Novxanı qəsəbəsində yerləşən milyonluq sarayın sahibi kimi tanınan 66 yaşlı Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
3 noyabr 2026-cı il tarixində yayılan məlumata görə, Bəxtiyar Dali özünə məxsus bağda bir qıza qarşı zorakılıq xarakterli cinayət əməli törətməyə cəhddə ittiham olunur.
Mətbuatda yayılan məlumatlara əsasən, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.149-cu maddəsi — zorlamağa cəhd etmə ilə bağlı ittiham irəli sürülüb.
Barəsində həbs qətimkan tədbiri seçildiyi və hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanıldığı bildirilir.
Qeyd edək ki, Bəxtiyar Dali uzun illər Rusiyada yaşadığını, hərbi mühəndis olduğunu bildirib. O, Novxanıdakı dəbdəbəli mülkü ilə də ictimaiyyətin diqqətini cəlb etmişdi.
HÜQUQİ QEYD: İrəli sürülən ittiham məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənənədək şəxs təqsirsiz hesab olunur. İş üzrə yekun hüquqi qiyməti məhkəmə verəcək.
Məsələ ilə bağlı istintaqın gedişi və əlavə rəsmi açıqlamalar ictimaiyyət üçün maraq doğurur.
İnformasiya açıq mətbuat məlumatları əsasında hazırlanıb.
AYNURƏ ULDUZ TEYMUROVA
ATA -TV.az ,AZAD-TVaz
baş redaktorun birinci müavini