1918-ci ilin 15 sentyabr tarixi Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsində ən parlaq zəfər günlərindən biridir. Nuru Paşanın komandanlığı altında olan Qafqaz İslam Ordusu və Azərbaycan Milli Korpusu çiyin-çiyinə vuruşaraq Bakını bolşevik-daşnak qüvvələrinin işğalından tamamilə azad etdi.
Bu böyük zəfər sadəcə bir şəhərin azad olunması deyil, gənc Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun və suverenliyinin təsdiqi idi. Bakının qurtuluşundan sonra Azərbaycan hökuməti Gəncədən paytaxta köçdü və ölkəmizin dövlətçilik ənənələrinin bərpası üçün tarixi addımlar atıldı.
Eyni zamanda, 15 sentyabr qələbəsi Azərbaycan və Türkiyə arasında əbədi və sarsılmaz qardaşlığın mənəvi təməlini qoydu. Türk əsgərinin fədakarlığı və Azərbaycan xalqının qəhrəmanlığı tariximizə qızıl hərflərlə həkk olundu.
Bu tarixi gün münasibətilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi, Qafqaz İslam Ordusunun qəhrəman döyüşçülərini və Nuru Paşanı dərin minnətdarlıq və ehtiramla anırıq.
Bakının Qurtuluş Günü mübarək olsun!
Müəllif: Səmədova Zöhrə Atatv.az Direktor müavini