Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) sədrliyini qəbul edərkən sülh, ədalət, həmrəylik, tolerantlıq və insan ləyaqətini, həmçinin dayanıqlı və inklüziv inkişafı əsas götürüb.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada İƏTPİ-nin koordinasiya iclasında deyib.
Spiker vurğulayıb ki, İƏTPİ Konfransının 20-ci sessiyası bu ilin iyununda Bakıda uğurla baş tutdu və Milli Məclis təşkilata sədrliyi qəbul etdi:
"Bu sədrlik Azərbaycanın İslam dünyasında həmrəyliyi və sıx əlaqələri gücləndirməyə sadiqliyini əks etdirir.
Təcrübə göstərir ki, müxtəlif regionlardan olan və fərqli mövqelərə malik ölkələr məsləhətləşmə, qarşılıqlı hörmət və ortaq maraqlara diqqət yetirərək birlikdə işləyə bilərlər".
Milli Məclisin sədri qeyd edib ki, regional perspektivlər daha geniş beynəlxalq parlament dialoqunda daha güclü yer tutmalıdır.