Dəyərli Ata Tv.az izləyiciləri Kainatpress.tv istinadən xəbər veririkki bugün sizlərə paytaxtın Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Emin Talıbovun jurnalistləri qəbul etməməsindən bəhs edəcəyəm.
Əvvəla onu qeyd edim ki, Emin Talıbov bu təyinata qədər paytaxtın Nizami rayonunda xüsusi birliyin rəisi olub və bu sahədə həyata keçirilən islahatlardan sonra, xüsusi birliklərin ləğv ediləcəyi nəzərə alınaraq, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Rəfail Mehrəliyevin tez-bazar təqdimatına əsasən Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.
Onu da qeyd edim ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bu ilin yanvar ayında vəzifəsindən azad ediləndən sonra Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş olduğuna görə əslində bu boşluq elə Rəfail Mehrəliyevin özü üçün də Emin Talıbovu məhz Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə gətirməyə bir fürsət olub.
Bəli, Rəfail Mehrəliyev məhz rayonda başçı olmamasından məharətlə istifadə edərək Emin Talıbovu Qaradağ rayonuna gətirdikdən sonra Emin Talıbov vəzifəsinin icrasına başladığı qısa müddət ərzində birliyin fəaliyyəti ilə bağlı bir sıra narazılıqların yaranmasına səbəb olub.
Yerli əhali ilə, daha dəqiq desək vətəndaşlarla işləməli olmasına baxmayaraq Emin Talıbov qəbuluna gələn sakinləri birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlamaqla nəinki məsuliyyəti üzərindən atır hətta mətbuat nümayəndələrini də birmənalı olaraq qəbul etmir.
Bəli, bugün redaksiyamıza daxil olan bir müraciətlə bağlı mən özüm Emin Talıbovun qəbuluna düşmək üçün təşəbbüs göstərmiş olduğum halda Emin Talıbov birliyin mühəndisini otağına çağırdı və mühəndislə ismarıc göndərərək mənə çatdırdı ki, "Emin Talıbov jurnalistləri qəbul etmir."
Hər birimizə çox yaxşı məlumdur ki, möhtərəm prezidentimiz özü belə mətbuat nümayəndələri ilə tez tez görüşlər keçirir, jurnalistlərlə səmimi söhbətlər edir...
Mən başa düşə bilmirəm ki, Emin Talıbova " mən jurnalistləri qəbul etmirəm!" demək haqqını kim verib?
Mən başa düşə bilmirəm ki, Emin Talıbov möhtərəm cənab prezidentdən, Mehriban xanımdan, Samir Nuriyevdən, Hikmət Hacıyevdən, Eldar Əzizovdan və ya mətbuatla tez tez görüşlər keçirən ayrı ayrı nazirlərdən, millət vəkillərindən, komitə sədrlərindən böyük adamdır ki, məgər?
Axı biz demokratik bir ölkədə yaşayırıq və möhtərəm prezidentimiz cənab İlham Əliyev özü şəxsən mətbuata hər zaman açıqdır.
Mən başa düşə bilmirəm ki, "mən jurnalistləri qəbul etmirəm!" deyən bir adam o vəzifədə necə qala bilər?
Əlbəttə ki, inanırıq ki, mətbuata belə münasibət göstərən və bu münasibəti də açıq şəkildə elan edən adam o vəzifədə qala bilməz.
Əlbəttə ki, bunu zaman göstərəcək və əlbəttə ki, Azərbaycan Respublikası Konstitusiya ilə idarə olunan Prezident Respublikasıdır və Kainatpress.tv internet televiziyası olaraq biz də açıq məktub ünvanlayaraq məhz cənab prezidenti Emin Talıbovun "mən jurnalistləri qəbul etmirəm" deməsindən və həmin vəzifəyə təyin olunduğu qısa vaxt ərzində birliyin fəaliyyətindən yaranan narazılıqlardan xəbərdar edəcəyik. .
Mövzu nəzarətimizdədir. (ardı var)
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri