• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Təhsil müəssisələrində dərslər başlanır: bəs tıxacların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Cəmiyyət / Gündəm

7-09-2026, 23:21

Təhsil müəssisələrində dərslər başlanır: bəs tıxacların qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

Məktəblərin açılması ilə şəhərlərdə nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə artır. Səhər saatlarında valideynlərin övladlarını məktəbə aparması, insanların işə getməsi və ictimai nəqliyyatdan istifadənin çoxalması yollarda əlavə sıxlıq yaradır. Bununla yanaşı, metro stansiyalarının müvəqqəti bağlanması və şəhərdə ralli yarışlarının keçirilməsi nəqliyyat yükünü daha da artıraraq tıxac problemini kəskinləşdirə bilər. Belə vəziyyətlərdə əvvəlcədən düşünülmüş və koordinasiyalı tədbirlərin görülməsi zəruridir.

İlk növbədə, metro stansiyalarının bağlanması ilə əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələri ilə fasiləsiz daşınması təmin edilməlidir. Bağlanan stansiyaların yaxınlığında açılan əlavə metro avtobuslarının hərəkət qrafiki maksimum dərəcədə sıxlaşdırılmalı, həmin marşrutların ən yaxın və kəsmə yollardan keçməsi təmin olunmalı, digər avtobusların da sayı və hərəkət tezliyi artırılmalıdır. Xüsusilə səhər və axşam pik saatlarında avtobusların intervalının azaldılması insanların şəxsi avtomobillərdən istifadə etməsinin qarşısını ala bilər. Ən vacib məsələlərdən biri avtobus yollarına şəxsi avtomobillərin girişinin qadağan edilməsidir. Bu, sərnişinlərin işə, təhsil müəssisələrinə və gedəcəkləri ünvanlara vaxtında çatmasına səbəb olar, süni tıxacların və sosial gərginliyin yaranmasını azaldar.

Xüsusilə məktəblərin açılması ilə bağlı məktəb ətrafında nəqliyyatın düzgün təşkilinə xüsusi diqqət yetirilməlidir. Valideynlərin avtomobillərini məktəbin qarşısında saxlaması və uşaqları yolun hərəkət hissəsində düşürməsi qısa müddətdə belə ciddi sıxlıq yarada bilər. Buna görə məktəblərin yaxınlığında təhlükəsiz sərnişin düşürmə və götürmə zonaları yaradılmalı, avtomobillərin uzun müddət dayanmasına icazə verilməməlidir. Eyni zamanda, məktəblərin ətrafında yol hərəkətini tənzimləyən əməkdaşların sayının artırılması faydalı olar.

Ralli yarışlarının keçirildiyi günlərdə isə yolların əvvəlcədən bağlanması və hərəkətin alternativ istiqamətlərə yönləndirilməsi barədə əhali vaxtında məlumatlandırılmalıdır. Sürücülərə hansı yolların bağlanacağı, hansı küçələrdən istifadə etməyin mümkün olduğu və alternativ marşrutların haradan keçdiyi əvvəlcədən bildirilməlidir. Bunun üçün elektron lövhələrdən, mobil tətbiqlərdən, sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən istifadə etmək olar.

Yarış günlərində yaxın ərazilərdə yerləşən ali və orta təhsil müəssisələrində dərslərin onlayn şəkildə keçirilməsi də vacib tədbirlər sırasındadır

Bundan başqa, tədbir günlərində şəxsi avtomobillərdən istifadənin azaldılması üçün ictimai nəqliyyatın imkanları genişləndirilməlidir. İnsanlara avtomobillərini şəhərin kənarında və ya müəyyən edilmiş dayanacaqlarda saxlayaraq ictimai nəqliyyatdan istifadə etmək imkanı yaradılarsa, mərkəzi küçələrdə avtomobillərin sayı azala bilər.

Ən vacib məsələlərdən biri isə bütün bu tədbirlərin bir-birindən ayrı deyil, vahid plan əsasında həyata keçirilməsidir. Məktəblərin açılması, metro stansiyalarının bağlanması və ralli yarışlarının eyni vaxta düşməsi əvvəlcədən nəzərə alınmalı, nəqliyyat axınının hansı istiqamətlərdə artacağı hesablanmalıdır. Nəqliyyat qurumları, polis, bələdiyyələr və tədbirin təşkilatçıları koordinasiyalı fəaliyyət göstərməlidirlər.

Nəticə etibarilə, tıxacların tamamilə aradan qaldırılması hər zaman mümkün olmasa da, onların minimuma endirilməsi mümkündür. Bunun üçün alternativ avtobusların artırılması, avtobus yollarının açıq olması, məktəb ətrafında hərəkətin düzgün təşkili, yolların əvvəlcədən planlaşdırılması, sürücülərin vaxtında məlumatlandırılması və ictimai nəqliyyata üstünlük verilməsi əsas tədbirlərdir. Ən başlıcası isə nəqliyyat probleminə yalnız tıxac yarandıqdan sonra deyil, problem yaranmamışdan əvvəl planlı şəkildə yanaşmaqdır.

Yeganə Qəhrəmanova

Filologiya üzrə fəlsəfə doktoru,, ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA tv.az Xəbər Portalı baş direktorunun l müavini

Paylaş:
Digər xəbərlər

Siyasət

4-09-2026, 19:00

Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH

Gündəm / Siyasət

1-09-2026, 17:07

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Gündəm / Araşdırma

27-08-2026, 14:13

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Gündəm / Cəmiyyət

7-09-2026, 09:47

Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

Gündəm / Siyasət

4-09-2026, 18:34

Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH

Araşdırma
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb
Hadisə
Сегодня, 20:39
ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
Сегодня, 20:26
ŞOK! “OMİD” MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ HƏBS EDİLDİ!
Сегодня, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:17
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:33
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Son xəbərlər
  • Сегодня, 22:03
    “Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin vətənpərvərlik, sosial həmrəylik və ictimai məsuliyyət yolunda xidmətləri və uğurları davam edir
  • Сегодня, 20:44
    PROFESSOR GÜLNAZ DADAŞOVA VƏZİFƏSİNDƏN AZAD EDİLİB? KARDİOLOGİYA İNSTİTUTUNDA KADR DƏYİŞİKLİYİ GÜNDƏMDƏ!
  • Сегодня, 20:39
    ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
  • Сегодня, 20:26
    ŞOK! “OMİD” MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ HƏBS EDİLDİ!
  • Сегодня, 20:19
    Mavi ekrandan məişət girdabına sürüklənən televiziyamız
  • Сегодня, 20:01
    SUMQAYITDA QARAJ SKANDALI! 192 SAKİNİN YAŞADIĞI BİNADA ELEKTRİK TƏHLÜKƏSİ İDDİASI — BİNA RƏHBƏRİ SUALLARIN MƏRKƏZİNDƏ!
  • Сегодня, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Сегодня, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Сегодня, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Сегодня, 17:54
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Сегодня, 17:26
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Сегодня, 16:55
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Сегодня, 16:20
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Сегодня, 15:49
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Сегодня, 15:14
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Сегодня, 14:42
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Сегодня, 14:30
    Məmur vətəndaşın qarşısında deyil, onun xidmətində olmalıdır
  • Сегодня, 14:27
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Сегодня, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Сегодня, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Сегодня, 12:08
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Сегодня, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Сегодня, 11:05
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Сегодня, 10:37
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Сегодня, 09:53
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Сегодня, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
  • Сегодня, 09:02
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • Вчера, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • Вчера, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • Вчера, 18:14
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • Вчера, 17:45
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • Вчера, 17:33
    Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu
  • Вчера, 17:31
    Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu
  • Вчера, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
  • Вчера, 16:54
    Fransada etirazçılar talan və yanğınlar törədib, polis gözyaşardıcı qaz tətbiq edib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə