Sumqayıt şəhər baş polis idarəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə Sumqayıt şəhər polis idarəsinin rəisi Fəqan Azadəliyev Bakı Şəhər Baş Polis İdarəsinin Bakı şəhər dövlət yol polisi idarəsinin rəisi təyin edilib. Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Bakı şəhər dövlət yol polisi idarəsinin rəisi polis polkovniki Rəşid Piriyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin edilib.