Azərbaycanın tanınmış jurnalisti, yazıçı və şair, Mətbuat Şurasının keçmiş sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.
Atatv.az xəbər verir ki, Rəşad Məcidin anası Yavər xanım dünyasını dəyişib.
Yavər xanım Qarabağla, doğma Ağdamla bağlı xatirələri, mütaliəyə sevgisi və ədəbiyyata marağı ilə tanınırdı. Onun “525-ci qəzet”də dərc edilmiş “Anamın tikiş maşını” adlı yazısında doğma yurda həsrət və keçmişin xatirələri əks olunmuşdu...
Yavər xanım bu gün Ağcabədi rayonunda dəfn ediləcək. Yas mərasimi (3-7) Bakıda keçiriləcək.
Rasafil Bayramov və “Atatv.az” “Azadtv.az” “İctimai Xəbər Agentliyi” kollektivi Rəşad Məcidə və ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, mərhuməyə Allahdan rəhmət diləyir.
Allah rəhmət eləsin!