• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Mühəndislikdən Baş Leytnant rütbəsinə adlayan MİLLİ QƏHRƏMANIMIZ-Rafiq Nəsrəddinov

Cəmiyyət

11-09-2026, 11:00

Mühəndislikdən Baş Leytnant rütbəsinə adlayan MİLLİ QƏHRƏMANIMIZ-Rafiq Nəsrəddinov

Milli Qəhrəman statuslu oğullarımız, igidlərimiz Vətən uğrunda çox böyük qəhrəmanlıq yolu keçmiş şəxsiyyətlərdir. Onları zamansız anmaq , Vətənin bütövlük günlərində ruhlarını şad etmək borcumuzdur. Növbəti yazımızın Milli Qəhrəmanı Nəsrəddinov Rafiq Hüseyn oğludur. O, zabitlikdən mühəndisliyə ordan da Baş leytnantlığa addımlayacaq şərəfli ömür yolunun sahibidir.
Rafiq Nəsrəddinov 8 mart 1961-ci ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya göz açıb. Sadə, zəhmətkeş bir ailənin yetirməsi olan Rafiq ağıllı və uzaqgörən bir övlad olub. Orta təhsilini də doğulduğu Bakı şəhərində alıb. 1968-ci ildə Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbə gedərək tam on illik orta təhsilini həmin məktəbdə 1978-ci ildə bitirir. Bir il sonra Vətənə xidmət borcu yaranır deyə Rafiq 1979-cu ildə Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılır. Hərbi xidmətə yollanmaqla 1981-ci ildə tank qoşunlarında xidmətini uğurla başa vurur. Həyatında müsbət dönüşlər baş verir. O illərdir arzuladığı təhsil həyatına qovuşur. Bakı Dövlət Universitetinə daxil olan Rafiq 1987-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. Ali təhsilini başa vurduqdan dərhal sonra iş həyatına atılır, Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilərək orda çalışır.
O vaxta qədər ki, Qarabağda artıq elan olunmamış müharibə başlayır. Torpaqlarımız, insanlarımız ermənilərin hücumuna məruz qalır. Təbii ki, Rafiq Nəsrəddinov buna göz yuma bilməzdir. Həm də o zabit idi. Beləcə O, 1992-ci ildə bir zabit kimi Səbail rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılır. Cəbhəyə gəldiyi ilk gündən özünü təcrübəli zabit kimi göstərir və döyüş qaydaları, orduya nəzarət ,hücum qaydaları onun təcrübəli döyüşçü kimi bildiyi təcrübədir. Rafiq həm də xaraktercə də mərd, zəbrli və təmkinli idi. Ona sahib olduğu bu xasiyyətlər döyüş dostları arasında böyük hörmət qazandırır. Zaman-zaman döyüş və peşəkar zabit təcrübəsi komandanlıq gözündə də onu seçilənlərdən edir. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərargah rəisi təyin edir O, Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində yaxından iştirak edərək dəfələrlə qəhrəmanlıq nümunəsi göstərir. Döyüş yoldaşlarının yaddaşında bu qəhrəmanlıq həmişə unudulmaz xatirələr kimi əbədiyyət qazanır. Baş leytnant rütbəsinə öz xidmətləri ilə layiq olan Rafiq Nəsrəddinovun son döyüşü 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində gerçəkləşir. Bu çox qeyir-bərabər döyüş idi. Əslində döyüşlərin hər biri belə idi. Sadəcə onun hərbi taktikası və məharəti sayəsində heyyəti uğur qazanır, məğlubedilməz olurdu. Ancaq sonuncu qeyri-bərabər döyüşdə son nəfəsinədək vuruşaraq, qəhrəmanlıqla həlak olur. Döyüş yoldaşları onu belə xatırlayır : Rafiq son döyüşündə də məğlubedilməz qəhrəman kimi cəsarətlə döyüşür, son nəfəsinədək qətiyyən düşmənə təslim olmaq istəmirdi”
O, Vətəni uğrunda canını, qanını töksə də, tariximizə igidlik salnaməsi yazsa da , bizlər belə igid, ləyaqətli, savadlı , peşəkar mütəxssis oğullarımızın, vətəndaşlarımızın itkisi üçün kədərlənirik. Rafiq igid , qəhrəman oğul olmaqla yanaşı, savadlı, təhsilli bir gənc, bir mühəndis idi. Onun zəhmət və fədakarlığı bütöv Vətən adına böyük xidmətdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Rafiq Nəsrəddinov həm də ailə başçısı, iki qız atası idi. Övladları ondan Vətənə yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Hazırda oxuduğu 39 saylı orta məktəb Milli Qəhrəmanımızın adını daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Günel Sabirqızı Atatv.az saytının xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

3-09-2026, 11:05

"Öncə döyüşçülər ,sonra mən" -MİLLİ QƏHRƏMAN Valeh Müslümov

Cəmiyyət

29-08-2026, 17:00

Milli Qəhrəman statuslu reportyor Çingiz Mustafayevin DOĞUM GÜNÜDÜR

Cəmiyyət

5-09-2026, 17:07

Adı da özü də Pəhlivan olan MİLLİ QƏHRAMANIMIZ- Pəhlivan Fərzəliyev

Cəmiyyət

2-09-2026, 11:42

Göyçayın başına yüz min rubl qoyulan yeganə Milli Qəhrəmanı- YURİ KOVALYOV

Araşdırma
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Hadisə
Сегодня, 12:32
Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
29-10-2026, 17:19
Ceyranbatanda 10 şagird zəhərlənib
29-10-2026, 11:24
Masallıda minik avtomobili yük maşınına çırpılıb, bir nəfər ölüb
28-10-2026, 14:49
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
28-10-2026, 10:34
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
Son xəbərlər
  • Сегодня, 18:00
    XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
  • Сегодня, 17:30
    Rusiya dizel yanacağının ixracına qoyulan qadağanın müddətini uzadıb
  • Сегодня, 17:00
    MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib
  • Сегодня, 16:18
    Suriya Məkkə müdafiə alyansına qoşula bilər
  • Сегодня, 15:46
    Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr edib
  • Сегодня, 14:45
    Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
  • Сегодня, 14:05
    Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib
  • Сегодня, 13:31
    Ali Məhkəmədə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qərar layihəsi müzakirə olunub
  • Сегодня, 12:32
    Türkiyə Silahlı Qüvvələrinin əsgəri şəhid olub
  • Сегодня, 11:35
    Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
  • Сегодня, 10:31
    İsveçdə Quranı yandıran belə cəzalandırıldı
  • Сегодня, 09:52
    Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək
  • Сегодня, 08:59
    Axios: Respublikaçıların məğlubiyyəti İranla müharibənin yenidən başlamasına səbəb ola bilər
  • Вчера, 20:41
    AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
  • Вчера, 19:53
    Prezident Sahil Babayevin bu səlahiyyətini LƏĞV ETDİ
  • Вчера, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Вчера, 19:00
    YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçilib
  • Вчера, 18:20
    Əbədi qardaşlıq: tarixin sınağından keçən, hədəflərin zirvəsində ucalan birlik
  • Вчера, 18:00
    Mirziyoyev Türk birliyinin möhkəmləndirilməsinə görə İlham Əliyevə təşəkkür edib
  • Вчера, 17:30
    Mahmud Abbasın Kipr səfəri – yırtılan maskalar
  • Вчера, 17:00
    Ceyhun Bayramov: Türk dövlətləri imkanlarını həm tranzit, həm də qarşılıqlı ticarətin inkişafı üçün istifadə etməlidir
  • Вчера, 16:28
    İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
  • Вчера, 15:53
    Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
  • Вчера, 15:14
    Rusiyanın ən yeni qırıcı təyyarəsi yanıb
  • Вчера, 14:37
    Milli Məclisin növbəti plenar iclası noyabrın 3-də keçiriləcək
  • Вчера, 13:13
    Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib
  • Вчера, 12:42
    Oktyabrın son günü Azərbaycanda yağış yağacaq
  • Вчера, 11:54
    Qətər ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün vasitəçilik səylərini bərpa edib
  • Вчера, 11:26
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsinə I oxunuşda baxılacaq
  • Вчера, 10:39
    Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub
  • Вчера, 10:16
    Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
  • Вчера, 09:37
    Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib
  • Вчера, 08:58
    Günün qoroskopu: Rəhbərinizdən yaxşı xəbər gözləyə bilərsiniz
  • 29-10-2026, 19:00
    İranın sabiq Ali Rəhbərinin oğlu Meysəm Xameneinin sağ olduğu açıqlanıb
  • 29-10-2026, 18:40
    Berlində fəallar daha bir ali məktəbin girişini bağlayıblar
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə