Prezident İlham Əliyev TRIPP layihəsinin işə salınması münasibətilə ona ünvanladığı xoş sözlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Bu barədə İlham Əliyevin "X" hesabında paylaşım edilib.
"Hörmətli Prezident Donald Tramp,
Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsinin başlanması münasibətilə mənə ünvanladığınız xoş sözlərə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm", - paylaşımda qeyd olunub.