• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH

Siyasət

4-09-2026, 19:00

Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH

Tarixi abidələr hər bir xalqın keçmişini yaşadan, onun milli yaddaşını qoruyan ən qiymətli sərvətlər sırasındadır. Daşdan, qayadan, divardan və digər tarixi səthlərdən ibarət olan bu abidələr, sadəcə, maddi obyekt deyil, əsrlərin şahididir. Buna görə də onların üzərinə müxtəlif adlar, tarixlər, şüarlar və digər yazılar həkk etmək doğru əməl kimi qiymətləndirilə bilməz. Təəssüf ki, bəzən tarixi məkanlara və abidələrə baş çəkənlərin öz adlarını və ya müxtəlif ifadələri abidələrin üzərinə yazması ilə bağlı hallara rast gəlinir.

Ötən gün Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərə səfər edən turistlərin ərazidəki qaya daşlarının üzərini yazdıqları barədə məlumat yayıb. Bildirilib ki, dəfələrlə belə hallara rast gəlinib və nə qədər müvafiq maarifləndirmə işləri aparılsa və cərimələr tətbiq olunsa da, bu cür xoşagəlməz hallar davam edir: "Biz rica edirik, güllə və qan izlərinin olduğu, uğrunda canlar verilmiş Şuşada bu kimi halların yaşanmaması üçün birlikdə mübarizə aparaq".

Acınacaqlı haldır ki, belə hallara tək Şuşada deyil, ölkənin digər yerlərində də rast gəlinir. Bundan əvvəl paytaxt Bakının müxtəlif ərazilərində binaların, tarixi-mədəni obyektlərin, daş və digər səthlərin üzərinə icazəsiz yazılar yazılması, cızma-qara edilməsi ilə bağlı faktlar aşkarlanıb. Belə əməllər bəzən "qraffiti", "yaradıcılıq" və ya "özünüifadə" adı altında təqdim edilməyə çalışılır. Lakin söhbət qorunan tarixi binanın və ya ictimai əmlakın icazəsiz şəkildə korlanmasından gedirsə, burada söhbət sənətdən deyil, vandalizmdən gedir. Nizami Kino Mərkəzinin binası ilə bağlı yaşanan hadisə buna bariz nümunədir. Ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunan binanın fasadına boya ilə müxtəlif yazılar yazılmış, cızma-qara çəkilmişdi. Hadisə ilə bağlı araşdırma aparılıb, sonradan binanın ilkin görünüşü bərpa edilib. O zaman da qeyd edildi ki, belə bir binanın divarına təsadüfi yazılar yazmaq, tarixi fasadı korlamaq bütövlükdə şəhərin mədəni görünüşünə müdaxilədir. Və təəssüf ki, bu hala Şuşada təkrar rast gəlindi.


Şuşanın hər küçəsi, hər daş-divarı, hər tarixi tikilisi Azərbaycan tarixinin mühüm səhifələrini təşkil edir. Məhz buna görə də hər daşı bir tarix olan yerdə müxtəlif işarələr həkk etmək və tarixi səthləri cızmaq adi bir davranış kimi qiymətləndirilə bilməz. Belə hərəkətlər ilk növbədə mədəni irsə hörmətsizlikdir. İnsan öz adını hansısa tarixi abidənin, qala divarının, daşın və ya qayalığın üzərinə yazmaqla həmin məkanda "iz qoyduğunu" düşünə bilər. Əslində isə bu, şəxsi xatirənin deyil, tarixi irsin korlanmasının izidir.

Məsələnin digər mühüm tərəfi isə tarixi yaddaşdır. Bir abidənin üzərində yüzlərlə şəxsin adının, müxtəlif tarixlərin və yazıların olması onun ilkin görkəmini və tarixi mahiyyətini kölgədə qoyur. Beləliklə, gələcək nəsillər həmin abidəyə baxarkən onun tarixindən daha çox sonradan yazılmış izlərlə qarşılaşırlar.

Bu baxımdan, xüsusilə Şuşa kimi zəngin tarixi və mədəni irsə malik şəhərlərdə məsələyə daha həssas yanaşmaq lazımdır. Şuşanın küçələri, tarixi binaları, məscidləri, qalaları, qəbiristanlıqları və digər mədəni irs nümunələri Azərbaycan tarixinin mühüm parçasıdır. Bu məkanların qorunması yalnız dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir.

İctimai qınaq gücləndirilməlidir

Tarixi abidələrə zərər vuran hərəkətlərə qarşı ictimai qınaq da gücləndirilməlidir. Belə davranışları görən şəxslər bunu adi hal kimi qəbul etməməli, aidiyyəti qurumlara məlumat verməlidirlər. Çünki tarixi irsin qorunması yalnız qanunların mövcudluğu ilə deyil, həmin qanunlara və ümumi mədəni davranış normalarına cəmiyyətin münasibəti ilə də bağlıdır. Əslində, tarixə hörmət insanın özündən başlayır. Bir insanın tarixi abidənin üzərinə adını yazmaması, divarı cızmaması, daşa zərər verməməsi ən adi normadır. Lakin bu sadə davranışın arxasında böyük bir məsuliyyət dayanır: gələcək nəsillərin də bu tarixi olduğu kimi görmək və öyrənmək haqqı var.

Unutmamalıyıq ki, əvvəlki nəsillərdən bizə miras qalan abidələri necə qoruyacağımız gələcək nəsillərin tariximiz haqqında təsəvvürünü müəyyənləşdirəcək. Tarixi abidənin üzərinə yazı yazmaqla insan öz adını tarixə həkk etmir. Əksinə, tarixin izlərini korlayır.

Tarix "xatirə dəftəri" deyil

Tarixi qoruqlar turistlərin və ziyarətçilərin şəxsi xatirələrini divarlara həkk etməsi üçün nəzərdə tutulmayıb. Qoruqların əsas funksiyası tarixi, memarlıq, arxeoloji və mədəni irsin qorunmasıdır. Şuşa şəhərinin qanunvericiliklə müəyyən edilmiş xüsusi statusu da bunu təsdiqləyir. Qanunda şəhərin tarix və mədəniyyət abidələrinin qorunması, toxunulmazlığının təmin edilməsi və tarixi-mədəni dəyərlərinin gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Beləliklə, tarixi abidələr bir xalqın keçmişini, milli kimliyini və mədəni yaddaşını yaşadan ən qiymətli irs nümunələridir. Onlar yalnız daşdan, divardan və ya memarlıq elementlərindən ibarət deyil. Hər bir abidə özündə müəyyən dövrün tarixini, insanların həyatını, mədəniyyətini və dünyagörüşünü əks etdirir. Bu baxımdan, tarixi abidələrə münasibət həm də tarixə və milli dəyərlərə münasibətin göstəricisidir. Məhz buna görə tarixi abidələrə qarşı hər hansı vandalizm aktı qətiyyən yolverilməzdir. Abidələrin divarlarına, digər səthlərinə ad yazmaq, onları cızmaq, müxtəlif yazılar həkk etmək, boyamaq və ya başqa formada zədələmək, sadəcə, ətraf mühitin çirkləndirilməsi deyil. Bu cür hərəkətlər tarixi-mədəni irsə vurulan zərərdir.

Ən əsası, tarixi abidələrə hər hansı fiziki müdaxilə onların gələcək nəsillərə çatdırılmasına təhlükə yaradır. Əsrlər boyu qorunub saxlanılan bir daş kitabənin, qala divarının və ya qədim tikilinin üzərinə müasir dövrdə yazılmış adın həkk edilməsi həmin abidənin tarixi görünüşünü pozur. Sonradan bu yazıların silinməsi isə bəzən mümkün olmur və ya abidənin özünə əlavə zərər vurur. Buna görə də tarixə, mədəni irsə qarşı hər cür vandalizm qətiyyətlə pislənməli və yolverilməz hesab edilməlidir.(Report)

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

3-09-2026, 14:28

Şuşada bəzi turistlər qaya daşlarının üzərini yazıblar

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

26-08-2026, 16:56

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Cəmiyyət

3-09-2026, 11:54

“Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək”-Rəsul Rzanın Ev -muzeyinden MÜSAHİBƏ

Araşdırma
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Xəzər dənizində zəlzələ olub
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
Hadisə
Вчера, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 09:44
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:41
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
16-10-2026, 18:23
Bakı-Quba yolunda qəza olub, ölən var
Son xəbərlər
  • Сегодня, 10:18
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
  • Сегодня, 10:18
    DYP piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb
  • Сегодня, 09:28
    "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
  • Сегодня, 09:28
    "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub
  • Сегодня, 09:04
    Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
  • Сегодня, 09:04
    Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
  • Вчера, 18:22
    AYNA: Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Вчера, 17:41
    Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
  • Вчера, 17:06
    Ukrayna əhalisinin sayı 28.5 milyon nəfərə düşüb
  • Вчера, 16:13
    Emin Əmrullayev: 20 il sonra ictimai həyatda daha çox rəhbər qadınları görməyi proqnozlaşdırırıq
  • Вчера, 15:53
    Şəhid qızı Səmra Quluzadə – təhsilə sədaqəti, ziyalılığı və rəhbərlik məsuliyyəti ilə seçilən məktəb direktoru
  • Вчера, 15:29
    Rezai ABŞ-ni xəbərdar edib: Müharibə davam edərsə, lazımi vasitələrimiz var
  • Вчера, 15:02
    Sabah Bakıda yağış yağacaq
  • Вчера, 13:13
    LAZER EPİLYASİYASINDAN ƏVVƏL MÜŞTƏRİDƏN HƏKİM RƏYİNİN TƏLƏB EDİLMƏSİ DAHA VACİB OLAR — DƏRİDƏ YARANA BİLƏCƏK FƏSADLARIN QARŞISINI ALMAQ, HƏM MÜŞTƏRİNİN, HƏM DƏ LAZER MÜTƏXƏSSİSİNİN SAĞLAMLIĞINI VƏ MƏSULİYYƏTİNİ QORUMAQ ÜÇÜN!
  • Вчера, 13:11
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • Вчера, 12:35
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • Вчера, 12:21
    Bu gün TRIPP-in layihələndirilməsi işlərinə başlanılacaq
  • Вчера, 11:55
    Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
  • Вчера, 11:10
    "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" təsdiqlənib
  • Вчера, 10:33
    Azərbaycanda rəqəmsal dövlət maliyyə informasiya sisteminin icrasına başlanılıb
  • Вчера, 09:47
    UEFA Konfrans Liqası: II turun oyunları bu gün keçiriləcək
  • Вчера, 09:14
    Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
  • 21-10-2026, 19:03
    AZƏRBAYCANIN MİLLİ ADƏT-ƏNƏNƏLƏRİ DƏYİŞİR: MÜASİRLƏŞMƏ, YOXSA MİLLİ DƏYƏRLƏRDƏN UZAQLAŞMA?
  • 21-10-2026, 18:20
    Yeni prokuror Misir Mərdanovun kürəkənidir
  • 21-10-2026, 18:10
    Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
  • 21-10-2026, 17:47
    İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
  • 21-10-2026, 17:25
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 16:44
    Zelenski: Rusiya ilə münaqişəni cəbhə boyu dondurmağa hazırıq
  • 21-10-2026, 15:45
    Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
  • 21-10-2026, 15:34
    Tərəqqi və insan hüquqları: ali məktəblərdə elmi-tədqiqatların yeni keyfiyyət mərhələsi
  • 21-10-2026, 15:20
    Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
  • 21-10-2026, 14:46
    Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib
  • 21-10-2026, 13:09
    Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
  • 21-10-2026, 13:03
    Lixaçov və Qrossi Antalyada Zaporojye AES-in vəziyyətini müzakirə edəcək
  • 21-10-2026, 12:37
    Sabah rayonlarda yağış yağacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə