Əziz həmvətənlər!
17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik!
Bu əlamətdar tarix xalqımızın milli oyanışının, azadlıq eşqinin, birliyinin və müstəqillik uğrunda sarsılmaz mübarizəsinin rəmzidir.
1988-ci ilin 17 noyabrında Bakının Azadlıq meydanında yüksələn xalqın səsi tariximizin yeni səhifəsini açdı. Həmin gün azadlıq arzusu ilə bir araya gələn insanlar milli iradənin, Vətən sevgisinin və haqq uğrunda mübarizənin canlı təcəssümünə çevrildilər.
Bu gün müstəqil Azərbaycanın hər bir uğuru, dalğalanan üçrəngli bayrağımız və bərpa olunmuş ərazi bütövlüyümüz həmin tarixi mübarizənin, xalqımızın əzminin və fədakarlığının əhəmiyyətini bir daha təsdiqləyir.
Milli dirçəliş ruhumuz daim yaşasın! Dövlətimiz müstəqil, xalqımız bir, bayrağımız daim ucalarda olsun!
Bütün xalqımıza sülh, əmin-amanlıq, firavanlıq və davamlı inkişaf arzulayırıq.
*17 Noyabr – Milli Dirçəliş Günümüz mübarək!*
Hörmətlə,
Rəsafil Bayramov
Azadtv.az, Atatv.az saytlarının, Milli Azərbaycan Televiziyasının və İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru