"O vaxtlar öldürən öz ölümünü də gözününün qabağına alardı. Qanunlar elədi ki, qatil nadir hallarda ölüm cəzasından qurtula bilirdi. Yaxşı halda 15 illik ciddi rejimli həbsxana məşəqqəti. Sovet həbsxanalarında heç də qərbdəki kimi gündəlik mətbuat, radio - televiziya, təmiz yatacaq, tennis kortu, vaxtaşırı görüşlər təşkil olunmurdu dustaqlara. Güllələnməyə məhkum olunan qatilləri isə hətta yaxınları da tezliklə unudur”
Bu yazı jurnalist, puplisist Məzahir Əhmədoğlunun “Ata Qatilləri” puplisistik yazısından bir epizod idi. 15 il öncə yazılsa da günümüzün mətbuat səhifələrinin, sosial şəbəkələrin dəhşət dolu acı gündəmindən xəbər verir. Sanki günün acı həqiqətindən bəhs edir, eyni dəhşəti etiraf edir. Elə bu gün də bir qətl xəbəri yayımlandı. Bakıda polisə “kişi özünü öldürüb” deyə məlumat ötürüldü, araşdırma nəticəsində isə həyat yoldaşı şübhəli şəxs qismində saxlanıldı.
Azərbaycanda qadınlara qarşı zorakılıq və qətl halları demək olar ki, silsilsə xarakter alıb. Xüsusilə boşanma ərəfəsində olan və ya münasibəti bitirmək istəyən qadınların həyatına son qoyulması cəmiyyətdə ciddi narahatlıq doğurur. Çox vaxt da bu və ya qarşı tərəfin zərərli vərdişləri səbəbindən baş verən qətllərdə bir mənalı namus məsələsini vəziyyətdən çıxış kimi , yəni bəhanə arqumenti kimi istifadə edilir. Potensial qatillər qadın qətlləri xəbərlərinin fonunda xeyli kəskin, bəraətverici yorumlar, fikirlər yazırlar. Əslində bu açıq-aydın göstərir ki, qətl sadəcə qorxulu xəbər deyil, həm də cəmiyyəti ciddi narahat etməli, aidiyyəti qurumların əməli addımlar atmasına səbəbdir. Bu da qətllərin artıq problemin fərdi deyil, sosial xarakter daşıdığını göstərir.
Niyə evli cütlüklər yola gedə bilmir, niyə bıçağı bir-birinin boğazına dirəyərək acımasız həyat yaşayırlar, uşaqlara da ağır travma yaşadırlar. İl ərzində 100-ə yaxın ər-arvad qətlləri olur ki, az sayda qətllər istisna daha çox ər arvadını qətlə yetirmiş olur. Psixiloqlar bildirir ki, Mütəxəssislər hesab edir ki, qadınlara qarşı bu cür aqressiyanın arxasında qısqanclıq, nəzarət etmək istəyi, patriarxal düşüncə, “sahiblik” psixologiyası, emosional idarəetmə problemi və boşanmanı qəbul edə bilməmək kimi amillər dayanır.
Cəmiyyətimizdə sağlam cütlük münasibətləri, emosional savad və qarşılıqlı hörmət anlayışı ciddi şəkildə çatışmır. Bir çox insan evliliyi tərəfdaşlıq kimi deyil, nəzarət və sahiblik kimi qəbul edir. Nəticədə yalnış tərbiyə, yalnış mühüt, yalnış ailə dəyərləri , narsist xarakter əlin qana bulanmasına, bir insanın yaşam hüququnun əlindən alınmasına səbəb olur.
Ana-Ata qatilləri isə son illərin daha dəhşətli mənzərəsini üzə çıxardı. Dünyaya gətirib min əzab və əziyyətini çəkdiyin övlad bir gün affekt halına düşərək yaxud hansısa nifaq girdabına girərək doğma valideynlərinin qətlini icra edir. Əhmədin bütün ailə üzvlərini məhv etməsi xəbəri daha da cəmiyyətdə doğma qətllərin sayını artırdı. Qətlləri “doğmalaşdırdı”. Bir oğul işsizlikdən dolayı ona söz deyən, digər yeniyetmə geyimə görə və digərləri vərdiş etdikləri zərərli maddələr, içkilər üzündən doğma ana-ata qatilinə çevrildilər. Pul, əmlak üstündə bunu törədən övladlar da az olmadı. Bu ailə dəyərlərinin müqəddəs, ana-ata adının bütün dəyərlərdən üstün sanıldığı ölkədə baş verməsi ildən-ilə ağırlaşan sosial-iqtisadi , psixoloji səbəbdən qaynaqlandığını göstərir.
Bu doğma qətlləri hələ trendə çevirip İP azarında olan sayt redaktor və muxbirlərini heç demirəm. Sanki bu günün qətl xəbəri növbəti günə, günlərə növbəti qətllərə rəvac verir, təkan verir. Necə? Hətta özümüz daxil qətl xəbərlərini yazanda və hadisəni təsvir edəndə soyuq və isti silahla qətlin necə, hansı şəraitdə baş verməni, neçə bıçaq zərbəsi , yaxud güllə ilə atəş açılmasını, hansı nahiyədən zərbə endirdiyini belə çılpaqlığına qədər təsvir edirik. Anlamalıyıq ki, bu növbəti qətllərə və qatillərə ipucudur, eyni hal və vəziyyətdən, gərginlikdən əziyyət çəkənlərə çıxış yolu, nümunədir. Axı insan bioloji deyil, həm də psixoloji varlıqdır. Hətta müamalı qətlin bir həftə trendə çevrilib hər gün bir detalını verməklə bütün insani dəyərləri alt-üst edən manyak redaktorlardan danışmayaq. Bir ailə məhv olub, bir doğma digər doğmanın qatilidir... Bunlar qətllə trend hayında, reytinq harayındadırlar.
Bu yazıda son cümlə isə bir cümləlik hekayədir. İndi güllələnmə olmasa da zamanından asılı olmayaq ölümə ölüm hökmünün ağırlığını təsvir edir.
"Güllələnməyə məhkum olunan qatilləri isə hətta yaxınları da tezliklə unudurdu....." dəhşət dolu əməlin kədər notları. Unutqanlıq!. Qətlə özlərini , dəyərləri də əbədi dəfn etdirənlər sonradan əməlinin faciəsini dərk etsə də, etməsə də artıq gec olur. İnsan övladı nə qədər ən təhlükləli canlı olsa da doğmasının həyatına son qoyacaq qədər kinli, nifrin dolu olmamalıdır. Haqsızlıq, gərginlik olan yerdən uzaqlaşın. İstənilən əsəbi davranışın sonu peşmanlıqdır gənclər. Odur ki, səbrli və təmkinli olmaqda, psixoloji sağlamlığa riaət etmək, özünü, doğmanı və ətrafı qorumaq lazımdır. Nəinki qətllə alışıb yanmaq, qisas almaq amaclı öldürmək, qətlə yetirmək....Ayılın, doğmaların qatilinə haqq verməyin, domaların qatilinə çevrilməyin!
Günel Sabirqızı