• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH

Siyasət / Gündəm

Вчера, 19:00

Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH

Ötən gün Yəməndə husi qiyamçıları bir çoxunun gözləmədiyi halda son illərin ən böyük strateji üstünlüyünə nail olublar. Onlar Qırmızı dənizdə Moha liman şəhərini, Yəmənin Qırmızı dənizdəki adalarını, yaxud 2,5 min kv. km ərazini ələ keçirməklə regionda gərginliyi artırıblar.

Bir həftədən artıq davam edən döyüşlər nəticəsində hərbçilər və silahlı birləşmələrin döyüşçüləri də daxil olmaqla 500-dən çox adam ölüb, 18,5 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

İddia olunur ki, əvvəlcə Səudiyyə Ərəbistanı Yəməndə genişmiqyaslı döyüş əməliyyatlarına başlayıb. Husilər bu həftənin əvvəlində Səudiyyə Ərəbistanını həbsxanaya zərbə endirməkdə ittiham ediblər. Onların məlumatına görə, hadisə nəticəsində 32 nəfər həlak olub, çoxlu məhbus dağıntılar altında qalıb.

Husilər Səudiyyə Ərəbistanı ərazisinə zərbələr endiriblər. Krallığın başçılıq etdiyi koalisiyanın məlumatına əsasən, qiyamçılar ballistik raketlər və pilotsuz təyyarələrlə Səudiyyənin Abha, Xamis-Muşayt və Cizan şəhərlərinə hücum ediblər. Son hücumlardan birinin nəticəsində Krallığın cənubunda 73 mülki sakin zərər çəkib.

Bildirilib ki, Krallıq kütləvi hava zərbələri ilə cavab verib. Husilərin iddiasına görə, Səudiyyə aviasiyası Yəmənin Taiz, Hodeydə, Əl-Cövf və Marib vilayətlərinə təxminən 40 zərbə endirib.

Mövcud gərginlik 2022-ci ildən bəri Yəməndəki vətəndaş müharibəsinin qarşısını alan kövrək atəşkəsin pozulması ilə də nəticələnə bilər. Bu həm də 2022-ci ildən 2026-cı ilin yayınadək Səudiyyə Ərəbistanı ilə husilər arasında qeyri-rəsmi şəkildə əməl olunan atəşkəsə son qoydu.


Münaqişə 2014-cü ildə - husilər Yəmənin paytaxt Sananı ələ keçirəndən sonra başlayıb. 2015-ci ilin martında isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya vəziyyətə müdaxilə edib.

İndiki gərginlik bu ilin iyulundan Səudiyyə Hərbi Hava Qüvvələrinin Sana beynəlxalq hava limanına zərbələr endirərək husi nümayəndə heyəti olan İran təyyarəsinin enməsinin qarşısını alandan sonra yaranıb. Bundan sonra husilər atəşkəsin pozulduğunu elan edərək Səudiyyə Ərəbistanına dəniz blokadası tətbiq etməyə başladılar.

Bu ilin avqustunda isə Krallıq tərəfindən dəstəklənən, beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin Sananı yenidən nəzarətə almaq məqsədilə ölkə üzrə genişmiqyaslı əks-hücuma keçməsi də prosesin sürətlənməsinə səbəb olan amillərdən sayılır.

Məlumatlara əsasən, Yəmən əhalisinin 60 faizinin yaşadığı ərazini husilər nəzarət altında saxlayır.

Husilərin belə uğuru nə ilə bağlıdır? Ağıla gələn ilk amil İranla bağlıdır. Çünki İslam Respublikası husilərin başlıca sponsoru sayılır. Onların raket və dronlarla təchiz edilməsində də onun əsas rol oynadığı istisna edilmir. Çünki qiyamçıların belə bir texnologiyaya malik olması inandırıcı sayılmır. Bildirilib ki, onlar hökumət qüvvələrinə, həm də onun arxa cəbhəsinə zərbələr endirmək üçün kütləvi kamikadze dronlardan və ballistik raketlərdən istifadə ediblər.

Bu qarşıdurmada Səudiyyə Ərəbistanının döyüşlə bağlı hesablamasının doğru olmadığını da ehtimal etmək olar. Düşünmək olar ki, ABŞ və İsrailin hücumlarından sonra İranın hərbi cəhətdən, yaxud husilərə yardım baxımından zəiflədiyi güman edilib. Ona görə də İrandan gələn husilərin Sana hava limanında düşməsinin qarşısı alınıb.


İran ABŞ və onun müttəfiqlərinə regionda əlavə problem yaratmaq üçün husiləri aktivləşdirib. Çünki Hörmüz boğazı ətrafında yaranmış mübahisəli nəzarət məsələsi ilə qarşı tərəfə müqavimət göstərməkdə çətinlik çəkir. Ona görə də əlavə qüvvələr meydana çıxarılıb. Livanda "Hizbullah"ın tərk-silah olmaq istəməməsi, İraqda "Həşdi-Şəbi"nin ara-sıra özlərini göstərməsini qeyd etmək olar. Bundan başqa, HƏMAS, "Hizbullah", İraq və Suriyada kənarda qalmış iranyönlü döyüşçülər və İslam Respublikasında hazırlıq keçmiş başqa silahlıların da husilərin sıralarına cəlb edildiyini ehtimal etmək olar.

Qiyamçılar Bab-əl-Məndəb boğazını ələ keçirməklə ABŞ və müttəfiqlərinin akvatoriyadan keçən gəmilərinin, neft tankerlərinin hərəkətini məhdudlaşdıra bilərlər. Ona görə də bu yolla regionda nəqliyyat müəyyən mənada İranın nəzarətinə keçə bilər.

Başqa bir tərəfdən isə İranın zəifləməsi həm də Yəməndə husilərin məğlubiyyəti üçün şərait yaradar. Bunun baş verməməsi üçün qiyamçılar regionda İrana yönələn hücumu üzərlərinə götürürlər.

Qiyamçıların əldə etdiyi indiki üstünlük Tehrana husilər vasitəsilə ABŞ-yə müqavimət göstərməyə imkan verər.

Yaranmış vəziyyət həm də qlobal yükdaşımaların təhlükəsizliyinə təhdid sayılır. Çünki Hörmüz boğazı faktiki olaraq istifadəsiz qaldığından Səudiyyə Ərəbistanı neft ixracının böyük bir qismini Qırmızı dəniz vasitəsilə daşıyır. Husilərin Bab-əl-Məndəb istiqamətində üstünlüyü bu marşrut üçün də təhlükə yaradır.

Odur ki, Yəmənin Qırmızı dəniz sahillərinin ələ keçirilməsi Yaxın Şərqin neft marşrutları üzərində nəzarət uğrunda daha geniş mübarizənin bir hissəsinə çevrilir. Başqa sözlə, boğazlara kim nəzarət edirsə, nefti də o daşıya bilər. Buna görə də qiyamçılar Bab-əl-Məndəb boğazı yaxınlığında möhkəmlənsələr, regionun dünya enerji bazarına çıxan iki əsas dəniz yolundan biri də təhlükə altına düşəcək. Bu həm də İranın iki boğaza nəzarəti ilə müşahidə olunar.

Qeyd edək ki, boğaz Qırmızı dənizin ən cənubunda yerləşir, onu Ədən körfəzi və Hind okeanı ilə birləşdirir. Uzunluğu təxminən 100 km, ən dar yerində eni isə cəmi 30 km təşkil edir. Boğaz Ərəbistan yarımadasındakı Yəməni Afrika Buynuzundakı Cibuti və Eritreyadan ayırır.


Onu da vurğulamaq lazımdır ki, Qırmızı dəniz Avropa ilə Asiya arasında başlıca dəniz dəhlizidir. Bu səbəbdən Bab-əl-Məndəb ənənəvi olaraq dünyanın ən sıx gəmiçilik yollarından sayılır. Çünki neft tankerləri və yük gəmiləri oradan keçərək Süveyş kanalına, sonra Aralıq dənizinə çatır. Bu marşrut Asiyadan Avropa və Şimali Amerikaya gedən yolu minlərlə kilometr qısaltmağa imkan verir.

İnformasiyalara əsasən, 2024-cü ildə husilər Qəzza müharibəsi fonunda Qırmızı dənizdə gəmilərə hücum etməyə başlayanda Süveyş kanalından keçən gəmilərin hərəkəti kəskin azalmışdı. Ötən müddət ərzində bu hələ də əvvəlki səviyyədə bərpa olunmayıb. "IMF PortWatch" məlumatına görə, 2023-cü ildə kanaldan 26 895 gəmi keçib ki, bu da sutkada orta hesabla 73,7 gəmi deməkdir. 2024-cü ildə göstərici 14 498-ə, 2025-ci ildə isə 14 070-ə qədər azalıb.

Husilərin bu üstünlüyü ABŞ-nin regionda müttəfiqlərinin təhlükəsizliyi ilə bağlı yeni addımlar atacağı ilə bağlı məsələni gündəliyə gətirib. Əvvəllər müdafiə və təhlükəsizlik sistemi daha çox İrandan gələn təhdidlərə qarşı qurulmuşdursa, indi Yəməndə husilərin yenidən yaratdığı təhlükə mənbəyi gündəliyə gəlib.

Yenə də diqqət ABŞ-yə yönəlir. Onlar son hadisələrə müdaxilə etməyib. Çünki 2025-ci ilin mayında Ştatlarla husilər arasında atəşkəsə dair razılıq əldə edilib. Onda Donald Tramp bildirmişdi: "Husilər elan etdilər ki... onlar artıq döyüşmək istəmirlər. Biz buna hörmət edirik və bombardmanları dayandıracağıq... və onlar təslim oldular".


Bununla belə qiyamçılar Qəzzada fələstinlilərin hüquqlarını müdafiə edəcəklərini bildirmişdilər.

Ötən gün Krallığın vəliəhdi Məhəmməd bin-Salmanın telefon zəngini Prezident Donald Trampın cavabsız qoyduğuna dair xəbərlər də yayılıb. Bununla belə, bu gün ABŞ hərbi mütəxəssislərinin Səudiyyə Ərəbistanına gəldiyi barədə məlumatlar da var. Ştatlar husilərlə əməliyyatlara cəlb ediləcəyi halda İrana qarşı cəbhənin genişlənəcəyi istisna olunmur. Bu, Tehranın nəzarəti altında olan qüvvələrin zərərsizləşdirilməsi, yaxud İslam Respublikasının regiondakı təsirinin azalması ilə nəticələnə bilər.

Odur ki, husilərin fəallaşması İranın müqavimətinin artması sayıla bilər. Bu halda qiyamçılar İslam Respublikasına yönələn zərbəni üzərlərinə götürməklə onun toparlanmasına şərait yaratdığını düşünmək mümkündür. Ona görə də husilər yenidən regionun təhlükəsizliyinin təhdid mənbəyinə çevrilirlər. Bu isə ABŞ-yə ikinci cəbhə açmaq üçün əlavə fürsət yaradır.(Report)

Paylaş:
Digər xəbərlər

Siyasət

8-09-2026, 19:00

Uzaq Şərqdə artan gərginlik - Körpü açan Rusiya, təlim keçirən ABŞ - ŞƏRH

Gündəm / Cəmiyyət

7-09-2026, 09:47

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Gündəm / Siyasət

2-09-2026, 17:16

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Gündəm / Siyasət

3-09-2026, 17:37

Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH

Gündəm / Siyasət

31-08-2026, 17:59

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Araşdırma
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
Bədbəxt hadisə yoxsa pul hərisliyində olan sahibkar özbaşnalığı...
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR
Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
Hadisə
10-09-2026, 10:14
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
8-09-2026, 10:39
Tanınmış generala ağır itki
5-09-2026, 14:49
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 09:19
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
2-09-2026, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
Son xəbərlər
  • Сегодня, 18:00
    Tatarıstanda yüngül mühərrikli təyyarə televiziya qülləsinə çırpılıb, ölənlər var
  • Сегодня, 17:30
    Gələn il BRICS-ə sədrliyi bu ölkə edəcək
  • Сегодня, 17:00
    Keçmiş baş nazir film və serial istehsal edən şirkət qurdu
  • Сегодня, 16:12
    Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər
  • Сегодня, 16:09
    Rəqəmsal təcrid: Smartfonlararası yaxınlıq, eyni masada uzaq düşən ailələr
  • Сегодня, 15:37
    Tramp: Husilər ABŞ-a müraciət edərək müharibə etmək istəmədiklərini çatdırıblar
  • Сегодня, 15:04
    Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər
  • Сегодня, 12:36
    Sabah 33 dərəcə isti olacaq
  • Сегодня, 11:56
    Hikmət Hacıyev Həsən Cəlal Allahverdi bəyin məzarüstü abidəsindən paylaşım edib
  • Сегодня, 11:24
    Azərbaycan neftinin qiyməti 120 dolları keçib
  • Сегодня, 10:47
    Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
  • Сегодня, 09:04
    "Reuters": Səudiyyə Ərəbistanına hücumlardan sonra İraq İranla sərhəd-keçid məntəqəsini bağlayır
  • Вчера, 19:00
    Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
  • Вчера, 18:30
    Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
  • Вчера, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • Вчера, 17:51
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Вчера, 17:32
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • Вчера, 16:43
    Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb
  • Вчера, 16:09
    Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
  • Вчера, 15:26
    11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
  • Вчера, 14:48
    Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
  • Вчера, 13:15
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • Вчера, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Вчера, 11:53
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Вчера, 11:04
    İmişlidə “Səriyyə” film kabusu: 15 yaşlı yeniyetmənin 31 yaşlı gənclə nikahının qarşısı alınıb
  • Вчера, 11:00
    Mühəndislikdən Baş Leytnant rütbəsinə adlayan MİLLİ QƏHRƏMANIMIZ-Rafiq Nəsrəddinov
  • Вчера, 10:52
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Вчера, 10:18
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Вчера, 09:45
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Вчера, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • 10-09-2026, 21:39
    Ölkənin təhsil sistemində uğurları ilə seçilən Abşeron-Xızı təhsil İdarəsi : əldə olunan nailiyyətlər və yeni tədris ilinə hazırlıq
  • 10-09-2026, 18:00
    Makron üçün kritik an: Büdcə qəbul olunmasa, parlament buraxıla bilər
  • 10-09-2026, 17:24
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • 10-09-2026, 16:59
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • 10-09-2026, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Redaktor: Yaşar Kərimov - Şirvani
  • Xüsusi müxbir: Günel Sabir qızı İsayeva
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə