• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bahalı əməliyyatlar, estetik insanlar, saxta həkimlər və susan qurumlar: itən mənəviyyat geri qayıdacaq?

Cəmiyyət

9-09-2026, 10:10

Bahalı əməliyyatlar, estetik insanlar, saxta həkimlər və susan qurumlar: itən mənəviyyat geri qayıdacaq?

Əvvəllər paytaxt Bakı, indi isə artıq regionlarda sima və bədən nahiyədə süniləşən, doğrusu müxtəlif bədən dəyişkiliyi naminə estetik əməliyyatlardan çıxan qadınlara rast gəlmək adiləşir.
Müşahidə edirsən ki, yaşı iyirmi üstü olan bu gənc qızlar “gözəllik” naminə dodağını sima ölçüsünə nataraz şəkildə böyük, burununu isə əskinə kiçikləşdirir. Sanki “barbi”yə bənzəməklə sahib olduğu bütün qüsur və çatışmazlıqların üstünü ört-basdır edir. Ancaq anlamırlar ki, sima ölçüsünə uyğun gəlməyən bu orqanlar onlara olduğundan xoş olmayan və süni gözəllik qatır. Hələ parlaq və sağlam ana dişlərini yondurub iri həcmli vinirlərlə əvəz edib manyak görüntüsü yaradanları demirəm. Bu dişlə harda gəldi, necə gəldi gülümsəmək saxtakarlığı da bir ayrı dərd. Üz-gözümüz silikon dodaq, botokslaşmış üz , estetik burun, qulaq və dişlərlə yenicə “barışmışdı” ki, indi də bədən şəkilləndirmə, sinə böyütmə və kiçiltmə, eləcə də popo əməliyyatları olan-qalan təbiillik arzu və ümüdlərimizi yerlə-yeksan edir. Müxtəlif sosial şəbəkələrdə zaman-zaman qadın qruplarında qız və qadınların adını çəkdiyimiz üz və bədən nahiyəli əməliyyatlarına, dəyişimlərə göstərdiyi maraq və bu əməliyyatlar naminə uğurlu həkim axtarışları ilə rastlanırıq. Bəzən ali tibb təhsilli peşəkar mütəxəssislərlə yanaşı saxta , hətta tibb üzrə təhsili olmayan bir xeyli “həkim -cərrahlar”ın da meydanda at oynatdığını, müxtəlif aldadıcı üsullarla reklam vasitəsilə şəxsini tanıtım etdirərək xeyli xəstələri özünə qurban seçməyi bacardığının şahidi oluruq. O qədər stomatoloq, kosmetoloq, cərrah adı ilə əslində qeyri profilli, hətta təshili belə olmayan dələduzların tanınmış həkim obrazında media orqanlarına çıxması, sponsorlu verişilərdə həkim qismində qonaq olması bu əyri, ancaq gəlirli biznesin artmasına daha da rəvac verir. Zaman-zaman bu problemin ciddi nöqsan və çatışmazlıqları, əllərində çoxsaylı ölüm və yalnış əməliyyatlar prosedurlar nəticəsində aşkarlansa da, ancaq hansısa əllər və dəstək sayəsində həkim sayları bitmir, yerləri daha da möhkəmlənir. Xəstələri isə gündən-günə artır. Hələ bu tip əməliyyatlarda ölən və əlil qalan xəstələrin aqibəti də heç çoxuna dərs olmur. Məsələn, ötən gün mediada belə bir xəbər yayımlandı ki, üç cərrahın ixtissasına uyğun olmadığı əməliyyat keçirməsi aşkarlanıb. Bu aşkarlanma yenə də bir çox sahələrdəki nəzarət və boşluqların olmasını açıq-aşkar göstərir. Xəbərdə qeyd edilir ki, ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
Müəyyən edilmiş əsas pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərinin həyata keçirilməsi, yararlılıq müddəti bitmiş və ya dövlət qeydiyyatından keçməmiş dərman vasitələrindən istifadə, yoxlama prosesinə maneə yaradılması, eləcə də lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi halları yer alıb.
AEM-dən o da bildirilib ki, 2 ümumi cərrah və 1 üz-çənə cərrahının ixtisasına uyğun olmayan plastik cərrahiyyə əməliyyatları həyata keçirməsi faktı aşkarlanıb. Bu hallar İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə qiymətləndirilib və hər bir fakt üzrə ayrıca protokol tərtib olunub.
Qeyd olunub ki, tibb xidmətləri sahəsində yol verilən qanun pozuntuları vətəndaşların sağlamlığı və həyatı üçün birbaşa risk yarada bilər. Bu səbəbdən Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamaların sistemli, şəffaf və nəticəyönümlü xarakter daşıdığı vurğulanıb.
O da bildirilib ki, pozuntu halları aşkarlandıqda dərhal inzibati tədbirlər görülür və nəticələr müvafiq icra strukturlarına göndərilir.

Xub, əgər Analitik Ekpertiza Mərkəzi buna məsuldursa, indiyə qədər nədən belə sistemli,şəffaf və nəticəyönümlü araşdırmalar aparmayıb ki, nəticədə belə xoşagəlməz hallar, qurbanlar çoxalır. Əminəm ki, bir müddət sonra xəbərdə qeyd olunan üç cərrah həkim yenidən hansısa klinika və xəstəxanada iş başında aşkarlanacaq və yenə də xeyli cahil xəstə ona əməliyyat üçün borc da olsa minlərlə manatlıq pulunu xərcləyəcək. Ümumilikdə bu tip əməliyyatlar minumum 1200, maksimum 10-15 min manatlıq və bəlkə də daha yuxarı qiymət civarında olur. Xüsusilə də əksəriyyəti ya son dolanışıq pulunu, ya da borc olaraq hansısa bank və lombardan götürdüyü pulu bu tip acgöz həkimlərə yedirdirlər. Həkimlər də bu pulun müqabilində bunları eybəcər, qeyri insani cildə salıb əcəb bədən şəkilləndirmə edəcək. Hələ bu azmış kimi, əməliyyat prosedurlarını, xəstənin ən məhrəm yerlərini belə şəklini çəkib müxtəlif sosial şəbəkə hesablarında reklam naminə paylaşacaq. Vaxt vardı istənilən çıplaq görüntü həya görüntüsü, mənəviyyat məsələsi, ölüm-qalım məsələsi idisə, indi sanki açıq bazardır. Sinə, arxa və cinsiyyət orqanlarının görüntüsü reklam obyekti olur, növbəti müraciətçilərin maraq və diqqətini cəlb edir. Çoxu da adətən evli qadınlar, evli xanımlar olur, ya da boşanmışlar. Subaylar arasında da çoxdur maraq göstərənlər. Maraqlıdır ki, qadınlar bir kişiyə görəmi özünü bıçaq altına salır, yoxsa gerçəkdən həmcinslərinə acıq-qıcıq vermək, süni gözəllik yarışmasında yer almaq istəyindən qaynaqlanır?
Hər halda heç birinə dəyməyəcək bu cür əməliyyatlar ciddi özgüvən kompleksi və sarsılan mənəviyyat məsələsinin acı nəticəsi olduğunu bəlkə illər sonra anlayacaqlar, ancaq hələ ki, cəmiyyət artan maraq naminə bu cür süni gözəllik əməliyyatlarının peşindədir. Savadlı, təhsilli, düşünən , əxlaq sahibləri belə əməliyyatları ağlından belə keçiməz, nəinki istəsin.
Aidiyyəti qurumlara isə deyəsən alacaqları rüşvət və bisnes maraqları fonunda hələki bu dəhşətli dərəcədə artan eybəcərliyin verdiyi və verəcəyi acı nəticələr maraqlı deyil. Kapitalist maraqlar bütün mənəziyyatı alt-üst edir deyəndə bu canlı sübutdur.
Əvvəllər “gözəllik ondur, doqquzu dondur” deyən atalara indiki gənclik gözəllik ondur, doqquzu əməliyyatdır” deyə cavab verir və şəxsində göstərir.
Ən dəhşətlisi isə bu tip əməliyyatlar əvvələr qadınlar arasında yayğın idisə indi lazeroloq, kosmetoloq xidmətindən geniş şəkildə yararlanan, siması botokslaşan, gelləşən, qaşları nazilən kişilərin sayı da durmadan artır...
Əvvəllər qadınlar bir-birinə bəznəyirdisə, indi “kişilər” də onlara bənzəyir. Adam qadın halı ilə onlara baxanda utanır ki, desin: Ay kişi get aynada özünə bax, gör nəyə bənzəyirsən?
Təmzilik, gözəllik ayrıdır, aşırı özünə əl qatmaq, özünü dəyişdirmək, qeyri insani cildə salmaq artıq mənəviyyat və əxlaqi dəyərlərin itməsidir.
ATATV. AZ saytının xüsusi müxbiri Günel Sabirqızı

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Gündəm / Araşdırma

9-09-2026, 09:41

Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər- BAKI GƏMİQAYIRMA ZAVODUNDAN ŞİKAYƏTLƏR ARTIR

Gündəm / Cəmiyyət

2-09-2026, 15:05

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

Araşdırma / Gündəm

28-08-2026, 10:29

Sosial media dövründə ana dilimizi necə qoruyaq?

Araşdırma
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
Hadisə
Сегодня, 16:01
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Сегодня, 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Сегодня, 09:55
Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
Вчера, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Son xəbərlər
  • Сегодня, 18:00
    Tramp-Putin-Si Cinpinin görüşündən razılaşma gözlənilmir - KİV
  • Сегодня, 17:30
    Zelenskini Moskvaya dəvət etmişik, o isə gəlmir - Rusiya XİN
  • Сегодня, 17:00
    Tələbələri narazı salan bufet qiymətləri: “Ac qalmamaq üçün yeyirəm”
  • Сегодня, 16:01
    Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
  • Сегодня, 15:40
    Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
  • Сегодня, 14:58
    Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
  • Сегодня, 14:26
    Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
  • Сегодня, 13:22
    Ağsu son on ildə: abadlaşan şəhər, yenilənən kəndlər, inkişaf edən sosial infrastruktur Quruculuq, təmir-tikinti, səhiyyə və təhsil sahəsində görülən işlər rayonun inkişaf mənzərəsini formalaşdırır
  • Сегодня, 13:02
    Sabah Bakıda yağış yağacaq
  • Сегодня, 12:23
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib
  • Сегодня, 11:50
    Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
  • Сегодня, 11:36
    Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - Rəsmi
  • Сегодня, 10:43
    Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək
  • Сегодня, 09:55
    Füzulidə avtoqəza olub, 3 nəfər ölüb, 4-ü xəsarət alıb
  • Сегодня, 09:11
    SEPAH: Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
  • Вчера, 19:21
    DEPUTAT NAQİF HƏMZƏYEV JURNALİSTLƏRİN HAQQ SƏSİNƏ SƏS OLDU! PARLAMENT TRİBUNASINDAN SƏSLƏNƏN FİKİRLƏR MEDİADA REZONANS DOĞURDU!
  • Вчера, 19:00
    Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
  • Вчера, 18:30
    Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyi ilə bağlı qərar verib
  • Вчера, 18:09
    Külək güclənəcək - XƏBƏRDARLIQ
  • Вчера, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • Вчера, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • Вчера, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • Вчера, 15:46
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
  • Вчера, 15:24
    Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
  • Вчера, 14:47
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
  • Вчера, 13:18
    Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
  • Вчера, 12:44
    Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
  • Вчера, 11:57
    Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
  • Вчера, 11:00
    Pakistanda mikroavtobus çaya düşüb, 11 nəfər ölüb
  • Вчера, 10:08
    Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
  • Вчера, 09:40
    Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • 12-11-2026, 22:22
    Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı
  • 12-11-2026, 20:10
    Hüququn aliliyi və suveren gələcək: Müstəqil Azərbaycan Konstitusiyası tarixi seçimin təntənəsi kimi
  • 12-11-2026, 19:03
    Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
  • 12-11-2026, 18:39
    Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə