• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əbədi qardaşlıq: tarixin sınağından keçən, hədəflərin zirvəsində ucalan birlik

Cəmiyyət

Сегодня, 18:20

Əbədi qardaşlıq: tarixin sınağından keçən, hədəflərin zirvəsində ucalan birlik


Dünən qardaş Türkiyə Cümhuriyyətinin quruluşunun 103-cü ildönümü – Cümhuriyyət bayramı böyük coşqu və qürurla qeyd edildi. Bu əlamətdar gün bir daha göstərdi ki, türkün azadlıq eşqi və dövlətçilik ənənəsi əsrlərin sınağından alnıaçıq çıxıb. Ancaq bu qürur yalnız bir xalqın deyil, həm də iki dövlətin – Azərbaycan və Türkiyənin ortaq mənəvi zəfərinin bayramıdır.

Tarixən bir çox qüvvələr bu sarsılmaz bağa kölgə salmağa, ortaq dəyərlərimizi hədəfə almağa çalışıblar. Lakin hər dəfə bu cəhdlər məğlubiyyətə məhkum olub. Çünki bu qardaşlığın təməlində sadəcə siyasi maraqlar deyil, qanla, tarix və mədəniyyətlə yoğrulmuş dərin köklər dayanır.

Azərbaycan-Türkiyə qardaşlığı hər zaman qarşılıqlı fədakarlıqlar üzərində ucalıb. 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını azad etmək üçün köməyə gəldiyi kimi, azərbaycanlılar da Anadolu türklərinin ən çətin günlərində – Çanaqqala və İstiqlal savaşında öz qanları-canları və var-dövlətləri ilə qardaşlarımızın yanında olublar:

Təsadüfi deyil ki, Çanaqqalada 3 mindən çox azərbaycanlı şəhid olub. 1915-ci ildə Çanaqqala boğazında cərəyan edən dəhşətli döyüşlərdə könüllü iştirak edən minlərlə Azərbaycan türkünün 3000-dən çoxu türk torpağını qoruyarkən şəhidlik zirvəsinə ucalıb. Ömər Naci taburu, Ruşəni bəy müfrəzəsi və Əmir Aslan Xan Xoyskinin könüllü atlı birlikləri Çanaqqala səngərlərində Anadolu türkləri ilə çiyin-çiyinə vuruşub.

Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Cümhuriyyətinin təməllərinin qoyulduğu milli mücadilə illərində Azərbaycan öz qardaşlarına imkanlarının son həddinə qədər yardım göstərib. Azərbaycan hökumətinin rəhbəri Nəriman Nərimanov Türkiyəyə milyonlarla qızıl rubl, tonlarla neft və benzin göndərib. Atatürk bu köməyin əvəzini ödəmək istədikdə, Nəriman Nərimanov tarixlərə həkk olunan o məşhur cavabı verib: "Qardaş qardaşa borc verməz, qardaş qardaşın əlindən tutar."

Sözsüz ki, səngərdə və cəbhə arxasında birlik unudula bilməz. Anadolu qadınları qulaqlarındakı sırğaları, boyunlarındakı qızılları Türkiyədəki müharibə üçün bağışladığı kimi, Azərbaycan qadınları da öz zinət əşyalarını toplayaraq Ankaraya göndərmiş, azərbaycanlı həkimlər isə cəbhə xəstəxanalarında yaralı türk əsgərlərini müalicə etmişlər.

Bu qardaşlıq təkcə tarixin saralmış səhifələrində deyil, müasir dövrümüzün hər bir çətin sınağında özünü real əməldə sübut edib. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və texnoloji dəstək – Bayraktar TB2-lərin səmasında süzdüyü Zəfər tarixi – bu birliyin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Eynilə, Türkiyədə baş verən dəhşətli meşə yanğınlarında azərbaycanlı yanğınsöndürənlərin alovun içinə tərəddüdsüz atılması və "Əsrin fəlakəti" sayılan Kahramanmaraş zəlzələsində Azərbaycan xalqının qocadan-uşağadak hər kəslə səfərbər olaraq fəlakət bölgəsinə ilk yardım əlini uzatması, xilasetmə komandalarımızın gecə-gündüz qardaşcanı mübarizəsi bu bağların canlı təcəssümüdür. Biri fəlakətlə üzləşəndə digərinin canı yanan bu iki xalq göstərdi ki, biz təkcə xoş gündə deyil, dərddə və kədərdə də tək bir ürək kimi döyünürük.
Xüsusilə Vətən müharibəsindən və Şuşa Bəyannaməsindən sonra isə Azərbaycan-Türkiyə birliyi yalnız regional deyil, qlobal güc faktoruna çevrilib. Məhz bu səbəbdən bu qardaşlığa həm xaricdən, həm də daxildən müxtəlif vasitələrlə nifaq toxumu səpmək istəyən dairələrin fəallaşdığını görürük.

Kənardan gələn təzyiqlər və media manipulyasiyaları göstərir ki, iki ölkənin hərbi və iqtisadi müttəfiqliyini pozmaq istəyən xarici mərkəzlər sosial şəbəkələr və informasiya kanalları vasitəsilə süni provokasiyalar yaradır, ticarət layihələrinə, geosiyasi qərarlara və ya kiçik hadisələrə mənfi çalar verərək xalqlar arasında etimadsızlıq yaratmağa çalışırlar.

Təəssüf ki, bəzən daxildə də milli maraqları anlamayan və ya xarici aravuranların təsiri altına düşən daxili qüvvələr də dil, mədəniyyət və ya siyasi baxışlar üzərindən süni nifaq yaratmaq istəyirlər.

Amma bu niyyətlər baş tutmayacaq!
Çünki bu münasibətlər masada yazılan müvəqqəti sazişlərə deyil, Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş tarixi qan yaddaşına dayanır. 1918-ci ildə Bakıda, 1915-ci ildə Çanaqqalada, 2020-ci ildə Qarabağda tökülən ortaq qan bu bağları sarsılmaz edib. Bu gün iki ölkə gəncliyinin bir-birinə olan mənəvi bağlılığı və dövlət rəhbərlərinin strateji iradəsi hər növ nifaq cəhdini öncədən neytrallaşdırır. Günəşi palçıqla sıvamaq mümkün olmadığı kimi, bu qardaşlığa da kölgə salmaq imkansızdır.


Qardaş Türkiyə Cümhuriyyətinin Cümhuriyyət Bayramını bir daha ürəkdən təbrik edir, türk xalqına sülh, rifah, güclü gələcək və əbədi tərəqqi arzulayırıq!

Qoy Çanaqqalada və Bakıda yan-yana yatan şəhidlərimizin ruhu şad olsun! Azərbaycan-Türkiyə qardaşlığı hər zaman Zəfər zirvəsində parlasın, bayraqlarımız dostluq və həmrəylik səmasında əbədi dalğalansın!
Birliyimiz daimi, gücümüz bölünməz olsun!

Yeganə Qəhrəmanova

ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA TV-nin direktoru

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Siyasət

23-09-2026, 11:50

İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib

Gündəm / Siyasət

17-09-2026, 11:53

Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

27-10-2026, 17:31

VII Bakı Forumu - mədəniyyətlərarası dialoqun və qlobal həmrəyliyin ünvanı

Araşdırma
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Hadisə
Вчера, 17:19
Ceyranbatanda 10 şagird zəhərlənib
Вчера, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:49
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:34
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
22-10-2026, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
Son xəbərlər
  • Сегодня, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Сегодня, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Сегодня, 18:20
    Əbədi qardaşlıq: tarixin sınağından keçən, hədəflərin zirvəsində ucalan birlik
  • Сегодня, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Сегодня, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • Сегодня, 17:00
    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
  • Сегодня, 16:28
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Сегодня, 15:53
    Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
  • Сегодня, 15:14
    Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
  • Сегодня, 14:37
    Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
  • Сегодня, 13:13
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
  • Сегодня, 12:42
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Сегодня, 11:54
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Сегодня, 11:26
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Сегодня, 10:39
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Сегодня, 10:16
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Сегодня, 09:37
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Сегодня, 08:58
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • Вчера, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • Вчера, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
  • Вчера, 18:21
    İsraildə səslərin 97,3%-i sayılıb: heç bir blok çoxluq əldə etməyib
  • Вчера, 17:56
    İlham Əliyev İspaniya Kralına başsağlığı verib
  • Вчера, 17:19
    Ceyranbatanda 10 şagird zəhərlənib
  • Вчера, 16:54
    Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
  • Вчера, 16:26
    Zakir Həsənov Slovakiyanın Baş Qərargah rəisini qəbul edib
  • Вчера, 15:42
    KİV: İrəvan–Mineralnıye Vodı reysi havada olarkən qəza siqnalı verib
  • Вчера, 15:12
    Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
  • Вчера, 14:41
    Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib
  • Вчера, 13:47
    ATA-TV.az | AZAD-TV.az ƏDALƏTƏ SƏDAQƏT, HƏQİQƏTƏ XİDMƏT, SÖZƏ MƏSULİYYƏT!
  • Вчера, 13:46
    Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Вчера, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Вчера, 12:38
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Вчера, 12:09
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Вчера, 11:36
    DÖVLƏTİN GÜCÜ MƏMURUN DƏBDƏBƏSİNDƏ DEYİL, SADƏ VƏTƏNDAŞLARIN VARLIĞINDADIR!
  • Вчера, 11:35
    Keyfiyyətsiz təhsil, artan fiziki zorakılıq və bullinq, formal psixoloqlar: Məktəbdə ürəkaçmaz VƏZİYYƏT
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə