• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

"Öncə döyüşçülər ,sonra mən" -MİLLİ QƏHRƏMAN Valeh Müslümov

Gündəm / Cəmiyyət

3-09-2026, 11:05

"Öncə döyüşçülər ,sonra mən" -MİLLİ QƏHRƏMAN Valeh Müslümov

Birinci Qarabağ müharibəsində Vətənin ərazi bütövlüyü və təhlükəsizliyini hər şeydən əziz bilən və bu yolda son damla qanına qədər döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı, şəhid Valeh Əlizaid oğlu Müslümovdur.
Yaşasaydı 58 yaşı olacaqdır,amma adı və şücaəti onu əbədi yaddaşlarda yaşadır. O, bu torpağın ,bu ölkənin ən cəsur, ən ləyaqətli oğullarından biridir ki, hər il sentyabrda onu kiçik də olsa xatirə yazısı ilə anmaq,ruhunu şad etmək jurnalist borcumuzdur.

O, 1968-ci ildə Lerik rayonunda dünyaya göz açıb. Orta təhsilini səkkizinci sinfə qədər Lerik şəhər 2 saylı məktəbdə alıb. Daha sonra Sumqayıtdakı 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnir. Elə bir müddət tikinti trestində də çalışmağa başlayır.

1986–1988-ci illərdə hərbi xidmətdə olan Valeh Müslümov xidmətini bitirdikdən sonra əmək fəaliyyətinə qayıdıb. Lakin Qarabağ müharibəsi başlayanda tərəddüd etmədən cəbhəyə yollanıb. 1991-ci ilin avqustundan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsi — OMON tərkibində xidmət edib.

Onun döyüş yolu Qarabağın ən qaynar nöqtələrindən — Şuşa, Xocalı, Tovuz, Füzuli, Qubadlı, Zəngilan və Ağdərə istiqamətlərindən keçib. Silahdaşları bildirirlər ki, o, hər əməliyyatda ön cəbhədə olur, “əvvəlcə döyüşçülər, sonra mən” deyə davranırdı.

Valeh Müslümov 1992-ci ilin aprelində Ağdərə istiqamətində gedən ağır döyüşlərdən birində yaralı silahdaşlarını meydanda qoymamaq üçün mövqeni tərk etməyib. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhid qəhrəman doğulduğu Lerikdə torpağa tapşırılıb.

Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il, 831 nömrəli Fərmanı ilə Valeh Müslümova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Lerik şəhərində bir küçə və onun təhsil aldığı 2 saylı məktəb qəhrəmanın adını daşıyır. Məktəbdə onun həyat və döyüş yolunu əks etdirən xatirə guşəsi də yaradılıb.

Ondan internetdə yadigar qalan nadir görüntülər Azərbaycan xalqına bir daha xatırladır ki, bu torpaq gənc yaşında canını Vətənə fəda edən igidlərin hesabına qorunub. Valeh Müslümovun qısa, lakin şərəfli ömür yolu yeni nəsillər üçün örnəkdir.

Allah Milli Qəhrəmanımız Valeh Müslümova rəhmət eləsin. Onun qəhrəmanlığı hər daim xalqımızın qəlbində yaşayacaq.

Gənc yaşda bu işıqlı dünyanı tərk etsə də, şərəfli bir yol keçməklə əbədi olaraq on milyonun ürəyində özünə yer etməyi bacardı. Lerik camaatı da yetişdirdiyi oğul- Valehin adı ilə fəxr edir, örnək olaraq əziz xatirəsini həmişə uca tutur, yad edirlər. Çünki onlar Vətənin ən ağır günlərində sinəsini düşmən gülləsinə sipər edib ,var gücü ilə, son damla qanına qədər vuruşublar.
Valeh Müslümov Vətən uğrunda canından keçəndə cəmi 23 yaşında olub. O, düşmənlə qeyri-bərabər döyüşdə yaralanmış 11 nəfər döyüşçü yoldaşını xilas edərək təhlükəsiz zonaya apararaq əsl qəhrəmanlıq nümunəsi göstərib. Etiraf edək ki, bu igidliyi bu yaşda bacarmaq böyük cəsarət, bacarıq istəyir. Onun igidliyinə dövlət tərəfindən yüksək qiymət verilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli 831 nömrəli Fərmanı ilə ilk dəfə “Azərbaycan Milli Qəhrəmanı” adını almış 11 nəfərdən biri Valeh Müslümov olub ki, o da bu ada layiqdir. Eləcə leriklilərin igid oğlu Valeh ilə bağlı dövlət tərəfindən digər işlər də görülüb. Təhsil aldığı orta məktəb onun adını daşıyır, qarşısında büstü ucaldılıb. Həmçinin şəhərin ən böyük küçəsi də ölməz qəhrəmanın adınadır.
Bəli, Vətənə sevgisi Valehi ən ali mərtəbəyə yüksəldib. İndi bütün Azərbaycan xalqı onun qəhrəmanlığı ilə qürur duyur. O, xalqımızın qəlbində daim yaşayacaq, şərəfli həyatı gələcək nəsillərə həmişə örnək olacaq.
Allah rəhmət eləsin!

Atatv.az saytının təsisçisi və baş redaktor Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət

29-08-2026, 17:00

Milli Qəhrəman statuslu reportyor Çingiz Mustafayevin DOĞUM GÜNÜDÜR

Cəmiyyət

2-09-2026, 11:42

Göyçayın başına yüz min rubl qoyulan yeganə Milli Qəhrəmanı- YURİ KOVALYOV

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

2-09-2026, 15:22

VƏTƏN SEVGİSİ İLƏ YADDAŞLARDA QALAN MÜBARİZ İBRAHİMOV

Araşdırma
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Xəzər dənizində zəlzələ olub
Əli Əsədov beynəlxalq və xarici ölkələrin paralimpiya komitələrinin rəhbər şəxsləri ilə görüşüb
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
Hadisə
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
22-10-2026, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 09:44
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
17-10-2026, 18:30
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17-10-2026, 14:41
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Son xəbərlər
  • Вчера, 23:41
    Vətənə bağlanan ömür, göylərə ucalan ad: Şəhid Orxan Qəhrəmanovun unudulmaz dastanı
  • Вчера, 20:09
    Girnədən Bakıya qələbə yolu: Azərbaycan idmançılarının üçqat zəfəri
  • Вчера, 19:42
    Yasamal rayonunda şəhidlər yad edilib
  • Вчера, 19:38
    İcra başçısının sabiq müavininin cəzası azaldıldı
  • Вчера, 19:31
    Bakıdakı ilk kazino bu tarixdə açılacaq - Emin Ağalarov açıqladı
  • Вчера, 17:00
    Almaniya "İstəklilər koalisiyası"nın ilk hərbi təlimlərində iştirak edəcək
  • Вчера, 16:00
    Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
  • Вчера, 15:30
    Səudiyyə Ərəbistanı husilərin atdığı 10 ballistik raketi məhv edib
  • Вчера, 15:00
    Bakıda yağış yağacaq, şimşək çaxacaq
  • Вчера, 13:00
    Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
  • Вчера, 12:30
    ABŞ-də baş verən atışmada 12 nəfər yaralanıb
  • Вчера, 12:00
    Azərbaycan Premyer Liqasında IX tura bu gün yekun vurulacaq
  • Вчера, 11:00
    Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
  • Вчера, 10:30
    İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
  • Вчера, 10:00
    Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
  • 24-10-2026, 18:57
    TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi səhiyyə sistemində yeni mərhələyə keçidin ifadəsidir - ŞƏRH
  • 24-10-2026, 18:00
    Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəlib
  • 24-10-2026, 17:30
    Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
  • 24-10-2026, 17:00
    R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
  • 24-10-2026, 16:33
    Bir gülüş, min sevinc: Balakəndə unudulmaz xeyriyyə konserti
  • 24-10-2026, 15:58
    Parisdə terror aktını törətməkdə şübhəli bilinən şəxsin anası və daha iki nəfər saxlanılıb
  • 24-10-2026, 15:08
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:39
    Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
  • 24-10-2026, 13:41
    U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub
  • 24-10-2026, 13:08
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:24
    HƏKİMLƏRİN PASİYENTLƏRİ KONKRET APTEKLƏRƏ YÖNLƏNDİRMƏSİNİN ARXASINDA HANSI MARAQLAR DAYANA BİLƏR?
  • 24-10-2026, 12:01
    BDYPİ sürücülərə xəbərdarlıq edib
  • 24-10-2026, 09:36
    Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək
  • 24-10-2026, 09:06
    Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
  • 23-10-2026, 19:26
    ÇİÇƏKLƏNƏN SUMQAYITIMIZ YENİ NƏFƏS GƏTİRİR — ŞƏHƏRİMİZİN İNKİŞAFI GƏLƏCƏYƏ OLAN ÜMİDİMİZİ ARTIRIR
  • 23-10-2026, 18:44
    AZƏRBAYCAN NƏŞRİYYATINDAN KÖÇƏN REDAKSİYALARIN TALEHİ NECƏ OLDU? JURNALİSTLƏR NİYƏ BİR DAM ALTINDA TOPLANMASIN?
  • 23-10-2026, 18:40
    ZAKİR FƏRƏCOVUN İŞTİRAKI İLƏ SUMQAYITDA YAP-ın VIII QURULTAYINDAN İRƏLİ GƏLƏN VƏZİFƏLƏR MÜZAKİRƏ OLUNUB
  • 23-10-2026, 18:36
    Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib
  • 23-10-2026, 18:09
    Ölkə üzrə bu ayın bütün sosial ödənişləri başa çatdırılıb
  • 23-10-2026, 17:17
    Estoniya azərbaycanlıların olduğu ticarət gəmisinə Rusiyanın zərbəsini pisləyib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə