YAP Nərimanov rayon təşkilatı tərəfindən “Azad Hümbətov küçəsi 17A” ünvanı üzrə Ərazi Partiya Təşkilatında Prezident, YAP-ın sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərə həsr olunmuş növbəti görüş keçirilib.
Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov qeyd edib ki, müasir çağırışlar partiya fəaliyyətində daha çevik və məqsədyönlü yanaşmaların tətbiqini, ictimaiyyətlə əlaqələrin gücləndirilməsini və ideoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsini zəruri edir.
Görüşdə Nərimanov rayon MKTİ-nin rəisi, VIII Qurultayın nümayəndəsi Manaf Manafov Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, milli həmrəyliyin qorunması və partiyanın gələcək fəaliyyət istiqamətlərindən danışıb.
Həmçinin, çıxışında partiya üzvlərinin dövlət siyasətinin əsas istiqamətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsində və qarşıya qoyulan strateji vəzifələrin icrasında fəal iştirakının vacibliyini vurğulayıb.
“Atatv.az” saytı