• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əsrin kabusu 35 milyona çatacaq : Xərçəng xəstələrinin sayı durmadan artır: ARAŞDIRMA

Cəmiyyət

Вчера, 16:09

Əsrin kabusu 35 milyona çatacaq : Xərçəng xəstələrinin sayı durmadan artır: ARAŞDIRMA

Xərçəng xəstəliyi əsrin kabusu. Adı çəkiləndə belə insanların qorxub ehtiyyat etdiyi, eyni zamanda onunla mücadilə və mübarizədə yaşanan və yaşanılacaq mənəvi, maddi təminat probleminin çətinlikləri. Bəli, bu xəstəlik bədənin hüceyrələrinin nəzarətsiz şəkildə böyüyüb yayıldığı bədxassəli şişlər yaradan bir sağlamlıq problemidir. Bu şişlər xərçəngin mərhələləri və inkişafı əsasında fərqli yerlərə yayıla bilər. Xərçəngin yaranma səbəbləri müxtəlifdir və bunlar arasında siqaret, düzgün qidalanmama və fiziki aktivliyin azlığı kimi risk faktorları mövcuddur. Həkimlər deyir ki, xərçəngin erkən diaqnostikası müalicə prosesində çox mühüm rol oynayır və xərçəngin öncədən qarşısını alma üçün mütəmadi müayinələr tövsiyə edilir deyilsə də çox vaxt Azərbaycan insanı çoxsaylı problem və qayğılardan, laqeyd və zamanında doğru münasibət göstərməmədən dolayı bu xəstəliyin erkən diaqnozuna gecikir. Nəticədə çoxsaylı sosial-iqtisadi problemlər, gərgin stressli yaşam fonunda bir də aşkarlanan xərçənglə amansız həyat mücadiləsi adamı yorur, yıpradır, son ümüd qığılcımlarını darmadağın edir. Nəticədə ildən-ilə xəstəliyin və bu xəstəlikdən ölüm sayında artım qeydə alınır.
Əvvəllər bu xəstəlik qohum-qonşuda, yad və tanışda nadir rast gəlinən çarəsiz xəstəlik idi. Xəstəyə ümüd verilsə də sonuc olaraq çox vaxt ölümlə nəticələnən bu xəstəlik indi daha çox ailənin qorxulu kabusuna çevirilib . Nə gənci tanıyır, nə yaşlını. Hələ uşaq yaşlarından bu kabusun caynağına keçib həyat mücadiləsi verən yeniyetmə və uşaqları demirəm.
Dünyada milyonlarla insan xərçəngin fiziki, emosional və maliyyə yükü ilə üz-üzədir. Statistika hesabata görə, hər gün 26 mindən çox insan xərçəng səbəbindən həyatını itirir. Hər il təxminən 20,6 milyon yeni xərçəng hadisəsi qeydə alınır və 10 milyona yaxın insan bu xəstəlikdən ölür. Xərçəng ürək-damar xəstəliklərindən sonra dünyada ikinci əsas ölüm səbəbi olaraq qalır.
Milli Onkologiya Mərkəzi indi bu qorxulu kabusun özünə çevrilib. Çoxsaylı xərçəng xəstələrinin son ümüd yeri olaraq üz tutub getdiyi bu xəstəxana heç də ümüd yeri, ümüd mənbəyi olaraq inamları doğrultmur. Bahalı müayinə və müalicələr, əksərən sərt və acımasız həkim münasibəti və kasıb təbəqə əlacsızlığı bütün bu acı həqiqətləri Milli Ankologiyanın dəhliz və həyətində əyləşən, kömək gözləyən minlərlə xəstə insanların kədər dolu əlacsız simasında görünür.
Təsadüfi deyil ki, bu ilin 30 aprel tarixində onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlunun qanunsuz əldə edib gəzdirdiyi partlayıcı vasitə ilə törətdiyi partlayış sanki bu acı mənzəyə qisas idi. Çoxluq bunu etiraz edə bilməsə də, haqq verilməsə də, ancaq hadisəyə səbəb illərdir ki, mərkəzdəki qanunsuzluqlara, onkoloji xəstələrə qarşı soyuq, rüşvətxor münasibətin nəticəsi kimi çoxlarına bəlli idi.
Hətta xəbərdə deyildi ki, Mübariz Əliyev həmin vasitəni Milli Onkologiya Mərkəzinin Radiologiya şöbəsində həkim Nəsirov Asif Akif oğlunu qəsdən öldürmək üçün partladıb. Məhkəmə nəticələri hələ açıqlanmasa da baş vermiş partlayış nəticəsində Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində, ağır xəsarətlər almış həkim-radioloq Asif Nəsirli mayın 5-də saat 21:45-də müalicə aldığı xəstəxanada vəfat etdi. Bəli, bu terror əslində iki nəfərin faciəli ölümünü göstərən hadisə deyil, bütövlükdə onkologiyada, onkoloji xəstə və onkoloqlar arasında yaranan, yaşanan münasibətin faciəvi pik nöqtəsi idi. Aylarla, illərlə sürən ağır xəstəliyin müayinə -müalicə bahalığı, əlçatmaz bahalı müalicənin biznes maraqlarına xidmətinin göstəricisidir. Bahalı kimyaterapiyalar, ağıllı dərmanlar, əməliyyat və prosedurlar hamısı onkoloji xəstələrin ardıcıl keçməli olduğu gerçəklikdir. Minlərlə manatlıq pulu borc-xərc, evini satmaq bahasına tapılan vəsait çox vaxt xəstənin həyatını xilas etmir, həkim ,dərman alverçilərinin şəxsi maraqlarının qurbanı olur. Hətta bu iradı jurnalist olaraq baş onkoloq Azad Kərimliyə bildirəndə belə cavab vermişdi: “onkoloji xəstələrin 70-80 faizi xəstəliyin üçüncü, dördüncü mərhələsində həkimə müraciət edirlər. Lakin xəstələr xəstəliyin birinci və ikinci mərhələsində həkimə müraciət edərsə, xəstəliklə mübarizə aparmaq mümkündür. Toya 300 manatlıq don ala bilirlər, ancaq vaxtında müayinəsinə pul xərcləyə bilmir?”,- deyə ironiyalı cavab vermişdi. Mən xəstəliyin düçar olduğu qara camaatın xəstəliyinə işıq salanda isə “ narahat olmayın, nazir də bu xəstəlikdən ölür, kiminsə ölməyini istəmirik” cavabını verdi. Nazir onsuz da vaxtlı-vaxtında ən bahalı xəstəxanalarda müayinə və müalicəsini alıb nəticə görməyəndə ölür, ancaq sıravi vətəndaşlar müayinə və müalicəsizlikdən ölür. Gərəkçi baş onkoloq bunu Milli Onkologiya Mərkəzinin həyət, dəhliz və mərtəbələrində aydın müşahidə edir, həkimlərinin güman ki, təəəsüratlarını eşidir. Yəqin ki, ölkə və dünya statistikasını da nəinki baş onkoloq, ölkəni idarə edən bütün məmur və vəzifəli şəxslər də xəbərdardır.

Dünya və ölkə statistiksına nəzər salanda məlum olur ki, biz təsadüfən narahat deyilik. Gerçəkdən bu xəstəlik təbii və süni səbəblərdən dolayı durmadan artır. Alimlər 2050-ci ilə qədər dünyada yeni xərçəng hallarının təxminən 67% artaraq 34 milyona çatacağını proqnozlaşdırıblar.
Xəstələnmə sayının kəskin artmasının əsas səbəbi insan sağlamlığının pisləşməsi deyil, planet əhalisinin sayının artması və qocalmasıdır. Hesablamalara görə, dünyada hər 5 nəfərdən biri həyatı boyunca ən azı bir dəfə onkoloji xəstəliklə üzləşəcək.
Qeyd edək ki, 2024-cü ilin statistikasına əsasən, dünyada ən çox yayılan xərçəng növü 2,6 milyon halla (bütün xəstəliklərin 13%-i) ağciyər xərçəngi olub. İkinci yerdə isə 2,4 milyon halla qadınlarda süd vəzi xərçəngi qərarlaşıb. Ağciyər xərçəngi dünyada xərçəngdən ölümün əsas səbəbi olaraq qalır. Kişilər arasında isə ən çox rast gəlinən xərçəng növləri ağciyər, prostat və kolorektal xərçəng, qadınlarda isə süd vəzi, ağciyər və kolorektal xərçəngdir.

Alimlər xəbərdarlıq edirlər ki, onkoloji xəstələrin sayının artması xüsusilə az və orta gəlirli ölkələrin səhiyyə sistemləri üçün ağır yükə çevriləcək. Bəlli ki, Azərbaycan insanı da artıq bu təhlükənin içindədir. Az gəlirli ölkə olmasaq da, dəstəksiz qalan əhaliyə dövlət tərəfindən onkoloji xəstəllərə tibbi xidmət pulsuz imkanı yaradılsa da , ancaq gerçəklik başqadır. Xəstəliyin ağır yükünü öz maddi gücü hesabına çəkməsi həqiqəti Azərbaycan xəstəsinin getdikcə vəziyyətin daha ağır olacağına dəlalət edir. Statistika da qorxuncdur.
Azərbaycanda isə 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər olub. Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. 2024-cü ildə ölkə üzrə xərçəng şişlərindən ölənlərin sayı 9 min 681 nəfər olub. Bu isə 2022-ci ilin statistikası ilə müqayisədə 1312 nəfər daha çoxdur. 2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb.
Ümumlikdə isə 2025-ci ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli yenitörəməli xəstələrin ümumi sayı 74 004 nəfər olub.
Qeydiyyatda olan xəstələrin 28 026-sı kişi, 45 978-i qadındır.
Son statistika rəqəmlərə əsasən yaş qrupları üzrə qeydiyyatda olan xəstələrin 952-si 0-17 yaş, 1 603-ü 18-29 yaş, 5 797-si 30-39 yaş, 32 452-si 40-59 yaş, 33 200-ü isə 60 və yuxarı yaş qrupuna aid olub. Deməli, 40 yaş üstü bu xəstəliyin artma ehtimalı daha yayğındır.
2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayına nəzər salanda məlum olur ki, 4 min sayda artım var. Həmin ilin statistik göstəricisində 69 435 nəfər onkoloji xəstədən 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.
2015-ci ildən 2023-cü ilədək ölkədə yeni törəmələrin aşkar edildiyi xəstələrin sayı 7344 nəfər və ya 66% artıb. On il öncə isə onkoloji xəstələrin sayı 12 minə çatmırdı.
Ölkədə hər 10 min əhali arasında törəmə tapılan şəxslərin sayı 18,2 nəfər olub. Bu göstərici də 2022-ci illə müqayisədə 23%, 2015-ci illə müqayisədə isə 56% artıqdır. Xatırladaq ki, 2021-2022-ci illərdə Azərbaycanda hər 10 min nəfərə düşən yeni tapılan xərçəng xəstələrinin sayı 14,8 nəfər, 2020-ci ildə isə 12,1 nəfər olub.
Mütəxəssislər qeyd edirlər ki, dünyada xərçəng hallarının təxminən dörddə biri insan papilloma virusu (HPV), hepatit B və C virusları, Helicobacter pylori infeksiyası, alkoqol və tütün istifadəsi, yüksək bədən kütlə indeksi və fiziki passivlik kimi qarşısı alına bilən risk amilləri ilə əlaqədardır. Hesabatda bunun profilaktik tədbirlərin əhəmiyyətini bir daha göstərdiyi vurğulanır.
Bu dəhşət və qorxunc statistik göstərici bir daha sübut edir ki, ölkə insanı mütləq vaxtlı-vaxtında ümumi tibbi müayinədən keçməlidir, əks təqdirdə gecikmə onkoloji xəstəliklərdə bağışlanmır. Dövlət səviyyəsində bu məsələ ciddi şəkildə nəzarətə götürülməli, həm ilkin və vaxtlı tibbi müayinə , həm də artıq aşkarlanan xəstələrdə müalicə prosesindəki süründürməçilik özbaşnalıq, pul tələbi və biznes tələsinin qarşısı alınmalıdır.

Atatv.az saytının xüsusi müxbiri Günel Sabirqızı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Araşdırma

9-09-2026, 09:41

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Gündəm / Cəmiyyət

9-09-2026, 10:15

“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...

Siyasət

4-09-2026, 19:00

Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH

Araşdırma
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
Bədbəxt hadisə yoxsa pul hərisliyində olan sahibkar özbaşnalığı...
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR
Ölkənin bir sıra rayonlarında elektrik enerjisi olmayacaq
Nazir müavini: Azərbaycan qlobal şəhər-iqlim sinergiyasına töhfə verməyə hazırdır
Ali Məhkəmə: Onlayn kreditlər zamanı dələduzluq faktı kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir
Hadisə
Вчера, 10:14
Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
8-09-2026, 10:39
Tanınmış generala ağır itki
5-09-2026, 14:49
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 09:19
Salyanda zəncirvari qəza zamanı 5 nəfər xəsarət alıb - YENİLƏNİB
2-09-2026, 15:46
Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib
Son xəbərlər
  • Сегодня, 18:30
    Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
  • Сегодня, 18:06
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • Сегодня, 17:51
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • Сегодня, 17:32
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • Сегодня, 16:43
    Azərbaycan əhalisinin yanacaq xərcləri 4 %-dən çox artıb
  • Сегодня, 16:09
    Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
  • Сегодня, 15:26
    11 sentyabr - 25 il ərzində dəyişən dünya və güc balansı – ŞƏRH
  • Сегодня, 14:48
    Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
  • Сегодня, 13:15
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • Сегодня, 12:39
    Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib
  • Сегодня, 11:53
    Keşlədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər
  • Сегодня, 11:04
    İmişlidə “Səriyyə” film kabusu: 15 yaşlı yeniyetmənin 31 yaşlı gənclə nikahının qarşısı alınıb
  • Сегодня, 11:00
    Mühəndislikdən Baş Leytnant rütbəsinə adlayan MİLLİ QƏHRƏMANIMIZ-Rafiq Nəsrəddinov
  • Сегодня, 10:52
    Azərbaycanla İordaniya arasında viza rejimi ləğv ediləcək
  • Сегодня, 10:18
    Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
  • Сегодня, 09:45
    Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
  • Сегодня, 09:07
    Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
  • Вчера, 21:39
    Ölkənin təhsil sistemində uğurları ilə seçilən Abşeron-Xızı təhsil İdarəsi : əldə olunan nailiyyətlər və yeni tədris ilinə hazırlıq
  • Вчера, 18:00
    Makron üçün kritik an: Büdcə qəbul olunmasa, parlament buraxıla bilər
  • Вчера, 17:24
    Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
  • Вчера, 16:59
    Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
  • Вчера, 16:28
    Nazir özünə yeni müşavir təyin etdi
  • Вчера, 16:10
    Gələcəyin ixtisasları: süni İntellekt nəyi əvəz edə bilməz?
  • Вчера, 16:09
    Əsrin kabusu 35 milyona çatacaq : Xərçəng xəstələrinin sayı durmadan artır: ARAŞDIRMA
  • Вчера, 15:50
    Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
  • Вчера, 15:04
    İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
  • Вчера, 14:40
    Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
  • Вчера, 12:39
    Sabah Bakıda 28 dərəcə isti olacaq
  • Вчера, 12:17
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Вчера, 11:32
    Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda tədarük edilib
  • Вчера, 11:16
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Вчера, 10:14
    Xocalıda mina partlayışı olub, ANAMA əməkdaşı xəsarət alıb - YENİLƏNİB
  • Вчера, 09:39
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Вчера, 09:05
    Bakının Yasamal, habelə Ağdaş, Tərtər və Yevlax rayonlarının bir hissəsində işıq olmayacaq
  • Вчера, 08:40
    Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Redaktor: Yaşar Kərimov - Şirvani
  • Xüsusi müxbir: Günel Sabir qızı İsayeva
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə