• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İbtidai təhsildə kadr islahatı: Sertifikasiya nəticələri illərin sistemli problemlərini necə üzə çıxardı?

Cəmiyyət

Сегодня, 15:00

İbtidai təhsildə kadr islahatı: Sertifikasiya nəticələri illərin sistemli problemlərini necə üzə çıxardı?

Elm və təhsil naziri Emin Əmrullayevin son çıxışında səsləndirdiyi fikirlər ölkənin təhsil gündəmində uzun illərdir müzakirə olunan fundamental bir problemi yenidən diqqət mərkəzinə gətirdi. Nazir bildirib ki, ibtidai sinif müəllimlərinin əhəmiyyətli hissəsinin ali deyil, orta ixtisas təhsilli olması illər boyu bu pillədə tədrisin keyfiyyətinə mənfi təsir göstərib. Təməl biliklərin zəif qoyulması isə öz növbəsində yuxarı siniflərdə şagirdlərin akademik göstəricilərinin aşağı düşməsinə səbəb olub. Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən pedaqoqların böyük əksəriyyətinin məhz ibtidai sinif müəllimləri olması bu problemin miqyasını rəqəmlərlə təsdiqləyir.

Statistik mənzərə: Rəqəmlər nə deyir?

Elm və Təhsil Nazirliyinin rəsmi məlumatlarına əsasən, ölkə üzrə sertifikatlaşdırmanın yekunlaşdığı fənlər üzrə hər iki cəhddə uğur qazana bilməyərək əmək müqaviləsinə xitam verilən müəllimlərin ümumi sayı 9 334 nəfər təşkil edir. Bu, imtahanlara cəlb olunan bütün pedaqoji heyətin təxminən 9 faizinə bərabərdir.
Prosesin mərhələlər üzrə dinamikası ibtidai təhsil pilləsindəki vəziyyəti daha aydın göstərir. 2022 və 2023-cü illərdə keçirilən ilk sertifikasiya imtahanlarında iştirak edən 41 mindən çox ibtidai sinif müəllimindən təxminən 11 min nəfəri minimum keçid balını toplaya bilməmiş və onlara 1 il müddətində təkrar hazırlaşmaq şansı verilmişdi.
2023-cü ilin avqustunda keçirilən təkrar imtahandan sonra 605 nəfər, 2024-cü ilin iyununda təşkil olunan növbəti təkrar imtahandan sonra isə 3 424 ibtidai sinif müəllimi uğursuz nəticə göstərərək sistemdən kənarlaşdırılıb.
Ümumilikdə təxminən 4 000 nəfərə yaxın ibtidai sinif müəllimi sertifikasiya mərhələsini keçə bilmədiyi üçün işini itirib.
Problemin kökləri isə sağlam olmayan təhsil siyasətindədir və görünməz əllərin, şəxslərin maraqlarına xitabdadır. Keçmişin kadr siyasəti və orta ixtisas təhsili uzun müddət diqqətdən kənarda qalıb.

Təhsil ekspertlərinin fikrincə, bu gün müşahidə olunan kadr çatışmazlığı və peşəkarlıq böhranı təsadüfi deyil. Problemin əsası 2013-cü ilə — Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının mərkəzləşdirilmiş və şəffaf qaydada tətbiqinə qədərki dövrə gedib çıxır.
Həmin illərdə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) minimal ballarla və ya qeyri-şəffaf yollarla qəbul olunan şəxslərin sonradan yerli təhsil şöbələri səviyyəsində məktəblərə təyinat alması geniş yayılmışdı. Xüsusilə ibtidai sinif və xarici dil müəllimliyi ixtisasları üzrə diplom alan bu kadrların bir qismi müasir pedaqoji metodikalardan və fundamental fənn biliklərindən uzaq idi. Nəticədə, onilliklər ərzində sistemdə qalan qeyri-peşəkar yanaşma minlərlə şagirdin təməl təhsil hüququnun keyfiyyətsiz icrasına gətirib çıxardı.

Ekspert yanaşması: Sertifikasiya yetərlidirmi?

Mütəxəssislər hesab edirlər ki, kadr islahatlarına və orta ixtisas müəssisələrində ibtidai sinif müəllimliyi hazırlığının dayandırılmasına ən azı 15-20 il öncə başlanılmalı idi. Bununla belə, hazırda tətbiq olunan sertifikatlaşdırma mexanizminin özü də təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır və bir sıra kritik məqamlar diqqətə çatdırılır:
Bunlardan biri test əzbərçiliyi riskdir. Ekspertlərin rəyinə görə, yalnız qapalı test tapşırıqları və qaydaların əzbərlənməsinə əsaslanan imtahan modeli müəllimin real pedaqoji bacarığını, sinfi idarəetmə qabiliyyətini və şagirdlə ünsiyyət metodikasını tam ölçə bilmir. Özü də 30-40 şagirdin cəm olduğu siniflərdə. Quru nəzəriyyəni əzbərləyən müəllimin minimal fərqlə imtahandan keçməsi hələ onun keyfiyyətli tədris quracağına zəmanət vermir. Necə ki, hələ də ev tapşırıqları valideynlərin yaxud repititorların boynundadır. Əvvəl də şagirdlərə əsas valideyn kömək edirdisə, indi ya valideyn, ya da repititor. Sertifikasiya imtahanı hələ problemin tam həlli demək deyil.

Maarifçilik və metodiki yanaşma:

Müasir təhsil sistemi yalnız faktların ötürülməsini deyil, uşaqlarda tənqidi təfəkkürün və dünyagörüşünün formalaşdırılmasını tələb edir. Bunun üçün isə müəllimin özünün dərin intellektual bazaya və pedaqoji səriştəyə malik olması şərtdir.

Nazirin son açıqlamaları göstərir ki, təhsil sisteminin qeyri-peşəkar kadrlardan təmizlənməsi prosesi qarşıdakı illərdə digər fənlər üzrə keçiriləcək sertifikasiya imtahanlarında da davam edəcək. Sistemdən kənarlaşdırılan müəllimlərin yerinin doldurulması isə birbaşa MİQ imtahanlarının obyektivliyindən və pedaqoji universitetlərdə kadr hazırlığının keyfiyyətindən asılıdır. Yalnız ali təhsilli, ixtisasına dərindən bələd olan və şəffaf müsabiqə yolu ilə seçilən gənc kadrların məktəblərə cəlb edilməsi ibtidai təhsildə illərdir yığılıb qalmış boşluqları aradan qaldıra bilər. Bu şərtlə ki, müəllimin də azad düşüncə, özünüifadə və təminatlı çalışma imkanları məhdudlaşdırılmaya. Üstəlik repititor alverindən xilas olmaq üçün normal dolanacaq əməkhaqqı məbləğinə sahib ola. Repititorluğun isə ixtisasın test və qayda əzbərçiliyində bazar alverindən bir fərqi yoxdur. Bu isə ayrı bir bəladır ki, illərdir təhsil sisteminə virus kimi yoluxub. Bu virusdan xilas olmağın yolları isə keyfiyyətli, şəffaf və rüşvətdən uzaq təhsil sistemindən, təhsil islahatlarından keçir.

Günel Sabirqızı
Atatv.az, Azadtv.az və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

8-11-2026, 13:00

Zəfərə aparan yol: Xalq, Ordu və Liderin sarsılmaz birliyi - TƏHLİL

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Araşdırma

14-11-2026, 11:50

Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Cəmiyyət / Gündəm

27-10-2026, 12:30

İLLİK BAZA TƏHSİL XƏRCLƏRİ : Məktəbdə keyfiyyət, yoxsa repetitora məcburiyyət?

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
16-11-2026, 15:34
Bakıda obyektdə yanğın baş verib
16-11-2026, 09:15
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
14-11-2026, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
14-11-2026, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
14-11-2026, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
13-11-2026, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
Son xəbərlər
  • Сегодня, 18:27
    Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
  • Сегодня, 18:01
    Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə əməkdaşlıq məsələlərini müzakirə edib
  • Сегодня, 17:22
    Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib
  • Сегодня, 16:50
    Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
  • Сегодня, 15:25
    İlham Əliyev Latviya Prezidentini təbrik edib
  • Сегодня, 15:10
    Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı artırılıb
  • Сегодня, 15:00
    İbtidai təhsildə kadr islahatı: Sertifikasiya nəticələri illərin sistemli problemlərini necə üzə çıxardı?
  • Сегодня, 14:41
    Qlobal düyü bazarında bahalaşma təhlükəsi: Azərbaycan nə dərəcədə risk altındadır? - Təhlil
  • Сегодня, 13:09
    Sabah 21 dərəcə isti olacaq - Proqnoz
  • Сегодня, 12:41
    Milli Məclis 2027-ci ilin büdcə zərfinin I oxunuşda müzakirəsini yekunlaşdırıb
  • Сегодня, 11:55
    Milli Məclis vergi və bir sıra digər qanunvericilik aktlarına dəyişiklikləri I oxunuşda qəbul edib
  • Сегодня, 11:15
    Azər Məmmədov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • Сегодня, 10:39
    Azərbaycan nefti cüzi bahalaşıb
  • Сегодня, 10:12
    Elm və mədəniyyət salnaməmizin ağsaqqalı: Akademik Mədət Çobanovun çoxşaxəli fəaliyyətinin işığında
  • Сегодня, 10:07
    Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri arasında təkbətək görüş başlayıb - YENİLƏNİB
  • Сегодня, 09:27
    "Eternity-2026” təliminin iştirakçıları Zəfər Parkını ziyarət ediblər
  • Сегодня, 08:52
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • Вчера, 23:54
    Mədəniyyətlərin və qlobal həmrəyliyin körpüsü: Mehriban xanım Əliyevanın dünya səviyyəli humanitar missiyası
  • Вчера, 22:16
    Sözün keşiyində duran fədakar qələm sahibi: Xuraman Quliyevanı təbrik edirik!
  • Вчера, 18:57
    Tahir Budaqov oğlunu evləndirdi – YAP-ın bəzi deputatları və funksionerləri dəvətsiz qaldı
  • Вчера, 18:03
    Lənkəranda üç ailənin yaşadığı ev yanıb, 8 nəfər xilas edilib
  • Вчера, 17:36
    İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib
  • Вчера, 16:50
    MM saatlıq əməkhaqqı sisteminin tətbiqi barədə dəyişiklikləri ilk oxunuşda qəbul edib
  • Вчера, 16:45
    Azadlığın Təbriz sədası: Səttar xan hərəkatının tarixi və mənəvi gücü
  • Вчера, 16:17
    Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib
  • Вчера, 16:04
    Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib
  • Вчера, 15:36
    17 Noyabr – Milli oyanışdan müstəqilliyə uzanan şərəfli yol
  • Вчера, 15:35
    EVİN ƏMƏYİNİ DƏ HESABLAYIN: QADININ ZƏHMƏTİNƏ MAAŞ YAZIN!
  • Вчера, 15:34
    Paytaxt işığı və unudulan torpaq: Regionlarda məşğulluq böhranını necə aşmalı?
  • Вчера, 15:28
    Zelenski Krım körpüsünun vurulması ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayıb
  • Вчера, 14:44
    Mərhum bəstəkar Arif Mirzəyevin xanımı Prezident İlham Əliyevə təşəkkür edib
  • Вчера, 13:21
    Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
  • Вчера, 12:57
    Sabah 19 dərəcə isti olacaq, Bakıətrafı ərazilərə az yağış yağacaq
  • Вчера, 12:40
    Milli Dirçəliş Günümüz mübarək!
  • Вчера, 12:14
    Milli Məclisdə ​turizm üzrə təhsil müddətinin üç ilə endirilməsi təklif olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə