• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

32 İLLİK HƏSRƏTİN ZƏFƏR VƏ HÜZN NÖQTƏSİ: ŞƏHİD SƏFƏRALI SƏFƏROVUN ANIM GÜNÜNDƏN

Cəmiyyət / Müsahibə / Mədəniyyət

20-09-2026, 22:50

32 İLLİK HƏSRƏTİN ZƏFƏR VƏ HÜZN NÖQTƏSİ: ŞƏHİD SƏFƏRALI SƏFƏROVUN ANIM GÜNÜNDƏN

Bir ananın gözləri yollarda qaldı, bir kəndin hafizəsinə isə 32 il davam edən ağır bir sükut çökdü... Qərbi Azərbaycanın Zəngəzur mahalı, Qafan rayonunun Dovrus kəndində dünyaya göz açan, uşaqlıqdan atasızlığın, ehtiyacın və kasıblığın nə olduğunu dadan Səfəralı Səfərovun ömür yolu lap gənc yaşlarından sınaqlarla dolu idi. Anasının min bir əziyyətlə, min bir zəhmətlə boya-başa çatdırdığı Səfəralı Vətən torpaqlarının müdafiəsinə yollanarkən arxasında yalnız doğmalarını deyil, əziz anasının ümidlərini buraxmışdı. Lakin taleyinə Birinci Qarabağ müharibəsinin ən ağır nisgili – itkinlik düşdü. 32 il boyunca nə bir xəbər gəldi, nə də tutunacaq bir iz tapıldı...


Zəfər savaşımızdan sonra neçə-neçə gözü yollarda qalan ailələrimiz kimi Səfəralının da ailəsinin qapısı döyüldü. 32 il sonra şəhid Səfəralının nəşi tapılaraq Sumqayıt Şəhidlər xiyabanında dəfn olundu.

Bu gün, 2026-cı il sentyabr ayının 20-də Sumqayıt Şəhidlər xiyabanında keçirilən anım tədbiri yalnız bir şəhidin xatırlanması mərasimi deyil, həm də otuz iki illik həsrətin, ümidlə qovuşan hüznün və milli qürurun təcəssümü idi.




Səfəralının doğulub boya-başa çatdığı Dovrus kəndinin Vətən torpaqları uğrunda canından keçən 3 şəhidi var: itkin şəhid Səfəralı Səfərov, itkin şəhid Camal Qəhrəmanov və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Zəfər şəhidi Orxan Qəhrəmanov. Bu anım günü şəhidimiz Səfəralı ilə bərabər onların da əziz xatirəsinin yad edilməsinə vəsilə oldu.

Tədbirdə şəhidin bacı və qardaşları, yaxınları, Dovrus kənd sakinləri, eləcə də ziyalılar, media və ictimaiyyət nümayəndələri bir araya gəlmişdilər. Bütöv Azərbaycan Televiziyasının təsisçi-redaktoru Tamxil Ziyəddinoğlu, ATA TV və İctimai Xəbər Agentliyinin təsisçi-direktoru Rasafil Bayramov, Qərbi Azərbaycan İcması Qafan rayon Qadınlar Şurasının əməkdaşları Pərvanə Zəngəzurlu və Məryəm Nağdəliyeva, Daxili Qoşunların Veteranlar Şurasının sədr müavini Səfxan Bayramov, ADNSU-nun əməkdaşı, dosent Səadət Zeynalova, Dovrus kənd İcmasının rəhbəri Paşa İmranoğlu, ADPU-nun dosenti, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri, Dovrus kənd Qadınlar İcmasının sədri Yeganə Qəhrəmanova, ictimai fəal Şövkət Cavadova, şairə Nüşabə Şirin, şəhidimizin dayısı qızı Reyhan Orucova və digərləri çıxış edərək şəhidliyin ali zirvə olmasından, itkinliyin, əzizindən illərlə xəbərsiz qalmağın ağır mənəvi yükündən söz açdılar, tezliklə kəndin digər itkin gənci Camal Qəhrəmanovun da xəbərinin alınmasını, doğmalarına qovuşmasını arzuladılar.
Mərasimdə ən təsirli və ürəkdağlayan anlardan biri şəhidin bacısı Gülçöhrə Abdullayevanın çıxışı zamanı yaşandı. Ziyarətə gələnlərə dərin minnətdarlığını bildirən Gülçöhrə xanım, ömür boyu oğul həsrəti ilə yanan, gözləri qapıda qalan anasının acı taleyini xatırlatdı. Anası Səfəralının yolunu gözləyə-gözləyə dünyasını dəyişsə də, övladlıq və bacılıq borcu yarımçıq qalmadı: 32 ildən sonra Səfəralının nəşi tapılanda qardaş-bacıları onun şəhid olduğu müqəddəs torpaqdan bir ovuc gətirərək ananın məzarı üzərinə səpdilər. Bu, iki həsrətli ruhun — ananın və oğlun – ruhən qovuşduğu ən ali məqam an idi. Gülçöhrə xanım qardaşının xatirəsini əbədiləşdirmək üçün ömrünün sonunadək çalışacağını, onun adını hər zaman uca tutacağını bildirdi.





Səfəralı Səfərovun taleyi Zəngəzurun, Qafanın, Dovrusun və bütöv Azərbaycanın azadlıq salnaməsidir. O, kasıb bir komada böyüdü, anasının fədakarlığı ilə boy atdı və Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşdu. Bu gün Sumqayıt Şəhidlər Xiyabanında ucalan məzarı yalnız Səfəralının deyil, həm də onun yolunu gözləyən bütün anaların və Zəngəzur həsrətli insanların fəxarət abidəsidir.

Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun!

Yegane Qehremanova

Filologiya üzrə fəlsəfə doktoru,, ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədri,
ATA tv.az Xəbər Portalının direktoru

Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

22-08-2026, 13:09

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ

Siyasət

19-09-2026, 17:23

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Gündəm / Cəmiyyət

27-08-2026, 12:02

Mehriban Əliyevanın Azərbaycan Təhsilinə və Ana Dilinə Baxışı: Bilikdən milli düşüncəyə, sözdən gələcəyə uzanan yol

Cəmiyyət

26-08-2026, 16:56

Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür

Gündəm / Cəmiyyət

8-09-2026, 14:35

Turan və Sayıbın yarımçıq qalan sevgisi kitabda yaşadıldı

Araşdırma
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
EVLƏRDƏ KOMPÜTERLƏRİN UÇOTU: STATİSTİK ARAŞDIRMA, YOXSA ŞƏXSİ HƏYATA MÜDAXİLƏ?
AZƏRBAYCANA 85,9 MİLYON DİRİ HƏŞƏRAT İDXAL EDİLİB – BU CANLILAR KİMİN SİFARİŞİ İLƏ GƏTİRİLİB VƏ HARADA İSTİFADƏ OLUNUR?
Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq elektrik avadanlıqlarından ibarət humanitar yardım çatdırılıb
NATƏMİZLİKDƏN TƏMİZLİYƏ GEDƏN YOL: XOCASƏNDƏ ATA-TV.az VƏ AZAD-TV.az-ın SƏSİ HƏR ZAMANKI KİMİ EŞİDİLDİ!
14 İCRA HAKİMİYYƏTİNDƏ YOL TƏMİRİ İLƏ BAĞLI MİLYONLUQ POZUNTULAR: DÖVLƏT BÜDCƏSİNDƏN AYRILAN VƏSAİTLƏR NECƏ XƏRCLƏNİB?
Hadisə
Сегодня, 17:08
Bakıda kafedə insident olub, saxlanılanlar var
11-11-2026, 10:35
Cənubi Koreyada avtobus 30-dan çox avtomobillə toqquşub, 57 nəfər xəsarət alıb
10-11-2026, 17:18
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
10-11-2026, 10:22
Qubada avtomobil aşıb, ölən və yaralılar var - Yenilənib
7-11-2026, 17:00
Şəkidə avtomobil 58 yaşlı kişini vuraraq öldürüb
6-11-2026, 20:39
ŞOK! TANINMIŞ XANƏNDƏ GÜLLÜ MURADOVANIN HƏYAT YOLDAŞI RASİM YUSİFOV 25 SUTKA HƏBS EDİLİB!
Son xəbərlər
  • Сегодня, 17:38
    Milli Məclis 2027-ci ilin büdcə layihəsini gələn həftə müzakirəyə çıxarır
  • Сегодня, 17:08
    Bakıda kafedə insident olub, saxlanılanlar var
  • Сегодня, 16:24
    Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
  • Сегодня, 15:46
    Havanın temperaturu 5-10 dərəcə enəcək - Xəbardarlıq
  • Сегодня, 15:24
    Antalyada "COP31 Türkiyə Platforması" təqdim edilib
  • Сегодня, 14:47
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti yenidən uzadılıb
  • Сегодня, 13:18
    Şənbə günü Azərbaycanda 22 dərəcə isti olacaq
  • Сегодня, 12:44
    Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
  • Сегодня, 11:57
    Kamran Əliyev Binəqədidə vətəndaşları qəbul edəcək
  • Сегодня, 11:00
    Pakistanda mikroavtobus çaya düşüb, 11 nəfər ölüb
  • Сегодня, 10:08
    Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
  • Сегодня, 09:40
    Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Вчера, 22:22
    Yetmiş üç günlük sükut: Murovun dumanından Şuşanın şərəfinə - Mayor Vüsal Vəliyevin səssiz dastanı
  • Вчера, 20:10
    Hüququn aliliyi və suveren gələcək: Müstəqil Azərbaycan Konstitusiyası tarixi seçimin təntənəsi kimi
  • Вчера, 19:03
    Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa yığmasının heyətində rinqə çıxacaq
  • Вчера, 18:39
    Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
  • Вчера, 18:00
    Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib
  • Вчера, 17:24
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Вчера, 16:43
    Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri yekunlaşıb
  • Вчера, 16:23
    İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib
  • Вчера, 16:08
    GÖY MƏSCİD – tarixə hörmətsizlik, yoxsa kimlik uğrunda növbəti siyasi oyun? — NƏBİ RAMAZANLI YAZIR
  • Вчера, 15:00
    Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
  • Вчера, 15:00
    Azərbaycanda növbəti 4 il üçün qaz hasilatı üzrə proqnozlar açıqlanıb
  • Вчера, 14:30
    Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib
  • Вчера, 14:30
    Mixol Martin: Azərbaycanın Avropa Siyasi Birliyindəki iştirakı enerji təchizatında mühüm nəticələr verib
  • Вчера, 13:17
    Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
  • Вчера, 13:05
    NOVXANI–PİRŞAĞI VƏ BİLGƏH–PİRŞAĞI YOLLARI BAĞLANIB: SAKİNLƏR 7 AY NECƏ HƏRƏKƏT EDƏCƏK?
  • Вчера, 12:38
    Sabah 20 dərəcə isti olacaq
  • Вчера, 12:00
    Azərbaycan kinosunun davamlı inkişafının təmin edilməsi ilə bağlı 9 milyon manat ayrılacaq
  • Вчера, 11:22
    Bu ilin on ayında pensiya ödənişlərinə 6 milyard manatdan çox vəsait yönəldilib
  • Вчера, 10:24
    Sankt-Peterburqda avtomobildə partlayış nəticəsində polkovnik ölüb
  • Вчера, 09:44
    Azərbaycan neftinin qiyməti 101 dollara yaxınlaşır
  • Вчера, 09:28
    Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
  • Вчера, 09:09
    Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
  • Вчера, 08:57
    Azərbaycanda Konstitusiya Günüdür
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi və Baş redaktor: Rasafil Bayramov
  • Baş redaktorun I müavini: Aynurə Ulduz
  • Məsul katib: Almaz Yaşar
  • Redaktor: Yeganə Qəhrəmanova
  • Foto-operator: Mirəli Bayramov
  • Telefon: (+99450) 328 10 58
  • E-mail: rbayramov_az@mail.ru
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Atatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə