• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bölgələrdə artan işsizlikdən yaranan ehtiyac yoxsa qanunsuz böyürtkən biznesi?

Cəmiyyət

25-08-2026, 10:26

Bölgələrdə artan işsizlikdən yaranan ehtiyac yoxsa qanunsuz böyürtkən biznesi?

Ötən həftə bölgələrdən birində qadınların meşədən qanunsuz böyürtkən yığımı ilə bağlı dövlət sərvətinin mənimsənilməsi maddəsi ilə cərimələnmə xəbəri viral oldu. Çox adam buna təəccüblənsə də ancaq yolumuz rayonlara düşəndə mövsümdə əli qabarlı qadın və gənclərin, xüsusilə uşaqların böyürtkən kollarında giləmeyvə dərib satmasının şahidi olmuşuq.

Çünki böyürtkən yay-payız mövsümündə yetişən kol bitkisidir ki, əkin və yetişməsində xüsusi olaraq insan əməyi yoxdur. Di gəl illərlə qalan bu kol bitkisinin yetişdirdiyi dadlı böyürtkənlərdən həm meyvə, həm mürəbbə, həm də kompout hazırlanır və dadına da söz olmaz. Maraqlıdır ki, tökülüb məhv olacaq, quşların yemi olacaq bu xırda giləmeyvələrin zəhmətkeşlər tərəfindən toplanıb satışında nə günah, nə qayda-qanun pozuntusu ola bilər ki? Qadın və uşaqlar, yaxud ehtiyaclı kişilər belə bölgələrdə səhərdən axşama qədər ağır zəhmətli işlərdə çalışıb gününə 15-20 manat məbləğində çörək pulu qazanır. Aylıq məvacib və təqaüdün daxil olmadığı kənd ailələrində 2-3 kiloqram , lap olsun 10 kiloqram giləmeyvə nə böyük qazancdır ki, onu da dövlət sərvətinin yağmalanması hesab edərək o məzlumları təbiətin verdiyi nemətdən də, üstəlik acımasız cərimənlə ilə də normal yaşamdan məhrum qoyulur.

Bu gün elə bir mənzərənin şahidi oldum ki, özüm də kədərləndim. 62 yaşlı tənha qadın 4 kiçik qabda kollardan böyürtkən toplamışdı. Üst başı toz, torpaq içində olan bu qadın bir neçə şəxsin yanında dayanıb böyürtkəni satmaq niyyətinin olduğunu dedi. Şəxslərdən biri onu xəbərdar etdi ki, böyürtkən toplamaq qayda pozuntusudur, ehtiyyatlı olsun. Bir digər qonşu isə səhər aparıb bazarda satmasını məsləhət gördü. Nəhayət gənc biri qiymətini soruşanda qadın “dörd kiçik vedrəyə 20 manat ödəsən bəsimdir” dedi. Kişi əl atıb cibindəki pulu sayanda 18 manat olduğunu dedi. Qadın dərhal razılaşıb böyürtkəni ona satdı. Baxmayaraq ki, səhər tezdən durub kəndbəkənd gəzən bu cür zəhmətkeş qadınlar əlləri kolların tikanından, ayaqları toz-torpaqdan miskin bir obrazda olur. Neft-qaz ölkəsinin vətəndaşı, anası, qadını, bacısı, gənci, uşağı axı niyə mövsüm bitkisi böyürtkəndən, ya digər giləmeyvədən toplayaraq qazandığı beş on manata görə yüz manatlarla ölçülən məbləğdə cərimə olunmalıdır? Nə üçün böyürtkən toplayan qoca nənə bunu qorxa-qorxa icra etməlidir? Axı onun yaşa görə almalı olduğu pensiyası normal yaşamına yetəcək qədər olmalıdır. Çox təəssüflər ki, son dövrlərdə bölgələrdə artan işsizlik, sosial-iqtisadi ayrı-seçkilik, əhalinin şəhərlərə axını əyan edir ki, bölgə insanı ciddi ehtiyac içindədir, bölgə insanı ciddi əmək fəaliyyəti ilə məşğul ola bilmir. Sovet dövründəki zavod və fabriklər, sexlər, emal müəssisələri işləmir. Əhali ötən 35 ildə çox çətinliklə, çox zülümlə dolanır. Hətta çoxlu sayda insanlar digər bölgə və kəndlərə günəmuzd işlərdə çalışmağa gedir, fəhləlik edir. Xüsuilə çörəyi bir qarış pay torpaqlarından çıxan vətəndaşlar daha çox öhdəliyə sahib olur. Bank hesabına borcla illik əkin təsərrüfatını yaşadan kəndli bir tikə çörəyini min məşəqətlə qazanır. O kəndli indi əlini torpağındakı böyürtkənə uzatdığı üçün niyə cərimələnməli, lağ və gülüş obyektinə çevirlməlidir. Bu 21-ci əsr Azərbaycan ölkəsi üçün yolverilməz haldır. Ölkənin sərvəti həm də bu xalqındır. Ancaq biz bunun əksini görür, ölkədə məmurların, millət vəkillərin və onların əlaltıların yaşadığının şahidi oluruq. Ancaq ölkə başçısı göstəriş verir ki, onun vəzifəyə təyin etdiyi məmurlar xalqa, vətəndaşlara xidmət etməlidir, onlar isə öz ailəsi, nəsli və ətrafı üçün yaşayıb yaşadır.

Sonra da varlığı, yaşamı, həyat tərzi, ehtiyacı illərlə unudulan kəndlinin əli giləmeyvəyə uzananda cərimə ilə yada salırlar ki, dövlət sərvətinə toxunmaq olmaz. Bəs o dövlət sərvəti nə vaxt xalqa gəlib çatacaq?! Onu xalqdan uzaq tutanlar nə vaxt cərimlənəcək, nə vaxt cinayət məsuliyyətinə cəlb olunacaq?

Odur ki, bölgələrdə əhalinin yaşamı ilə maraqlanıb, yeni və çoxlu iş yerləri, məşğulluq yaratmalı və əhalinin güzaran və sosial durumu ilə maraqlanmaq lazımdır. Yoxsa ki, hər gün məbləğini artırıb cəza mexanizmi kimi, ancaq qazanc olaraq düşündüyünüz cərimələri yox.
ATATV.AZ saytının təsisçisi, baş redaktor Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət / Gündəm

22-08-2026, 14:11

Kitabxana və kitabxanaçılara qarşı LAQEYD MÜNASİBƏT yolverilməzdir

Araşdırma / Gündəm

24-08-2026, 10:33

Bakı Gəmiqayırma Zavodunda Şok Təhlükə: Yararsız Avtobuslar İşçiləri Daşıyır

Gündəm / Cəmiyyət

24-08-2026, 10:55

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Gündəm / İdman

24-08-2026, 09:45

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Araşdırma
QOCALAR EVİNDƏ VƏZİYYƏT NECƏDİR?
UŞAQ EVLƏRİNDƏ VƏZİYYƏT NECƏDİR? UŞAQLARIN TALEYİ VƏ CƏMİYYƏTİN MƏSULİYYƏTİ
MƏŞĞULLUQ XİDMƏTİ XALQA XİDMƏT EDİR, YOXSA...?
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
RÜŞVƏTƏ ALIŞQANLIQ BAĞÇADAN VƏ MƏKTƏBDƏN BAŞLAYIR, CƏMİYYƏTİN GƏLƏCƏYİNİ FORMALAŞDIRIR!
Hadisə
8-10-2026, 16:52
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 18:26
Həbsdə olan icra başçısının oğlu yeni şirkət TƏSİS EDİB
6-10-2026, 09:36
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:56
Bakıda məktəbli bıçaqlanıb
28-09-2026, 09:34
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • Вчера, 20:24
    21-ci günün ağrısı: Gəncənin yaddaşından silinməyən gecə
  • Вчера, 18:52
    Azərbaycan dili: xaricdə yaşayan gənclərin milli kimlik ünvanı
  • Вчера, 16:53
    AZƏRBAYCAN MİLLİ GEYİMLƏRİ YALNIZ SƏHNƏDƏ DEYİL, GÜNDƏLİK HƏYATIMIZDA DA YAŞAMALIDIR!
  • Вчера, 16:50
    QOCALAR EVİNDƏ VƏZİYYƏT NECƏDİR?
  • Вчера, 16:47
    UŞAQ EVLƏRİNDƏ VƏZİYYƏT NECƏDİR? UŞAQLARIN TALEYİ VƏ CƏMİYYƏTİN MƏSULİYYƏTİ
  • Вчера, 16:44
    AZƏRBAYCAN ORDUSU — 2026: RƏQƏMLƏR, HƏRBİ GÜC VƏ İNSAN RESURSLARI
  • Вчера, 16:41
    MƏŞĞULLUQ XİDMƏTİ XALQA XİDMƏT EDİR, YOXSA...?
  • Вчера, 10:00
    Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
  • 10-10-2026, 20:30
    Nyu-Yorkdan Bakıya uzanan ədəbi körpü: Aida İmanquliyevanın elmi kəşfləri
  • 10-10-2026, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • 10-10-2026, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • 10-10-2026, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • 10-10-2026, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • 10-10-2026, 17:10
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • 10-10-2026, 16:52
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • 10-10-2026, 15:23
    Şərqşünaslığın zirvəsindəki Azərbaycan qadını: Aida İmanquliyeva fenomeni
  • 10-10-2026, 14:36
    JEK-lər niyə öz vəzifələrinin öhdəsindən gələ bilmir?
  • 10-10-2026, 14:34
    Ana dilindən uzaq düşməyək
  • 10-10-2026, 14:33
    Bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasından 87 il ötür.
  • 10-10-2026, 14:20
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • 10-10-2026, 13:16
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • 10-10-2026, 12:34
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • 10-10-2026, 11:43
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • 10-10-2026, 11:12
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • 10-10-2026, 10:27
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • 10-10-2026, 09:38
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • 9-10-2026, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • 9-10-2026, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • 9-10-2026, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
  • 9-10-2026, 17:32
    Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
  • 9-10-2026, 17:27
    RÜŞVƏTƏ ALIŞQANLIQ BAĞÇADAN VƏ MƏKTƏBDƏN BAŞLAYIR, CƏMİYYƏTİN GƏLƏCƏYİNİ FORMALAŞDIRIR!
  • 9-10-2026, 17:14
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • 9-10-2026, 16:31
    Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
  • 9-10-2026, 16:28
    ŞAGİRD XƏSTƏLƏNİB, TİBBİ ARAYIŞ TƏQDİM EDİB. VALİDEYN NİYƏ CƏRİMƏ QORXUSU YAŞAMALIDIR?
  • 9-10-2026, 15:17
    Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə