“Bu baxımdan, Ermənistan tərəfindən itkin düşmüş azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlər barədə dəqiq və hərtərəfli məlumatların təqdim edilməsi mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq hər şeydən əvvəl humanitar öhdəlikdir və minlərlə ailənin onilliklər boyu yaşadığı qeyri-müəyyənliyə son qoyulması üçün zəruridir. Çətin relyef və hava şəraitinə, habelə minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükələrə baxmayaraq, axtarış əməliyyatları bütün mövcud resurslar və qabaqcıl texnologiyalardan istifadə edilməklə davam etdirilir”, - deyə Hikmət Hacıyev qeyd edib.

Günel Sabirqızı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-08-2026, 11:55

Hikmət Hacıyev Buxaradan paylaşım edib

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

26-08-2026, 16:56

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Gündəm / Cəmiyyət

26-08-2026, 09:26

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Araşdırma
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
İlham Əliyev: Trans-Xəzər Fiber-Optik Kabel Xətti Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirir
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
LGBT TƏBLİĞATI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR: QANUN NƏ DEYİR, CƏMİYYƏT NƏ SORUŞUR?
Hadisə
Вчера, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Вчера, 14:41
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:23
Bakı-Quba yolunda qəza olub, ölən var
16-10-2026, 18:01
3 milyon dollarlıq şantaj: Həmin şəxslərin məhkəməsi başladı
16-10-2026, 13:09
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu
14-10-2026, 11:24
Gədəbəydə avtomobil aşıb, ölən var
Son xəbərlər
  • Вчера, 18:30
    Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
  • Вчера, 17:59
    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
  • Вчера, 17:30
    Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir
  • Вчера, 17:00
    İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır
  • Вчера, 16:18
    Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
  • Вчера, 14:41
    Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
  • Вчера, 14:16
    Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
  • Вчера, 13:23
    İran parlamenti müdafiə naziri vəzifəsinə namizədin məsələsinə baxacaq
  • Вчера, 13:07
    Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Вчера, 12:38
    Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
  • Вчера, 11:31
    Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
  • Вчера, 10:53
    Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
  • Вчера, 10:28
    Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • Вчера, 09:50
    Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • Вчера, 09:18
    Füzuli şəhərinə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
  • 16-10-2026, 18:23
    Bakı-Quba yolunda qəza olub, ölən var
  • 16-10-2026, 18:01
    3 milyon dollarlıq şantaj: Həmin şəxslərin məhkəməsi başladı
  • 16-10-2026, 17:29
    Əlilliyi olan şəxslər, şəhid ailələrinin mənzil və reabilitasiya xidməti ilə təmini üçün vəsaitin ayrılma müddəti uzadılıb
  • 16-10-2026, 17:06
    Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
  • 16-10-2026, 16:22
    Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları
  • 16-10-2026, 15:33
    Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
  • 16-10-2026, 15:15
    BAKIDA KƏLAĞAYI YÜRÜŞÜ: MİLLİ İRSİMİZİN ZƏRİFLİYİ PAYTAXT KÜÇƏLƏRİNDƏ NÜMAYİŞ OLUNDU
  • 16-10-2026, 15:00
    Sarıbay: Azərbaycanın sədrliyi AQEM-ə Asiyada təhlükəsizliyi gücləndirməyə imkan verəcək
  • 16-10-2026, 13:44
    ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
  • 16-10-2026, 13:29
    Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
  • 16-10-2026, 13:15
    Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
  • 16-10-2026, 13:09
    Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu
  • 16-10-2026, 13:01
    Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
  • 16-10-2026, 12:46
    Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb
  • 16-10-2026, 12:01
    MM sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını ilk oxunuşda qəbul edib
  • 16-10-2026, 11:35
    Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub
  • 16-10-2026, 11:22
    Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
  • 16-10-2026, 10:53
    Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb
  • 16-10-2026, 10:03
    Tramp: Zelenskinin pərəstişkarı deyiləm
  • 16-10-2026, 09:31
    Milli Məclisin komissiyası: Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə