• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin vətənpərvərlik, sosial həmrəylik və ictimai məsuliyyət yolunda xidmətləri və uğurları davam edir

Gündəm / Cəmiyyət

Вчера, 22:03

“Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin vətənpərvərlik, sosial həmrəylik və ictimai məsuliyyət yolunda xidmətləri və uğurları davam edir

Cəmiyyətin inkişafı yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli-mənəvi dəyərlərə, sosial həmrəyliyə, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı ilə ölçülür. Bu baxımdan “Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin fəaliyyəti, həyata keçirdiyi layihələr və ictimai təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır.
Yarandığı gündən etibarən sosial inkişaf, regional əməkdaşlıq, vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliğini əsas fəaliyyət istiqamətlərindən biri seçən təşkilat cəmiyyətdə birlik və həmrəylik ruhunun gücləndirilməsinə öz töhfəsini verir. Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət, onların qəhrəmanlığının təbliği və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkilatın fəaliyyətində mühüm yer tutur.

Təşkilatın layihə təklifləri sırasında “Vətən müharibəsi – Zəfər tariximiz” və onun yaratdığı yeni reallıqlar mövzusunda tədbirlərin keçirilməsi xüsusi yer tutur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan, şanlı ordumuz və müzəffər xalqımız Zəfər Gününü qürur hissi ilə qeyd etməklə yanaşı, sülhün və əmin-amanlığın təmin olunması üçün dünyaya çağırışlar edir, millətləri və xalqları həmrəyliyə səsləyir.
44 günlük müharibə və əldə olunan tarixi Qələbə ölkə Prezidentinin siyasətini, qətiyyətini nümayiş etdirməklə yanaşı, çətin gündə xalqımızın birliyini və əyilməzliyini də ortaya qoydu. Şanlı ordumuz Azərbaycanın hərb tarixinə şanlı səhifə yazmaq bacarığına malik olduğunu sübuta yetirdi.
Bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, uzaqgörən strategiyası və prinsipial mövqeyi mühüm rol oynadı.

44 günlük müharibə ölkəmiz üçün yalnız hərbi sınaq deyil, həm də böyük siyasi, diplomatik və mənəvi mübarizə dövrü idi. Müharibənin ən ağır günlərində ölkə başçısı həm hərbi-siyasi proseslərə rəhbərlik edir, həm də beynəlxalq informasiya və diplomatiya cəbhəsində Azərbaycanın haqq səsini dünyaya çatdırırdı. Gecə-gündüz davam edən gərgin fəaliyyət, yorulmaz diplomatik mübarizə, qətiyyətli mövqe və əzmkarlıq xalqımızın yaddaşında silinməz iz buraxdı.

Azərbaycan uzun illər təcavüzkarların əməlləri nəticəsində torpaqlarının işğal altında qalmasına dözdü. Danışıqlara, sülhə ümid bəslədi, təşəbbüslərə və çağırışlara inandı. Lakin problemin danışıqlar yolu ilə həll olunmasına göstərilən cəhdlər nəticə vermədi. Beynəlxalq təşkilatların qətnamələri, qərarları, böyük dövlətlərin vədləri və uzunmüddətli danışıqlar öz nəticəsini vermədi. Azərbaycan dövləti BMT-nin qətnamələrinin icrasını təmin etmək məcburiyyətində qaldı.
Ölkə iqtisadiyyatı inkişaf etdirildi, ordu quruculuğu möhkəmləndirildi, hərbi peşəkarlıq gücləndirildi. Güclü və qüdrətli ordu yaradıldı. Silahlı qüvvələrin təchizatına, modernləşdirilməsinə, hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə böyük qayğı və diqqət göstərilməsi nəticəsində məhz bu misilsiz tarixi Qələbə əbədiyyətə qədər yaddaşlara, tarixə qızıl hərflərlə yazıldı.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə torpaqlarımızın işğaldan azad edilməsi baxımından dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qurucu və qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərimizin yeni həyata başlaması dövlətimizin gücünün və xalqımızın iradəsinin təzahürüdür. Uzun illər davam edən yurd həsrəti, doğma torpaqlara qayıdış arzusu böyük Zəfərlə gerçəyə çevrildi. Artıq işğaldan azad edilmiş torpaqlarımızda inkişaf, quruculuq və dirçəliş prosesi davam edir.

Ermənilərin uzun illər davam edən işğalçılıq siyasəti, insanların başına gətirilən min bir müsibət, kütləvi qırğınlar, soyqırımlar və törədilən təxribatlar unudulmamalıdır. Hər bir azərbaycanlı qan yaddaşımızı xatırlamalı, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Zəfərimizin tarixini bilməlidir.
Ölkəmizin inkişafında, Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu yüksəkdir. Qururverici haldır ki, bu günün gəncləri bilik və bacarıqlarını Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına və demokratik dövlət quruculuğuna yönəldirlər. Bu istiqamətdə məktəblərin və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması olduqca əhəmiyyətlidir. Məhz bu amillər layihənin aktuallığını təşkil edir.

Zəfər tariximizi yaşatmaq gələcək nəsillər qarşısında mənəvi borcumuzdur
“Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi layihələrin əsas məqsədi Azərbaycan həqiqətlərinin, 44 günlük Vətən müharibəsi dövrünün və Zəfər tariximizin təbliği istiqamətində tədbirlər keçirmək, gənclər arasında təbliğat-maarifləndirmə işlərini genişləndirməkdir.
Layihə çərçivəsində Qusar, Quba, Xaçmaz, Şabran və Şamaxı rayonlarında şəhid ailələri və iştirakçılarla görüşlərin təşkili nəzərdə tutulub. Məktəblilərlə və gənclərlə mədəni-maarifləndirici tədbirlərin keçirilməsi, Azərbaycanın tarixi Zəfərinin, milli-mənəvi dəyərlərinin və vətənpərvərlik hissinin aşılanması əsas məqsədlərdəndir.
Birliyin fəaliyyəti yalnız layihə sənədlərində nəzərdə tutulan tədbirlərlə məhdudlaşmır. 2022-ci ildən etibarən bu istiqamətdə həyata keçirdiyimiz layihələr çərçivəsində müxtəlif bölgələrdə görüşlər, maarifləndirici tədbirlər və vətənpərvərlik ruhlu proqramlar təşkil olunub.

Qax, Şəki, Oğuz və Zaqatala rayonlarında şəhid ailələri, məktəblilər, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirilib.
Bu görüşlər zamanı 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin şücaəti, qazilərimizin fədakarlığı və Azərbaycan Ordusunun tarixi missiyası haqqında söhbətlər aparılıb. Məqsədimiz gənc nəslə Vətənin hansı çətinliklər və qurbanlar bahasına azad edildiyini anlatmaq, onların qəlbində dövlətə, bayrağa və torpağa sədaqət hissini gücləndirməkdir.
Bu gün hər bir azərbaycanlı bilməlidir ki, torpaqlarımızın azadlığı şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, igid əsgər və zabitlərimizin qəhrəmanlığı bahasına əldə olunub. Bu böyük Qələbənin arxasında xalqımızın sarsılmaz birliyi dayanır.

Şəhid analarının qarşısında baş əyirik. Onların böyüdüb boya-başa çatdırdıqları qəhrəman övladlar Vətən uğrunda canlarından keçərək tarix yazdılar. Şəhid ailələrinin yanında olmaq, onların dərdlərinə şərik olmaq, qəhrəman övladlarının xatirəsini yaşatmaq bizim üçün xüsusi mənəvi məsuliyyətdir. Qazilərimizə ehtiram göstərmək, onların fədakarlığını cəmiyyətə çatdırmaq da fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Hər il 8 Noyabr – Zəfər Günü ərəfəsində bu ənənəni davam etdirir, şəhid ailələri və qazilərimizlə görüşlər təşkil edir, xalqımızın tarixi Qələbəsini birlikdə qeyd edirik. Bu bayram bizim üçün sadəcə təqvim günü deyil, milli qürurumuzun, birliyimizin, şəhidlərimizə minnətdarlığımızın və qəhrəmanlarımıza ehtiramımızın ifadəsidir.
Layihənin əsas ideyası Azərbaycan həqiqətlərini təbliğ etmək, ölkəmizin haqq mübarizəsi nəticəsində əldə etdiyi tarixi Qələbəni əbədi yaddaşlara həkk etmək, gəncləri milli ruhda yetişdirmək və gələcək nəsillərə Zəfər salnaməmizi olduğu kimi çatdırmaqdır.

İnanırıq ki, tarixini unutmayan, qəhrəmanlarına sahib çıxan və milli birliyini qoruyan xalqın gələcəyi daim möhkəm olacaq. Bu səbəbdən də gənc nəslə Vətən sevgisini aşılamaq, onları tariximizdən xəbərdar etmək, dövlətçilik ənənələrinə hörmət ruhunda yetişdirmək hər birimizin məsuliyyətidir.
“Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyi olaraq bundan sonra da sosial inkişaf, regional əməkdaşlıq, vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətimizi davam etdirmək, yeni layihələr həyata keçirmək və Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasına töhfə vermək niyyətindəyik.

Bu müqəddəs yolda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna, Vətən uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə, şəhid ailələrinə və bütün xalqımıza dərin ehtiram və minnətdarlığımızı bildiririk.

Qoy üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşasın, Zəfər tariximiz gələcək nəsillərə örnək olsun!

Hər birinizi 8 Noyabr – Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm!

Məmmədova Bahar İctimai Xəbər Agentliyinin İcraçı Direktoru , “Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin sədri

Paylaş:
Digər xəbərlər

Cəmiyyət

2-10-2026, 16:14

YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB

Cəmiyyət

1-09-2026, 01:20

Mediabiz.az portalının rəhbəri Sahil Qarayev: media fəaliyyəti, ictimai təşəbbüslər və vətəndaş mövqeyi

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

22-10-2026, 15:53

Şəhid qızı Səmra Quluzadə – təhsilə sədaqəti, ziyalılığı və rəhbərlik məsuliyyəti ilə seçilən məktəb direktoru

Siyasət

3-10-2026, 16:44

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

Araşdırma
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Bələdiyyənin büdcəsi kiçik, məsuliyyəti böyük: Azərbaycan yerli özünüidarəetməni necə gücləndirməlidir?
Hadisə
Вчера, 20:39
ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
Вчера, 20:26
ŞOK! “OMİD” MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ HƏBS EDİLDİ!
Вчера, 09:14
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
4-11-2026, 18:30
Bakıda binada baş verən yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verib
4-11-2026, 18:17
Yasamalda ötənilki yanğında zərərçəkənlər təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bəyan ediblər
4-11-2026, 11:33
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Son xəbərlər
  • Сегодня, 02:44
    EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
  • Вчера, 22:03
    “Regional Əməkdaşlıq Sosial İnkişaf” İctimai Birliyinin vətənpərvərlik, sosial həmrəylik və ictimai məsuliyyət yolunda xidmətləri və uğurları davam edir
  • Вчера, 20:44
    PROFESSOR GÜLNAZ DADAŞOVA VƏZİFƏSİNDƏN AZAD EDİLİB? KARDİOLOGİYA İNSTİTUTUNDA KADR DƏYİŞİKLİYİ GÜNDƏMDƏ!
  • Вчера, 20:39
    ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
  • Вчера, 20:26
    ŞOK! “OMİD” MAĞAZALAR ŞƏBƏKƏSİNİN RƏHBƏRİ VƏ SATIŞ MÜDİRİ HƏBS EDİLDİ!
  • Вчера, 20:19
    Mavi ekrandan məişət girdabına sürüklənən televiziyamız
  • Вчера, 20:01
    SUMQAYITDA QARAJ SKANDALI! 192 SAKİNİN YAŞADIĞI BİNADA ELEKTRİK TƏHLÜKƏSİ İDDİASI — BİNA RƏHBƏRİ SUALLARIN MƏRKƏZİNDƏ!
  • Вчера, 19:00
    Dövlət başçısı: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
  • Вчера, 18:40
    Şirkət rəhbəri 300 min manatlıq dələduzluqda ittiham olunur, məhkəmə başlayıb
  • Вчера, 18:21
    Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
  • Вчера, 17:54
    "Bloomberg": ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
  • Вчера, 17:26
    Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi müzakirə edib
  • Вчера, 16:55
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Вчера, 16:20
    Hərbi qulluqçuların yürüşü ilə bağlı bir sıra yollarda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
  • Вчера, 15:49
    Qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək, fasilələrlə yağış yağacaq - Xəbərdarlıq
  • Вчера, 15:14
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Вчера, 14:42
    Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
  • Вчера, 14:30
    Məmur vətəndaşın qarşısında deyil, onun xidmətində olmalıdır
  • Вчера, 14:27
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Вчера, 13:02
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Вчера, 12:50
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Вчера, 12:08
    Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə, Xankəndi və Naxçıvanda hərbi yürüşlər olacaq
  • Вчера, 11:42
    DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib
  • Вчера, 11:05
    Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
  • Вчера, 10:37
    Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
  • Вчера, 09:53
    Sahibkarlar vergi güzəştlərindən yalnız birini seçə biləcəklər
  • Вчера, 09:14
    Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
  • Вчера, 09:02
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 5-11-2026, 19:00
    Publik hüquqi şəxslərin rəhbər və müavinlərinin maaşı müəyyənləşib
  • 5-11-2026, 18:30
    Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
  • 5-11-2026, 18:14
    İşğal olunmamış rayon sakini ilə nikahda olmuş kişilər və uşaqları “məcburi köçkün” statusu alacaq
  • 5-11-2026, 17:45
    Rayonun işğalından sonra doğulmuş uşaqlara "məcburi köçkün" statusu veriləcək
  • 5-11-2026, 17:33
    Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu
  • 5-11-2026, 17:31
    Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru İsmayılov Əkbər Məcid oğlu
  • 5-11-2026, 17:23
    Vilayət Eyvazov DİN-in strukturlarında xidmət etmək istəyən vətəndaşların sıra baxışını keçirib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə