• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakı Slavyan Universitetində filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi keçirilib

Cəmiyyət

Сегодня, 21:01

Bakı Slavyan Universitetində filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi keçirilib

19 noyabr 2026-cı il tarixində Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, şair, publisist və fəal ictimai xadim Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi təşkil olunub.

Məclisi giriş sözü ilə açan pedaqogika elmləri doktoru, professor Piralı Əliyev Mahirə xanımı, qonaqları, universitet rəhbərliyini və iştirakçıları salamlayaraq Mahirə xanımın həm görkəmli dilçi alim, həm istedadlı şair, həm də vətənpərvər şəxsiyyət kimi hər kəs tərəfindən yaxşı tanındığını vurğulayaraq, tələbələr üçün bu cür görüşlərin müstəsna əhəmiyyət daşıdığını qeyd edib. O, Mahirə Hüseynovanın Naxçıvanda, ölkəmizin bir çox universitetlərində, eləcə də Türkiyə Özbəkistan və digər türk dövlətlərinin ali təhsil ocaqlarında, türk dünyasının müxtəlif elmi platformalarında dəfələrlə etdiyi çıxışları, Qərbi Azərbaycan həqiqətlərinin türk dünyasına çatdırılması istiqamətindəki ardıcıl fəaliyyətini diqqətə çatdırıb, Bir tərəfdən Turan Akademiyasının üzvü, digər tərəfdən türk dünyasına bağlı şəxsiyyət kimi Mahirə xanımın türkoloji araşdırmalarının, türk dilləri ilə bağlı geniş tədqiqatlarının əhəmiyyətini vurğulayan professor Piralı Əliyev bildirib ki, onun çoxşaxəli fəaliyyətinin mühüm bir hissəsini Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə tanıdılması təşkil edir. Alim qeyd edib ki, Bakı Slavyan Universitetində professor Mahirə Hüseynovanın bugünkü və bundan sonra da keçirilməsi arzulanan mühazirələri gənc nəslin vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətli rola malikdir.

Prof. Piralı Əliyevin giriş nitqinin ardınca iştirakçılara Mahirə Hüseynovanın “Keçəydim” rədifli şeiri təqdim olunub. Dərələyəz mahalının demək olar ki, bütün kənd adlarının bir-bir sadalandığı bu şeirdə hər bir toponim məna və məğzinə uyğun bədii-poetik lövhələrlə canlandırılır. “Keçəydim” şeirinin səsləndirilməsi fonunda toponimlərin xalq yaradıcılığında, şeir dilində və bədii yaddaşda yaşadılmasının əhəmiyyəti vurğulanıb. Mahirə xanımın poeziyaya, ana dilinin incəliklərinə olan dərin bağlılığının, şairlik istedadının formalaşmasında sinəsi sazlı-sözlü, xalq yaradıcılığına və el hikmətinə dərindən bələd olan Nazlı Ananın mənəvi çeşməsindən su içməsinin müstəsna rolu da qeyd olunub.

Daha sonra Bakı Slavyan Universitetinin rektoru, professor Anar Nağıyev çıxış edərək Mahirə xanım Hüseynovanın universitetə hər gəlişinin kollektiv və tələbələr üçün xüsusi sevinc və bayram əhval-ruhiyyəsi yaratdığını bildirib. Xüsusi olaraq filologiya, dil-ədəbiyyat və türkologiya istiqamətlərində təhsil alan tələbələrin dəvət olunduğu bu məclisdə gənclərin Mahirə xanımın dəyərli elmi fikirlərindən birbaşa bəhrələnməsini böyük şans kimi qiymətləndirən rektor, alimin yaradıcılığını geniş təhlil edib. Anar Nağıyev Mahirə xanımın poeziyasına olan xüsusi vurğunluğunu və vətənpərvər alim kimi Qərbi Azərbaycan toponimlərinin tədqiqi sahəsində gördüyü böyük işləri yüksək dəyərləndirib.

“Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər”
mövzusunda geniş və dərin məzmunlu çıxış edən professor Mahirə Hüseynova ermənilərin əslində xalq deyil, barbar bir toplum olmasından, onların qədim türk torpaqlarında apardığı iyrənc özününküləşdormə siyasətindən söz açıb, Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsinin arxasında dayanan tarixi-siyasi məqsədlərə toxunub. O, ermənilərin bölgədə türk adını yaddaşlardan və tarixdən silmək, özlərinin bu torpaqlarda guya qədim tarixi keçmişə malik olduqlarını göstərmək üçün atdıqları addımları elmi faktlarla ifşa edib.

Alim erməni iddialarının əsassızlığını sübuta yetirməkdə hətta onların öz mənbələrinə istinad etməyin vacibliyini vurğulayaraq keçən əsrin 30-cu illərində Zaven Korkodyanın Ermənistan ərazisindəki 2310-ə qədər toponimin 2000-dən çoxunun türk mənşəli olmasını etiraf etdiyini bildirib. Bu faktın özü dənizdən dənizə dövlət yaratmaq xülyasında olan mənfur ermənilərin əsassız iddiasına qarşı bu ərazilərin ən qədim zamanlardan türklərə məxsus olduğu faktını isbat etməyə imkan verir.

Daha sonra prof.Mahirə Hüseynova erməni alimlərinin uydurma iddialarını yaymaq üçün hər şəraitdən öz xeyirlərinə istifadə etməyə fürsət axtardığını vurğulayaraq Acaryan adlı erməni aliminin Birinci Türkoloji Qurultayda gündəlikdəki konkret elmi məsələlərə heç bir aidiyyatı olmayan, erməni dilinin "qədimliyi" və türk xalqlarının bu ərazilərə guya sonradan gəlməsi ilə çıxışına diqqəti cəlb edib. Onun fikrincə, əslində müzakirə olunan məsələlərlə qətiyyən bağlılığı olmayan belə fikirləri ilə Acaryan ermənilərin öz məkrli niyyətlərini hər fürsətdə həyata keçirməyə çalışdıqlarını göstərib.

Çar Rusiyası və Sovet dövrünə aid xəritələrdəki toponimik mənzərədən danışan Mahirə Hüseynova indiki Ermənistan ərazisindəki türk mənşəli toponimlərin təxminən 70 faizə qədərinin dəyişdirildiyini diqqətə çatdırıb. Öz musiqili, ahəngdar səslənişi ilə zövq oxşayan milli adlarımızın ermənilərin kobud sözləri ilə əvəzlənməsi bu adların qondarma olduğunu sübut etdiyini vurğulayan Mahirə xanım Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərinə və qədim tarixi mənbələrə əsaslanaraq bir sıra toponimlərin elmi etimoloji izahını da təqdim edib:

Keşkənd: bir çox mənbələrdə yanlış olaraq Keşişkənd kimi qeyd edilsə də, bu adın əslində Keşkənd / Keçkənd mənasında elmi-etimoloji izahının olduğu əsaslandırılıb

Amağu kənd adının Mahmud Kaşğarinin Divanında çəkilən yabaqu tayfası və oğuz tayfalarının adı ilə bağlılığı açıqlanıb

Qovuşuq, Xalxal, Hers kənd adlarının və Dərələyəz toponiminin elmi etimologiyası geniş şərh edilib. Ermənilərin öz adına çıxdığı "van", "vəng" və digər toponimik elementlərin sırf türk mənşəli olduğunu göstərən professor Mahirə Hüseynova elmi etimologiya olmayan yerdə uydurma xalq etimologiyalarının genişləndiyini vurğulayaraq, qarşıda duran ən mühüm elmi vəzifələrdən birinin məhz dilimizin etimoloji lüğətinin hazırlanması olduğunu bildirib. O, qədim mənbələrə istinad etməklə toponimlərimizin türk mənşəli olmasının elmi-etimoloji sübutunun mümkünlüyünü qeyd edib. Eyni zamanda Qərbi Azərbaycandakı qədim Alban məbədlərinin mənimsənilməsi siyasətinə toxunaraq, Alban xaçlarının erməni xaçlarından fərqini gizlətmək məqsədilə həmin xaçların fərqləndirici elementlərinin yonulub silinməsi faktını auditoriyanın diqqətinə çatdırıb.

Elmi mülahizələrini yeri gəldikcə kövrək və səmimi poetik dillə auditoriyaya çatdıran Mahirə Hüseynova həm Azərbaycanda, həm də Türkiyə, Özbəkistan və digər türk dövlətlərində Qərbi Azərbaycan həqiqətləri ilə bağlı aparılan işlərin əhəmiyyəti barədə də məlumat verib.

Çıxış zamanı Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycan torpaqlarına mütləq qayıdılacağına dair böyük inamla səsləndirdiyi tarixi fikirləri xatırladan professor Mahirə Hüseynova, bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının həmin strateji xətti uğurla davam etdirərək Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində məqsədyönlü və ardıcıl dövlət siyasəti həyata keçirdiyini xüsusi vurğulayıb. Alim bir zamanlar Qərbi Azərbaycan adını dilə gətirməyin belə yasaq olduğu, alimlərin və ailə üzvlərinin təqiblərə məruz qaldığı çətin illərdə bu sahədə fədakarlıqla tədqiqatlar aparan sələflərinin — akademik Budaq Budaqovun, Qiyasəddin Qeybullayevin və mərhum professor Həsən Mirzəyevin misilsiz elmi xidmətlərini ehtiramla yad edib. Onların bu istiqamətdə apardığı araşdırmaları, gənc tədqiqatçıları, doktorant və magistrantları düzgün istiqamətləndirmələrini yüksək dəyərləndirən Mahirə Hüseynova, bu böyük elmi məktəbin və müqəddəs yolun davamçısı olmağın zamanın tələbi olduğunu vurğulayıb.

Maraqla dinlənilən mühazirənin sonunda iştirakçıların sualları cavablandırılıb. Nəsr əsərlərində toponimlərin əks olunması ilə bağlı ünvanlanan suala cavab olaraq Mahirə Hüseynova öz hekayələrində bu məsələyə xüsusi yer ayırdığını, bədii hadisələrin təsviri fonunda bir çox kəndlərin adlarını və toponimik xüsusiyyətlərini həm əsərin süjet xəttində yaşatdığını, həm də yeri gəldikcə izahlı şəkildə təqdim etdiyini bildirib.
BSU-nun türkologiya kafedrasının müdiri universitetdə artıq Mahirə xanımın çoxşaxəli elmi fəaliyyətinin və türkoloji araşdırmalarının tədqiqat obyekti olduğunu dilə gətirib, tələbə, magistrant və gənc tədqiqatçıların onun yaradıcılığı ilə hərtərəfli tanış olmaları üçün lazımi şərait yaradıldığını vurğulayıb. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Ənvər Abbasov.da çıxış edərək professor Mahirə Hüseynovanın elmi və bədii yaradıcılığının vəhdətindən alim təfəkkürü ilə şair qəlbinin qüdrətindən danışıb.

Görüşün sonunda rektor Anar Nağıyev yenidən çıxış edərək Mahirə Hüseynovanın elmi və ictimai fəaliyyəti ilə yanaşı, şeirlərinə olan böyük vurğunluğunu bir daha ifadə edib və tələbələrə onun lirik şeirlərini səsləndirməsi üçün imkan taradıb. Mahirə xanımın lirik şeirlərinin yüksək bədii duyumla ifası zalda böyük rəğbətlə qarşılanıb. Həm rektor, prof. Anar Nağıyev, həm də tədbir iştirakçıları tələbəyə gözəl ifasına görə təşəkkür ediblər; Anar müəllim isə özü oxusaydı, şeiri nə bu cür gözəl ifa edə biləcəyini, nə də məzmun gözəlliyini bu səviyyədə çatdıra biləcəyini səmimiyyətlə etiraf edib.

Çıxışında yer-yurd adlarının həm poeziyada, həm də nəsrdə yaşadılmasının milli yaddaşın qorunmasındakı rolunu bir daha vurğulamaqla prof.Anar Nağıyev Mahirə xanımın Bakı Slavyan Universitetində tələbələr üçün hər ay bu cür mühazirələr oxumasına ehtiyac duyulduğunu bildirib.

Rektor professor Mahirə Hüseynovaya simvolik olaraq Bakı Slavyan Universitetinin 80 illiyi münasibətilə hazırlanmış xatirə saatı təqdim edib.
Sonda görüş iştirakçıları və qonaqlarla xatirə şəkilləri çəkilib.

Yeganə Qəhrəmanova
ADPU-dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət / Cəmiyyət

26-10-2026, 20:44

“MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR” Jurnalist, publisist Məzahir Əhmədoğlu ilə müsahibə (I HİSSƏ)

Gündəm / Müsahibə

28-10-2026, 12:28

“MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR”

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Gündəm / Siyasət

1-09-2026, 14:36

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Сегодня, 18:06
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
16-11-2026, 15:34
Bakıda obyektdə yanğın baş verib
16-11-2026, 09:15
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
14-11-2026, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
14-11-2026, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
14-11-2026, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Son xəbərlər
  • Сегодня, 21:08
    Şirvanın söz və sənət beşiyi: Ağsu rayonunun Ləngəbiz kəndi...
  • Сегодня, 21:01
    Bakı Slavyan Universitetində filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi keçirilib
  • Сегодня, 18:45
    Mətbuatdan poeziyaya uzanan şərəfli ömür: Nəğməkar şair Abil İslam
  • Сегодня, 18:39
    Badamdarda sürüşmə sahəsində çatlar genişlənib, sakinlərin təxliyəsi üçün müraciət olunub - YENİLƏNİB
  • Сегодня, 18:06
    Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
  • Сегодня, 17:36
    Çin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib
  • Сегодня, 16:39
    Putin: Rusiya və ABŞ arasında Ukraynadakı münaqişə ilə bağlı anlaşma var
  • Сегодня, 16:17
    Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının yeni istiqamətləri: Neft əməkdaşlığından "yaşıl enerji"yə
  • Сегодня, 15:53
    Sabah Bakıda leysan yağacaq - Xəbərdarlıq
  • Сегодня, 15:05
    Uşakov: Putin, Tramp və Si Cinpinin görüşü yaxşı ab-havada keçib
  • Сегодня, 14:48
    Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
  • Сегодня, 13:18
    Sabah Azərbaycanda yağış yağacaq
  • Сегодня, 12:49
    Şençjendə Tramp, Si və Putinin üçtərəfli görüşü başlayıb
  • Сегодня, 12:18
    Sahibə Qafarova Türkmənistanda Valentina Matviyenko ilə görüşüb
  • Сегодня, 11:32
    Tramp: Si Cinpinlə birgə Ukraynada müharibənin bitməsinə kömək etməyə çalışırq
  • Сегодня, 10:48
    Alen Simonyan gələn ay Azərbaycana gələcək
  • Сегодня, 10:34
    Məleykə Abbaszadə DİM-in sədri vəzifəsindən azad edilib, BDU-nun rektoru təyin olunub
  • Сегодня, 10:22
    Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib
  • Сегодня, 10:02
    Azərbaycan nefti ucuzlaşıb
  • Сегодня, 09:18
    Putin və Tramp arasında ikitərəfli görüş başlayıb
  • Сегодня, 08:41
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Вчера, 18:27
    Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Вчера, 18:01
    Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
  • Вчера, 17:22
    Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib
  • Вчера, 16:50
    Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
  • Вчера, 15:25
    İlham Əliyev Latviya Prezidentini təbrik edib
  • Вчера, 15:10
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb
  • Вчера, 15:00
    İbtidai təhsildə kadr islahatı: Sertifikasiya nəticələri illərin sistemli problemlərini necə üzə çıxardı?
  • Вчера, 14:41
    Qlobal düyü bazarında bahalaşma təhlükəsi: Azərbaycan nə dərəcədə risk altındadır? - Təhlil
  • Вчера, 13:09
    Sabah 21 dərəcə isti olacaq - Proqnoz
  • Вчера, 12:41
    Milli Məclis 2027-ci ilin büdcə zərfinin I oxunuşda müzakirəsini yekunlaşdırıb
  • Вчера, 11:55
    Milli Məclis vergi və bir sıra digər qanunvericilik aktlarına dəyişiklikləri I oxunuşda qəbul edib
  • Вчера, 11:15
    Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • Вчера, 10:39
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Вчера, 10:12
    Elm və mədəniyyət salnaməmizin ağsaqqalı: Akademik Mədət Çobanovun çoxşaxəli fəaliyyətinin işığında
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə