Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin kollektivi, ictimai birliklərin rəhbərləri və gənclər respublikanın ərazi bütövlüyünün qorunması, bərpası, suverenliyimiz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad etdilər və abidə önünə gül dəstələri qoydular.
Torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Zəfərimiz əbədi, Zəfər Günümüz mübarək olsun!
ATA TV