ATA TV, Azad TV və İXA kollektivi adından xalqımızı 18 Oktyabr – Dövlət Müstəqilliyimizin Bərpası Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Bu əlamətdar gün xalqımızın azadlıq iradəsinin, milli birliyinin və müstəqil dövlətçilik əzminin təcəssümüdür. 1991-ci il oktyabrın 18-də qəbul edilən Konstitusiya Aktı ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edərək tarixinin şanlı səhifələrindən birini yazdı. Bu gün müstəqilliyimiz milli qürurumuzun, dövlətçiliyimizin və gələcəyə inamımızın ən böyük rəmzidir.
Arzu edirik ki, müstəqil Azərbaycanımız daim inkişaf etsin, ölkəmizdə əmin-amanlıq, xalqımız arasında birlik və həmrəylik əbədi olsun. Müstəqilliyimiz dönməz, dövlətçiliyimiz sarsılmaz, üçrəngli bayrağımız daim zirvələrdə olsun!
Bayramımız mübarək, Azərbaycan! 🇦🇿
Atatv.az- Azadtv az., İxatv.az- saytlarının Təsisçi və Baş redaktoru
Ata Rasafil Bayramov