• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Qəhrəman statuslu reportyor Çingiz Mustafayevin DOĞUM GÜNÜDÜR

Cəmiyyət

Вчера, 17:00

Milli Qəhrəman statuslu reportyor Çingiz Mustafayevin DOĞUM GÜNÜDÜR

Yaşasaydı 66 yaşı olardı, ancaq 32 illik ömrü şərəfli, ləyaqətli yaşadı. Onun reportyorluğu jurnalistika tarixində cəsarətli və peşəkar davranış kimi qızıl hərfllərə yaddaşlara həkk olundu. Azərbaycan tarixi igid övladlarının hünəri ilə ucalıb, şəhidlərinin müqəddəs qanı ilə möhkəmlənib. Bu Vətən hər zaman azadlığı, haqqı, həqiqəti qorumaq üçün canından keçməyə hazır oğullar yetişdirib. Onlardan biri də görkəmli jurnalist və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayevdir.

O, 29 avqust 1960-cı ildə Rusiya Federasiyası Həştərxan vilayətində hərbçi ailəsində dünyaya göz açıb. Bəli, hərbçi ailəsində doğulmaq onun alın yazısı idi.

Uşaqlıq illəri Bakıda keçən qəhrəmanımız atasının istəyi ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Çingiz Mustafayev hərbi liseyi yarımçıq qoyaraq orta təhsilini Yasamal rayonu 167 saylı məktəbdə tamamladıqdan sonra 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunda həkim olaraq başa vurub. Amma Çingiz Mustafayevin şərəfli gələcəyi tibb ixtisası ilə bağlı deyildi. Elə bu səbəbdən qəhrəmanımızın həkim kimi fəaliyyəti uzun çəkmir. Milli təəssübkeşliyi, milli kimlik və qüruru onu jurnalistikaya gətirir.

O, həvəskar karyerasına 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri lentə alaraq başlayır, ancaq bu həvəs onu daha peşəkar jurnalistikaya gətirir.

Qarabağda döyüş əməliyyatları başlanan kimi Çingiz öz karyerasını tam olaraq hərbi mövzuları işıqlandıran jurnalistikaya həsr edir. O, 1991-ci ilin oktyabrından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyətə başlayır, ancaq dövlət televiziyasındakı qatı senzura Mustafayevin fəaliyyətini məhdudlaşdırdığından özünü burda görmür. Ona görə də Çingiz, "215 kl" studiyasını yaradaraq Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında əhəmiyyətli addım atır.

Onun çəkdiyi reportajlar, xüsusən də cəbhə bölgəsindən gətirdiyi kadrlar Azərbaycanın informasiya mühasirəsini yararaq dünyaya çatıb. Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının lentə alındığı video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrənib. Çingiz Mustafayev səkkiz ay ərzində Birinci Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. Onun bu fəaliyyəti Ermənistanın reputasiyasını bütün dünyada ciddi sarsıdıb. Avropa, Amerika telekanallarına yol tapıb.

1992-ci il iyunun 15-də Çingiz Mustafayev ön cəbhədə, Xocalının Naxçıvanlı kəndində çəkiliş zamanı ağır yaralanıb. Vurulduğu vaxt da çəkilişdə olan kamerası qəhrəman jurnalist Çingiz Mustafayevin şəhadətini anbaan lentə alıb. Həqiqət uğrunda canından keçən jurnalist Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra o, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Çingiz Mustafayevin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayır və yaşayacaq. Gənc nəslin də onu tanıyıb unutmaması şərtdir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə büstü qoyulub. Bakının mərkəzi küçələrindən biri Milli Qəhrəman Çingiz Mustafayevin adını daşıyır. ANS ÇM radiosuna da onun adı verilib. Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə "Çingiz zirvəsi" adlanır. 1999-cu ildən Çingiz Mustafayev adına Fond fəaliyyət göstərir. Fond "İlin adamı", "Ən yaxşı jurnalist" mükafatları və "Vətənpərvər və hərbi mahnı müsabiqəsi"ni həyata keçirib. Fondun təşəbbüsü ilə Şəkidə "Çingiz Klubu" yaradılıb. "Çingiz Mustafayev" fondu KİV işçilərinin təhsil almasına və "Çingiz Mustafayev" adına düşərgəyə yardım edib.
Çingiz Mustafayevin həyatı bizə göstərdi ki, qəhrəmanlıq təkcə silah tutmaqla deyil, həqiqəti qorumaq, informasiyanı çatdırmaqla da mümkündür. Onun bu fədakarlığı millətin azadlıq salnaməsinə qızıl hərflərlə yazıldı. Şəhid jurnalistin ruhunu doğum günündə dərin ehtiramla yad edir, cəsarəti qarşısında baş əyirik. Belə oğullara Azərbaycanın hər zaman ehtiyacı var. Həm vətənpərvər, həm savadlı, həm müstəqil, həm də cəsarətli....

ATATV.AZ saytının təsisiçisi , baş redaktor Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

26-08-2026, 09:26

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

28-08-2026, 08:57

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

26-08-2026, 16:56

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Araşdırma
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
Sosial media dövründə ana dilimizi necə qoruyaq?
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Hadisə
Вчера, 11:00
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
26-08-2026, 09:50
Bu gün Laçın Şəhəri Günüdür
24-08-2026, 09:20
Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb
Son xəbərlər
  • Вчера, 17:11
    UEFA Çempionlar Liqasında “Sabah”ın oyunlarının təqvimi açıqlanıb
  • Вчера, 17:00
    Milli Qəhrəman statuslu reportyor Çingiz Mustafayevin DOĞUM GÜNÜDÜR
  • Вчера, 15:05
    Kiyevə dron hücumu olub, bir azyaşlı ölüb
  • Вчера, 14:43
    Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
  • Вчера, 13:29
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • Вчера, 12:55
    İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib
  • Вчера, 11:49
    Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb
  • Вчера, 11:31
    İldən-ilə artan diplomlu işsizlər, ali təhsilli İŞ AXTARANLAR
  • Вчера, 11:29
    Doğum gününü iş başında keçirən Mehriban ANA
  • Вчера, 11:00
    Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
  • Вчера, 10:02
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 629-a çatıb
  • Вчера, 09:28
    Azərbaycan Premyer Liqası: III tura bu gün start verilir
  • 28-08-2026, 18:40
    Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
  • 28-08-2026, 18:08
    Azərbaycan və Belarus XİN-lərin xətti ilə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsini müzakirə edib
  • 28-08-2026, 17:33
    DTX-nin "Bilgəh" İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil edilib
  • 28-08-2026, 16:59
    Bakının Mirmahmud Kazımovski küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • 28-08-2026, 16:17
    Kəlbəcərə dolu yağıb
  • 28-08-2026, 15:28
    AKİ-nin sədrliyinə seçki konfransının keçiriləcəyi tarix məlum olub
  • 28-08-2026, 14:35
    Tramp Hörmüzlə bağlı: Bu lənətə gəlmiş boğaz açıqdır
  • 28-08-2026, 13:13
    Ukrayna ordusunun Baş Qərargahı Yaroslavlda neftayırma zavoduna hücumu təsdiqləyib
  • 28-08-2026, 12:48
    Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək
  • 28-08-2026, 12:14
    Bakıdakı bir neçə memarlıq abidələrində icazəsiz tikinti işlərinin qarşısı alınıb
  • 28-08-2026, 11:41
    Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib
  • 28-08-2026, 11:10
    Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib
  • 28-08-2026, 10:35
    DİN: Vətəndaşlar "uduş", "hədiyyə", "kampaniya" və digər cəlbedici təkliflərə qarşı diqqətli olmalıdırlar
  • 28-08-2026, 10:29
    Sosial media dövründə ana dilimizi necə qoruyaq?
  • 28-08-2026, 09:24
    UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
  • 28-08-2026, 08:57
    BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr
  • 27-08-2026, 18:27
    Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub
  • 27-08-2026, 17:53
    Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb
  • 27-08-2026, 16:31
    Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib
  • 27-08-2026, 16:08
    "Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
  • 27-08-2026, 15:25
    Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək
  • 27-08-2026, 14:42
    Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var
  • 27-08-2026, 14:34
    Doğum gününü iş başında keçirən Mehriban ANA
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Yeganə Qəhrəmanova
  • Redaktor: Yaşar Kərimov - Şirvani
  • Xüsusi müxbir: Günel Sabir qızı İsayeva
  • Foto-operator: Mirəli Bayramov
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə