• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb

Dünya

5-09-2026, 18:00

"Euronews": "Nexta" Goranboydakı yanğını sübutsuz şəkildə siyasi kontekstə bağlayıb

“Euronews Serbia” Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında baş vermiş yanğın və hadisə ətrafında yayılan məlumatlarla bağlı material dərc edib.

APA xəbər verir ki, “Bakı niyə sursat anbarındakı yanğınla bağlı Azərbaycana qarşı hibrid informasiya hücumu aparıldığını bildirir?” sərlövhəli materialda hadisə ilə bağlı Azərbaycan dövlət qurumlarının açıqlamaları ilə yanaşı, Polşada yerləşən Belarus müxalif media platforması “Nexta”nın yaydığı iddialara da yer verilib.

Məqalədə qeyd olunur ki, sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunun Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında partlayışlarla müşayiət olunan yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, ətrafdakı obyektlərə ziyan dəyməyib.

“Euronews Serbia” Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatına istinadla yazır ki, aidiyyəti qurumların əməkdaşları dərhal hadisə yerinə cəlb olunub, vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik məqsədilə Nizami və Xoylu kəndlərindən təxminən 5 min sakin təxliyə edilib və həmin gün axşam onların evlərinə qayıtmalarına icazə verilib.

Materialda xüsusi olaraq vurğulanır ki, Azərbaycan qurumları araşdırma davam etdiyindən yanğının səbəbi barədə hər hansı məlumat açıqlamayıb.

Bildirilib ki, bununla belə, “Nexta” kanalı hadisənin səbəbi müəyyən edilməmiş onu mümkün təxribat kimi təqdim edən material yayımlayıb.

“Hadisə yerindən rəsmi hesabatların olmamasına baxmayaraq, Polşada yerləşən Belarus müxalif media platforması Nexta ‘X’ sosial şəbəkəsində hadisənin təxribat ola biləcəyini irəli sürən material yayımlayıb”, – “Euronews Serbia” yazır.

Məqalədə diqqət çəkilən əsas məqamlardan biri isə “Nexta”nın bu ehtimalı təsdiqləyəcək hər hansı mənbə və ya sübut göstərməməsidir. Bildirilir ki, kanal “Azərbaycanda təxribat?” başlığı altında yaydığı materialda sursat anbarındakı yanğını Bakı-Moskva münasibətlərindəki mövcud vəziyyətlə əlaqələndirib.

“Nexta heç bir sübut təqdim etmədən, rəsmi və ya qeyri-rəsmi mənbəyə istinad etmədən sursat anbarında baş verən hadisəni Bakı ilə Moskva arasındakı münasibətlərlə əlaqələndirib və bu münasibətlərin ‘uzun müddətdir gərgin olduğunu’ bildirib”, – məqalədə qeyd olunur.

“Euronews Serbia” yazır ki, “Nexta” bu kontekstdə Azərbaycan prokurorluğunun üç Rusiya vətəndaşı barəsində beynəlxalq axtarış elan etməsini də xatırladıb. Kanal, həmçinin heç bir rəsmi açıqlamaya istinad etmədən Rusiyanın Azərbaycanın Ukraynaya gizli silah tədarük etməsindən “illərdir şübhələndiyini” iddia edib.

Məqalədə “Nexta”nın yanaşmasındakı ziddiyyətə də diqqət çəkilir. Belə ki, kanal özü yanğının səbəbinin müəyyənləşdirilmədiyini etiraf etsə də, bundan dərhal sonra hadisəni Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirib.

“Üstəlik, Nexta kanalının materialında hadisənin səbəbinin müəyyən edilmədiyi etiraf olunsa da, dərhal ardınca insident Azərbaycan-Rusiya münasibətləri ilə əlaqələndirilib”, – “Euronews Serbia” vurğulayır.

Məqalədə Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) məsələ ilə bağlı mövqeyi də geniş təqdim olunub. Qeyd olunub ki, Agentlik “Nexta”nın yaydığı məlumatı əsaslı sübutlara deyil, subyektiv fərziyyələrə söykənən yanaşma kimi qiymətləndirib.

MEDİA bildirib ki, yanğın hadisəsinin dövlətlərarası siyasi münasibətlər kontekstində təqdim edilməsi və bunun əsasında ictimai rəyin yönləndirilməsinə cəhd göstərilməsi Azərbaycana qarşı həyata keçirilən hibrid informasiya kampaniyasının tərkib hissəsidir.

“Təhlillər göstərir ki, baş vermiş hadisə vahid mərkəzdən koordinasiya olunan hibrid informasiya kampaniyasının tərkib hissəsidir. Öz informasiya mühitindən kənarda olan aktorları daim hibrid müharibə aparmaqda ittiham edən Qərb mediası özü Azərbaycana qarşı mütəşəkkil dezinformasiya kampaniyası həyata keçirir”, – MEDİA-nın mövqeyi “Euronews Serbia”nın materialında təqdim olunub.

Məqalədə Agentliyin son dövrlərdə Azərbaycanla bağlı oxşar yanaşmaların bir sıra Qərb media qurumlarında da müşahidə edildiyinə dair mövqeyi əksini tapıb. MEDİA belə məlumatların Azərbaycanın beynəlxalq nüfuzuna qarşı informasiya hücumunun tərkib hissəsi olduğunu bildirib.

Agentliyin mövqeyinə əsasən, “bu cür fərziyyələrin və ittihamların yayılması informasiya manipulyasiyasının açıq təzahürü kimi qiymətləndirilməlidir”.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

4-09-2026, 18:34

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Gündəm / Siyasət

31-08-2026, 17:59

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Gündəm / Siyasət

3-09-2026, 17:37

Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH

Gündəm / Siyasət

2-09-2026, 17:16

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Gündəm / Siyasət

31-08-2026, 14:28

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

Araşdırma
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Xəzər dənizində zəlzələ olub
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
Hadisə
Вчера, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 09:44
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:41
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:23
Bakı-Quba yolunda qəza olub, ölən var
16-10-2026, 18:01
3 milyon dollarlıq şantaj: Həmin şəxslərin məhkəməsi başladı
Son xəbərlər
  • Сегодня, 13:13
    LAZER EPİLYASİYASINDAN ƏVVƏL MÜŞTƏRİDƏN HƏKİM RƏYİNİN TƏLƏB EDİLMƏSİ DAHA VACİB OLAR — DƏRİDƏ YARANA BİLƏCƏK FƏSADLARIN QARŞISINI ALMAQ, HƏM MÜŞTƏRİNİN, HƏM DƏ LAZER MÜTƏXƏSSİSİNİN SAĞLAMLIĞINI VƏ MƏSULİYYƏTİNİ QORUMAQ ÜÇÜN!
  • Сегодня, 13:11
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • Сегодня, 12:35
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • Сегодня, 12:21
    Bu gün TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq
  • Сегодня, 11:55
    Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
  • Сегодня, 11:10
    "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
  • Сегодня, 10:33
    Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb
  • Сегодня, 09:47
    UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
  • Сегодня, 09:14
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • Вчера, 19:03
    AZƏRBAYCANIN MİLLİ ADƏT-ƏNƏNƏLƏRİ DƏYİŞİR: MÜASİRLƏŞMƏ, YOXSA MİLLİ DƏYƏRLƏRDƏN UZAQLAŞMA?
  • Вчера, 18:20
    Yeni prokuror Misir Mərdanovun kürəkənidir
  • Вчера, 18:10
    Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
  • Вчера, 17:47
    İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
  • Вчера, 17:25
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • Вчера, 16:44
    Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq
  • Вчера, 15:45
    Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
  • Вчера, 15:34
    Tərəqqi və insan hüquqları: ali məktəblərdə elmi-tədqiqatların yeni keyfiyyət mərhələsi
  • Вчера, 15:20
    Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
  • Вчера, 14:46
    Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib
  • Вчера, 13:09
    Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
  • Вчера, 13:03
    Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
  • Вчера, 12:37
    Sabah rayonlarda yağış yağacaq
  • Вчера, 11:54
    Yol polisindən sürücülərə müraciət
  • Вчера, 10:52
    Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşıb
  • Вчера, 09:57
    Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
  • Вчера, 09:08
    Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
  • 20-10-2026, 18:17
    POLİSİN DÖVLƏTƏ VƏ XALQA XİDMƏTİ — ETİMADIN, CƏSARƏTİN VƏ FƏDAKARLIĞIN TƏCƏSSÜMÜ
  • 20-10-2026, 18:00
    Türkiyə sərhədlərin təhlükəsizliyi təmin edilənədək qoşunlarını Suriya və İraqda saxlayacaq
  • 20-10-2026, 17:30
    Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib
  • 20-10-2026, 17:00
    Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
  • 20-10-2026, 16:30
    "Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  • 20-10-2026, 16:00
    Ermənistanın Aİİ-dən çıxması Rusiyadan pul köçürmələrini yarıdan çox azalda bilər
  • 20-10-2026, 14:40
    Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
  • 20-10-2026, 14:30
    Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Ələt qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar qəbulunu keçirib.
  • 20-10-2026, 14:24
    Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə