• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Göyçayın başına yüz min rubl qoyulan yeganə Milli Qəhrəmanı- YURİ KOVALYOV

Cəmiyyət

2-09-2026, 11:42

Göyçayın başına yüz min rubl qoyulan yeganə Milli Qəhrəmanı- YURİ KOVALYOV

“mən rusam, Azərbaycan isə vətənimdir.”
Yuri Kovalyov


O, Göyçay rayonunun ilk, ölkəmizin isə rus əsilli Milli Qəhrəmanıdır. Qarabağ Müharibəsi şəhidi olaraq millətin qeyrət, ləyaqət simvoludur. Milli oğul, igidlərimizlə birlikdə qürurla torpağın keşiyində dayanıb, düşmən hücumlarında sinəsini sipər edib. Bəli, onun anım ərəfəsindəyik. Sentyabr daima onu bizə xatırladır. Payız qoxulu yay günündə ailəsi, doğma övladları Göyçaya təşrif buyurub. Qürurla barəsində yazdığım bu cümlələrin qəhrəmanı Yuri Petroviç Kovalyovdur. Bir balaca küçə Yuri kimi igidlər yetişdirərmiş....

29 may 1965-ci ildə Göyçay rayonunda Yuri doğulur. 3 yaşında atası onu tərk etdiyindən 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçürlər. Beş ildən sonra isə Bakıya, Vətənə geri dönmək qismətlərində qaçınılmaz olur. Kədərli də olsa atasız böyüyən bu igid sən demə ölkənin ən cəsur oğullarından olacaqmış. Təhsilindən geri qalmayaraq 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirir. Yuri Kovalyov orta təhsillə yanaşı idmana da böyük maraq göstərib. Təsadüfi deyil ki, 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnməklə futbolçu kimi yetişir. Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olmuş, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qoruyub. 1982-ci ilə kimi “Azərittifaq”ın reklam istehsalat kombinatında çalışan Yuri 1983-cü ildə ordu sıralarına çağırılmış, 1985-ci ildə ordudan təxris olunur. O, hava desant qoşunlarında xidmət keçir. 1987-ci ildə Qırmızıbayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olur. Bu məktəb onun hərbdə yetişkin bir döyüşçü olasına vəsilə olur. Biz bu qəhərmanlığı az sonra Qarabağda görəcəyik.
Azərbaycan torpaqlarının işğala məruz qalması və millətimizin öz dədə-baba torpaqlarından zorla qovulması, öldürülməsi bir insan kimi Yurini də narahat edir. Elə bu səbəbdən də o, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. O, Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərir. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Hətta bu şüacəti ermənilərdə ona qarşı kin yaradaraq başına yüz min rubl qiymət qoyulur. Onlar Yurini addım-addım axtarırdı. O, sıradan deyil, peşəkar döyüşçü idi.
General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edərdi.
1991-ci ilin aprel ayıda döyüş zonalarında fərqlənmiş bir qrup OMONçunu mükafatlandırmaq üçün Daxili İşlər Nazirinin müavini Rəhim Quliyev və nazirliyin şöbə rəisi Həmid Cəfərov XTMD-yə gəlmişdilər. Mərasimdə çıxış edən Həmid Cəfərov 1991-ci il aprel ayının 3-də respublikanın xalq deputatlarından Aydın Məmmədovun, Tamerlan Qarayevin, Ramiz Fətəliyevin və bir sıra rəsmi şəxslərin və özünün vertolyot qəzasına uğramalarından söhbət açaraq vertolyotdakıların xilas olmasında Yura Kovalyovun yüksək peşə səriştəliyi nümayiş etdirməsini xüsusilə qeyd etdi. Söhbət zamanı Yura ünvanına deyilən təriflər qarşısında təvazökarcasına susur və sonra qeyd edir:
” Mən də azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm. “
Onun rus olması xarici jurnalistləri təəccübləndirirdi. Yura Kovalyov Şuşanın Qaladərəsi kəndində Azərbaycan jurnalistlərini müşaiət edərkən, gözlənilmədən ora Ermənistan vertolyotu enmiş və vertolyotdakı xarici müxbirlər onunla görüşmək istəyirlər. Xarici jurnalistlər Kovalyovu suala tutur:
” — Siz russunuzmu?
— Bəli, mən rusam, Azərbaycan isə vətənimdir.”
O, cəbhə xəttindən anasına göndərdiyi şəklin arxasına “Qarabağ mənim vətənimdir, iftixarımdır, sevincimdir, kədərimdir” kəlmələrini yazaraq yadigar qoyub.

1991-ci il sentyabrın 13-ü Yura Kovalyov Bakıdan çıxmış, həlak olduğu gündən iki gün əvvəl axırıncı dəfə evə zəng vurub hal-əhval edir.
1991-ci il 3 oktyabrda digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yura Kovalyov ağır yaralanır. Atəş səngimək bilmir. Kudenin də ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir. Onlar ölüm ayağında belə bir neçə düşməni məhv edirlər. Bütün varlığı ilə Azərbaycanı sevən, onu özünə əsl Vətən bilən Yuri Qarabağın Xocavənd rayonu ərazisində qəhrəmancasına həlak olur.
Ailəli idi. İki övladı xalqımıza yadigar qalıb.
İki gün öncə övladları Göyçayda atasının adını daşıyan küçədə olublar. Doğma insanlarını yad ediblər. Atalarının döyüş yoldaşları ilə görüşüblər. Onların Yuri Kovalyovla bağlı döyüş və dostluq xatirələrini dinləyiblər. Qızı Regina Kovalyovun bir cümləsi isə doğma Göyçayla bağlı düşüncələrini elə təsirli göstərdi ki, düşünürsən ki, belə qəhrəman atanın belə də qoçaq qızı olar.
“Qonaq deyiləm, qonaq kimi gəlsəm də, amma Göyçay mənə elə doğmadır ki, xoş insanlarla qarşılaşmaq xoşdur”

Küçədə yerləşdirilən xatirə lövhəsinin də yenilənməsi Milli Qəhrəmanımızın anım gününə bir xatirə idi. Amma o küçənin işbazlar tərəfindən zəbt edilməsi heç də Milli Qəhrəman adına yaxşı əməl deyil.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin “Şəhidlər Xiyabanı”nda dəfn edilib.
Bakı şəhərindəki 229 saylı orta məktəb və Göyçaydakı doğulduğu küçə qəhrəmanın adını daşıyır. Ruhu Şad olsun!

Günel Sabirqızı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

28-08-2026, 08:57

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Gündəm / Siyasət

1-09-2026, 17:07

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Araşdırma

2-09-2026, 10:57

Sosial media və yaşıl gələcək: 1 insan + 1 dəyişiklik

Araşdırma
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Xəzər dənizində zəlzələ olub
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
22-10-2026, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 09:44
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:41
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Son xəbərlər
  • Вчера, 23:41
    Vətənə bağlanan ömür, göylərə ucalan ad: Şəhid Orxan Qəhrəmanovun unudulmaz dastanı
  • Вчера, 20:09
    Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri
  • Вчера, 19:42
    Yasamal rayonunda şəhidlər yad edilib
  • Вчера, 19:38
    İcra başçısının sabiq müavininin cəzası azaldıldı
  • Вчера, 19:31
    Bakıdakı ilk kazino bu tarixdə açılacaq - Emin Ağalarov açıqladı
  • Вчера, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Вчера, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Вчера, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Вчера, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Вчера, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Вчера, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Вчера, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Вчера, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Вчера, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Вчера, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:33
    Bir gülüş, min sevinc: Balakəndə unudulmaz xeyriyyə konserti
  • 24-10-2026, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:08
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:39
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 13:41
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:24
    HƏKİMLƏRİN PASİYENTLƏRİ KONKRET APTEKLƏRƏ YÖNLƏNDİRMƏSİNİN ARXASINDA HANSI MARAQLAR DAYANA BİLƏR?
  • 24-10-2026, 12:01
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 09:36
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:26
    ÇİÇƏKLƏNƏN SUMQAYITIMIZ YENİ NƏFƏS GƏTİRİR — ŞƏHƏRİMİZİN İNKİŞAFI GƏLƏCƏYƏ OLAN ÜMİDİMİZİ ARTIRIR
  • 23-10-2026, 18:44
    AZƏRBAYCAN NƏŞRİYYATINDAN KÖÇƏN REDAKSİYALARIN TALEHİ NECƏ OLDU? JURNALİSTLƏR NİYƏ BİR DAM ALTINDA TOPLANMASIN?
  • 23-10-2026, 18:40
    ZAKİR FƏRƏCOVUN İŞTİRAKI İLƏ SUMQAYITDA YAP-ın VIII QURULTAYINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
  • 23-10-2026, 18:36
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:09
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:17
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə