Narkomaniya cəmiyyətin gələcəyini təhdid edən, ailələri sarsıdan, gənclərin sağlamlığına və həyatına ciddi zərər vuran təhlükəli bəladır.
RƏSMİ STATİSTİKA NƏ DEYİR?
2024-cü ilin sonuna Azərbaycanda 40 490 nəfər narkotik istifadəsi ilə əlaqədar dispanser qeydiyyatında olub. Onlardan 39 485-i kişi, 1 005-i qadındır. 2024-cü ildə 4 967 nəfərə ilk dəfə narkomaniya diaqnozu qoyulub. Bu rəqəmlər rəsmi qeydiyyatı əks etdirir, ölkədəki bütün istifadəçilərin sayını deyil.
2025-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 7 763 cinayət hadisəsi qeydə alınıb. 2026-cı ilin ilk altı ayında isə bu göstərici 4 460 olub.
Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli sərəncamı ilə 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Proqram narkomaniyanın profilaktikasını, maarifləndirməni, müalicəni, reabilitasiyanı və asılılıqdan əziyyət çəkən şəxslərin cəmiyyətə inteqrasiyasını əhatə edir.
Narkomaniyanın yaranmasında psixoloji çətinliklər, ailədaxili problemlər, sosial mühit, narkotiklərin əlçatanlığı və maarifləndirmənin yetərsizliyi kimi amillər rol oynaya bilər. Buna görə gənclərin qorunması, sağlam həyat tərzinin təşviqi və vaxtında tibbi-psixoloji yardım mühüm əhəmiyyət daşıyır.
Dövlət proqramlarının nəticələri ayrılan vəsaitin şəffaflığı, müalicənin əlçatanlığı və reabilitasiyanın səmərəsi ilə də qiymətləndirilməlidir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə aparılmalı, asılılıqdan əziyyət çəkən insanlara isə müalicə və sağlam həyata qayıtmaq imkanı yaradılmalıdır.
AĞ ÖLÜMƏ YOX DEYƏK!
NARKOMANİYAYA QARŞI BİRLƏŞƏK, GƏNCLƏRİMİZİ VƏ GƏLƏCƏYİMİZİ QORUYAQ!
AYNURƏ ULDUZ TEYMUROVA “Atatv.az” saytının direktorun birinci müavini
“QIZIL QƏLƏM” MEDIA MÜKAFATI LAUREATI