• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə

Gündəm / Araşdırma / Siyasət

Вчера, 20:45

Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə

Bələdiyyə yerli idarəetmənin qapısı, vətəndaşın dövlətlə, cəmiyyətlə ilk təmas nöqtəsidir. Bir icmanın məhəllə yolundan tutmuş yaşayış mühitinin səliqə-səhmanına, sosial dəstəyindən ərazinin abadlığına qədər hər bir xırda görünən məsələ bələdiyyənin diqqət mərkəzində olmalıdır. Lakin günümüzdə bələdiyyə başçılarının və ya sədrinin yerində olmaması faktı təkcə bir kadrın işdə olmaması deyil, idarəetmə mexanizminin öz oxundan çıxması deməkdir. Son günlər arapdığımız reydlər zamanı bir çox bələdiyyə başçılarının yerində olmadığını aşkarlamış, sizlərə canlı reportajlar təqdim etmişik. Doğrudur, bələdiyyə başçıları və nümayəndələri xalqın içində olmalıdır, canlı olaraq problemləri görüb həll etməyə çalışmalıdır. Bəs otaqları boş, qapıları bağlı olan bələdiyyə rəhbərləri, həqiqətən, xalqın arasında və ya iş başındadırmı? Təəssüf ki, yox. Belə olsa, bələdiyyə əməkdaşları çəkilişi görəndə həyata keçirdikləri işlərlə bağlı informasiya vermək imkanı qazandıqları üçün məmnun olardılar, əksinə jurnalistdən, canlı çəkilişdən və ya müsahibədən yayınmazdılar.

Bəs bu vəziyyət nə deməkdir?
Bələdiyyə rəhbərinin "yerində olmaması" deyəndə, yalnız onun kabinet qapısının bağlı olması nəzərdə tutulmur. Bu, həm də problemlərə göz yummaq, vətəndaşın səsini eşitməmək və özünüidarəetmə fəlsəfəsindən uzaqlaşmaq deməkdir. Bələdiyyə sədrinin öz icmasında, küçəsində, qəsəbəsində olmaması — bələdiyyənin mahiyyətcə "kağız üzərində" mövcud olması deməkdir.

Bələbiyyə rəhbərlərinin yerində olmaması nə ilə nəticələnə bilər?
Bir bölgədə yerli özünüidarəetmə orqanının rəhbərliyi fəaliyyətsiz qalarsa, bu, zəncirvari şəkildə ciddi problemlərə yol açır:

Vətəndaşın etibarı itər. Bələdiyyəyə müraciət edən və hər dəfə bağlı qapı, cavabsızlıqla qarşılaşan sakində yerli idarəetmə institutlarına qarşı dərin inamsızlıq yaranır.

İctimai məişət və abadlıq böhranı yaranar. Məhəllələrin təmizliyi, yaşıllaşdırma, məişət tullantılarının idarə olunması və kiçik infrastrukturların təmiri gecikir və ya tamamilə unudulur.

Sosial narazılıq artar. Çünki icmadakı kiçik problemlər vaxtında həll olunmadıqda böyüyür. Nəticədə vətəndaş bələdiyyənin həll etməli olduğu ən sadə məsələ üçün belə mərkəzi hakimiyyət orqanlarına müraciət etməyə məcbur olur.

Maliyyə şəffaflığı pozular, inkişaf ləngiyər. Bələdiyyə başçısının fəaliyyətsizliyi yerli büdcənin formalaşmamasına, vergi yığımı prosesinin axsamasına və ərazinin iqtisadi potensialının batmasına gətirib çıxarır.

Hesabatlılıq yox olar. İşinin başında durmayan rəhbər icma qarşısında da hesabat verə bilmir, bu isə yerli idarəetmədə özbaşınalıq və nəzarətsizlik mühiti yaradır.

Bələdiyyə başçısı icmanın canlı nəbzi olmalıdır. O, sakinlərinin hansı küçədən rahat keçə bilmədiyini, hansı məhəllədə su və ya işıq probleminin olduğunu mərkəzdən öncə hiss etməlidir. Bələdiyyə sədri yerində olmadıqda, icmanın problemləri saatsaz dəqiqliyi ilə böyüyür. Həqiqi yerli özünüidarəetmə yalnız bələdiyyə rəhbərinin qapısı daima açıq, özü isə xalqın içində olduğu zaman gerçəkləşə bilər.

Rasafil Bayramov
ATA TV və İXA TV-nin baş təsisçi-direktoru

Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma / Siyasət

Вчера, 20:13

Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Siyasət

17-09-2026, 11:53

Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH

Gündəm / Siyasət

2-09-2026, 16:12

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Araşdırma

2-09-2026, 10:57

Sosial media və yaşıl gələcək: 1 insan + 1 dəyişiklik

Araşdırma
Təkərlər üzərindəki həyəcan: Ralli yarışları Bakı küçələrindən Azərbaycanın bölgələrinə qədər neftdən kənar turizmin yeni mühərriki olacaqcaqmı?
Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə
Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə
Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb
Bazar günü arabir yağış yağacaq
Hadisə
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
10-09-2026, 10:14
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
8-09-2026, 10:39
Tanınmış generala ağır itki
5-09-2026, 14:49
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 09:19
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
Son xəbərlər
  • Вчера, 20:47
    Təkərlər üzərindəki həyəcan: Ralli yarışları Bakı küçələrindən Azərbaycanın bölgələrinə qədər neftdən kənar turizmin yeni mühərriki olacaqcaqmı?
  • Вчера, 20:45
    Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə
  • Вчера, 20:13
    Yerində olmayan bələdiyyələr: kabinetlərdə itən yerli özünüidarəetmə
  • Вчера, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Вчера, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Вчера, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Вчера, 16:47
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Вчера, 15:41
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Вчера, 15:09
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Вчера, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Вчера, 12:50
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Вчера, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Вчера, 11:59
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Вчера, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Вчера, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Вчера, 08:50
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 19:30
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:04
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:50
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:37
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
  • 21-09-2026, 13:33
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • 21-09-2026, 12:27
    Pensiyalar sabah tam ödəniləcək
  • 21-09-2026, 11:51
    İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
  • 21-09-2026, 11:17
    AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar "Şamaxinka"da dayanmayacaq
  • 21-09-2026, 10:26
    Milli Məclisdə Azərbaycan dilinə və rəqəmsal suverenliyin qorunmasına dair dinləmələr keçiriləcək
  • 21-09-2026, 09:24
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Argentina və Qazaxıstanla qarşılaşacaq
  • 21-09-2026, 08:52
    Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
  • 20-09-2026, 22:50
    32 İLLİK HƏSRƏTİN ZƏFƏR VƏ HÜZN NÖQTƏSİ: ŞƏHİD SƏFƏRALI SƏFƏROVUN ANIM GÜNÜNDƏN
  • 20-09-2026, 14:00
    Mikayıl Cabbarov: Neft sənayesi Azərbaycanın iqtisadi inkişaf tarixində mühüm rol oynayıb
  • 20-09-2026, 13:00
    Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 18 nəfər xəsarət alıb
  • 20-09-2026, 12:30
    "Haber Global": Antiterror əməliyyatı ilə Azərbaycan ordusu daha bir parlaq zəfərə imza atıb
  • 20-09-2026, 12:00
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 11:00
    Donald Tramp vaxtından əvvəl Vaşinqtona qayıdıb
  • 20-09-2026, 10:30
    Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb
  • 20-09-2026, 10:00
    NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə