• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əlləri qabar, dabanı çatlaq, qazancı borc -kəndlilərin torpağı əlindən alınır?

Cəmiyyət

5-09-2026, 11:14

Əlləri qabar, dabanı çatlaq, qazancı borc -kəndlilərin torpağı əlindən alınır?

Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
(M.Ə.Sabir)


“İnsan olanın cahü- cəlalı , dövləti,malı olsun gərək. Evlər alçaq, ufacıq daxma deyil, ali olsun gərək” deyirdi Mirzə Ələkbər Sabir. Təbii ki, fəhləyə həsr etdiyi məşhur şeirində. Kəskin satira ilə varlı kasıb təbəqəsi arasındakı dərin uçurumu, kasıb, məzlum insanların yaşadığı ayrıseçkilik və çətinliklərini şeirin hər misrasında oxucuya çatdırır. Zaman fərq etmədən əsrlərdir ki, bu haqsızlıq davam edir. İnsanların ayrıseçkilik problemini şair Sabir təsirli ifadə edib. Şeirin bu bəndində isə varlının dilindən kəndlinin, kasıbın onların gözündəki yerini Sabir satirası ilə elə aydın təsvir edir ki, sanki problemin son günlər müzakirə olunan fərmana əsasən hazırlanacaq kənd təsərrüfatlı təyinatlı torpaqların konsolidasiyası qaydasına aid olduğunu düşünürsən
Dövlətliyik, əlbəttə, şərafət də bizimdir,
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Əmlak demişkən, yeni fərman var. Fərmana əsasən, Nazirlər Kabineti kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası qaydasını altı ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Bəli, altı aydan sonra bu sahədə görüləcək işlər, atılacaq addımlar bəlli olacaq. O vaxta qədər isə əksər kəndliyə konsolidasiya ifadəsi anlaşılmaz termin olaraq qalır.
İfadənin mahiyyətinə varanda məlum olur ki, kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi (dövlət mülkiyyətində olan torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsi ilə dəyişdirilməsi halları istisna olmaqla) nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və diger mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesidir.
İl boyu çörəyi qabarlı əllər vasitəsilə bir parça torpaqdan çıxaran kəndli ona 35 ildən çoxdur ki, verilən pay torpaqlarından məhrum olacağından qorxur. Qorxur ki, razılıq və ekvivalent bazar dəyər əsaslı birləşdirilmə, sərhədlərin və mükiyyətçilərin yenidən müəyyənləşdirilməsi ifadələri adı altında pay torpaqları əllərindən çıxıb iri məmurların geniş torpaqlarına pay qatsın.
Ötən illər ərzində çəkilən zəhmət, axıdılan tər, qoyulan xərc, qon qazanc mənbəyi də beləcə yoxa çıxsın. Azərbaycanda mövcud 435 mindən çox pay torpaq sahibi illərdir dolanışığını o torpaqlardan çıxarır. Yaz əkinçi, yay -payız biçinçi,qış dilənçi kimi yaşayan kəndliyə əslində pay torpaqdan qazanc qalmır. Bir tikə halal çörəyini əlinin qabarı , alnının təri ilə qazanıb ömrü başa vurmaqla yaşayır. İstər meyvəçilik, istər tərəvəzlik, istər heyvandarlıq artıq kəndli üçün gəlili sahə hesab olunmur. Çünki xərci mənfəətindən çox olan kənd təsərrüfatı artıq gəlirli deyil, problemli sahəyə çevrilib. Əziyyətlə məhsul yetişdirən kəndliyə nə bazar tapılır, nə satdığı məhsuluna uyğun satış qiyməti diqtə edilir. Digər sahələrdəki kimi, kənd təsərrüfatında da tənəzzül, inkişafa göstərilməyən dəstək, təklif olunmayan güzəştlər , ildən-ilə artan inhisarçılıq, monopoliya kəndlinin əl qolunu bağlayıb və bağlamaqda davam edir. İllərdir pomidor istehsalçıları hələ Rusiyadan alternativ xarici bazar tapa bilmir. İxrac yerlərdə, idxal göylərdə sürünür. Bir sıra kənd təsərrüfatı təyinatlı məhsullara tələbat idxaldan asılıdır. Daxili bazarda da artan dəllal və məmur aqro biznesi Azərbaycan kəndlisini sıxışdırır. Kəndlinin başı məhsul yetişdirməyə qarışanda aiddəti qurumlar ona bazar tapmalı, alternativ seçim, dəstək imkanları yaratmalıdır. Əksinə iri məmur sahibkarlar güzəştli kredit və subsidiya hesabına aqroparklar yaradaraq xeyri də , qazancı da öz lehinə çevirir. Zəhməti hədər gedən kəndli isə illərdir nə torpağından qazanc götürür, nə də ona biçilən kəndli ömründən faydalanır.
Hər il kənd təsərüfatında kəndlinin əkinçilik və heyvandarlıqda istifadə etdiyi yem, ot , qida , pestisid, herbsid , tikinti məhsulları bahalanır. Kəndli bank, borc hesabına nə qədər pay torpağını əkib becərib borc sahibi olacaq? Maraqlı sualdır, həm də kədər dolu acınacaqlı vəziyyət. Axı o da dolanmaq, normal yaşamaq, ağır zəhmət və əziyyətinin bəhrəsini görmək, dadmaq istəyir. O da neft-qaz ölkəsinin vətəndaşıdır. İşsizik və qazanc azlığı kəndlini kənddən qaçaq edib. Qapılarda artan qıfıllar, boşalan evlər, yoxa çıxan gənc əhali barədə dövlət qurumları nə düşünür?. İndi də bu konsolidasiya fərmanı da qaş qayrılan yerdə göz çıxartmaq kimi oldu. Çox kəndli birmənalı etiraz edir ki, az da olsa, qazanc olmasa da, şoran da olsa pay torpağıma toxunmayın. O, kəndliyə paydır, əmanətdir, vətəndaş haqqı, vətəndaş qazancıdır. Hər halda onun sahibləndiyi, dövlətdən gördüyü yeganə paydır. Paydan isə pay olmaz.
Kəndlilər konsolidasiya nəticəsində kənd təsərrüfat təyinatlı torpaqların birləşməsini daha çox kolxoz kimi xarakter edir. Düşünür ki, sovet dövründə Rusiya etdiyini indi isə yerli məmur sahibkarlar edəcək. Torpaqların birləşdirilməsindən salınan kolxozda kəndlinin əməyindən istismar edilər, nəinki ona müştərək istifadə hüququ tanınar. Kəndli isə cibi boş olsa da nə orta əsr təhkimçi, nə də sovet dövrünün kolxoz kəndlisinə çevrilmək istəmir.
Atattv.az saytının xüsusi müxbiri Günel Sabirqızı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Cəmiyyət

3-09-2026, 11:54

“Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək”-Rəsul Rzanın Ev -muzeyinden MÜSAHİBƏ

Gündəm / Siyasət

4-09-2026, 18:34

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Araşdırma

25-08-2026, 13:19

Ata-Ana və Ər-arvad qətlləri niyə artır?

Araşdırma
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Bakıda üç metro stansiyası ətrafında nəqliyyat sıxlığını azaldacaq yeni yol: İşlər nə yerdədir?
Qatar bileti tapılmır, təyyarə bileti əl yandırır — bəs sərnişin neyləsin?
Hadisə
Вчера, 14:49
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Вчера, 10:34
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
24-10-2026, 17:30
Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb
22-10-2026, 17:41
Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub
21-10-2026, 09:57
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat: Ölən var
19-10-2026, 09:44
Bakıda iki avtomobil toqquşub, səkidəki piyada ölüb
Son xəbərlər
  • Вчера, 23:57
    28 OKTYABR 1923: ATATÜRKÜN TARİXƏ YAZILAN QƏRARI — “SABAH CÜMHURİYYƏTİ ELAN EDƏCƏYİK!” TARİXİ HADİSƏNİN PUBLİSİSTİK TƏHLİLİ
  • Вчера, 22:04
    AĞSTAFA RİH-BAŞCISI Seymur Orucov AŞAĞI GÖYCƏLİ KƏNDİNDƏN OLAN BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDİMİZİN ANASINI EVİNDƏ ZİYARƏT EDİB
  • Вчера, 19:52
    NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
  • Вчера, 19:00
    Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
  • Вчера, 18:30
    Azərbaycanda nağdsız ödənişlər 1 % artıb
  • Вчера, 18:18
    Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
  • Вчера, 18:01
    NK aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
  • Вчера, 17:25
    Çoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
  • Вчера, 16:54
    Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
  • Вчера, 16:30
    Bu cərimənin məbləği kəskin azaldılır
  • Вчера, 15:17
    Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
  • Вчера, 14:49
    Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
  • Вчера, 14:19
    Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  • Вчера, 12:35
    Sabah Bakıda yağış, rayonlarda qar yağacağı gözlənilir - PROQNOZ
  • Вчера, 12:28
    “MƏTBUAT DİRÇƏLİŞ, OXUCU PEŞƏKARLIQ,JURNALİSTİKA İSTEDAD,QƏLƏM AZADLIQ İSTƏYİR”
  • Вчера, 11:54
    Dövlətə sədaqət, Vətənə bağlılıq və dini dəyərlərin siyasi məqsədlərə alət edilməsinə etiraz
  • Вчера, 11:52
    Bakı bələdiyyələri: yerli idarəetmənin xüsusi əhəmiyyəti
  • Вчера, 11:45
    Azərbaycanda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi hazırlanıb
  • Вчера, 11:09
    İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir
  • Вчера, 10:34
    Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
  • Вчера, 09:55
    Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
  • Вчера, 09:32
    Donald Tramp Putin və Zelenski ilə görüş planlarını açıqlayıb
  • Вчера, 09:03
    Qaradağda selin dağıtdığı körpünün yerində yenisi inşa edilib
  • 27-10-2026, 21:20
    Bələdiyyənin gücü təkcə büdcəsinin böyüklüyündə deyil, həm də qərarlarının nə dərəcədə təsir göstərə bilməsindədir.
  • 27-10-2026, 19:00
    Putin Azərbaycanı Rusiya üçün yaxşı tərəfdaş adlandırıb
  • 27-10-2026, 18:30
    Milli Məclisin növbəti plenar iclasda 11 məsələyə baxılacaq- Yenilənib
  • 27-10-2026, 18:04
    SEPAH: Hörmüz boğazında minaya düşən tanker alovlanıb
  • 27-10-2026, 17:31
    VII Bakı Forumu - mədəniyyətlərarası dialoqun və qlobal həmrəyliyin ünvanı
  • 27-10-2026, 16:52
    Əli Əsədov İƏT-in Baş katibi ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
  • 27-10-2026, 16:17
    İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
  • 27-10-2026, 15:59
    14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
  • 27-10-2026, 15:23
    Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
  • 27-10-2026, 14:47
    İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib
  • 27-10-2026, 14:34
    Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib
  • 27-10-2026, 13:06
    Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 30-da keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə