• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq

Dünya

Вчера, 16:14

Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq

Rusiya-Ukrayna müharibəsində atəşkəslə bağlı açıqlamalar verilir. Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs rejiminin tətbiq olunmasını təklif edib.

Ukrayna lideri müsahibəsində tam atəşkəs şərti ilə prezident seçkisini keçirə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukrayna rəhbərliyinin dəyişdirilməsində maraqlıdır, ancaq ölkəyə kimin başçılıq edəcəyi barədə qərar yalnız Ukrayna xalqına məxsus olmalıdır.

Zelenski vurğulayıb ki, Rusiya Ukraynanın enerji infrastrukturuna hücumları dayandırarsa, onlar da RF-nin neft emalı zavodlarına zərbələr endirməyəcəklər. O, ABŞ Prezidenti Donald Trampı bu təklifini Kremlə çatdırmağa çağırıb, əlavə edib ki, enerji atəşkəsi müharibənin dayandırılması, atəşkəsin əldə edilməsi istiqamətindən atılan ilk addım ola bilər: "Bizə hücum etməyin. Uşaqlarımızı öldürməyin. Biz sizin dizel zavodlarınıza hücumu dayandıracağıq. Hesab edirəm ki, bu, ədalətlidir".

Ukrayna Prezidenti əvvəllər də oxşar açıqlamalar verib. Hələ ötən ilin fevralında o bildirmişdi ki, Ukraynada sülh olarsa, yaxud ölkəsi NATO-ya üzv qəbul edilərsə, prezident vəzifəsini tərk etməyə hazırdır.

Bəziləri belə hesab edirlər ki, Ukraynada Volodimir Zelenskinin prezident postundan getməsi ilə müharibə bitər. Bu iddia ilə çıxış edənlərin qənaətinə görə, Zelenskinin yerinə gətiriləcək, yaxud seçiləcək yeni dövlət başçısı Ukrayna ərazilərinin Rusiya tərəfdən işğal və ilhaq faktını qəbul edəcək. Başqa sözlə, rəhbərliyə gətirilməsi nəzərdə tutulan siyasi qüvvəyə Rusiyanın Ukrayna torpaqları üzərində ərazi üstünlüyü qarşılığında uzunmüddətli hakimiyyət vədi də edilə bilər.

Bu istiqamətdə Donald Tramp vasitəçi və ya moderator rolunda çıxış edir. Ona görə də ABŞ lideri bildirib ki, Ukraynada prezidentin dəyişməsinin zamanı yetişib. Donald Tramp bu ölkə cəmiyyətinə sövdələşmə bağlaya biləcək yeni lider tapmağı məsləhət görüb.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qeyd edib ki, Prezident Volodimir Zelenskini xalq dəstəkləyir: "Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir".

Tramp Rusiyaya tətbiq edilən enerji sanksiyalarını daha da yumşaldaraq 2027-ci ilin aprelinədək bu istiqamətdə RF-yə müəyyən "yaşıl işıq" yandırır. Bu fonda o, Ukraynaya da Rusiyanın neft emalı zavodlarını vurmamağı məsləhət görür. Zelenski də bu təklifi qəbul edərək qarşı tərəfin də uyğun addım atmasını gözləyir. Ancaq bu təkliflərin irəli sürüldüyü ərəfədə belə Rusiya Ukraynada mülki obyektlərə hücum edib. Yenə də dinc sakinlər ölüb və yaralanıb. Rəsmilərin açıqlamalarına əsasən, Rusiya Ukraynaya hər saat hücum edir.

Ona görə də Rusiyanın atəşkəsə, sülhə razılıq verəcəyi barədə məlumatlar daha çox Moskvanın sülhməramlı, sülhsevər olmasını nümayiş etdirmək cəhdlərindən sayıla bilər.

Hadisələrdən də göründüyü kimi, enerji atəşkəsinə nail olmaq üçün ilk addımı rəsmi Kiyevin atmasını istəyirlər. Ancaq ötən illərin təcrübəsi göstərir ki, RF qarşı tərəfin bu səylərinə qarşılıq verməyib, ya da tam əməl etməyib. Məsələn, 2023-cü ildə Kiyev və Moskva arasında Yeni il mövludu ilə bağlı 36 saat müddətinə bu rejimin tətbiqinə dair razılaşma ilə onu daimi fəaliyyətə çevirmək, möhkəmləndirmək mümkün olmadı. Bu baxımdan, Rusiya-Ukrayna cəbhəsində hətta energetika atəşkəsinin başa tutacağı ehtimalı da azdır. Düzdür, bu ideyanı Ukraynanın ən yaxın sponsoru Böyük Britaniya da dəstəkləyir. Birləşmiş Krallığın Baş naziri Endi Börnem bu məsələni Volodimir Zelenski ilə müzakirə edib. O qeyd edib ki, Rusiya hücumlarını dayandırarsa, Kiyev də oxşar addımı atacaq: "Ötən həftəsonu Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri intensivləşdirib. Bu, Ukraynanın mülki əhalisinə qarşı hücumdur, onları soyuğa və qaranlığa sürükləyir".

Bununla belə, hökumət başçısı bunun dünya bazarlarına enerji və yanacaq tədarükünün bərpası üçün ən yaxşı yol olduğunu da vurğulayıb.

Məlumatlara əsasən, "energetik atəşkəsinə" razılaşmayacağı halda, ABŞ Ukraynanı silah proqramını bloklamaqla hədələyib. Bildirilib ki, Donald Tramp administrasiyası Ukraynanın silahla təchizatı üzrə PURL (Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı) proqramını bloklamaqla Kiyevə təzyiq göstərəcək.

Enerji, yaxud energetika atəşkəsini belə də açıqlamaq olar: Ukrayna Rusiyanın neft emalı zavodlarını vurmur. RF isə böyük həcmdə neft və neft məhsulları emal edərək onları dünya bazarına çıxarır və nəticədə qarşıdan gələn soyuq aylarda qlobal miqyasda yanacağın qiymətinin düşməsini təmin edir.

Rusiya bu əməliyyat nəticəsində milyardlarla dollar gəlir əldə etməklə iqtisadiyyatındakı tənəzzülün qarşısını müəyyən qədər almağa nail olur. Habelə Ukrayna ilə müharibədə iqtisadi üstünlüyünü artırır. Əlavə hərbi texnika, avadanlıq və canlı qüvvə cəlb etmək üçün maliyyə vəziyyətini yaxşılaşdırır.

Ukraynanın Rusiyadakı neft emalı zavodlarını və anbarlarını vurması nəticəsində son aylarda Federasiyanın bu sahədəki bazarında yanacaq qıtlığı yaranıb. Trampın təklif etdiyi "enerji atəşkəsi" təklifi, RF-nin yanacaq sektoruna qoyduğu sanksiyaları yumşaldacağı, yaxud məhdudiyyətləri azaldacağı halda Moskva bu istiqamətdə yaranan problemi də həll edə bilər.

Ancaq hələ ki Donald Trampın təklifinin icrasına başlanılmayıb. Konqresdə bu ideyaya etiraz edilir. Dizel ixracına qadağaları yumşaltmaqla bağlı qərarın verilməsinə müqavimət göstərilir. İddia olunur ki, bu addım Moskvanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirməsinə kömək edə bilər. Ona görə də Pensilvaniyadan olan konqresmen Fitzpatrik Nümayəndələr Palatasına oktyabrın 10-da "Ronald Reyqanın "Güc vasitəsilə sülh" qanun layihəsini təqdim edib. Həmin sənəddə Rusiya neftinin bütün alışlarının bloklanması nəzərdə tutulub. Konqresmen Rusiyanı Ukrayna ərazisinə qanunsuz müdaxilədə ittiham edərək bildirib ki, Konqres və ABŞ xalqı Ukrayna qələbə əldə edənə qədər Zelenskinin yanındadır.


Sənəd Nümayəndələr Palatasında səsvermədən keçərsə, onu Senat və Ağ Ev də təsdiqləməlidir.

Bu, ABŞ-də Prezidentin qərarına birmənalı münasibətin olmadığına nümunədir.

Oktyabrın 11-də Donald Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını bəyan edib: "Hər iki tərəf buna razılıq verib. Onu pozmayın!".

Volodimir Zelenski isə qismən atəşkəsdən xəbəri olmadığını, ancaq Rusiyanın razılaşacağı təqdirdə bu rejimi dəstəkləyəcəyini bildirib. O, Ukrayna Silahlı Qüvvələrinin bütün əmrləri aldığını, onlara kömək edə biləcək tərəfdaşların bütün addımlarını dəstəklədiklərini vurğulayaraq Donald Trampın irəli sürdüyü təklifi Vladimir Putinin yerinə yetirəcəyini gözlədiklərini deyib.

Deməli, Rusiya-Ukrayna cəbhəsində soyuq hava şəraitində istiləşmə də mümkündür. Bunun üçün neft və neft məhsulları, dizel yanacağı ilə bağlı razılaşmaların icrası vacibdir.

Dünyadakı münaqişələrin əsasında neft və karbohidrogen daşıyıcılarının durduğuna şübhə yoxdur. Bu baxımdan, neftin və məhsullarının Rusiya-Ukrayna cəbhəsinə də təsir göstərməsinin zamanı çatır. Belə qənaətə də gəlmək olar ki, ABŞ və tərəfdaşlarının RF nefti və təbii qazına tətbiq etdiyi sanksiya artıq öz bəhrəsini verib. Bu sahədən asılı olan Rusiya iqtisadiyyatında problemlər çoxalıb. Ola bilsin, ABŞ və RF liderlərinin danışıqlarında qarşı tərəf Trampdan sanksiyaların yumşaldılması və qarşılığında atəşkəsə razılıq verəcəklərini boyun olub. Ona görə də ABŞ lideri əminliklə Ukraynanı energetika atəşkəsinə razılıq verməyə təşviq edir.

Baş verən proseslər əldə edilən danışıqların, sanksiyaların nəticələrinin yoxlanılması dövrü də sayıla bilər. Odur ki, sülhə nail olunmazsa, qadağaların, atəşin bərpası mümkündür. Bu baxımdan, enerji atəşkəsini və dizel sövdələşməsini Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün "baş məşq", yaxud tərəflərin münasibətlərinin istiləşməsi üçün "yanacaq sınağı" da saymaq olar.(Report)

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Siyasət / Gündəm

11-09-2026, 19:00

Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH

Gündəm / Cəmiyyət

10-10-2026, 12:34

ISW: Rusiya dizel razılaşması müqabilində ABŞ-yə Ukrayna ilə bağlı güzəştlər təklif etməyib

Gündəm / Siyasət

23-09-2026, 18:22

Azərbaycanın BMT-də örnək göstərilən sülh təşəbbüsü - altı aya yaranan möcüzə - ŞƏRH

Gündəm / Siyasət

2-09-2026, 17:16

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Araşdırma
Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
QOCALAR EVİNDƏ VƏZİYYƏT NECƏDİR?
UŞAQ EVLƏRİNDƏ VƏZİYYƏT NECƏDİR? UŞAQLARIN TALEYİ VƏ CƏMİYYƏTİN MƏSULİYYƏTİ
MƏŞĞULLUQ XİDMƏTİ XALQA XİDMƏT EDİR, YOXSA...?
Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Hadisə
Вчера, 15:48
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
12-10-2026, 09:05
Biləsuvarda toyda bıçaqlanma olub
8-10-2026, 16:52
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 18:26
Həbsdə olan icra başçısının oğlu yeni şirkət TƏSİS EDİB
6-10-2026, 09:36
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:56
Bakıda məktəbli bıçaqlanıb
Son xəbərlər
  • Вчера, 19:00
    Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək
  • Вчера, 18:30
    Yeni doğulmuş körpə üzərində mürəkkəb cərrahi əməliyyat keçirilib
  • Вчера, 18:08
    Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək - YENİLƏNİB
  • Вчера, 17:41
    Sadır Japarov sabah Azərbaycana səfər edəcək
  • Вчера, 16:44
    Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşüb
  • Вчера, 16:14
    Enerji atəşkəsi, dizel sövdələşməsi – Rusiya-Ukrayna müharibəsində yeni bir sınaq
  • Вчера, 15:48
    Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
  • Вчера, 15:09
    Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
  • Вчера, 14:34
    Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verib
  • Вчера, 13:00
    Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
  • Вчера, 12:35
    Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi birinci oxunuşdan keçib
  • Вчера, 11:57
    Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
  • Вчера, 11:23
    Milli Məclisin plenar iclası başlayıb, 13 məsələ müzakirə olunacaq
  • Вчера, 10:51
    Bakı, Sumqayıt və Abşeronda sabah pensiyaların ödənilməsi nəzərdə tutulub
  • Вчера, 10:00
    Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
  • Вчера, 09:28
    "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün "Slaviya" ilə üz-üzə gələcək
  • Вчера, 08:55
    Yasamal və Xətai rayonlarının bir hissəsində işıq olmayacaq
  • 12-10-2026, 22:19
    AD GÜNÜNÜZ MÜBARƏK, QUMRU XANIM!
  • 12-10-2026, 19:05
    Rusiya ordusu Donetsk vilayətində qəsəbəni "Smerç" raketləri ilə vurub, ölənlər var
  • 12-10-2026, 18:30
    Bakıda "Ürək transplantasiyası həftəsi" keçiriləcək
  • 12-10-2026, 18:00
    Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 12-10-2026, 18:00
    MƏMUR XALQA XİDMƏT ÜÇÜN VAR, XALQ MƏMURA XİDMƏT ETMƏK ÜÇÜN DEYİL!
  • 12-10-2026, 17:37
    Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
  • 12-10-2026, 16:30
    LGBT TƏBLİĞATI VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏR: QANUN NƏ DEYİR, CƏMİYYƏT NƏ SORUŞUR?
  • 12-10-2026, 16:18
    Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
  • 12-10-2026, 15:44
    Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • 12-10-2026, 15:18
    Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
  • 12-10-2026, 14:46
    Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
  • 12-10-2026, 14:30
    Diasporun gücü, dilimizin gələcəyi
  • 12-10-2026, 14:25
    İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib
  • 12-10-2026, 12:06
    Azərbaycan və Kamboca işçi qrupu yaradacaqlar
  • 12-10-2026, 11:43
    AZƏRBAYCAN ORDUSU — 2026: RƏQƏMLƏR, HƏRBİ GÜC VƏ İNSAN RESURSLARI
  • 12-10-2026, 11:38
    Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
  • 12-10-2026, 11:21
    İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
  • 12-10-2026, 11:14
    AZƏRBAYCAN MİLLİ GEYİMLƏRİ YALNIZ SƏHNƏDƏ DEYİL, GÜNDƏLİK HƏYATIMIZDA DA YAŞAMALIDIR!
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə