• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Fədakarlığın zərif siması - Qaraca qız obrazı TƏHLİLİ

Gündəm / Cəmiyyət

Сегодня, 12:01

Fədakarlığın zərif siması - Qaraca qız obrazı TƏHLİLİ

Çoxumuz üçün bu obraz doğmadır. Məktəb illərində hər kəs onu dərslikdən sevərək oxuyub. Hazırda 4-cü sinif Azərbaycan dili dərsliyinə salınan bu hekayə obrazının şagirdlər üçün təhlilinə ehtiyac hiss etdim. Həm tipik varlı obrazına zidd, həm də "kasıblar varlıların qurbanıdır" fikrinə haqq verən obraz istənilən halda qəhrəmandır. Qara qıvrım saçı, qarayanız siması və həyat eşqi ilə parıldayan gözləri ilə oxucuda şirinlik yaradan bu qızcığaz həm də insanlığı, sədaqəti və mübarizliyi ilə doğmalaşmağı bacarır. Söhbət Süleyman Sani Axundovun "Qaraca qız" hekayəsinin Tutusundan gedir. Hekayə və Tutu obrazı Azərbaycan Ədəbiyyatında sosial ədalətsizliyi və süni təbəqələşməni təsirli şəkildə əks etdirən oxunaqlı əsər və obrazdır. Hər kəsin qarayanız və qıvrımsaç olmasına görə "Qaraca qız" deyə adlandırdığı Tutu saf qəlbi, istedadlı rəqsi, səmimi dostluğu və böyük cəsarəti ilə zamanla fədakarlığın zərif simasına çevrilir. Tutu kiçik yaşlarından həyatın ən ağır sınaqları ilə üzləşir. Zəlzələ nəticəsində valideynlərini itirir, mağarada vəhşi bir mühitdə tək yaşamaq məcburiyyətində qalır. Ova çıxan Hüseynqulu Ağanın xilaskarlığı ilə ona "yazığı gəlməsi" nəticəsində bağban Piri babanın kasıb komasına sığınır. Yaşadığı həyat mərhumiyyətləri nə qədər çətin, ağır olsa da Tutunun daxili gözəlliyi cəmiyyətin süni təbəqələşməsinə və daşlaşmış rəftarına sipərdir. Bu etirazı onun insanlara qarşı kin saxlamamasında, təbiəti, musiqini və insanları təmənnasız sevməsində görürük. Necə diri, necə böyük sevgi var kiçik qəlbində.

Tutu həm də hər dövrün təmənnasız dost obrazıdır. Bu dost yaxşı günlərdə yada düşməz, ən ağır günlərdə isə son və ilk ümid yeri olar. Varlı ailənin qızı Ağca ilə qurduğu səmimi dostluq hansısa mənfəət marağına xidmət etmir. Onunla gizli şəkildə birgə oynayır, xoş vaxt keçirir və bacardığı rəqsi ona da öyrədir. Bu birlikdəlik hər ikisini xoşbəxt edir, ancaq ağalıq iddiasında, rəiyyətə yuxarıdan aşağı baxan Pəricahanı isə çox narahat edir. Qızını Tutudan ayırır və bunun üçün də kənddən şəhərə köçür. Ağca buna kədərlənsə də Tutu mətin dayanır.

Hətta Ağcaya "Sən bəy qızısan, rəiyyət qızı ilə oturub durmaq sənə yaraşmaz" deyən Pəricahan xanımın sərt və amansız təpkisinə Tutu qəzəblənmir, əksinə az yaşında mətin fədakarlığı, təmənnasız sevgisi ilə cavab verir. Necə?

Qaraca qızı görmək üçün çəpərə yaxınlaşan Ağcanı tapdaladığı ilan sancarkən kimsə özünü təhlükəyə atmaq istəmir. Hətta anasının kömək hayqırtısına belə kimsə cürət etməyəndə xilaskar obraz Tutu olur. Ana kənardan qızına kömək umur, amma özünü təhlükəyə atmır. Qızını uzaq tutduğu Tutu isə Ağcanın qolundan ilan zəhərini öz canı bahasına sovuraraq ona yenidən həyat bəxş edir. Öz həyatı hesabına belə dostunu ölüm caynağından xilas edir. Tutunun yaxşılığı fonunda Pəricahan kimi mənfi obrazların kimliyi bir daha bəlli olur. Tutunu ölüm ayağında belə tək qoyan Pəricahan xanım qızının xilası ilə eybəcər iblis xislətini ortalığa çıxarır. Tutunu öz nəvəsi bilən Piri baba kimi mərd obrazın da Pəricahana layiqli cavabı və Tutuya sahib çıxması "yaxşılığı ancaq yaxşı insanlar anlar" mənasındadır. Pəricahanlar hər dövrdə insanlıqdan məhrum şəxslərin tipikləşmiş obrazıdır. O, Tutunu mənən öldürmək istədikdə belə Tutu ucalır. Qaraca qız cismən ölsə belə mənən qalibdir. Bu mənada Piri babanın son anını yaşayan Tutunu öz komasına gətirməsi də səbəbsiz deyil. Tutuya Pəricahanın evində minnətlə ölməyi layiq bilmir.
Beləliklə, Tutu nə xarici görünüşünə, nə sosial statusuna, nə də istedadlı rəqsinə görə seçilmir. O, fədakarlığın zərif siması olaraq oxucu tərəfindən sevilir və müsbət qəhrəman kimi nümunəvi obraza çevrilir!

Günel Sabirqızı
Atatv.az, Azadtv.az və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Cəmiyyət

26-10-2026, 20:44

“MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR” Jurnalist, publisist Məzahir Əhmədoğlu ilə müsahibə (I HİSSƏ)

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Müsahibə

28-10-2026, 12:28

“MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR”

Gündəm / Cəmiyyət

29-09-2026, 10:35

AYƏTXAN ZİYAD - 75

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Сегодня, 10:51
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Сегодня, 09:24
Lökbatanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, biri keçmiş aparıcıdır
21-11-2026, 12:47
Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb -Yenilənib
19-11-2026, 18:06
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
16-11-2026, 15:34
Bakıda obyektdə yanğın baş verib
16-11-2026, 09:15
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
Son xəbərlər
  • Сегодня, 12:51
    Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • Сегодня, 12:37
    İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • Сегодня, 12:01
    Fədakarlığın zərif siması - Qaraca qız obrazı TƏHLİLİ
  • Сегодня, 11:56
    Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"
  • Сегодня, 11:26
    Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib - Əlavə olunub
  • Сегодня, 10:51
    Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
  • Сегодня, 10:33
    Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib - Sərəncam
  • Сегодня, 10:02
    Türkan bağlar yaşayış massivində qaz təchizatında fasilə yaranacaq
  • Сегодня, 09:24
    Lökbatanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, biri keçmiş aparıcıdır
  • Сегодня, 08:59
    İlham Əliyev: Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir
  • Вчера, 21:54
    Səhradan Yüksələn Şəhər: Sumqayıtın 77 İllik İnkişaf Yolu
  • Вчера, 20:47
    İKİ AYDA 7 QADIN QƏTLİ: QADINLAR NƏ ZAMAN TƏHLÜKƏSİZ YAŞAYACAQ?
  • Вчера, 15:50
    Döyüş yoldaşlarının həyatını xilas edən MƏĞRUR ƏSGƏR” - şəhid İsayev Zaur Qurban oğlu
  • Вчера, 12:13
    "Azərbaycan dili də məhv olacaq, dərsliklər də" -həqiqəti ifşa edən mütəxəssis Könül Aydının həyatı təhlükədədir.
  • 21-11-2026, 22:32
    ZƏHMƏTKEŞ HAQQ ADAMI
  • 21-11-2026, 18:00
    İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam
  • 21-11-2026, 16:36
    Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
  • 21-11-2026, 16:09
    Ölüm xəbərindən reytinq yığan və peşə etikasını pozan MEDİA
  • 21-11-2026, 15:55
    To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur
  • 21-11-2026, 15:10
    Mehriban Əliyeva və qızları Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq rəsmi nahara bu ölkənin milli geyimlərində qatılıblar
  • 21-11-2026, 14:35
    Bazar günü hava 18 dərəcə isti olacaq
  • 21-11-2026, 12:47
    Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb -Yenilənib
  • 21-11-2026, 11:48
    BDYPİ həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib
  • 21-11-2026, 10:33
    Azərbaycan neftinin son ticarət qiyməti 97 dollara yaxın olub
  • 21-11-2026, 09:47
    Azərbaycan Premyer Liqası: XII turun növbəti görüşləri keçiriləcək
  • 21-11-2026, 09:26
    Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib
  • 20-11-2026, 19:32
    Qətlə yetirilən qadınlar və şərhlərdə boylanan potensial qatillər
  • 20-11-2026, 19:00
    MŞ-nin komissiya sədri media müsabiqələri ilə bağlı yenilikləri izah edib
  • 20-11-2026, 18:30
    Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
  • 20-11-2026, 17:50
    Tusk Polşaya düşən Rusiya raketlərindən danışıb: Təxribat kimi görünür, qəzaya oxşamır
  • 20-11-2026, 17:20
    DYP sürücülərə xəbərdarlıq edib
  • 20-11-2026, 17:04
    Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq
  • 20-11-2026, 16:47
    Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb
  • 20-11-2026, 16:14
    İcra hakimiyyətlərində qapalı qapılar: Vətəndaşın qarşısına sədd çəkən müavinlər kimə və nəyə xidmət edir?
  • 20-11-2026, 16:00
    Prezident İlham Əliyevin Vyetnam səfəri: Azərbaycanın Şərq strategiyasının mühüm səhifəsi – TƏHLİL
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə