• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Pomidor istehsalçılarının dərdi : bol məhsul, bahalı maya dəyəri və tək bazar asılılığı

Cəmiyyət

Сегодня, 17:01

“Pomidor istehsalçılarının dərdi : bol məhsul, bahalı maya dəyəri və tək bazar asılılığı

Azərbaycanın qeyri-neft ixracında “qırmızı qızıl” adlandırılan pomidor istehsalı həcm etibarilə artsa da, bu gün sahə ilə məşğul olan minlərlə fermer, kəndli ciddi satış və qiymət böhranı ilə üz-üzədir. Ölkədə son beş ildə pomidor istehsalı daxili tələbatı tam ödəməklə yanaşı, onu təxminən 20-30 faiz üstələyib. İstehsalın əsas ağırlığı isə ənənəvi olaraq Şəmkir, Xaçmaz, Göyçay, Abşeron və Samux rayonlarının payına düşür. Xüsusilə istixana təsərrüfatlarının mərkəzi sayılan Şəmkir və Göyçayda, eləcə də açıq sahə və istixana becərilməsinin geniş yayıldığı Xaçmazda minlərlə ailənin yeganə gəlir mənbəyi məhz bu məhsuldur. Statistik rəqəmlərə nəzər yetirəndə aydın olur ki, istehsal və ixrac rəqəmləri artır, fermerin qazancı isə azalır. Belə ki, ötən il ölkədə 777 736 ton pomidor istehsal olunub. 2023 cü - ildə isə bu rəqəm 845 525 ton, 2024 - cü ildə isə 812 614 ton göstəricisində olub. Ötən il istehsalda əvvəlki illərə nisbətdə azalma qeydə alınıb. Bu da təsadüfi deyil ki, kəndli və fermerlərin yaşadığı istehsal xərcləri, satış bazarları ilə əlaqədardır.
Dövlət Statistika Komitəsinin və gömrük hesabatlarına nəzər saldıqda son üç ildə pomidor ixracında artım dinamikası görünür. 2023-cü ildə 140,6 min ton məhsul ixracından 162 milyon dollar, 2024-cü ildə isə 145,6 min ton pomidor ixracatından 175,5 milyon dollar,
2025-ci ildə isə 172,9 min ton məhsul ixracatından 192,5 milyon dollar qazanc əldə edilib. Cari il yekunlaşmasa da ilin ilk yeddi ayı üzrə bu göstərici 142,9 min ton olub ki, bundan da 172 milyon dollar vəsait qazanılıb.
Lakin bu rəqəmlərin arxasında ciddi bir risk gizlənir: ixrac olunan pomidorun 95-98 faizi tək bir ölkəyə — Rusiya bazarına gedir. Son dövrlər Belarus, Gürcüstan, Ukrayna, Polşa və Bolqarıstan kimi ölkələrə kiçik həcmdə tədarüklər başlasa da, ümumi mənzərə dəyişmir.

3 manata başa gələn məhsul 1 manata niyə satılır?

Fermerlərin sözlərinə görə, son beş ildə pomidor istixanalarının xərci artıb. Bu həm istixana şəraitinin qurulmasında, həm də pomidor şitillərinin yetişdirilməsinə çəkilən xərclərdə özünü qabarıq göstərir. Əvvəl bir pomidor şitilinin xərci 1-1,50 manat təşkil edirdisə son illər bu xərc iki-üç dəfə artıb. Eləcə də cari ilin il yaz məhsuldarlığı nisbətən qənaətbəxş olsa da, payız mövsümündə həm məhsuldarlıq, həm də satış kəskin zəifləyib. Ekspertlər və fermerlər buna ilk növbədə baha başa gələn istehsal və bahalı kreditlərin təsir etdiyini əsaslandırır. Göyçaylı fermer Elcan Əliyev Atatv. az saytına deyir ki, xərclər əkinin ildən-ilə azalmasına səbəb olur.
" 10 ildən çoxdur ki, istixana şəraitində pomidor istehsal edirəm. Xərclər çoxalıb. Toxum, gübrə, dərman, ip, işçi qüvvəsi, eləcə də istixanaların qızdırılması xərcləri kəskin artıb. Yaz əkini daha çox xərc tələb edir. Bankdan pul götürüb əkin əkməklə ehtiyacları qarşılaya bilmirik. On min pomidor şitilinin müqabilində 15-20 ton məhsul götürə bilmirik. Bəzən toxum zəif, bəzən hava şəraiti əlverişli olmur. Ancaq əkinə çəkilən xərclər bunu tələb edir. Nəticədə kəndli əlinin qabarına layiq qazanc əldə edə bilmir. Qazanc çox vaxt bank kreditinə və dərman xərclərinə gedir. Hələ bunun işçi qüvvəsi də var"

Həmçinin fermerlər deyir ki, rəsmi subsidiya və güzəştli aqrar kreditlərə çıxışı çətin olan xırda fermerlər əkin vaxtı yüksək faizli istehlak kreditləri götürməyə məcbur qalırlar. Nəticədə bir kiloqram pomidorun yetişdirilməsi kəndliyə təxminən 3-3,50 manata başa gəlir. Digər fermer Mobil Musayev də bazar və satış qiymətlərindən narazıdır.

"Tək bazarın diktəsi və qiymət ucuzlaşması ciddi problemimizdir. Məhsulun böyük hissəsi şimal qonşumuza daşındığı üçün Rusiya bazarında yaranan istənilən məhdudiyyət, gömrük ləngiməsi və ya tələbatın azalması birbaşa azərbaycanlı fermeri vurur. Satış vaxtı fermer 3 manata ərsəyə gətirdiyi məhsulun kiloqramını ən yaxşı halda 1 - 1,50 manata satmalı olur ki, əlində qalıb çürüməsin. Xarici bazar bağlandıqda və ya sərfəli olmadıqda məhsul daxili bazara axır və qiymətlər maya dəyərindən də aşağı düşür. Kəndlinin dərdi böyükdür. Gələn il də gəlib hesabat aparacaqlar qazancdan. Bankın faizini ödəməyə belə pul qalmır.", - deyə kəndli dərdini dilə gətirir.
Vəziyyətin ağırlığını illərdir bu sahədə çalışan Şəmkirli təsərrüfat sahibləri də təsdiqləyir. Şəmkirli fermer Elşən Məmmədov deyir ki, əkinə başlayanda bankdan yüksək faizlə istehlak krediti götürməyə məcbur olub:
“Güzəştli aqrar kredit almaq üçün o qədər sənəd-sünəd istəyirlər ki, əkin vaxtı ötür. Məcbur qalıb 22-24 faizlə adi kredit götürdük. Dərmanı, gübrəsi, qazı üst-üstə gələndə 1 kilo pomidor bizə 3-4 manata oturur. İndi Rusiya alıcısı gəlmir, daxili bazarda da alverçi gəlib 1 manat 10 qəpik təklif edir. Satmasaq, mal çürüyür. Qazanc bir yana, bankın borcunu bağlamağa belə pul çatmır”.
Xaçmazlı təsərrüfat sahibi Rəşad Əliyev isə məhsuldarlığın aşağı düşməsindən və bazar qapılarının bağlılığından şikayətlənir:
“Yazda bir az nəfəs aldıq, amma payız məhsulu həm az oldu, həm də əlimizdə qaldı. Hava şəraiti və xəstəliklər məhsulu vurdu, üstəlik bazar da yoxdur. Tək bir ölkənin ümidinə qalmışıq. Sərhəddə maşınlar gecikən kimi burada qiymət dərhal ölür. Özümüz aparıb şəhərdə satmağa yerimiz yoxdur, alverçiyə möhtac qalmışıq”.

Ekspert Akif Nəsirli isə deyir ki, bu sahədə inhisarçılıq aradan qalxmalı, bazarlar şaxələndirilməlidir.
İqtisadçı hesab edir ki, fermerlərin düşdüyü bu çıxılmaz vəziyyətdən yeganə xilas yolu bazarın liberallaşdırılması və ixrac coğrafiyasının genişləndirilməsidir. İqtisadçının sözlərinə görə, məhsulun yalnız Rusiya bazarına yönəldilməsi kəndlini tamamilə asılı vəziyyətə salır:
“Meyvə-tərəvəz istehsalçıları üçün təcili şəkildə alternativ xarici bazarlar tapılmalı, Avropa və Körfəz ölkələrinin standartlarına uyğunlaşma mexanizmləri qurulmalıdır. Eyni zamanda, daxili bazarda fermerlərin məhsulunu vasitəçilərsiz sata bilməsi üçün kənd təsərrüfatı yarmarkaları mövsümi deyil, mütəmadi və tez-tez keçirilməlidir. Ən əsası isə, bazarda və ixrac kanallarında mövcud olan monopoliya ləğv edilməlidir. Rəqabət mühiti yaradılmadıqca və fermer güzəştli maliyyə resurslarına birbaşa çıxış əldə etmədikcə, əziyyəti kəndli çəkəcək, qazancı isə inhisarçılar götürəcək”.
Mütəxəssislər vurğulayırlar ki, mövcud böhrandan çıxmaq üçün fermerlərin kooperativləşməsi, məhsulun emalı (tomat pastası, konservləşdirmə) müəssisələrinin artırılması və güzəştli kredit mexanizmlərinin sadələşdirilməsi artıq təxirəsalınmaz zərurətə çevrilib.

Günel Sabirqızı
Atatv.az, Azadtv.az və İctimai Xəbər Agentliyinin xüsusi müxbiri

Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

3-11-2026, 15:53

Rusiyanın ixrac logistikasındakı dəyişikliklər Azərbaycanın buğda təminatına necə təsir edir? - Təhlil

Siyasət / Gündəm

18-11-2026, 14:41

Qlobal düyü bazarında bahalaşma təhlükəsi: Azərbaycan nə dərəcədə risk altındadır? - Təhlil

Gündəm / Cəmiyyət

7-09-2026, 09:47

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

3-09-2026, 17:37

Qlobal arenada Yeliseyin azalan nüfuzu - Silah bazarında zəifləyən Fransa - ŞƏRH

Araşdırma
Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Şagirdlər niyə oxuduqları hekayəni təhlil edə bilmir? Məktəbdə esse və inşa problemi
Azərbaycanda artan işsizlik və formal keçirilən əmək yarmarkaları...
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Hadisə
Сегодня, 10:56
Hərbi qulluqçumuz vəfat etdi
Сегодня, 10:02
Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var
Вчера, 10:51
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Вчера, 09:24
Lökbatanda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, biri keçmiş aparıcıdır
21-11-2026, 12:47
Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər yaralanıb -Yenilənib
19-11-2026, 18:06
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Son xəbərlər
  • Сегодня, 18:39
    Valdas Dambrauskas: "Barselona" ilə oyundan zövq almalıyıq"
  • Сегодня, 18:18
    Maka Boçorişvili Bakıda Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
  • Сегодня, 17:36
    Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə olunacaq - Yenilənib
  • Сегодня, 17:18
    İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • Сегодня, 17:01
    “Pomidor istehsalçılarının dərdi : bol məhsul, bahalı maya dəyəri və tək bazar asılılığı
  • Сегодня, 16:52
    Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq
  • Сегодня, 16:28
    Azərbaycanda aviasiya hadisələrinin araşdırılması qaydasında dəyişiklik edilib
  • Сегодня, 15:32
    Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib
  • Сегодня, 15:05
    Madyar və Orban Zelenski ilə danışıqlar üçün Ukraynaya səfər edəcəklər
  • Сегодня, 14:25
    Milli Məclisin növbəti plenar iclası noyabrın 27-də keçiriləcək
  • Сегодня, 13:44
    ƏLİ KƏRİMLİNİN MƏHKƏMƏ İŞİNDƏ DİQQƏTÇƏKƏN GÖZLƏNTİ: RAMİZ MEHDİYEV VƏ AİLƏ ÜZVLƏRİ ŞAHİD QİSMİNDƏ ÇAĞIRILIB
  • Сегодня, 13:44
    ƏLİ KƏRİMLİNİN MƏHKƏMƏ İŞİNDƏ DİQQƏTÇƏKƏN GÖZLƏNTİ: RAMİZ MEHDİYEV VƏ AİLƏ ÜZVLƏRİ ŞAHİD QİSMİNDƏ ÇAĞIRILIB
  • Сегодня, 13:03
    Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
  • Сегодня, 12:39
    Sabah Azərbaycanda yağış yağacaq
  • Сегодня, 11:54
    İlham Əliyev: Azərbaycan və Türkiyənin layihələri Avrasiya regionunun bağlantı xəritəsini yenidən tərtib etdi
  • Сегодня, 11:28
    İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər
  • Сегодня, 10:56
    Hərbi qulluqçumuz vəfat etdi
  • Сегодня, 10:02
    Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var
  • Сегодня, 09:25
    UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
  • Сегодня, 08:51
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
  • Вчера, 18:31
    Tramp “Nvidia”-nın Huanqı şirkətin baş direktoru vəzifəsinə qaytarmaq qərarını dəstəkləyib
  • Вчера, 18:13
    Şagirdlər niyə oxuduqları hekayəni təhlil edə bilmir? Məktəbdə esse və inşa problemi
  • Вчера, 18:04
    Ermənistanın yeni Konstitusiya layihəsi açıqlandı: erməni cəmiyyəti tarixi sınaq qarşısında
  • Вчера, 17:44
    Bakıda və rayonlarda sabah külək güclənəcək
  • Вчера, 17:27
    Ailə institutunda həyəcan siqnalı: azalan nikahlar, artan boşanmalar
  • Вчера, 17:11
    Prezident İlham Əliyev Trampa təşəkkür edib
  • Вчера, 16:25
    "Barselona" "Sabah"la oyun üçün Bakıya gətirdiyi heyəti açıqlayıb
  • Вчера, 16:06
    Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
  • Вчера, 15:36
    Zelenski: Rusiya-Ukrayna münaqişəsi üzrə dördtərəfli görüşə hazırıq
  • Вчера, 14:00
    Xəritədən silinən yaddaş: Qərbi Azərbaycan toponimləri və tarixi kimliyin hədəfə alınması
  • Вчера, 12:51
    Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
  • Вчера, 12:37
    İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • Вчера, 12:01
    Fədakarlığın zərif siması - Qaraca qız obrazı TƏHLİLİ
  • Вчера, 11:56
    Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır"
  • Вчера, 11:26
    Media və Yayım Şurası onlayn və çap media subyektlərinə dəstək müsabiqəsi elan edib - Əlavə olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə