• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Gündəm / Cəmiyyət

Сегодня, 11:43

Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər.

Müraciətin mətnini təqdim edirik:

Hörmətli Senatorlar və Nümayəndələr Palatasının üzvləri!

Biz, Azərbaycan Respublikası Milli Məclisinin və qeyri-hökumət təşkilatlarının üzvləri, Sizə Azərbaycanla bağlı 5 oktyabr 2026-cı il tarixli məktubunuza cavab olaraq müraciət edirik. Biz Amerika Birləşmiş Ştatları Konqresi ilə dialoqa böyük əhəmiyyət verir və Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması məqsədini bölüşürük. Bununla belə, hesab edirik ki, məktubunuzda əksini tapan bir sıra müddəalar mühüm tarixi və hüquqi konteksti nəzərə almır və ABŞ-nin diplomatik səyləri nəticəsində əldə edilmiş irəliləyişi çətinləşdirmək riski daşıyır.

Azərbaycan otuz ildən artıq müddətdə münaqişə və beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin işğalının nəticələri ilə üzləşib. 20 mindən çox azərbaycanlı qətlə yetirilib, bir milyondan artıq insan Ermənistandan və Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindən didərgin düşüb. İtkin düşmüş 4010 azərbaycanlının taleyi hələ də məlum deyil. 613 mülki şəxsin həlak olduğu Xocalı qətliamı, eləcə də kəndlərin və şəhərlərin, dini məkanların və mədəni irs nümunələrinin dağıdılması milli tariximizin ən ağrılı səhifələrindəndir. Münaqişəyə dair istənilən qiymətləndirmə prosesində bu reallıqlar nəzərə alınmalıdır.

Minalar və partlamamış hərbi sursatlar insanların həyatını təhlükə altında qoymağa, həmçinin bərpa işlərinə və didərgin düşmüş ailələrin təhlükəsiz qayıdışına mane olmağa davam edir. Azərbaycanın qiymətləndirməsinə əsasən, ölkə ərazisinin təqribən 13 faizində 1,5 milyona yaxın mina basdırılıb. 2020-ci ildən bəri mina və digər sursatların partlaması nəticəsində 440-dan çox Azərbaycan vətəndaşı zərər çəkib. Bu baxımdan, Konqresi humanitar minatəmizləmə fəaliyyətinə, habelə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə, o cümlədən mümkün dəfn yerləri və taleyi naməlum qalan şəxslər barədə məlumatların əldə edilməsinin zəruriliyinə davamlı diqqət yetirməyə çağırırıq.

Mövcud çətinliklərə baxmayaraq, Prezident İlham Əliyev sülhün təmin olunmasına, münasibətlərin normallaşdırılmasına və regional iqtisadi inteqrasiyaya yönəlmiş strateji xətt yürüdüb. Azərbaycan sülh sazişinin hazırlanması təşəbbüsünü irəli sürüb və Ermənistan tərəfinə sazişin layihəsini təqdim edib. Biz Prezident Donald Trampın bu prosesin irəlilədilməsində mühüm rolunu qəbul edir və yüksək qiymətləndiririk.

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti mühüm diplomatik mərhələ olub. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açıb. Azərbaycanın neft məhsullarının Ermənistana ixracı da daxil olmaqla, ticarət əlaqələri qurulub. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) isə regional nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmləndirilməsi üçün perspektivlər açır. Bütün bunlar, eyni zamanda, ABŞ-Azərbaycan strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Milli Məclisin və qeyri-hökumət təşkilatlarının üzvləri olaraq, biz bu sülh gündəliyini dəstəkləyir və hesab edirik ki, Konqres əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsində konstruktiv rol oynaya bilər.

Sizin məktubunuzda saxlanılan bəzi şəxslər "siyasi və hərbi liderlər" kimi təqdim olunur. Bu ifadələr reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində Ermənistan tərəfindən yaradılmış qanunsuz separatçı qurumda yüksək vəzifələr tutublar və müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar. Məhkəmə proseslərində təqsirləndirilən şəxslərin müdafiə hüququ təmin edilib, hökm çıxarılmazdan əvvəl isə sübutlar və şahid ifadələri araşdırılıb. Konqresin ədalətli məhkəmə araşdırması prinsipinə verdiyi əhəmiyyəti bölüşürük. Eyni zamanda, Azərbaycanın suverenliyinə və məhkəmə institutlarına münasibətdə də digər dövlətlərə göstərilən yanaşmaya uyğun hörmətin nümayiş etdirilməsinin vacibliyini vurğulayırıq.

Bununla yanaşı, təxminən 241 km² ərazinin guya Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilməsinə etiraz edirik. Azərbaycan Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. İki ölkə arasındakı beynəlxalq sərhədin ayrı-ayrı hissələri üzrə dəqiq xəttin müəyyənləşdirilməsi ikitərəfli delimitasiya və demarkasiya prosesinin predmetidir. Hesab edirik ki, bu məsələlər nəticəni əvvəlcədən müəyyənləşdirən birtərəfli qiymətləndimələr əsasında deyil, mövcud mexanizmlər çərçivəsində həll olunmalıdır.

Konqres mədəni irs məsələsində etibarlı və prinsipial yanaşma zamanı əvvəllər işğal altında olmuş ərazilərdə və Ermənistanda Azərbaycan məscidlərinin, qəbiristanlıqlarının, ziyarətgahlarının və tarixi abidələrinin dağıdılmasını və təhqir olunmasını da nəzərə almalıdır. Dini və mədəni irsin qorunması universal prinsipə əsaslanmalı, ayrı-seçkiliyə və seçici yanaşmaya yol verilməməlidir.

Konqresi, həmçinin, "Azadlığa Dəstək Aktı"nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir. Onun tətbiqinin dayandırıldığı hallarda belə, bu maddə ikitərəfli tərəfdaşlığımızın bütün potensialının reallaşdırılmasına maneə olaraq qalır. Maddənin ləğvi regional sülh prosesinə və ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanmasına Konqresin dəstəyini ifadə edən əhəmiyyətli mesaj olardı.

Bu, ABŞ-nin ikipartiyalı siyasi rəhbərliyi üçün bir fürsətdir. Azərbaycanla Ermənistan arasında sülh Vaşinqtonda partiyalararası mübahisə predmetinə çevrilməməlidir. Əksinə, bu, regional sabitliyi, iqtisadi imkanları və ABŞ-nin maraqlarını irəli aparan diplomatik nailiyyət kimi qiymətləndirilməlidir. Məhz ikipartiyalı yanaşma ABŞ administrasiyalarına ölkəmizlə onilliklər ərzində davam edən tərəfdaşlıq qurmağa, ölkənizin əsas siyasət prioritetlərinə, o cümlədən sülhməramlı əməliyyatlara Azərbaycanın dəstəyindən faydalanmağa imkan verib.

Azərbaycan və Ermənistan humanitar, hüquqi, siyasi və praktiki xarakterli həllini gözləyən məsələləri birbaşa ikitərəfli dialoq vasitəsilə həll etməyə sadiq olduqlarını bəyan ediblər. Xarici tərəfdaşlar bu prosesi dəstəkləməklə və hər iki tərəf üçün məqbul həll yollarını təşviq etməklə ən yaxşı şəkildə yardım göstərə bilərlər.

Regionumuz böyük əzab və iztirablardan keçib, lakin indi fərqli gələcək qurmaq üçün real imkan yaranıb. Vaşinqton Sammitindən sonra əldə olunmuş irəliləyişin möhkəmləndirilməsi, Azərbaycan–ABŞ münasibətlərinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması naminə sizi əməkdaşlığa dəvət edirik.

Hörmətlə,

Azərbaycan Respublikası Milli Məclisinin üzvləri:

1. Məmmədov Qaya

2. Yıldırım Fatma

3. Vəliyev Samir

4. Rüstəmxanlı Tənzilə

5. Rəhimzadə Vüqar

6. Oruc Zahid

7. Nurullayev Razi

8. Məsimli Əli

9. Məmmədov Elman

10. Məhərrəmov Bəhruz

11. Musayev Elşən

12. Mustafa Fazil

13. Musabəyov Rasim

14. Musayev Elşad

15. Mollazadə Asim

16. Mirzəzadə Aydın

17. Mirzəbəyli Elçin

18. Mahmudov Rəşad

19. Qurbanov Sadiq

20. Qurbanov Eyvaz

21. Qurbanlı Mübariz

22. Qafarov Vasif

23. Həsənquliyev Qüdrət

24. Həmzəyev Naqif

25. Əliyeva Jalə

26. Əli-Zadə Arzuxan

27. Cəfərova Tamam

28. Vəliyeva Mehriban

29. Xasayeva Səbinə

30. Hacıyev Sabir

Qeyri-hökumət təşkilatlarının üzvləri:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

2. Əmir Əliyev – "İnsan Hüquqlarının Təşviqi Mərkəzi" İctimai Birliyinin sədri

3. Əliməmməd Nuriyev – "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri

4. Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun sədri

5. Rey Qasımov – "Azərbaycanda Mina Qurbanlarının Assosiasiyası" İctimai Birliyinin sədri

6. Hafiz Səfixanov – "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası" İctimai Birliyinin sədri

7. Zaur İbrahimli – "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri

8. Könül Behbudova – "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri

9. Ayaz Mirzəyev – "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin sədri

10. Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri

11. Sevinc Əlizadə – "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

26-09-2026, 08:53

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

Gündəm / Siyasət

4-09-2026, 18:34

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Siyasət

23-09-2026, 11:50

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Gündəm / Siyasət

23-09-2026, 18:22

Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH

Araşdırma
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
RÜŞVƏTƏ ALIŞQANLIQ BAĞÇADAN VƏ MƏKTƏBDƏN BAŞLAYIR, CƏMİYYƏTİN GƏLƏCƏYİNİ FORMALAŞDIRIR!
ŞAGİRD XƏSTƏLƏNİB, TİBBİ ARAYIŞ TƏQDİM EDİB. VALİDEYN NİYƏ CƏRİMƏ QORXUSU YAŞAMALIDIR?
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
UŞAQ PULU VERİLMƏSİ BÖYÜK ZƏRURİYYƏTDİR!
AZPULMAT: MÜŞTƏRİ 3 ŞƏXSİN NÖMRƏSİNİ VERİR — BƏS NİYƏ TELEFONDAKI BÜTÜN KONTAKTLARA ZƏNG EDİR?
Hadisə
8-10-2026, 16:52
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 18:26
Həbsdə olan icra başçısının oğlu yeni şirkət TƏSİS EDİB
6-10-2026, 09:36
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:56
Bakıda məktəbli bıçaqlanıb
28-09-2026, 09:34
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Son xəbərlər
  • Сегодня, 19:00
    İran Ordusunun Quru Qoşunlarının komandanı: Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib
  • Сегодня, 18:30
    Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək
  • Сегодня, 18:00
    Azərbaycan Prezidenti və Çeçenistan başçısı birgə nahar ediblər
  • Сегодня, 17:30
    Tramp Nobel sülh mükafatını almadığına görə narazılığını bildirib
  • Сегодня, 17:10
    İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar
  • Сегодня, 16:52
    Çeçenistanın lideri: Azərbaycan xalqını Qarabağ məsələsinin həlli münasibətilə təbrik edirəm
  • Сегодня, 15:23
    Şərqşünaslığın zirvəsindəki Azərbaycan qadını: Aida İmanquliyeva fenomeni
  • Сегодня, 14:36
    JEK-lər niyə öz vəzifələrinin öhdəsindən gələ bilmir?
  • Сегодня, 14:34
    Ana dilindən uzaq düşməyək
  • Сегодня, 14:33
    Bu gün görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın anadan olmasından 87 il ötür.
  • Сегодня, 14:20
    III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
  • Сегодня, 13:16
    Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
  • Сегодня, 12:34
    ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib
  • Сегодня, 11:43
    Deputatlar, QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
  • Сегодня, 11:12
    Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
  • Сегодня, 10:27
    Azərbaycan XİN Ficini Milli Gün münasibətilə təbrik edib
  • Сегодня, 09:38
    Azərbaycanın daha 4 cüdoçusu Bakıdakı dünya çempionatında mübarizəyə qoşulacaq
  • Вчера, 19:00
    Frankfurt sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı geniş təqdim olunub
  • Вчера, 18:30
    Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırılıb
  • Вчера, 18:00
    Mirzoyan və Fidan Ermənistan-Türkiyə əməkdaşlığını müzakirə ediblər
  • Вчера, 17:32
    Bab əl-Məndəb boğazı Yəmən ordusunun nəzarətinə keçib
  • Вчера, 17:27
    RÜŞVƏTƏ ALIŞQANLIQ BAĞÇADAN VƏ MƏKTƏBDƏN BAŞLAYIR, CƏMİYYƏTİN GƏLƏCƏYİNİ FORMALAŞDIRIR!
  • Вчера, 17:14
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Вчера, 16:31
    Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB
  • Вчера, 16:28
    ŞAGİRD XƏSTƏLƏNİB, TİBBİ ARAYIŞ TƏQDİM EDİB. VALİDEYN NİYƏ CƏRİMƏ QORXUSU YAŞAMALIDIR?
  • Вчера, 15:17
    Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsindəki yolun bir hissəsi təmir olunacaq
  • Вчера, 14:50
    Putin: Rusiya 2030-cu ilədək Xəzər dənizinin öyrənilməsi proqramını hazırlayacaq
  • Вчера, 14:30
    TƏLƏBƏLƏR ÜÇÜN GEDİŞ HAQQI PULSUZ OLMALIDIR!
  • Вчера, 13:00
    AĞ ÖLÜMƏ YOX DEYƏK! NARKOMANİYAYA QARŞI BİRLİKDƏ MÜBARİZƏ APARAQ!
  • Вчера, 12:58
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Вчера, 12:28
    Husilərin Ər-Riyad aeroportuna hücumlarında 3 nəfər ölüb
  • Вчера, 11:43
    Kamran Əliyev Səbail rayonunda vətəndaşları qəbul edəcək
  • Вчера, 10:40
    İlham Əliyev: Laçında keçirilən tədbirlər bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb
  • Вчера, 10:11
    Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır
  • Вчера, 09:23
    İlham Əliyev Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün "Avaza" Kompleksinə gəlib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə