• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Müasir inkişaf, tərəqqi və quruculuq rayonu -BİNƏQƏDİ

Cəmiyyət

8-09-2026, 11:51

Müasir inkişaf, tərəqqi və quruculuq rayonu -BİNƏQƏDİ


Paytaxt Bakının siması ildən-ilə dəyişib müxtəlif istiqamətlərdə inkişaf edən iri rayonlarından biri də Binəqədi rayonudur. Abşeron yarmadasının şimal qərbində yerləşən Binəqədidə hazırda 400 mindən yuxarı sakin yaşayır. 20-25 il öncə Binəqdidə görməli, icrasına ehtiyac duyulan xeyli işlərin görülməsinə ehtiyac var idisə, indi yeniləşən, müasirləşən ölkənin inkişaf strategiyasına uyğun Binəqədi rayonu da seçilir, xüsusi diqqət və qayğı ilə əhatələnir. Təbii ki, bu inkişaf payında xüsusi xidmətləri ilə seçilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırıq və tövsiyyələri, nəzarət və göstərişləri ildən-ilə rayon daxilində görülən işlərlə özünü göstərir.
Aparılan islahatlar çərçivəsində Bakı şəhəri və onun ətraf qəsəbələri ilə yanaşı Binəqədi rayonunda da abadlıq-quruculuq, yaşıllaşdırma və təmizlik sahəsində işlər mütəmadi və planlı şəkildə davam etdirilir.

Binəqədidə son illərdə bir sıra sistemli, kompleks xarakterli layihələr işlənib hazırlanaraq uğurla reallaşdırılıb. Yaşayış məntəqələrinin təbii qaza, suya, elektrik enerjisinə olan tələbatının ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin-məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı qısa müddətdə xeyli iş görülüb.

Bakının dörd böyük mikrorayonunu və beş qəsəbəsini birləşdirən Binəqədi hazırda tikinti-quruculuq işlərinin intensiv getdiyi, iri sənaye potensialının mərkəzləşdiyi bir rayondur. Sürətlə abadlaşan Binəqədi bu gün sanki yenidən qurulur. Burada təkcə ötən illər ərzində öz əhəmiyyətinə görə respublika səviyyəli mühüm layihələr həyata keçirilib və ölkəmizdə gedən artım tempinə uyğun şəkildə bir sıra nailiyyətlər əldə edilib.

Ötən ildən görülən işlər içərisində 34 milyon manat dəyərində güzəştli mənzillərin tikintisini göstərmək olar. Mənzil İnşaatı Dövlət Agentliyinə məxsus “MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini davam etdirir.

Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlarla mütəmadi keçirilən görüşlərdə ətraflı məlumatlar verir. Onların təklif və problemlərini dinləyərək həlli istiqamətində göstərişlər verir. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə ilə bağlı saytımıza verdiyi məlumatlarda müəyyən probemlərin həll olunduğu bildirir. Hazırda görüləcək işlər siyahısıana A.Kunanbayev küçəsi 4/17 saylı binanın liftlərin yenisi ilə əvəzlənməsi və binanın dam örtüyünün təmiri, A.Kunanbayev küçəsi 18a saylı ünvanda ağacların dərmanlanması, İ.Hacıyev 62C ünvanında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası, A.Kunanbayev küçəsi 7a saylı binanın həyətində qurumuş ağacların götürülməsi, A.Kunanbayev küçəsində sahibsiz heyvanların ərazidən toplanması, S.S.Axundov küçəsi 5/34 saylı binanın həyətində sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, oturacaqların qoyulması və işıqların bərpa olunması, Azadlıq prospekti 200 saylı ünvanda yağış sularının fərdi yaşayış evlərinə daxil olmasının aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Sakinlər həmçinin bildirir ki, Zahid Qəmbərov küçəsində 99 nömrəli tam orta məktəbə gedən yolda piyada keçid zolaqlarının rənglənməsi, F.Hümbətov parkında su sayğacının bərpa edilməsi, Arif Hüseynov küçəsində bazarın qarşısında kanalizasiya xəttinin tutulması, İncəçay küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, Arif Hüseynov küçəsinə bankomatın quraşdırılması, İlham Hacıyev küçəsində asfalt örtüyünün bərpa edilməsi, Ramiz Aboyev adına parkda işıqlandırılmanın təmiri, 8 Mart küçəsi ilə Əli Məmmədov küçəsinin kəsişməsində çökmüş asfaltın bərpa olunmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətlərinin əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib

İcra başçısı Elxan Allahverdiyev tərəfindən aşağı gəlirli ailələrə, həssas təbəqə sakinlərinə, şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir, sosial yardım və məşğulluq proqramları genişləndirilir .

Bununla yanaşı, rayonun bir sıra küçə və prospektlərində, məhəllədaxili yollarda geniş abadlıq işləri aparılıb. Sıradan çıxmış asfalt örtüklər yeniləri ilə əvəz olunub, piyada səkiləri, işıqlandırma sistemi və yaşıllıq zolaqları müasir standartlara uyğunlaşdırılıb. Yaşayış binalarının ətrafında salınan uşaq meydançaları, idman qurğuları və istirahət guşələri rayonun demək olar ki, bütün məhəllələrini əhatə edərək vətəndaş məmnunluğu yaradır.
Bundan əlavə, aidiyyəti qurumlar tərəfindən rayon ərazisində qaz, su, kanalizasiya və elektrik təsərrüfatında köhnəlmiş kommunikasiya xətləri mərhələli şəkildə yenilənir. Park və yaşıllıq ərazilərində yararsız vəziyyətə düşmüş oturacaqlar təmir olunur, tamet örtükləri yenilənir, müasir tipli tullantı konteynerləri quraşdırılır, sanitariya-təmizlik işləri aparılır, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilir, küçə və məhəllələr asfaltlanır, yaşayış binalarının fasadları və dam örtükləri əsaslı təmir edilir.

Son illər rayonda məktəblərin və bağçaların maddi-texniki bazası gücləndirilib. Gənclərin və uşaqların asudə vaxtının səmərəli təşkili üçün müxtəlif klublar, kitabxanalar və mədəni tədbirlər təşkil olunur. Rayon gənclərinin idmana, elmə və könüllülük hərəkatına cəlb olunması üçün mütəmadi layihələr həyata keçirilir.

Qeyd edək ki, Binəqədi rayonunda abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilən işlər hazırda da planlı şəkildə davam etdirilir. Gələcəkdə də davam etdiriləcək inkişaf prosesinin məqsədi rayonun daha abad, daha rahat və daha inkişaf etmiş modelini yaratmaqdır.







ATATV.AZ saytının təsisçisi və baş redaktoru Rasafil Bayramov

Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Gündəm

4-09-2026, 10:32

Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Gündəm / Cəmiyyət

7-09-2026, 09:47

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Cəmiyyət

3-09-2026, 11:54

“Çox istəyirəm ki, Azərbaycanın çox tanınmış şair və yazarları ilə burda görüş keçirək”-Rəsul Rzanın Ev -muzeyinden MÜSAHİBƏ

Araşdırma
MƏKTƏBLƏRDƏ KİŞİ MÜƏLLİMLƏRİN ÇATIŞMAZLIĞI GƏLƏCƏK OĞLAN NƏSLİNİN FORMALAŞMASINA TƏSİR EDƏ BİLƏR
Süni intellekt əsrində insan qalanlar: Müəllimi alqoritmdən fərqləndirən nədir?
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Zakir Həsənov: Azərbaycan, Gürcüstan, Türkiyənin əməkdaşlığı regional sabitliyin mühüm platformasıdır
Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Hadisə
Вчера, 09:36
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
5-10-2026, 17:56
Bakıda məktəbli bıçaqlanıb
28-09-2026, 09:34
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
27-09-2026, 09:22
44 GÜNÜN İLK SANİYƏSİ: YADDAŞIMIZDA ƏBƏDİLƏŞƏN TARİX
27-09-2026, 09:19
Bu gün 27 Sentyabr Azərbaycanda Anım Günüdür.
Son xəbərlər
  • Вчера, 19:24
    Fazil Məmmədov nazir müavini təyin olundu
  • Вчера, 18:29
    Ceyhun Bayramov Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
  • Вчера, 18:14
    İrsdən gələcəyə: Mehriban Əliyevanın mədəni, humanitar və ictimai fəaliyyət yolu
  • Вчера, 17:59
    Azərbaycan, Özbəkistan və Türkiyə XTQ-lərin birgə təlimi keçirilib
  • Вчера, 17:05
    Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək
  • Вчера, 16:44
    Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH
  • Вчера, 16:25
    Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb
  • Вчера, 16:15
    Keçmiş Nazir Müəllimlərin Maaşından Danışdı
  • Вчера, 15:36
    Anar Bayramov Qubada vətəndaşları qəbu edəcək
  • Вчера, 14:57
    Pərviz Şahbazov: "Yaşıl enerji dəhlizləri Britaniya şirkətlərinə yeni perspektivlər yaradır"
  • Вчера, 14:26
    Sabah Azərbaycanda intensiv yağış yağacaq
  • Вчера, 12:37
    E-Bələdiyyə tətbiqi istifadəyə verildi
  • Вчера, 12:16
    MƏKTƏBLƏRDƏ KİŞİ MÜƏLLİMLƏRİN ÇATIŞMAZLIĞI GƏLƏCƏK OĞLAN NƏSLİNİN FORMALAŞMASINA TƏSİR EDƏ BİLƏR
  • Вчера, 11:42
    U-17 Avropa çempionatı: Azərbaycanın daha beş boksçusu qələbə qazanıb
  • Вчера, 11:02
    ÖMRÜNÜ XALQINA , DÖVLƏTİNƏ , VƏTƏNƏ XİDMƏTƏ HƏSR EDƏN CƏSUR QADIN
  • Вчера, 10:50
    Sahibə Qafarova: Azərbaycan İƏTPİ sədrliyini qəbul edəndə insan ləyaqətini əsas götürüb
  • Вчера, 10:04
    Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
  • Вчера, 09:36
    Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
  • Вчера, 08:57
    Bu gün Yasamalın bəzi ərazilərində işıq olmayacaq
  • 5-10-2026, 18:26
    ABŞ-nin sanksiyalar siyahısındakı şəxs İranın müdafiə naziri ola bilər
  • 5-10-2026, 17:56
    Bakıda məktəbli bıçaqlanıb
  • 5-10-2026, 16:51
    İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
  • 5-10-2026, 15:55
    Bu il magistraturaya qəbul üzrə 195 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib
  • 5-10-2026, 15:10
    Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib
  • 5-10-2026, 14:36
    Avstriyanın yeni səfiri Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirmək niyyətindədir
  • 5-10-2026, 14:06
    Süni intellekt əsrində insan qalanlar: Müəllimi alqoritmdən fərqləndirən nədir?
  • 5-10-2026, 13:14
    Sabah Bakıya və rayonlara yağış yağacaq
  • 5-10-2026, 12:42
    Rusiya ordusu Ukrayna ilə Moldova arasında daha bir sərhəd keçid məntəqəsinə zərbə vurub
  • 5-10-2026, 12:04
    Naxçıvanda qeyri-filiz faydalı qazıntı yataqlarının istismarından büdcəyə daxil olan vəsait açıqlanıb
  • 5-10-2026, 11:40
    Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib
  • 5-10-2026, 11:08
    MÜƏLLİM ÖMRÜ — GƏLƏCƏYƏ YAZILAN SƏSSİZ TARİXDİR
  • 5-10-2026, 10:43
    Nazir: Müəllimlik peşəsinin əsas missiyası həm də savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir
  • 5-10-2026, 10:05
    Bakıda bəzi yollarda endirilən sürət həddi bərpa olunub
  • 5-10-2026, 09:33
    Bu gün Beynəlxalq Müəllimlər Günüdür
  • 5-10-2026, 09:08
    Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Baş redaktorun müavini: Almaz Yaşar
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə