• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kitabxana və kitabxanaçılara qarşı LAQEYD MÜNASİBƏT yolverilməzdir

Cəmiyyət / Gündəm

22-08-2026, 14:11

Kitabxana və kitabxanaçılara qarşı LAQEYD MÜNASİBƏT yolverilməzdir

Əsrlərdir ki, kitabxana elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını əhatə edir. Həmçinin hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsidir. Yəni cəmiyyət üçün çox vacib , önəmli, tələbatlı sahədir. Hansı ki, elm, mədəniyyət, iqtisadiyyat, hərb və digər sahələrdən asılı olmayaraq qazandığımız dünyagörüş, sahib olduğumuz bilik və təcrübə kitabxana və onda saxlanılan xəzinə dolusuna görədir. Vaxtilə hər kəsin, hətta sıravi vətəndaş , əli qabarlı kəndilinin evində balaca bir kitab rəfi, guşəsi olardı. İnsanlar hüzurunu, sadə yaşayışının dincliyini, asudə zamanını o kitabları mütaliə etməklə keçirər, hətta tez-tez yolunu ən yaxın kitabxanalardan salardı. Çünki oxumaq, öyrənmək mənsəb sahəsi deyil, vətəndaş məsuliyyəti, insanın ruhu-mənəvi qidası idi. Daimi oxucular vardır ki, kitabxananın və kitabxanaçıların sevimlisi olaraq gəlişi onlara hədiyyə sayılardı. Çünki çox kitabxanaçı işinə məsuliyyətlə yanaşıb, oxucu çoxluğunun tək işçisi olduğu kitabxanaya görə deyil, həm də cəmiyyətə böyük dəyər qatdığının fərqində idi. Bir cəmiyyətin kitab mütaliəçisi çox olarsa onu idarə etmək, aciz və qorxaq görmək çətin ki, mümkün olsun. Təsadüfü də deyil ki, ölkənin paytaxt, iri şəhərlərində, bütün rayon və kəndlərində kitabxanaların fəaliyyət göstərməsi bu mənada uğurlu addımdır. İllər öncə ölkəmizdə də az qala iri kənddə iki kitabxana fəaliyyət göstərirdi. İndi isə artıq bir çox kəndlərin qıfıllı kitabxanaları tamamilə ləvğ edilib. Ona görə qıfıllı ki, onsuz da bəzi kənd kitabxanaları kitab oxucusu yoxluğundan illərdir qapısından iri qıfıl asılır, kitabxanaçı aylarla doğma məkanda görünmürdü. Bu əslində beyinlərə, düşüncələrə vurulan qıfıl idi. Kitab mədəniyyəti, intellektual və istedadlı oxucu rəftarını məqsədli şəkildə yox etdilər. İndi də Mədəniyyət Nazirliyi belə qərar gəldi ki, kitabxanalar və kitabxanaçılar artıqlıq təşkil edir. Media və sosial platformalarda çoxsaylı etiraz və məsələnin müxtəlif ekspertlər tərəfindən müzakirəsi mədəniyyət naziri Adil Kərimlini də dilləndirdi. Nazirə görə kütləvi ixtisar və kitabxanaların ləğvi heç də məqsədli deyil, guya dünya standartlarına uyğunlaşmaq amaclı atılan yeni modelə əsaslanıb. Optimmallaşdırma adı ilə gedən bu yeni model ölkə üzrə mövcud 3400 kitabxananın birləşdirilməsinə yönəlib.
Nazir müavini Fərid Cəfərov açıqlama verir ki, kitabxanaların 90 faizdən çoxu bina, struktur, xidmət sahəsi və digər göstəricilər baxımından beynəlxalq standartlara cavab vermir. Həmçinin kitabxana sistemində peşəkar kadr çatışmazlığı da əsas problemlərdən biri kimi göstərilir. Hesabatda qeyd olunur ki, sistemdə çalışan işçilərin 7,7 faizinin ixtisas, 42 faizinin isə orta təhsilli olduğu bildirilir. Ölkə üzrə kitabxanaların ümumi kitab fondu 18 894 915 nüsxə təşkil edir. Kitabxanalarda qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 260 nəfərdir, yəni heç bir milyona çatmır. Yeni modeldə isə kitabxanaların müasir standartlara uyğun oxu zalı və mədəni fəaliyyət mərkəzinə çevrilməsi, kitab fondunun IFLA standartlarına uyğun komplektləşdirilməsi planlaşdırılır. Hətta vətəndaş tək şəxsiyyət vəsiqəsi ilə bütün ölkə kitabxanalarından oxucu kimi rahat istifadə ediləcək. Elektron kitabxana isə mobil telefonlardan əlçatan olacaq.
Xub, nazir və nazir müavinin çıxışı maraqlı olsa da ancaq gerçəklikdə baş verənlər daha çox illərdir 300-400 manat məvacibə çalışan kitabxanaçıların çətin imtahana salıb işini əlindən almaq qəsdindən başqa müsbət məqamının olmadığını göstərir. Hətta çoxsaylı işini itirmiş kitabxanaçılar arasında ali ixtissas təhsilli , özü də fərqlənmə ilə diplomu seçilən işçinin əmək müqaviləsinə xitam verilməsi artıq bunun büdcəyə qənaət qəsdindən başqa anlam daşımır. Əgər hədəf 42 faiz naməlum yollarla zamanında işə götürülən orta təhsilli işçilərin ixtisarı idisə, zamanında bu addım niyə şəffaf atılmayıb ki, indi də qurunun hesabına yaşlar güdaza gedir. Onu da qeyd edim ki, ixtisara salınan qırmızı diplomu kitabxanaçı həm də ingilis dilini əla bilir. Görəsən, nazirliyin özündə qırmızı diplomlu, ingilis dilli neçə mütəxəssis çalışır ki, Göyçay rayonunda belə bir statusa malik işçisini rahatlıqla ixtisara salır, yoxsa nazirliyə vaxtilə tapşırıq, rüşvət hesabına yolunu kitabxana salmış təhsilsiz işçilərin qalması qane edir?
Belə işçilər tək deyil, yüzlərlə idi. Hansı ki, çoxunun ixtisar xəbərini, etiraz və göz yaşını sosial media səhfələrindən görməmək, müşahidə etməmək olmurdu. Çoxu da ailənin yeganə çörək ağacı, gəlir mənbəyidir. Əhalinin onsuz da sosial-iqtisadi durumu gərgin, ağırdır. Bir də əllərində qalan minimum əmək haqqına da göz qoyulması yəqin ki, vətəndaşa qarşı qəsd, kitabxanalara qarşı soyqırımdır.
Cənab nazir, 3400 kitabxananı və onun işçilərini saxlamaq belə çox çətindir, yoxsa dövlət büdcəsi mimumum əməkhaqqı alanların hesabına qənaət rejiminə keçməlidir?
Məncə ağıllı sualdır, ancaq çox tutarlı cavab istərdim, çətin ki, ağıllı cavab gəlsin. Onsuz da ildən-ilə bozlaşan, mədəniyyət və təhsildən uzaq düşən cəmiyyət ancaq küt qalmağa məhkumdur. Kütləni isə idarə etmək olduqca rahat, əlverişli və təhlükəsizdir. “Elmin gücü, yıxar bürcü” deyiblər.Son zamanlar da əhali qalıb bürc proqnozu əlində . Əlbətt ki, kitabdan, kitabxanalardan uzaq düşdükcə savadsız adam kor olduğundan ümüdümüz qalar bürc proqnozuna...

ATA TV-nin təsisçisi, baş redaktor
Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət / Gündəm

22-08-2026, 11:49

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Gündəm / Cəmiyyət

22-08-2026, 13:36

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Gündəm / Cəmiyyət

22-08-2026, 12:07

Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Gündəm / Cəmiyyət

22-08-2026, 12:56

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Сегодня, 12:47
Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb -Yenilənib
19-11-2026, 18:06
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
16-11-2026, 15:34
Bakıda obyektdə yanğın baş verib
16-11-2026, 09:15
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
14-11-2026, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
14-11-2026, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Son xəbərlər
  • Сегодня, 12:47
    Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb -Yenilənib
  • Сегодня, 11:48
    BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • Сегодня, 10:33
    Azərbaycan neftinin son ticarət qiyməti 97 dollara yaxın olub
  • Сегодня, 09:47
    Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
  • Сегодня, 09:26
    Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
  • Вчера, 19:32
    Qətlə yetirilən qadınlar və şərhlərdə boylanan potensial qatillər
  • Вчера, 19:00
    MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib
  • Вчера, 18:30
    Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
  • Вчера, 17:50
    Tusk Polşaya düşən Rusiya raketlərindən danışıb: Təxribat kimi görünür, qəzaya oxşamır
  • Вчера, 17:20
    DYP sürücülərə xəbərdarlıq edib
  • Вчера, 17:04
    Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
  • Вчера, 16:47
    Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
  • Вчера, 16:14
    İcra hakimiyyətlərində qapalı qapılar: Vətəndaşın qarşısına sədd çəkən müavinlər kimə və nəyə xidmət edir?
  • Вчера, 16:00
    Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL
  • Вчера, 15:16
    Azərbaycanda əhalinin sayı 0,2 % artıb
  • Вчера, 14:41
    Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
  • Вчера, 14:16
    Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq
  • Вчера, 13:59
    İctimai Xəbər Agentliyi, ATA TV və Azad TV-nin Məleykə xanım Abbaszadəyə təbriki
  • Вчера, 13:57
    GÜLTƏKİN ƏSGƏROVA — AĞ XALATLI QƏHRƏMAN, VƏTƏNİN ŞƏHİD QIZI!
  • Вчера, 12:18
    Milli Məclisin növbəti iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq
  • Вчера, 11:39
    Fərdi jurnalist, çap və onlayn media subyektləri üçün keçirilən müsabiqələrdə yenilik edilib
  • Вчера, 11:15
    Ağdamın işğaldan azad olunmasından 6 il ötür
  • Вчера, 10:41
    İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
  • Вчера, 10:31
    Qarakənd səmasında qırılan sülh missiyası: 20 noyabr faciəsinin unudulmayan dərsləri
  • Вчера, 10:01
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Вчера, 09:33
    Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
  • Вчера, 08:47
    Bakının bir sıra yollarında tıxac yaranıb
  • Вчера, 08:35
    Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
  • Вчера, 00:13
    Eyni gündə üç hadisə, çoxsaylı suallar: Təsadüfdür, yoxsa araşdırılmalı məqamlar var?
  • 19-11-2026, 21:08
    Şirvanın söz və sənət beşiyi: Ağsu rayonunun Ləngəbiz kəndi...
  • 19-11-2026, 21:01
    Bakı Slavyan Universitetində filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi keçirilib
  • 19-11-2026, 18:45
    Mətbuatdan poeziyaya uzanan şərəfli ömür: Nəğməkar şair Abil İslam
  • 19-11-2026, 18:39
    Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sakinlərin təxliyəsi üçün müraciət olunub - YENİLƏNİB
  • 19-11-2026, 18:06
    Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
  • 19-11-2026, 17:36
    Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə