Bu gün Azərbaycan mətbuatında öz dəst-xətti, prinsipiallığı və peşəkarlığı ilə seçilən jurnalist, "Korrupsiya və Qanun" qəzetinin baş redaktoru Xuraman xanım Quliyevanın doğum günüdür.
Xuraman Quliyeva uzun illərdir ki, mətbuat sahəsində yorulmadan və əzmkarlıqla fəaliyyət göstərir. Parlaq istedadı və iti qələmi sayəsində cəmiyyətin aktual problemlərinin işıqlandırılmasında, həqiqətin və qanunun aliliyinin müdafiəsində hər zaman ön sıralarda dayanıb.
Daim iti qələmi ilə öz materiallarında ölkədəki sosial münasibətlər, bank sektoru, korrupsiya halları və qanunvericiliklə bağlı müxtəlif məqalələr dərc edir, müxtəlif iqtisadi - sosial problemləri gündəmə gətirir.
Jurnalistika kimi məsuliyyətli və çətin bir peşənin öhdəsindən şərəflə gəlməklə yanaşı, o, həm də gözəl ailə başçısı, övladlarına qayğıkeş və layiqli ana, nəvələrinə isə mehriban nənədir.
Onu tanıyan hər kəs Xuraman xanımı yüksək insani keyfiyyətlərə malik mərd, səmimi, xeyirxah və etibarlı bir şəxsiyyət kimi dəyərləndirir. Həmkarları arasında böyük hörmət qazanması da məhz onun dürüstlüyünün və insanlara olan səmimi münasibətinin nəticəsidir.
Bu əlamətdar gün münasibətilə Atatv.az, Azadtv.az saytlarının, Milli Azərbaycan Televiziyası və İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru Rəsafil Bayramov başda olmaqla, bütün redaksiya heyəti adından Xuraman xanım Quliyevanı ürəkdən təbrik edirik!
Dəyərli həmkarımıza möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun!
Doğum gününüz mübarək, Xuraman xanım!
Rasafil Bayramov
Atatv.az, Azadtv.az saytlarının, Milli Azərbaycan Televiziyasının və İctimai Xəbər Agentliyinin təsisçisi və baş redaktoru