• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Keyfiyyətsiz təhsil, artan fiziki zorakılıq və bullinq, formal psixoloqlar: Məktəbdə ürəkaçmaz VƏZİYYƏT

Cəmiyyət / Gündəm

Сегодня, 11:35

Keyfiyyətsiz təhsil, artan fiziki zorakılıq və bullinq, formal psixoloqlar: Məktəbdə ürəkaçmaz VƏZİYYƏT

Təhsil ocaqlarında artan davranış pozuntuları, müəllim laqeydliyi və şagird aqressivliyi heç də ürəkaçan vəziyyətdə deyil. Mütəmadi bunu sübut edəcək faktların baş verməsi və təkrarlanması da cəmiyyəti və aidiyyəti qurumları düşündürməlidir. Çünki bu günün məktəblisi sabahın müstəqil vətəndaşıdır. Bu gün laqeyd münasibət bəslədiyimiz hal getdikcə təkrarlanır, artır və ciddi travmatik hala çevrilir.

Dünən Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdinin dördüncü mərtəbənin pəncərəsindən özünü ataraq intihar etməsi xəbəri cəmiyyəti dərindən sarsıtdı. Lakin hadisənin dərhal ardınca təhsil müəssisəsinin önündə baş verən digər insident – bədbəxt hadisəni işıqlandırmağa gələn media əməkdaşlarının (REAL TV, Space TV və Baku TV heyətinin) təcavüzə və aqressiv fiziki zorakılığa məruz qalması – məktəb daxilindəki tərbiyə, idarəetmə və davranış böhranının hansı həddə çatdığını çılpaqlığı ilə ortaya qoydu.
Bu dəhşətli mənzərə sübut edir ki, problem təkcə bir şagirdin fərdi faciəsi deyil; məktəb mühitinin özü artıq aqressiya və laqeydliyin ocağına çevrilib. Şagird artıq alət, nəticədir.

Jurnalistin Döyülməsi: tərbiyə və "Məktəb Mədəniyyəti"nin iflası

İctimai vəzifəsini yerinə yetirən media mütəxəssislərinə qarşı yönələn təpiklər, vəhşicəsinə hücum və təhqirlər təhsil müəssisələrindəki intizam və etika qaydalarının tamamilə iflas etdiyini göstərir. Şahidlərin və zərərçəkən jurnalistlərin iddialarına görə, hücumun məhz məktəb qarovulçusu tərəfindən provokasiya edilməsi və bəzi şagirdlərin, eləcə də böyüklərin bu zorakılığa qoşulması acınacaqlı reallıqdır. Məktəb həyətində kütləvi şəkildə nümayiş etdirilən bu aqressiya bir neçə ciddi sualı doğurur:
Məktəb kontingenti hər hansı böhran anında niyə dərhal hüquqi və sivil çərçivədən çıxıb fiziki gücə əl atır?
Məktəbin mühafizəsinə, rəhbərliyinə tapşırılan şəxslər özləri zorakılıq carçısıdırsa, şagirdlərdən hansı nümunəvi davranışı gözləmək olar?
Bu hadisə göstərir ki, məktəblərdə "ictimai davranış qaydaları", "başqalarının hüquqlarına hörmət" və "humanizm" kimi anlayışlar sadəcə kağız üzərində qalıb.

Məktəb Psixoloqlarının fəaliyyətsizliyi və qeyri-peşəkarlığı

Məktəblərdə mütəmadi olaraq baş verən bullinq, mobbinq, zorakılıq, qətl, intiharlar və intihara cəhdlər birbaşa olaraq psixoloji xidmətin keyfiyyətini sorğu-sual altına qoyur. 225 nömrəli məktəbdə intihar edən azyaşlının daha əvvəl anasını itirdiyi və ailəsində ağır psixoloji travmaların olduğu bildirilir.
Bu cür "risk qrupuna" daxil olan şagirdlərlə məktəb psixoloqu hansı işi aparıb? Cavab əlbəttə bəllidir: praktiki olaraq heç bir effektiv iş görülməyib. Ölkə məktəblərində psixoloq ştatının işi çox vaxt rəsmi hesabatlar yazmaqdan və formal testlər keçirməkdən ibarətdir. Nəzərə alanda ki, ölkə üzrə 4 minə yaxın ümumi təhsil ocaqlarında 1.6 milyondan çox şagird təhsil alır və 130 mindən çox müəllim də həm təhsil, həm də tərbiyə adı ilə məktəbdə çalışır. Məktəblərdə Preventiv (qabaqlayıcı) addımlar olmalıdır. Psixoloqlar şagirdin davranışındakı depressiv meylləri, qapanmaları və ya aqressiyanı vaxtında aşkar edib müdaxilə edə bilmirlər. Yəni ciddi peşəkar yanaşmanın çatışmazlığı var. Məktəblərdə real terapevtik biliklərə sahib, böhran anlarında uşaqla dil tapa bilən mütəxəssislər çox azdır. Bu sahədəki kadrların qeyri-peşəkarlığı şagirdləri tamamilə taleyin ümidinə buraxır.

Ümumtəhsil ocaqlarlarında İnstitusional boşluq və çıxış yolları var.

Hadisədən dərhal sonra aidiyyəti qurumların məktəbə təcili olaraq psixoloqlar briqadası cəlb etməsi və "dəstəkləyici söhbətlər" aparması gecikmiş bir reaksiyadır. Psixoloq uşağa intihardan sonra deyil, intihardan əvvəl kömək etməli idi.
Təhsil sistemində köklü islahatlar aparılmadıqca, məktəb rəhbərliklərinin və mühafizə sisteminin peşəkar fəaliyyəti təmin edilmədikcə, məktəblər təhlükəsiz elm ocağı yox, aqressiyanın baş alıb getdiyi mühitlər olaraq qalacaq. Media nümayəndələrinə qarşı edilən bu vəhşi hücum cəmiyyətə verilən sonuncu siqnaldır – təhsil sistemində tərbiyə və psixoloji xidmət tamamilə yenidən qurulmalıdır. Media əməkdaşları da elə vəziyyətdə təmkinli davrandığı qədər döyülən həmkarına dəstək olmalı, zoraklığın səngiməsinə yardım etməlidir. Əks halda belə qanunsuz halların artması qaçılmazdır. Peşəsini yerinə yetirən jurnalistə mane olmaq və ona təkləyərək fiziki zərbələr endirmək cinayətdir.

Günel SABİRqızı
Azadtv.az saytının xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Cəmiyyət / Gündəm

27-10-2026, 12:30

İLLİK BAZA TƏHSİL XƏRCLƏRİ : Məktəbdə keyfiyyət, yoxsa repetitora məcburiyyət?

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

2-10-2026, 14:39

Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB

Araşdırma
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Hadisə
Сегодня, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
Вчера, 14:49
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Вчера, 10:34
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
22-10-2026, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
Son xəbərlər
  • Сегодня, 13:19
    Sabah Bakıda hava yağmursuz olacaq
  • Сегодня, 12:38
    XİN rəhbəri: Azərbaycan TDT-nin daha səmərəli fəaliyyət göstərməsi istiqamətində səylərini davam etdirəcək
  • Сегодня, 12:09
    Kamran Əliyev Rusiyanın baş prokurorunu yubiley medalı ilə təltif edib
  • Сегодня, 11:36
    DÖVLƏTİN GÜCÜ MƏMURUN DƏBDƏBƏSİNDƏ DEYİL, SADƏ VƏTƏNDAŞLARIN VARLIĞINDADIR!
  • Сегодня, 11:35
    Keyfiyyətsiz təhsil, artan fiziki zorakılıq və bullinq, formal psixoloqlar: Məktəbdə ürəkaçmaz VƏZİYYƏT
  • Сегодня, 11:24
    Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
  • Сегодня, 10:41
    Azərbaycanda yeni ombudsman seçiləcək
  • Сегодня, 10:01
    Azərbaycan neftinin qiyməti 125 dolları keçib
  • Сегодня, 09:33
    Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib
  • Сегодня, 08:56
    Bu gün Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində qaz olmayacaq
  • Вчера, 23:57
    28 OKTYABR 1923: ATATÜRKÜN TARİXƏ YAZILAN QƏRARI — “SABAH CÜMHURİYYƏTİ ELAN EDƏCƏYİK!” TARİXİ HADİSƏNİN PUBLİSİSTİK TƏHLİLİ
  • Вчера, 22:04
    AĞSTAFA RİH-BAŞCISI Seymur Orucov AŞAĞI GÖYCƏLİ KƏNDİNDƏN OLAN BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZİN ANASINI EVİNDƏ ZİYARƏT EDİB
  • Вчера, 19:52
    NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
  • Вчера, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Вчера, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Вчера, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Вчера, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Вчера, 17:25
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Вчера, 16:54
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Вчера, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Вчера, 15:17
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Вчера, 14:49
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Вчера, 14:19
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Вчера, 12:35
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • Вчера, 12:28
    “MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR”
  • Вчера, 11:54
    Dövlətə sədaqət, Vətənə bağlılıq və dini dəyərlərin siyasi məqsədlərə alət edilməsinə etiraz
  • Вчера, 11:52
    Bakı bələdiyyələri: yerli idarəetmənin xüsusi əhəmiyyəti
  • Вчера, 11:45
    Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
  • Вчера, 11:09
    İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir
  • Вчера, 10:34
    Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  • Вчера, 09:55
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Вчера, 09:32
    Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
  • Вчера, 09:03
    Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
  • 27-10-2026, 21:20
    Bələdiyyənin gücü təkcə büdcəsinin böyüklüyündə deyil, həm də qərarlarının nə dərəcədə təsir göstərə bilməsindədir.
  • 27-10-2026, 19:00
    Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə