
İlk olaraq burdan başlayım ki, bu gün dünyada baş verən geosiyasi dəyişikliklər ölkələr qarşısında yeni çağırışlar yaratmaqla yanaşı, beynəlxalq əməkdaşlığın əhəmiyyətini də daha da artırır. Belə bir mürəkkəb siyasi və iqtisadi şəraitdə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət, milli maraqlara əsaslanan prinsipial mövqeyi və Prezident İlham Əliyevin uzaqgörən siyasi strategiyası ölkəmizin beynəlxalq nüfuzunu və strateji əhəmiyyətini daha da yüksəldir.Noyabrın 12-də Prezident cənab İlham Əliyevin İrlandiyanın paytaxtı Dublin şəhərinə işgüzar səfəri və burada keçirilən “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirakı bu baxımdan xüsusi siyasi əhəmiyyətini vurğulamalıyam. Avropanın müxtəlif ölkələrini təmsil edən, 50-yə yaxın dövlət və hökumət başçısını bir araya gətirən mötəbər toplantı qitənin gələcək inkişaf istiqamətlərinin, təhlükəsizlik arxitekturasının və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından çox önəmlidir. “Avropa – güclü, təhlükəsiz və əlaqəli” şüarı altında keçirilən Zirvə Toplantısının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyaların təşviqi, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi, əlçatan enerji təminatı, təhlükəsizlik və müdafiə məsələləri xüsusi yer tutub. Bu məsələlərin hər biri müasir dünyanın iqtisadi və siyasi gələcəyini müəyyən edən əsas amillərdir,deyərdim. Azərbaycanın belə bir platformada yüksək səviyyədə təmsil olunması isə heç təsadüfi deyil. Çünki ölkəmiz artıq regional çərçivələri aşaraq Avropanın enerji təhlükəsizliyinə, nəqliyyat bağlantılarına və ümumi geosiyasi sabitliyinə təsir göstərən mühüm tərəfdaşlardan birinə çevrilib.
Azərbaycanın artan strateji əhəmiyyəti və Avropanın enerji təhlükəsizliyi barədə fikirlərimi bölüşmək istəyirəm.
Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin “Rəqabətqabiliyyətli Avropanın qurulması – innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirakı Azərbaycanın iqtisadi və enerji potensialının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından da mühüm addım idi.Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola diqqət çəkərək Avropa İttifaqına təbii qaz ixracının 2022-ci ildə 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəldiyini bildirib. Bu göstərici Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir. Eyni zamanda, alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerji ixracı və mövcud enerji infrastrukturunun genişləndirilməsi ölkəmizin gələcək strateji hədəfləri sırasında mühüm yer tutur. Mənim qənaətimcə, burada diqqət çəkən əsas məqam Azərbaycanın yalnız enerji resurslarına malik ölkə kimi deyil, həm də bu resursların beynəlxalq bazarlara təhlükəsiz və dayanıqlı şəkildə çatdırılmasını təmin edən strateji tərəfdaş kimi qəbul edilməsidir. Bakıdan Avropaya uzanan enerji marşrutları, Trans-Adriatik Boru Kəməri və Cənub Qaz Dəhlizi ölkəmizin beynəlxalq enerji sistemindəki mövqeyini daha da gücləndirir. Digər mühüm istiqamət Orta Dəhlizin inkişafı və Azərbaycanın Şərqlə Qərb arasında nəqliyyat-logistika körpüsü kimi rolunun genişlənməsidir. Bu gün Azərbaycanın coğrafi mövqeyi artıq sadəcə xəritə üzərində üstünlük deyil, iqtisadi imkanlara, beynəlxalq tərəfdaşlığa və real strateji nəticələrə çevrilmiş mühüm üstünlükdür.
Dublində ölkəmizin mövqeyinə verilən xüsusi önəmi vurğulamaq istəyirəm.Zirvə toplantısının əhəmiyyətini artıran əsas məqamlardan biri də Prezident İlham Əliyevin tədbir çərçivəsində bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər oldu. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, eləcə də digər Avropa ölkələrinin liderləri ilə aparılan müzakirələr Azərbaycanın Avropa ilə münasibətlərinin yeni istiqamətlər üzrə inkişaf etdiyini xüsusi qeyd etdilər.Xüsusilə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi və bununla bağlı birgə bəyannamənin imzalanması diqqətəlayiq siyasi hadisədir.Müdafiə və təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, enerji, təhsil və innovasiya sahələrini əhatə edən bu sənəd Azərbaycanın beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndiyini təsdiqləyir.Burada bir məqamı xüsusi vurğulayıram: Azərbaycan beynəlxalq tədbirlərdə yalnız iştirakçı dövlət kimi deyil, müzakirə olunan məsələlərin həllində real imkanlara və təcrübəyə malik tərəfdaş kimi çıxış edir. Ölkəmizin mövqeyinə xüsusi önəm verilməsi, Prezident İlham Əliyevlə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlığın müzakirə edilməsi Azərbaycanın artan siyasi çəkisinin göstəricisidir.Əslində, beynəlxalq siyasətdə diqqət mərkəzində olmaq yalnız diplomatik fəallıqla ölçülmür. Bunun arxasında güclü dövlətçilik, iqtisadi potensial, etibarlı tərəfdaşlıq, müstəqil qərarvermə qabiliyyəti və milli maraqları qətiyyətlə müdafiə etmək iradəsi dayanır. Azərbaycan məhz bu amillərin vəhdəti sayəsində beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqe qazanıb.Dublin görüşünün mühüm siyasi məqamlarından biri də Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Tərəflər 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların davamı olaraq sülh gündəliyinin irəlilədilməsi, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, sərhədlərin delimitasiyası, iqtisadi-ticarət münasibətləri və etimad quruculuğu məsələlərini müzakirə etdilər.Bu görüş bir daha göstərir ki, Azərbaycan regionda dayanıqlı sülhün tərəfdarı olmaqla yanaşı, əməkdaşlığın real iqtisadi nəticələrə çevrilməsində də maraqlıdır. Lakin sülhün davamlılığı qarşılıqlı öhdəliklərə, beynəlxalq hüququn prinsiplərinə və əldə olunmuş razılaşmaların ardıcıl icrasına əsaslanmalıdır. Eyni zamanda,Avropa məkanında təhlükəsizlik və müdafiə məsələlərinin ön plana çıxması Azərbaycanın bu istiqamətdə artan rolunu da aktuallaşdırır. Müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi güclə məhdudlaşmır. Enerji marşrutlarının qorunması, nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyəti, iqtisadi dayanıqlılıq, kibertəhlükəsizlik və regional sabitlik vahid təhlükəsizlik sisteminin ayrılmaz elementləridir. Azərbaycan bütün bu istiqamətlərdə əməkdaşlıq imkanlarına malik ölkə kimi çıxış edir. Nəhayət, mən bu son altı ilin reallıqları ölkəmizin gücünü və beynəlxalq mövqeyini bir daha təsdiqləyir. Son 6 ildə baş verən hadisələr bir daha onu göstərdi ki, Azərbaycan tarixinin ən mühüm siyasi mərhələlərindən birini yaşayır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası ölkəmizin yeni geosiyasi reallıqlarını formalaşdırdı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə beynəlxalq münasibətlər sistemində dövlət iradəsinin, milli birliyin və güclü liderliyin nə qədər mühüm olduğunu nümayiş etdirdi. Əlbətdə ki, bu tarixi Zəfərimiz və nəticələr ölməz Şəhidlərimiz, canından keçən qazilərimiz, Ordumuzun gücünün, qədirbilən xalqımızın sarsılmaz həmrəyliyinin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təntənəsi idi. Onu da qeyd edim ki,Azərbaycanın uğurlarını yalnız hərbi-siyasi müstəvidə qiymətləndirmək də doğru olmazdı. Müharibədən sonrakı dövrdə ölkəmiz iqtisadi inkişaf, beynəlxalq nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi, regional sülh və diplomatik əməkdaşlıq istiqamətlərində də yeni mərhələyə qədəm qoyub. Bir zamanlar münaqişə və qeyri-sabitliklə gündəmə gələn Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və fəal diplomatik fəaliyyəti nəticəsində yeni əməkdaşlıq imkanlarının müzakirə olunduğu məkana çevrilir. Qürurla qeyd etməliyəm ki, Məhz bu reallıqlar fonunda Dublin Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunun, strateji əhəmiyyətinin və siyasi çəkisinin növbəti təsdiqi kimi dəyərləndirilməlidir. Altı il əvvəl öz ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan Azərbaycan bu gün Avropanın iqtisadi, enerji və təhlükəsizlik gündəliyində mühüm söz sahibi olan dövlətlərdən biridir! Beləliklə Prezident İlham Əliyevin Dublinə səfəri və “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirakı ölkəmizin xarici siyasətində ardıcıl və məqsədyönlü strategiyanın növbəti təzahürüdür. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq münasibətlərdə öz milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir və qlobal proseslərdə fəal iştirak edir. Əminliklə demək istəyirəm olar ki, Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, Avropa ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi və yeni strateji tərəfdaşlıqların qurulması Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsidir !Bu siyasətin əsasını güclü dövlət, milli maraqlara sədaqət, iqtisadi müstəqillik və beynəlxalq arenada söz sahibi olmaq prinsipləri təşkil edir.
Sonda vurğulamaq istəyirəm ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək Avropanın gələcəyinə, enerji təhlükəsizliyinə və regional sabitliyə sərmayə qoymaq deməkdir. Azərbaycanın mövqeyi isə bu gün artıq təkcə dinlənilən yox, hesablaşılan və eyni zamanda strateji əhəmiyyət daşıyan mövqedir.
YAP
Saatlı r. 15 s. ƏPT-n sədri, UNEC-n məzunu Məmmədov Vüqar