• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

25 illik şərəfli döyüş yolu: peşəkar hərbçi Ruslan Xəlilovun doğum günüdür

Cəmiyyət

28-11-2026, 19:00

25 illik şərəfli döyüş yolu: peşəkar hərbçi Ruslan Xəlilovun doğum günüdür


Vətənə xidmət, döyüşlərdə göstərilən şücaət və hərbi andına sədaqət...

Ömrünün 25 ilini hərbi xidmətə həsr edən, ölkəmizin müxtəlif bölgələrində xidmət keçən və Vətən müharibəsinin ən ağır döyüşlərində iştirak edən ehtiyatda olan baş gizir Xəlilov Ruslan Rasim oğlunun bu gün doğum günüdür.

Onun 48 illik ömrü çətinliklər, şərəfli xidmət yolu və unudulmaz döyüş xatirələri ilə zəngindir. Hərbi xidmətə başladığı gündən Vətənə sədaqətlə xidmət edən Ruslan Xəlilov ölkəmizin müdafiəsində, torpaqlarımızın azadlığı uğrunda aparılan döyüşlərdə iştirak etmiş, hərbi andına sadiq qalaraq şərəfli bir ömür yolu keçmişdir.

*Uşaqlıqdan hərbi xidmətə uzanan yol*

Xəlilov Ruslan Rasim oğlu 28 noyabr 1979-cu ildə Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində anadan olub. Ömrünün ilk 12 ilini burada yaşayıb, təhsil aldıqdan sonra 1993-cü ildə ailəsi ilə birlikdə doğma Vətənə qayıdıb. Ailə Göyçay rayonunun Ləkçıplaq kəndində məskunlaşıb.

Rus dilində təhsil aldığı üçün Göyçay şəhər 3 nömrəli məktəbin rus bölməsində oxumağa davam edən Ruslan 1996-cı ildə orta təhsilini başa vurub. Onun ən böyük arzusu ali hərbi məktəbdə oxumaq, ali təhsilli hərbçi olmaq idi. Lakin həmin dövrün çətinlikləri və özündən asılı olmayan səbəblər bu arzusunun reallaşmasına imkan verməyib.

1998-ci ildə hərbi xidmətə çağırılan Ruslan əvvəlcə altı aylıq rabitə kursunda iştirak edib. Kursu uğurla başa vurduqdan sonra Müdafiə Nazirliyi tərəfindən gizir rütbəsi verilib və o, bu rütbə ilə hərbi xidmətini davam etdirib. Ta ki, son dörd ilə qədər.

Beləcə, onun həyatının 25 ili hərbi xidmətlə bağlı olub. Bu illər ərzində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın müxtəlif bölgələrində xidmət keçib. Vətənin müxtəlif guşələrində onun ayaq izləri, xidmət uğurları və zəhməti qalıb.

*Vətənin ağır günlərində döyüş meydanında*

Ruslan Xəlilovun hərbi xidmət yolu yalnız gündəlik xidmətlə məhdudlaşmayıb. O, 2016-cı ildə Lələtəpə istiqamətində gedən döyüşlərdə də iştirak edib. 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Daşaltı istiqamətlərində gedən döyüşlərdə iştirak edərək Vətənin müdafiəsinə öz töhfəsini verib.

Döyüş bölgəsində keçən günlər onun həyatının həm ən çətin, həm də ən şərəfli səhifələridir. Hər bir döyüşün öz təhlükəsi, hər bir qələbənin arxasında isə böyük zəhmət, fədakarlıq və igidlik dayanır. Ruslan Xəlilov da bu ağır sınaqlardan keçərək döyüşçü məsuliyyətini şərəflə daşıyıb.

Onun hərbi xidmət illərindən qalan fotoşəkillər də bu şərəfli keçmişin canlı yadigarlarıdır. Həmin şəkillərə baxdıqca onun necə məğrur, necə cəsarətlə dayandığını, Vətənə xidmət qürurunu duruşunda necə əks etdirdiyini görmək mümkündür. Hər bir döyüş bölgəsindən və xidmət etdiyi məkandan qalan bu fotolar sadəcə xatirə deyil, həm də 25 illik şərəfli hərbi yolun, yaşanmış çətinliklərin, döyüş əzminin və Vətənə sədaqətin qiymətli yadigarlarıdır.

Ruslan Xəlilovun ən son hərbi xidməti Laçın rayonunda olub. Əsas döyüş nöqtələrində göstərdiyi şücaət və qəhrəmanlığa görə səkkiz medalla təltif edilib. Bu medallardan dördü xidmət fəaliyyətinə, dördü isə döyüş xidmətinə görə verilib.

2022-ci ilin yanvarından mülki həyata buraxılan Ruslan Xəlilovun hərbi xidmətinin başa çatması isə döyüş zamanı aldığı yaralanma ilə bağlı olub. Müalicə olunduqdan sonra qazi kimi mülki həyata qayıdıb. Hazırda ehtiyatda olan baş gizirdir və Xüsusi Təyinatlıların İctimai Birliyinin üzvüdür.

*Döyüş yoldaşlığı unudulmur*


Ruslan Xəlilov üçün hərbi xidmət illəri yalnız döyüşlər və xidmət uğurları deyil, həm də ömürlük dostluqlar, sədaqət və qardaşlıq deməkdir. O, döyüşlərdə çiyin-çiyinə vuruşduğu silahdaşlarını, birlikdə keçirdiyi ağır və unudulmaz günləri bu gün də ehtiramla xatırlayır.

Döyüş yoldaşları, kapitan, həmyerlisi Nadir Həmidovla dostluğunu davam etdirən Ruslan Xəlilov həmin günlərin xatirəsini qəlbində yaşadır. Xüsusi Təyinatlıların İctimai Birliyinin üzvlərini özünə yaxın bilir. Onların göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Ruslan Xəlilov keçdiyi döyüş yolu ilə fəxr etdiyini bildirir:

*“Mən özümlə, keçdiyim döyüş yolu ilə fəxr edirəm. Çünki Vətənin ən ağır günlərində hərbi xidmət etmiş, ən ağır döyüşlərində şərəflə iştirak etmişəm. Bu mənim uşaqlıqdan sevdiyim sahə idi. Hazırda da döyüş vaxtı çiyin-çiyinə vuruşduğum döyüş yoldaşım, kapitan, həmyerlim Nadir Həmidovla dostluq edirəm və birgə keçirdiyimiz günləri unutmuram. Döyüşlərdə çiyin-çiyinə vuruşmuşuq. Bunu unutmaq olmaz. Digər döyüş dostlarım, “Xüsusi Təyinatlılar” birliyinin üzvləri Cəfərov Süleyman və Vidadi qardaşlarımdır. Onlar hər zaman mənə maddi və mənəvi dəstək göstərirlər. Bu yaşımda da Vətənin mənə ehtiyacı varsa, mən Vətən oğlu kimi onun uğrunda mübarizəyə hazıram. ”*

İfadə olunan fikirlər onun Vətənə bağlılığını, döyüş yoldaşlarına sədaqətini və keçdiyi şərəfli yolu necə dəyərləndirdiyini bir daha göstərir.

*Hərbçi ailəsindən Vətənə bağlı ömür*

Ruslan Xəlilov ailəlidir, iki övladı var. Qızı məktəblidir, oğlu isə hazırda hərbi xidmətdədir. Ömrünün 25 ilini hərbi xidmətə həsr edən bir atanın övladının da Vətənə xidmət etməsi onun ailəsində bu dəyərlərin necə yaşadığının göstəricisidir. Bu əsl vətənpərvərlik, əsl Vətən sevgisidir.

Bu gün 48 yaşını qeyd edən Ruslan Xəlilov üçün Vətənə xidmət keçmişin xatirəsi deyil, hər zaman qəlbində yaşatdığı bir məsuliyyətdir. O, döyüşlərdə qazandığı təcrübə, hərbi xidmət illərinin çətinlikləri və silahdaşları ilə bölüşdüyü xatirələrlə şərəfli ömür yolunu davam etdirir.

Doğum gününüz mübarək, peşəkar hərbçi Ruslan Xəlilov!

Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin bütün kollektivi adından 25 illik şərəfli hərbi xidmət və döyüş yolu keçmiş peşəkar hərbçimiz Ruslan Xəlilovu doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, ailə səadəti və həyatının bütün sahələrində uğurlar arzulayırıq!

Vətənə xidmətlə keçən ömrünüz, göstərdiyiniz şücaət və döyüş yoldaşlarınıza sədaqətiniz hər zaman ehtiramla xatırlansın!

Doğum gününüz mübarək, igid Vətən oğlu!

Günel Sabirqızı
Atatv.az, Azadtv.az saytlarının və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri














Paylaş:
Digər xəbərlər

Siyasət

23-09-2026, 11:50

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

5-11-2026, 16:03

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Gündəm / İqtisadiyyat

3-11-2026, 15:53

Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil

Araşdırma
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Şagirdlər niyə oxuduqları hekayəni təhlil edə bilmir? Məktəbdə esse və inşa problemi
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
Hadisə
28-11-2026, 14:31
Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
27-11-2026, 10:13
Ağsuda üzərinə ağac aşan 6 yaşlı uşaq ölüb
26-11-2026, 10:56
Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
25-11-2026, 09:38
Məhkəmə “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktorunu həbs edib
24-11-2026, 10:56
Hərbi qulluqçumuz vəfat etdi
24-11-2026, 10:02
Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var
Son xəbərlər
  • 28-11-2026, 21:08
    Bal var, bəs arıçının qazancı? – İstehsal azalır, yarmarkalar çıxış yoludurmu?
  • 28-11-2026, 19:00
    25 illik şərəfli döyüş yolu: peşəkar hərbçi Ruslan Xəlilovun doğum günüdür
  • 28-11-2026, 18:00
    Tovuzda sel sualrının səbəbilə torpaq sürüşməsi olub, çatlar yaranıb
  • 28-11-2026, 17:30
    Qorlovkada Ukrayna zərbəsi nəticəsində sakin yaralanıb
  • 28-11-2026, 17:00
    İranın Qərbi Azərbaycan ostanında dəm qazından zəhərlənmə nəticəsində 4 nəfər ölüb
  • 28-11-2026, 15:56
    Ermənistan gələn il yeni nüvə enerji blokunun seçimi ilə bağlı qərar verməyi planlaşdırır
  • 28-11-2026, 14:54
    Bazar günü bəzi yerlərdə yağış yağacaq
  • 28-11-2026, 14:31
    Bakıda toyda telefonları oğurlayan şəxs saxlanılıb
  • 28-11-2026, 13:51
    BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil
  • 28-11-2026, 13:19
    "The Telegraph": Ukrayna Krım körpüsünə yeni zərbələr endirməyə hazırlaşır
  • 28-11-2026, 13:02
    İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib
  • 28-11-2026, 12:42
    İlham Əliyev Albaniya Prezidentini təbrik edib
  • 28-11-2026, 11:19
    Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
  • 28-11-2026, 11:11
    İctimai məkanın görünməyən qanunu: hörmət və birgəyaşayış mədəniyyəti
  • 28-11-2026, 10:36
    Azərbaycan XİN Albaniyanı müstəqillik günü münasibətilə təbrik edib
  • 28-11-2026, 09:59
    Yol polisi "qəza ocaqlarının" müəyyənləşdirilməsində süni intellektdən istifadə edir
  • 28-11-2026, 09:24
    Azərbaycan neftinin qiyməti 101 dollara düşüb
  • 27-11-2026, 20:37
    Jurnalistika, yoxsa qeybət? Medianın öz qurduğu tələyə düşənlər
  • 27-11-2026, 18:51
    Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
  • 27-11-2026, 18:05
    Gələn həftə Moskvada MDB hökumət başçılarının iclası keçiriləcək
  • 27-11-2026, 17:16
    Prezident Abşeron dəniz blokuna dair Sazişin yeni redaksiyasını təsdiqləyib
  • 27-11-2026, 16:36
    Balakənin sabiq icra başçısı İslam Rzayev və YAP rayon təşkilatının sabiq sədrinin məhkəməsi başlayıb
  • 27-11-2026, 16:11
    Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
  • 27-11-2026, 15:24
    Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 27-11-2026, 14:41
    Avropa Şurasının Baş katibi Ukrayna rəhbərliyi ilə görüşmək üçün Kiyevə gedib
  • 27-11-2026, 14:05
    Gürcüstanda saxlanılan "Beşiktaş"ın 16 azarkeşi sərbəst buraxılıb - YENİLƏNİB
  • 27-11-2026, 13:40
    Azərbaycanda şənbə günü hava dumanlı olacaq
  • 27-11-2026, 13:15
    Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək
  • 27-11-2026, 12:04
    Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
  • 27-11-2026, 11:04
    Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
  • 27-11-2026, 10:13
    Ağsuda üzərinə ağac aşan 6 yaşlı uşaq ölüb
  • 27-11-2026, 09:37
    Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
  • 27-11-2026, 09:00
    Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
  • 26-11-2026, 23:17
    ADPU-da görkəmli dilçi alim, pedaqoq və ictimai xadim professor Həsən Mirzəyevin 99 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
  • 26-11-2026, 18:10
    Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Xüsusi müxbir: Günel İsayeva
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə