• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ADPU-da görkəmli dilçi alim, pedaqoq və ictimai xadim professor Həsən Mirzəyevin 99 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

Cəmiyyət / Özəl

Вчера, 23:17

ADPU-da görkəmli dilçi alim, pedaqoq və ictimai xadim professor Həsən Mirzəyevin 99 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində görkəmli dilçi alim, pedaqoq, fəal ictimai xadim və ziyalı, mərhum professor Həsən Mirzəyevin anadan olmasının 99 illiyi münasibətilə xatirə tədbiri keçirilib. Tədbirdə dəvət olunmuş qonaqlar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Görkəmli alimin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna rəhmət dilənib.

Tədbirin açılışında Müasir Azərbaycan dili kafedrasının müdiri professor Könül Səmədova çıxış edərək görkəmli alimin Azərbaycan dilçiliyinin inkişafındakı xidmətlərindən, zəngin elmi irsindən və milli filologiyamızda tutduğu mühüm mövqedən bəhs edib.

Daha sonra çıxış edən professorlar İbrahim Bayramov, Mirvari İsmayılova, Təyyar Cavadov və dosent Yeganə Qəhrəmanova Həsən Mirzəyevin çoxşaxəli elmi-pedaqoji fəaliyyətindən, dilçilik sahəsində apardığı dəyərli tədqiqatlardan, ana dilinin öyrənilməsi və təbliği istiqamətindəki xidmətlərindən söz açıblar.

Çıxışlarda alimlə bağlı səmimi və işıqlı xatirələr bölüşülüb, onun elmi irsinin, toponimika, eləcə də dilimizin qrammatik quruluşunun, xüsusilə də feil kateqoriyasının araşdırılmasında oynadığı mühüm rol və tutduğu mövqe xüsusi qeyd olunub.

Vurğulanıb ki, o, dilimizin ayrı-ayrı qrammatik vahidlərinin sistemli təhlilində, o cümlədən feilin semantik və funksional xüsusiyyətlərinin üzə çıxarılmasında əhəmiyyətli elmi nəticələr əldə edib.

Qeyd olunub ki, Həsən Mirzəyev təkcə dərin elmi araşdırmaları ilə deyil, həm də yüksək vətəndaşlıq mövqeyi, ictimai fəallığı və ziyalı nüfuzu ilə yadda qalıb. Bir neçə dəfə millət vəkili seçilmiş alim heç vaxt kabinetlərdə qapanıb qalmayıb, daim xalqın arasında olub, insanların qayğı və problemlərinin həllinə yaxından dəstək göstərib, gənclərin və savadlı kadrların elmə, təhsilə yönəlməsi üçün geniş imkanlar və şərait yaradıb.

Tədbirdə Həsən Mirzəyevin folklorumuza və milli mənəvi dəyərlərimizə, xüsusilə Azərbaycan aşıq sənətinə göstərdiyi qayğıdan da geniş danışılıb. Bildirilib ki, alim xalq yaradıcılığının bu qədim qolunu dilimizin canlı yaddaşı, söz sənətimizin inciləri kimi yüksək qiymətləndirib, aşıq mühitinə və sənətkarlarına daim dəstək verib.

Eyni zamanda onun Qərbi Azərbaycanla bağlı fəaliyyəti, tarixi-coğrafi adlara münasibəti xüsusi diqqət mərkəzində olub. Çünki professor Həsən Mirzəyev toponimləri xalqın tarixi yaddaşı və milli kimlik göstəricisi hesab edir, unudulmaqda olan adların tapılıb üzə çıxarılmasını, elmi dövriyyəyə daxil edilməsini və gələcək nəsillərə ötürülməsini vacib vəzifə kimi irəli sürürdü.

Tədbirdə həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri professor Sayalı Sadıqova və dosent Qətibə Mahmudova çıxış edərək görkəmli alimin elmi yaradıcılığının əhəmiyyətini, filologiya elminə verdiyi töhfələri, eləcə də onun şəxsiyyətini və alimlik ənənələrini xüsusi vurğulayıblar.

Çıxışlarda Həsən Mirzəyevin həyat yolunun, xalqla sıx ünsiyyətinin, ictimai fəaliyyətinin, elmi yaradıcılığının və insanlıq keyfiyyətlərinin gənc nəsil üçün əsl örnək olduğu qeyd olunub.

Tədbir çərçivəsində görkəmli alim, pedaqoq və ictimai xadim Həsən Mirzəyevin həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş etdirilib, tələbələr onun şeirlərini səsləndiriblər.

Böyük alim, pedaqoq və ictimai xadim Həsən Mirzəyevin ruhuna rəhmət dilənib, onun parlaq xatirəsinin onu tanıyanların və elmi ictimaiyyətin qəlbində daim yaşayacağı vurğulanıb.

Yeganə Qəhrəmanova
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai birliyinin həmsədri,
İctimai Xəbər Agentliyi və ATA TV-nin direktoru

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

25-11-2026, 09:16

Sözün yaddaşı və doğma yurdun səsi: Professor Həsən Mirzəyevin elmi-ictimai irsində Qərbi Azərbaycan

Cəmiyyət

19-11-2026, 21:01

Bakı Slavyan Universitetində filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri: Linqvistik həqiqətlər” mövzusunda mühazirəsi keçirilib

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Siyasət

23-09-2026, 11:50

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Cəmiyyət

18-11-2026, 10:12

Elm və mədəniyyət salnaməmizin ağsaqqalı: Akademik Mədət Çobanovun çoxşaxəli fəaliyyətinin işığında

Araşdırma
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Şagirdlər niyə oxuduqları hekayəni təhlil edə bilmir? Məktəbdə esse və inşa problemi
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Hadisə
Вчера, 10:56
Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
25-11-2026, 09:38
Məhkəmə “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktorunu həbs edib
24-11-2026, 10:56
Hərbi qulluqçumuz vəfat etdi
24-11-2026, 10:02
Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var
23-11-2026, 10:51
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
23-11-2026, 09:24
Lökbatanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, biri keçmiş aparıcıdır
Son xəbərlər
  • Вчера, 23:17
    ADPU-da görkəmli dilçi alim, pedaqoq və ictimai xadim professor Həsən Mirzəyevin 99 illiyinə həsr olunmuş anım tədbiri keçirilib
  • Вчера, 18:10
    Serbiyada prezident seçkiləri dekabrın 27-nə təyin edilib
  • Вчера, 17:54
    Boşalan kəndlər, çətinlik çəkən kəndlilər – kənd həyatını kim xilas edəcək?
  • Вчера, 17:48
    Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib
  • Вчера, 17:16
    ABŞ-nin yenidən işə düşən rüsum siyasəti – güclər arasında növbəti gərginliyin anonsu
  • Вчера, 17:00
    Kəlağayı – nənələrimizin sandığından milli dəbin estetik brendinə
  • Вчера, 16:46
    Dərsliklərdə səhvlərin səbəblərinə aydınlıq gətirilib
  • Вчера, 15:19
    UEFA Çempionlar Liqası: "Sabah" – "Barselona" oyunu azarkeş sayına görə ilk üçlükdə qərarlaşıb
  • Вчера, 14:45
    Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib
  • Вчера, 12:55
    Bakıda 15, rayonlarda 16 dərəcə isti olacaq
  • Вчера, 12:20
    XİN başçısı: Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir
  • Вчера, 11:47
    BŞİH: Səbaildəki tarixi binanın qanunsuz dəyişdirilən giriş qapısı bərpa edilib
  • Вчера, 10:56
    Bakı-Qazax yolunda qəzada iki nəfər ölüb
  • Вчера, 10:14
    UEFA Konfrans Liqasında IV turun oyunları keçiriləcək
  • Вчера, 09:47
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
  • Вчера, 09:15
    Tramp və Rütte Ukrayna və İranı müzakirə ediblər
  • 25-11-2026, 23:24
    Xalq artisti Elmira Şabanova vəfat edib
  • 25-11-2026, 19:00
    Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq
  • 25-11-2026, 19:00
    Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq
  • 25-11-2026, 18:50
    Müasir dövrdə qəfil ölümlərin artması: səbəblər, gizli təhlükələr və cəmiyyət olaraq çıxış yolları
  • 25-11-2026, 18:38
    Ərdoğan Xəlifə Həftərlə görüşüb
  • 25-11-2026, 18:12
    Respublika və beynəlxalq miqyaslı idman tədbirlərində hakimlərin xidmət haqqı normaları müəyyənləşib
  • 25-11-2026, 17:47
    Zəfərdən sonra Azərbaycanla Türkiyə əlaqələri - yeni dövrə töhfə verən müttəfiqlik
  • 25-11-2026, 17:14
    Lavrov: Rusiya Gürcüstanla münasibətlərin normallaşmasında maraqlıdır
  • 25-11-2026, 16:37
    Kərim Vəliyev Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb
  • 25-11-2026, 15:49
    Ölkədə cari ilin on ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb
  • 25-11-2026, 15:21
    İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib
  • 25-11-2026, 12:12
    Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq
  • 25-11-2026, 11:41
    Özbəkistan parlamentinin sədri Azərbaycana səfərə gəlib
  • 25-11-2026, 11:06
    Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
  • 25-11-2026, 10:43
    Bu gün Kəlbəcər Şəhəri Günüdür
  • 25-11-2026, 10:04
    Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 25-11-2026, 09:38
    Məhkəmə “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktorunu həbs edib
  • 25-11-2026, 09:16
    Sözün yaddaşı və doğma yurdun səsi: Professor Həsən Mirzəyevin elmi-ictimai irsində Qərbi Azərbaycan
  • 25-11-2026, 09:13
    "Sabah" komandası bu gün "Barselona" ilə üz-üzə gələcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Xüsusi müxbir: Günel İsayeva
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə