• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Gündəm / Siyasət

30-09-2026, 19:00

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlətimizin başçısına və birinci xanıma sərgilər barədə məlumat verdilər.

Regionun böyük hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən "ADEX 2026" müasir hərbi texnologiyaların və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin qüdrətinin nümayişi baxımından mühüm rol oynayır.

"ADEX" sərgisi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı isə "Caspian Event Organisers" şirkətidir.

Bu il "ADEX 2026"da rekord sayda şirkət iştirak edir. Buna görə Bakı Ekspo Mərkəzinin əlavə pavilyonu da istifadəyə verilib. Bir pavilyon isə ilk dəfə milli ekspozisiya üçün ayrılıb.

"ADEX 2026" sərgisinə 39 ölkədən 59 xarici nümayəndə heyəti qeydiyyatdan keçib. Bu il ABŞ-nin bir neçə nüfuzlu şirkəti sərgidə ilk dəfə iştirak edir. Burada ən geniş təmsil olunan ölkə isə qardaş Türkiyədir.

"ADEX" tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim olunur. Bununla yanaşı, "ADEX News" adlı qəzet çapdan çıxacaq.

"Securex Caspian" sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulmuş ləvazimatlar, kompleks mühafizə sistemləri və perspektivli texnoloji həllər, o cümlədən ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış, qəza-xilasetmə vasitə və avadanlıqları nümayiş etdirilir.

"ADEX" və "Securex Caspian" sərgilərinə 30 ölkədən 277 şirkət qatılıb. Sərgilərdə 14 ölkənin milli pavilyonu quraşdırılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin stendi ilə tanış oldular. "ADEX 2026"da Azərbaycan Ordusunun silahlanmasında olan artilleriya sistemləri, aviasiya texnikası və pilotsuz sistemlər nümayiş etdirilir. Nazirliyin ekspozisiyası həm sərgi zalında, həm də açıq sahədə yerləşir.

2023-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində yaradılan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi silah istehsalının, satışının və ixracının təşkilini həyata keçirir. İstehsal imkanlarının genişləndirilməsi, yeni nəsil silahların hazırlanması və beynəlxalq əməkdaşlıq qurumun fəaliyyətində əsas istiqamətlərdir.

Azərbaycanın "Vektor" Şirkətlər Qrupu da sərgidə iştirak edir. "Vektor" ölkəmizin müdafiə sənayesi sahəsində fəaliyyət göstərir. O, raket maketləri, hərbi geyim və müxtəlif hərbi aksesuarlar istehsal edir.

Dövlətimizin başçısı və birinci xanım 1984-cü ildə İstanbulda qurulmuş və hazırda Türkiyənin ən iri müdafiə texnikası ixracatçısı olan "Baykar" şirkətinin stendinə baxdılar. "Bayraktar TB2" taktiki PUA-sı 30-dan çox ölkəyə ixrac olunub. Şirkət, həmçinin daha ağır "Bayraktar AKINCI", "TB3" (gəmi göyərtəsindən qalxa bilən) və reaktiv mühərrikli "Kızılelma" pilotsuz qırıcısını istehsal edir. "Baykar", eyni zamanda, yerüstü idarəetmə stansiyaları, avionika və mühərrik istehsalı istiqamətində də çalışır.

Türkiyənin "Aselsan" şirkəti də sərgidə iştirak edir. Bu şirkət 1975-ci ildə Ankarada təsis edilib və Türkiyənin ən böyük müdafiə sənayesi şirkətidir. "Aselsan" radar və radioelektron mübarizə sistemləri, hərbi rabitə, hava hücumundan müdafiə, elektrooptika, avionika, məsafədən idarəolunan silah stansiyaları və dronəleyhinə sistemlər istehsal edir. Onun adı dünyanın ən iri 50 müdafiə sənayesi şirkəti siyahısında yer alır.

"EDGE Group" - Birləşmiş Ərəb Əmirliklərinin dövlət müdafiə və qabaqcıl texnologiyalar qrupudur. 2019-cu ildə ölkənin 25-dən çox müdafiə sənayesi müəssisəsinin birləşdirilməsi ilə yaradılan və qısa müddətdə dünyanın ən böyük 25 müdafiə sənayesi şirkəti sırasına daxil olan "EDGE" dəqiq idarəolunan sursat və raketlər, avtonom hava və dəniz sistemləri, radioelektron mübarizə, zirehli texnika və elektron müharibə həlləri istehsal edir.

Slovakiya Respublikası sərgidə milli pavilyonu ilə iştirak edir. Bu ölkənin müdafiə sənayesi, o cümlədən artilleriya, zirehli və xüsusi texnikalar, özüyeriyən haubitsa, dron, kimyəvi aşkarlama, aviasiya təmiri və radar, kabel qovşaqları, silah modernləşdirilməsi sahələrində aparıcı şirkətləri sərgiyə qatılıb.

Çin Xalq Respublikası da sərgidə iştirak edən ölkələr arasındadır. "China National Aero-Technology Import & Export Corporation" - Çin aviasiya sənayesi korporasiyasının (AVIC) xarici ticarət və ixrac qolu hesab olunur. Şirkət döyüş və təlim təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, avionikanın, aviasiya silahlarının və texniki xidmətin beynəlxalq satışını həyata keçirir.

"China North Industries Corporation" - Çinin ən iri dövlət quru sistemləri və sursat qrupu, həmçinin dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Döyüş tankları (VT-4), zirehli döyüş maşınları, yedəkdə daşınan və özüyeriyən artilleriya, yaylım atəşli raket sistemləri, tankəleyhinə raketlər, atıcı silahlar, həmçinin sərbəst uçan döyüş sursatı istehsal edir. Onun mülki sahədə də geniş fəaliyyəti var.

"Czechoslovak Group" (CSG) - Çexiya və Slovakiyada, həmçinin Avropada və ABŞ-də 100-dən çox müəssisəni birləşdirən sənaye və müdafiə holdinqidir. O, həmçinin Avropanın ən sürətlə inkişaf edən müdafiə sənayesi qruplarından biridir. Şirkət zirehli texnika, artilleriya, radarlar, irikalibrli silah istehsalı və aviasiya təmiri sahəsində fəaliyyət göstərir.

İsrailin "UVision Air" şirkəti sərbəst uçan döyüş sursatı üzrə ixtisaslaşıb. Bu silahlar hədəf bölgəsinə uçur, orada gözləyir və komanda veriləndə zərbə endirir. Əsas məhsulu "HERO" sistemidir. Sistemlər xaçvari açılan qanad quruluşuna malikdir, nəqliyyat vasitələri, gəmilər və yüngül platformalardakı konteynerlərdən buraxılır və operatora uçuş zamanı hücumdan imtina etmək imkanı verir.

"Ondas Holdings" - ABŞ-nin avtonom dron və özəl simsiz şəbəkə qrupudur. "American Robotics" və "Airobotics" şirkətləri vasitəsilə avtomatik dron stansiyaları, dronəleyhinə sistem və sənaye şəbəkə həlləri istehsal edir. Şirkət ABŞ Ordusunun standart tapança və avtomat silah təchizatçısıdır.

"IAI – Israel Aerospace Industries" İsrailin ən iri aerokosmik və müdafiə qrupudur. 1953-cü ildən fəaliyyət göstərən qrup "Heron" və "Harop" pilotsuz uçuş aparatları, "Barak" hava hücumundan müdafiə sistemi, ballistik raketdən müdafiə sistemi, radar və radioelektron sistemləri, "LORA" ballistik raketi, rabitə və kəşfiyyat peykləri istehsal edir. Onun fəaliyyət istiqamətinə sərnişin təyyarəsinin yük təyyarəsinə çevrilməsi də daxildir.

"Rafael Advanced Defense Systems Ltd" İsrailin raket və müdafiə sistemləri şirkətidir. Əvvəllər Müdafiə Nazirliyinin tədqiqat qurumu olub, 2002-ci ildə isə dövlət şirkətinə çevrilib. "Iron Dome" və "David's Sling" hava hücumundan müdafiə sistemləri, "SPIKE" tankəleyhinə idarəolunan raket sistemi, raketlər, zərbə sursatı onun əsas məhsullarıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İtaliyanın "Leonardo" şirkətinin stendinə də baxdılar. "Leonardo" İtaliyanın aerokosmik, müdafiə və təhlükəsizlik qrupudur və Avropanın ilk üç müdafiə sənayesi şirkəti sırasındadır. Şirkət helikopter, təlim-döyüş təyyarələri, radar və radioelektron mübarizə sistemləri, dəniz topları, kosmik sistemlər və kibertəhlükəsizlik həllərinin istehsalı ilə məşğuldur.

İsrailin sərgidə iştirak edən digər bir şirkəti isə "Elbit Systems"dir. O, İsrailin ən iri özəl müdafiə elektronikası şirkəti kimi 1966-cı ildən fəaliyyət göstərir. Komandanlıq sistemləri, radioelektron mübarizə, "Hermes" pilotsuz uçuş aparatı, artilleriya sistemləri, avionika və dəbilqəyə quraşdırılan göstəricilər istehsal edir. Şirkət "Rəqəmsal Ordu" konsepsiyası üzrə bir sıra ölkələrdə proqramlar həyata keçirir.

Türkiyənin gəmiqayırma müəssisəsi - "Dearsan" qardaş ölkənin aparıcı hərbi gəmi istehsalçılarındandır. Müəssisə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün patrul qayıqları inşa edib. Hazırda isə açıq dəniz patrul gəmiləri layihəsini həyata keçirir. Müəssisə, həmçinin ixrac istiqamətində sürətli hücum və patrul gəmiləri, desant və köməkçi gəmilər inşa edir.

Türkiyənin 1988-ci ildə Ankarada təsis edilən "Roketsan" şirkəti lazerlə idarəolunan raket, tankəleyhinə raket, qanadlı və ballistik raketlər, hava hücumundan müdafiə sistemləri, yaylım atəşli raket sistemləri üçün mərmilər və kompozit raket mühərrikləri istehsal edir.

"Belspetsvneshtechnika" Belarusun müdafiə sahəsində dövlət xarici ticarət müəssisəsidir. Qurum silah və hərbi texnikanın ixracı ilə yanaşı, zirehli texnikanın, hava hücumundan müdafiə komplekslərinin və aviasiya texnikasının modernləşdirilməsi, yaylım atəşli raket sistemlərinin təkmilləşdirilməsi, xüsusi təyinatlı avadanlıq və sursat təchizatı ilə məşğuldur.

2000-ci ildə yaradılan "Rosoboronexport" ASC Rusiyanın hərbi texnika və avadanlıq ixracının böyük hissəsini həyata keçirir. Şirkət təyyarə və helikopterlər, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, hərbi gəmilər və sualtı qayıqlar, atıcı silah, sursat, həmçinin sərbəst uçan döyüş sursatı və radioelektron mübarizə vasitələrini ixrac edir.

Sərgidə Serbiyanın "Yugoimport" şirkəti də iştirak edir. "Yugoimport" Serbiyanın dövlət müdafiə məhsulları istehsalı və ixracı müəssisəsidir. Ölkənin hərbi sənayesinin əsas ixracatçısı olan şirkət özüyeriyən haubitsa, yaylım atəşli raket sistemləri, iri, orta və kiçikkalibrli silahlar, minaatan mərmilər, döyüş başlıqları, idarəolunan raketlər, zirehli texnika və pilotsuz uçuş aparatları istehsal edir.

Çinin "CPMIEC" ("China National Precision Machinery Import & Export Corporation") şirkəti raket və hava hücumundan müdafiə sistemlərinin ixracı üzrə ixtisaslaşmış dövlət müəssisəsidir. Şirkət hava hücumundan müdafiə kompleksləri ilə yanaşı, gəmi, tankəleyhinə raket sistemləri, taktiki raketlər, pilotsuz uçuş aparatları və sahil müdafiə sistemlərinin beynəlxalq satışını həyata keçirir.

"Rheinmetall" Almaniyanın müdafiə və avtomobil qrupudur. O, Avropanın ən iri sursat və zirehli texnika istehsalçılarındandır. Zirehli döyüş maşınları, "Leopard 2" tankının 120 mm silahı, artilleriya və tank sursatı, hava hücumundan müdafiə sistemi, hərbi yük maşınları və müdafiə elektronikası şirkətin əsas məhsullarıdır. "Rheinmetall" son illərdə Avropada bir sıra yeni sursat zavodları açıb.

Pakistanın dövlət aviasiya kompleksi bu ölkənin Hərbi Hava Qüvvələrinin tabeliyindədir. "JF-17 Thunder" qırıcısının Çinlə birgə istehsalını, həmçinin təlim təyyarəsinin istehsalı və ixracı, pilotsuz uçuş aparatları, avionika və radar istehsalı, hərbi təyyarə və mühərriklərin əsaslı təmiri ilə məşğuldur.

Dövlətimizin başçısı Özbəkistanın Müdafiə Sənayesi Agentliyinin stendi ilə də tanış oldu. Agentlik ölkə daxilində hərbi məhsulların istehsalını təşkil edir, silahlı qüvvələr üçün satınalmaları həyata keçirir və beynəlxalq hərbi-texniki əməkdaşlığı əlaqələndirir. Son illərdə dron və dronəleyhinə sistemlər, mühafizə vasitələri və atıcı silah-sursat istiqamətlərində yerli istehsalı inkişaf etdirir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı da sərgidə təmsil olunur. Krallığın Müdafiə Nazirliyinin stendində bu nazirliklə yanaşı, "BAE Systems", 14 Britaniya şirkətini təmsil edən Kembric Ticarət Palatası və "Rolatube Technology" şirkəti yer alıb. "BAE Systems" Avropanın ən iri müdafiə sənayesi şirkətidir.

Açıq sərgi sahəsində Müdafiə Nazirliyi, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi, "VLand Systems" MMC, "İmprotex", "AZDEF" və "Exclases Holdings Limited" şirkətləri ən son texnologiyalarını nümayiş etdirirlər.

***
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi ilə tanış olublar.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-09-2026, 09:49

İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb

Gündəm / Cəmiyyət

30-09-2026, 11:01

Zakir Həsənov: Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur

Gündəm / Siyasət

26-09-2026, 08:53

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib

Siyasət

30-09-2026, 14:16

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub

Gündəm / Siyasət

17-09-2026, 11:53

Tarixi irsdən beynəlxalq həmrəyliyə - Azərbaycanın İslam dünyasındakı yeri - ŞƏRH

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Вчера, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Вчера, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Вчера, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
13-11-2026, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Son xəbərlər
  • Вчера, 23:30
    Toyuq-cücənin "pasport" dərdi, yoxsa kəndlinin ümid yerinə uzanan əllər?
  • Вчера, 22:41
    Azərbaycanda şəkərli diabet: xəstələrin sayı artır, müalicə xərcləri yüksəlir
  • Вчера, 21:30
    Azərbaycanda şəkərli diabet: xəstələrin sayı artır, müalicə xərcləri yüksəlir
  • Вчера, 18:00
    Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
  • Вчера, 17:30
    Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN
  • Вчера, 17:00
    Tələbələri narazı salan bufet qiymətləri: “Ac qalmamaq üçün yeyirəm”
  • Вчера, 16:01
    Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Вчера, 15:40
    Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
  • Вчера, 14:58
    Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
  • Вчера, 14:26
    Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
  • Вчера, 13:22
    Ağsu son on ildə: abadlaşan şəhər, yenilənən kəndlər, inkişaf edən sosial infrastruktur Quruculuq, təmir-tikinti, səhiyyə və təhsil sahəsində görülən işlər rayonun inkişaf mənzərəsini formalaşdırır
  • Вчера, 13:02
    Sabah Bakıda yağış yağacaq
  • Вчера, 12:23
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
  • Вчера, 11:50
    Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
  • Вчера, 11:36
    Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
  • Вчера, 10:43
    Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
  • Вчера, 09:55
    Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
  • Вчера, 09:11
    SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
  • 13-11-2026, 19:21
    DEPUTAT NAQİF HƏMZƏYEV JURNALİSTLƏRİN HAQQ SƏSİNƏ SƏS OLDU! PARLAMENT TRİBUNASINDAN SƏSLƏNƏN FİKİRLƏR MEDİADA REZONANS DOĞURDU!
  • 13-11-2026, 19:00
    Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
  • 13-11-2026, 18:30
    Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
  • 13-11-2026, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • 13-11-2026, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • 13-11-2026, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • 13-11-2026, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • 13-11-2026, 15:46
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
  • 13-11-2026, 15:24
    Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
  • 13-11-2026, 14:47
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
  • 13-11-2026, 13:18
    Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
  • 13-11-2026, 12:44
    Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
  • 13-11-2026, 11:57
    Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
  • 13-11-2026, 11:00
    Pakistanda mikroavtobus çaya düşüb, 11 nəfər ölüb
  • 13-11-2026, 10:08
    Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
  • 13-11-2026, 09:40
    Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 12-11-2026, 22:22
    Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə