• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ÖMRÜNÜ XALQINA , DÖVLƏTİNƏ , VƏTƏNƏ XİDMƏTƏ HƏSR EDƏN CƏSUR QADIN

Siyasət / Dünya

Вчера, 11:02

ÖMRÜNÜ XALQINA , DÖVLƏTİNƏ , VƏTƏNƏ  XİDMƏTƏ HƏSR EDƏN CƏSUR QADIN

BİRİNCİ VİTSE-PREZİDENT, AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA HAQQINDA

Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Uşaqlıqdan elmə, təhsilə və milli-mənəvi dəyərlərə bağlı mühitdə böyüyən Mehriban Əliyeva 1981-ci ildə Bakı şəhərindəki 23 nömrəli orta məktəbi qızıl medalla bitirib. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alıb.
1988-ci ildə İ.M. Seçenov noadına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub. 1988–1990-cı illərdə göz xəstəlikləri ixtisası üzrə klinik ordinatura keçib, 1990–1995-ci illərdə isə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışıb.
Həkimlik fəaliyyəti onun həyat yolunun mühüm mərhələlərindən biri olsa da, sonrakı illərdə Mehriban Əliyevanın ictimai və mədəni fəaliyyətində yeni bir səhifə açılıb.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edən Mehriban Əliyeva 1996-cı ildə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə “Azərbaycan–İrs” jurnalını yaradıb. Sonrakı illərdə onun fəaliyyəti milli-mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması və müxtəlif sosial layihələrin həyata keçirilməsi istiqamətində genişlənib.
Azərbaycan muğamının qorunması və dünyada təbliği də Mehriban Əliyevanın fəaliyyətində mühüm yer tutur. Beynəlxalq Muğam Festivalları, muğam müsabiqələri və bu sənətin gələcək nəsillərə çatdırılmasına yönəlmiş layihələr Azərbaycan musiqi mədəniyyətinin dünyaya təqdim olunmasına xidmət edib.
Onun fəaliyyəti muğamla məhdudlaşmayıb. Mədəniyyət və incəsənət sahəsində mühüm tədbirlər, beynəlxalq layihələr, sosial təşəbbüslər və xeyriyyə aksiyaları da ictimai fəaliyyətinin mühüm istiqamətlərindən olub.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi onun fəaliyyətində daha bir istiqamətin başlanğıcı olub. 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyəti təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, uşaqlara və ehtiyacı olan insanlara dəstək kimi müxtəlif sahələri əhatə edib.

2017-ci il fevralın 21-də Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Bir insanın həyat yoluna nəzər salanda yalnız tutduğu vəzifələri deyil, gördüyü işlərin cəmiyyətdə yaratdığı izləri də görmək mümkündür. Mehriban Əliyevanın həyat yolu həkimlikdən ictimai fəaliyyətə, mədəniyyətin və milli irsin təbliğindən sosial və xeyriyyə layihələrinə, dövlət idarəçiliyindən beynəlxalq mədəni təşəbbüslərə qədər uzanan geniş bir fəaliyyət salnaməsidir.
Mehriban xanımın saysız-hesabsız xidmətləri yalnız görülən işlərin siyahısında deyil, xalqın yaddaşında və qəlbində də öz əksini tapır. Onun fəaliyyəti haqqında yazılan əsərlər, səslənən şeirlər və bəstələnən mahnılar bir insanın cəmiyyətə xidmət yolunun sənət dili ilə ifadəsinə çevrilir.
Xalq sevgisi isə hər bir insan üçün ən böyük mənəvi sərvətlərdən biridir. Sözün şeirə, şeirin nəğməyə çevrilməsi, bir insanın fəaliyyətinin sənət əsərlərində yaşadılması həmin sevginin zamanın fövqünə yüksəlməsidir.
Mehriban xanım öz əməlləri, xidmətləri və ictimai fəaliyyəti ilə həyat yolunun səhifələrinə öz adını yazıb. Bəzən tarix yalnız kitablarla deyil, insanların gördüyü işlərlə də yazılır. Əməllərlə yazılan tarix isə xalqın yaddaşında daha uzun yaşayır.
Mehriban xanım — qadın zərifliyi, ana qayğısı və ictimai məsuliyyətin vəhdətini özündə yaşadan bir simadır. Onun fəaliyyətində insanlara diqqət, milli-mənəvi dəyərlərə bağlılıq, mədəni irsin qorunması və cəmiyyətə xidmət anlayışı xüsusi yer tutur.
Bu əlamətdar gün münasibətilə Mehriban xanımı səmimi-qəlbdən təbrik edirəm, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ruzi-bərəkət və gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.
Arzum budur ki, ömrünün hər zaman ən gözəl çağları sevinc, xoşbəxtlik, doğmalarının sevgisi və könül rahatlığı ilə müşayiət olunsun. Hər zaman qadın zərifliyini, ana qayğısını, ictimai məsuliyyəti və Vətənə bağlılığı özündə birləşdirən Mehriban xanımın ömür yolu yeni-yeni gözəl səhifələrlə zənginləşsin.

AYNURƏ ULDUZ (TEYMUROVA)
“QIZIL QƏLƏM” MEDİA MÜKAFATI LAUREATI
Ata Tv.az saytının baş redaktorun birinci müavini

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

26-08-2026, 09:26

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Cəmiyyət

26-08-2026, 16:58

Dövlətçiliyin, humanizmin və milli-mədəni irsin qorunması sahəsində alqışalayiq fəaliyyət Mehriban Əliyevanın ictimai-siyasi portretinin əsas xüsusiyyətidir

Araşdırma
MƏKTƏBLƏRDƏ KİŞİ MÜƏLLİMLƏRİN ÇATIŞMAZLIĞI GƏLƏCƏK OĞLAN NƏSLİNİN FORMALAŞMASINA TƏSİR EDƏ BİLƏR
Süni intellekt əsrində insan qalanlar: Müəllimi alqoritmdən fərqləndirən nədir?
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Hadisə
Вчера, 09:36
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:56
Bakıda məktəbli bıçaqlanıb
28-09-2026, 09:34
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
27-09-2026, 09:22
44 GÜNÜN İLK SANİYƏSİ: YADDAŞIMIZDA ƏBƏDİLƏŞƏN TARİX
27-09-2026, 09:19
Bu gün 27 Sentyabr Azərbaycanda Anım Günüdür.
Son xəbərlər
  • Вчера, 19:24
    Fazil Məmmədov nazir müavini təyin olundu
  • Вчера, 18:29
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 18:14
    İrsdən gələcəyə: Mehriban Əliyevanın mədəni, humanitar və ictimai fəaliyyət yolu
  • Вчера, 17:59
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • Вчера, 17:05
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • Вчера, 16:44
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • Вчера, 16:25
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • Вчера, 16:15
    Keçmiş Nazir Müəllimlərin Maaşından Danışdı
  • Вчера, 15:36
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Вчера, 14:57
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Вчера, 14:26
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Вчера, 12:37
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Вчера, 12:16
    MƏKTƏBLƏRDƏ KİŞİ MÜƏLLİMLƏRİN ÇATIŞMAZLIĞI GƏLƏCƏK OĞLAN NƏSLİNİN FORMALAŞMASINA TƏSİR EDƏ BİLƏR
  • Вчера, 11:42
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Вчера, 11:02
    ÖMRÜNÜ XALQINA , DÖVLƏTİNƏ , VƏTƏNƏ XİDMƏTƏ HƏSR EDƏN CƏSUR QADIN
  • Вчера, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Вчера, 10:04
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Вчера, 09:36
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Вчера, 08:57
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • 5-10-2026, 18:26
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • 5-10-2026, 17:56
    Bakıda məktəbli bıçaqlanıb
  • 5-10-2026, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • 5-10-2026, 15:55
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • 5-10-2026, 15:10
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • 5-10-2026, 14:36
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • 5-10-2026, 14:06
    Süni intellekt əsrində insan qalanlar: Müəllimi alqoritmdən fərqləndirən nədir?
  • 5-10-2026, 13:14
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • 5-10-2026, 12:42
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • 5-10-2026, 12:04
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • 5-10-2026, 11:40
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • 5-10-2026, 11:08
    MÜƏLLİM ÖMRÜ — GƏLƏCƏYƏ YAZILAN SƏSSİZ TARİXDİR
  • 5-10-2026, 10:43
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • 5-10-2026, 10:05
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • 5-10-2026, 09:33
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 5-10-2026, 09:08
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə