Şagirdlərin dərsə davamiyyəti vacibdir. Lakin uşağın xəstələnməsi onun və valideyninin günahı deyil. Əgər şagird xəstəlik səbəbindən dərsə gedə bilmirsə və valideyni məktəbə tibbi arayış təqdim edirsə, bu hal necə qiymətləndirilməlidir?
Mediada şagirdin bir ay ərzində 7 gündən çox dərs buraxmasına görə valideynin 100 manat cərimələnəcəyi barədə məlumat yayıldı. Lakin 9 oktyabr 2026-cı il tarixli rəsmi açıqlamada bildirildi ki, məhz bu hal üçün qanunvericilikdə belə bir cərimə nəzərdə tutulmayıb.
Bəs onda bu məlumat haradan qaynaqlanır? Valideynlər niyə narahat edilməlidir?
UŞAĞIN SAĞLAMLIĞI CƏRİMƏ MƏSƏLƏSİNDƏN DAHA VACİBDİR!
Əlbəttə, valideyn övladının təhsilinə məsuliyyətlə yanaşmalıdır. Ancaq xəstə uşağı məktəbə göndərmək də düzgün deyil. Məktəb davamiyyətə nəzarət etməli, valideynlə əməkdaşlıq qurmalı, tibbi arayışları nəzərə almalıdır. Elm və Təhsil Nazirliyindən və aidiyyəti qurumlardan gözləntimiz budur: qanunvericiliklə təsdiqlənməmiş cərimə məlumatları yayılmasın, valideynlərə aydın və dəqiq izahat verilsin.QANUN DƏQİQ, MƏLUMAT DÜZGÜN, UŞAĞIN
SAĞLAMLIĞI QORUNMUŞ OLMALIDIR!
Rasafil Bayramov